Downloads
AZƏRİ MP3
Forums
F O R U M
chat
C H A T
sevgi
TV
video
VİDEO
radio
RADİO
ekart
OYUN
sevgi
ZengimCELL
|
Azeri.net: Forum

:: Mövzu - Çingiz Mustafayev
ç.S.S.
ç.S.S.
Axtar
Axtar
İstifadəçilərin siyahısı
İstifadəçilərin siyahısı
İstifadəçi qrupları
İstifadəçi qrupları
Şəxsi mə`lumat
Şəxsi mə`lumat
Giriş
Giriş
Xüsusi mesajlarınız
Xüsusi mesajlarınız
Forumun əsas səhifəsi » Diaspora

Yeni mövzu aç   Cavab göndər
Çingiz Mustafayev
Əvvəlki mövzu :: Sonrakı mövzu  
Müəllif Mesaj
Anel
Nəzarətçi
Nəzarətçi


Daxil ol: Oct 26, 2007
Mesajlar: 836
Şəhər/ölkə: Sankt-Peterburq, Rusiya..Azəriyəm
27289.6 Xal

MesajGöndərilib: ç.a. Yan. 15, 2008 5:39 pm    Mesaj mətni: Çingiz Mustafayev Sitatla cavab ver


Çingiz Fuad oğlu Mustafayev 1960-cı il avqustun 29-da hərbçi ailəsində anadan olub. 1983-cü ildə Azərbaycan Tibb İnstitutunu bitirib. 1985-ci ildə yaratdığı «Cəngi» birliyindəki fəaliyyəti ilə Azərbaycan gənclərinin lideri səviyyəsinə yüksəlib. Bu Sovet İttifaqında başlanan yeniləşmə prosesinin Azərbaycanda təşəkkül tapan ilk yetkin təzahürü idi. Azərbaycanın mədəni-ictimai həyatında oynmağa başladığı rol Çingiz Mustafayevi islahtçı-novator lider simasında təqdim etməkdə idi.
Ermənistanın Azərbaycana qarşı Qarabağ təcavüzü başlayandan sonra Çingiz jurnalistikaya üz tutdu. O 1991-ci ildən Azərbaycan Dövlət televiziyasında reportyor kimi çalışmaqa başladı. Ancaq yalnız Azərbaycan miqyasında fəlaiyyət göstərməklə kifayətlənmədi. Onun reportajları informasiya blokadasında olan Azərbaycan haqqında gerçəkliklərin Amerika və Avropanın aparıcı teleagentlikləri və televiziyalarına yol tapdı. Dövlət televiziyasında mövcud olan senzura və ciddi yasaqlar Çingiz Mustafayevi geniş fəaliyyət imkanlarından məhrum edirdi. Ona gərə də Çingiz əlahiddə olaraq 215 kl studiyası kimi muxtar qurumun yardılmasının təşəbbüskarı və yaradıcısı oldu. Onun reportajları bir qayda olaraq cəbhədən olduğuna görə 215 kl studiyasını da tamaşaçılar məhz müharibədn məlumat verən telequrum kimi qəbul edirdilər.
Çingiz Mustafayev Azərbaycan-Ermənistan müharibəsinn 1992-ci ilə qədər olan dövrünün əsil salnaməsini yaratdı. Ölkənin döyüş gedən bütün bölgələrindən operativ xəbərlər, ayrı-ayrı əskərlər haqda xüsusi reportajlar və bütün bunlarla yanaşı Azərbaycanda gedən siyasi proseslər barədə ətraflı informasiyalar onun müəllifliyi ilə pərvəriş tapırdı. Çingiz Mustafayev Azərbaycan tamaşaçısına hər bir reportajı ilə tanış olsa da, dünya onu daha çox Xocalıda çəkdiyi filmlə tanıdı. Çingiz Mustafayevin məhz bu filmi ilə Ermənistanın imici bütün dünyada ciddi sarsıntıya məruz qaldı. O döyüş zonalarına yalnız reportyor kimi yollanmırdı. O cəbhədə bir əskər, bir zabit və hətta bir komandan kimi çox vəzifəni öz üzərinə götürürdü. Laçından çıxan əskərlərlə onun geri qayıtmaq bərədə verdiyi kəskin və qəısa göstərişlər, bu əmrlərin yerinə yetirilmədiyi təqdirdə Çingizin emosional davranışı ən yeni teletarixin ən dramatik səhifələridir.
Və Çingiz Mustafayev bir telejurnalist olaraq cəbhədə yarandığı kimi cəbhədədə həlak oldu. 1992-ci ilin iyun ayının 15-də Ağdamın (Əsgəran) Naxçıvanik kəndində peşə borcunu yerinə yetirərkən çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həlak olan Çingiz sonadək kameranı söndürmədi. Bu həm də onun öləndən sonra da yaşağacağına işarə idi.
Çingiz Mustafayev 1993-ci ildən Azərbaycanın Milli Qəhrəmanıdır.
Azərbaycanın milli qəhrəmanı, məşhur telejurnalist
Çingiz insanların yaddaşında çiynindəki kamera ilə döyüşən telereportyor kimi qalıb. Onu da demək lazımdır ki, reportyor fəaliyyətinə Qarabağ müharibəsi ilə eyni vaõtda başlayan Çingiz televiziya sahəsində cəmi 1 ilə yaõın idi ki, çalışırdı. Amma bu az müddətdə onun səsi nəinki Azərbaycan və Rusiyanın, hətta dünyanın ən qabaqcıl telekanallarından gəlməyə başladı. Xocalı faciəsinin dramatik səhnələrini lentə alarkən, õalqın faciəsinə ağlayan Çingizin fəryadını unutmaq mümkün deyil. Həmin səhnə Azərbaycan õalqının qarşısında onun gördüyü işlərin dəyərini anlamağa kifayət edir. Çingiz Xocalının, Şuşanın, Laçının facəsini təkcə lentə və yaddaşlara deyil, həm də böyük ağrı ilə öz qəlbinə köçürmüşdü. Ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırım siyasətini lentə alıb bütün dünyaya çatdıran Çingiz Mustafayevin cəsarəti, tələbkarlığı və səbri gənc jurnalist nəslinə örnək ola bilər.
Öz ölümünü lentə alan telereportyor Çingiz Mustafayev 13 ildir ki, bu õalqın qəhrəmanıdır. Qafqazda və Mərkəzi Asiyada ilk olan - ANS ÇM 102 FM radiostansiyası Çingiz Mustafayevin adını daşıyır və «Döyüş alnınıza yazılıb» devizi ilə fəaliyyət göstərir. Qeyd edim ki, Çingizin adı bu gün müõtəlif qurumlarda, təsisatlarda yaşadılır və onu unutmamaq bu millətin borcudur.
bayraq
_________________
Blogum: Mürəkkəb dolu qələm.


Düzəldin: Anel, son düzəliş: ç.a. Yan. 15, 2008 5:53 pm, cəmi 1 dəfə
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
Anel
Nəzarətçi
Nəzarətçi


Daxil ol: Oct 26, 2007
Mesajlar: 836
Şəhər/ölkə: Sankt-Peterburq, Rusiya..Azəriyəm
27289.6 Xal

MesajGöndərilib: ç.a. Yan. 15, 2008 5:51 pm    Mesaj mətni: Sitatla cavab ver


Sadece qeydiyyatlı istifadeçiler görebiler.


Çingiz 5 yaşında

Sadece qeydiyyatlı istifadeçiler görebiler.



Sadece qeydiyyatlı istifadeçiler görebiler.




Sadece qeydiyyatlı istifadeçiler görebiler.


Todan kəndi-1991-ci il

Sadece qeydiyyatlı istifadeçiler görebiler.


Çigizin son şəkli.
_________________
Blogum: Mürəkkəb dolu qələm.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
Mesajları göstər:   
Yeni mövzu aç   Cavab göndər     Forumun əsas səhifəsi » Diaspora Bütün saatlar GMT + 5 Saat
1 səhifə (Cəmi 1 səhifə)

 
Keç:  
Bu forumda yeni mövzu aça bilməzsiniz.
Bu forumdakı mesajlara cavab verə bilməzsiniz.
Bu forumdakı mesajlarınızı düzəldə biməzsiniz.
Bu forumdakı mesajlarınızı silə bilməzsiniz.
Bu forumdakı sorğularda səs verə bilməzsiniz.

Powered by www.Azeri.net

Chat - Sevgi - Məhəbbət - MP3 - Azerbaijan - Azerbaycan - Azərbaycan - Азербайджан