 |
| Əvvəlki mövzu :: Sonrakı mövzu |
| Müəllif |
Mesaj |
zekican Yeni Forumçu


Daxil ol: Jan 12, 2008 Mesajlar: 76 Şəhər/ölkə: mersin 2106.8 Xal
|
Göndərilib: Ş. Yan. 19, 2008 1:39 am Mesaj mətni: men tarif istirem |
|
|
türkiyeden aktarırım
men baki deyken
yediğim
DÜŞBEREnim tarifini istiyerem
şimdiden çok sağolun |
|
| Əvvələ qayıt |
|
Anel Nəzarətçi


Daxil ol: Oct 26, 2007 Mesajlar: 836 Şəhər/ölkə: Sankt-Peterburq, Rusiya..Azəriyəm 27273.6 Xal
|
Göndərilib: Ş. Yan. 19, 2008 3:21 am Mesaj mətni: |
|
|
Ərzaqlar:
adambaşına 100 qr. qoyun əti, 40 qr. un, yumurta, yarımbaş soğan, bulyon, keşniş, quru nanə, duz, istiot, 10 qr. üzüm sirkəsi (zövqə görə sarımsaq).
Hazırlanması:
Düşbərə üçün ətin sümüklü hissəsindən bulyon bişirilir. Sonra qoyun əti çəkilir, ona soğan, keşniş və ədviyyat qatılır.
Una su və duz (bəzən xəmirə yumurta da vurulur) tökülür, bərk xəmir yoğurulur, təxminən 1mm-ə qalınlıqda yayılır, 3x3 sm ölçüdə kvadrat şəklində kəsilir, hər kvadratın ortasına 4-5 qr. çəkilmış ət qoyulub düşbərə bükülür. Düşbərəni iki üsulla bükə bilərsiniz:
1. kvadrat ortadan qatlanıb ucları geriyə dartılır.
2. kvadrat üçkünc şəklində qatlanıb küncləri geriyə dartılır.
(Düşbərə büküldükdən sonra yüngülcə ələkdə silkələnib artıq undan təmizlənməsi məsləhətdir)Sonra düşbərəni süzülmüş qaynar bulyona tökürük. Düşbərənin bişmə vaxtı 5-6 dəqiqədir, hazır olduqda düşbərə adətən suyun üzünə çıxır.
Süfrəyə verilən zaman düşbərənin üstünə quru nanə səpilir, yanına ayrıca qabda üzüm sirkəsi və ya sarımsaqlı sirkə qoyulur. _________________ Blogum: Mürəkkəb dolu qələm. |
|
| Əvvələ qayıt |
|
Anel Nəzarətçi


Daxil ol: Oct 26, 2007 Mesajlar: 836 Şəhər/ölkə: Sankt-Peterburq, Rusiya..Azəriyəm 27273.6 Xal
|
Göndərilib: Ş. Yan. 19, 2008 3:27 am Mesaj mətni: |
|
|
Amma bəzi bölgələrdə belə bir üsulla da bişirilir:
Hazırlanan bulyona yağda qovrulmuş və tamat eləvə edilmiş soğan qatılır. Və bundan sonra isə bulyona hazırladığımız düşbərə əlavə olunur.
Bu qədər, mən bildiklərimi yazdım. Umarım kolay ve leziz bişirirsiniz. Bu bizim çox dadlı xörəklərimizdəndir. _________________ Blogum: Mürəkkəb dolu qələm. |
|
| Əvvələ qayıt |
|
|
|
Bu forumda yeni mövzu aça bilməzsiniz. Bu forumdakı mesajlara cavab verə bilməzsiniz. Bu forumdakı mesajlarınızı düzəldə biməzsiniz. Bu forumdakı mesajlarınızı silə bilməzsiniz. Bu forumdakı sorğularda səs verə bilməzsiniz.
|
|