Downloads
AZƏRİ MP3
Forums
F O R U M
chat
C H A T
sevgi
TV
video
VİDEO
radio
RADİO
ekart
OYUN
sevgi
ZengimCELL
|
Azeri.net: Forum

:: Mövzu - Öz Şe'ləriniz
ç.S.S.
ç.S.S.
Axtar
Axtar
İstifadəçilərin siyahısı
İstifadəçilərin siyahısı
İstifadəçi qrupları
İstifadəçi qrupları
Şəxsi mə`lumat
Şəxsi mə`lumat
Giriş
Giriş
Xüsusi mesajlarınız
Xüsusi mesajlarınız
Forumun əsas səhifəsi » Ədəbiyyat

Yeni mövzu aç   Cavab göndər
Öz Şe'ləriniz Səhifə Əvvəlki  1, 2, 3, 4, 5, 6, 7, 8, 9  Sonrakı
Əvvəlki mövzu :: Sonrakı mövzu  
Müəllif Mesaj
qisi
Yeni Forumçu
Yeni Forumçu


Daxil ol: Nov 15, 2007
Mesajlar: 53
Şəhər/ölkə: Azərbaycan,Bakı
2682.8 Xal

MesajGöndərilib: C. Yan. 25, 2008 8:42 pm    Mesaj mətni: Qismət Sitatla cavab ver


Fidan çox sağ ol.


PƏRDƏ

GECƏLƏR YORUCU , UZUN VƏ SOYUQ...
SƏN GECƏQUŞUSAN QULSAN,KÖLƏSƏN.
ÇÖLDƏ QARANLIQDIR HAVA YOXSA YOX,
PƏRDƏNİ ÇƏKMƏSƏN HARDAN BİLƏSƏN?

BUMBUZ ÇARPAYIDA BULANIQ İŞIQ...
BURDA KİŞİLƏRƏ HÖRMƏT BAŞQADIR.
MƏHƏBBƏT QARIŞIQ,ŞƏHVƏT QARIŞIQ,-
MÜŞTƏRİ BAŞQADI,QİYMƏT BAŞQADI.

DÜNYANIN İÇİNDƏ DÜNYADI BU YER,
BU YERDƏ QADINA HƏVƏS AYRIDIR.
BURDA MƏHƏBBƏTLƏR BİRGECƏLİKDİR,
BURDA HAVA AYRI , NƏFƏS AYRIDIR.

EY PULA ƏTİNİ SATAN GÖZƏLÇƏ !
BİR GÜNDƏ MİNİYLƏ YATAN GÖZƏLÇƏ,
TƏMİZ DUYĞULARI,TƏMİZ HİSSLƏRİ-
KAĞIZ PARÇASIYÇÜN GÜNDƏ YÜZ DƏFƏ
ÇARPAYI ÜSTÜNƏ ATAN GÖZƏLÇƏ,-
ŞAMPANI YERƏ QOY ! SAXLA GÜLMƏYİ !
SƏNƏ KİM ÖYRƏDİB FAHİŞƏLİYİ?

DENƏN HEÇ ÖZÜNDƏN UTANMISAN MI,
BİLİRSƏN,SƏN TƏMİZ QALA BİLƏRDİN?
ƏGƏR BÜDRƏYƏNDƏ DURA BİLSƏYDİN,
BƏLKƏ SƏN ANA DA OLA BİLƏRDİN...

BƏLKƏ DƏ NƏ VAXTSA SƏN DƏ SEVMİSƏN,
NƏ VAXTSA QƏLBİNDƏ ODUN OLUBDUR?
YAXININ OLUBDUR,YADIN OLUBDUR
NİKOTİN QOXULU,
ŞAMPAN KÖPÜKLÜ-
GÜMÜŞ BİLƏRZİKLİ,
QIZIL ÜZÜKLÜ
SƏNİN TƏK BƏLKƏ DƏ MİLYONLARCA “QIZ”
ANA YOX ! BİRBAŞA QADIN OLUBDUR.

DE,KİMLƏR OLUBDUR “EŞQ” OTAĞINDA,
KİM YATIB BU “SEVGİ ÇARPAYISINA”?
KİŞİ “AF,UF”LARI QULAQLARINDA,
QARIŞIB ÇARPAYI CIRILTISINA.

O QƏDƏR PUL ÜÇÜN SATILMISAN Kİ,
SƏNİ GÖRƏNLƏRƏ YAMAN TANIŞSAN.
SATILMAQ SƏNİNÇÜN ADİDİR,SANKİ-
PULLU KİŞİLƏRİN SEKS MAŞINISAN.

GÖZÜNƏ SIXMISAN BÜTÜN DƏRDİNİ,
SƏHƏRDƏN GECƏYƏ ÇOX TƏLƏSMİSƏN.
ÇARPAYI ÜSTÜNDƏ QIZLIQ PƏRDƏNİ,
ŞƏHVƏT QAYÇISIYLA ÖZÜN KƏSMİSƏN.

ÜZÜYÜ KİM TAXIB O BARMAĞINA,
ƏMİDİR YOXSA Kİ DAYI BİLİNMİR?
AÇARI PUL OLAN “EŞQ OTAĞINA”,-
GİRİB-ÇIXANLARIN SAYI BİLİNMİR.

CAMAAT ! BİR KÖMƏK ELƏYİN MƏNƏ,
YATMAQ İSTƏYİRƏM,YATA BİLMİRƏM.
SƏRXOŞ KİŞİLƏRİN “AF,UF”LARINI,
AXI QULAĞIMDAN ATA BİLMİRƏM...

ÖRTÜN OTAĞIMIN PƏNCƏRƏSİNİ,
KƏSİN BU ZƏHRİMAR GÜLÜŞ SƏSİNİ !
İŞIĞI KEÇİRDİN,PƏRDƏNİ ÇƏKİN
ƏGƏR PƏNCƏRƏMDƏ PƏRDƏ YOXDURSA,-
PƏRDƏNİN YERİNƏ SİZ MƏNİ ÇƏKİN !

BƏLKƏ QULAĞIMA PAMBIQ TIXAYIM?
QONŞU QADININ DA ÇARPAYISI VAR...
HARDASA YENƏ DƏ “AF,UF” SƏSLƏRİ,
HARDASA ÇARPAYI CIRILTISI VAR...

BU GECƏ BEYNİMDƏ ÜSYANA ÇIXIB,
POZĞUN QADINLARIN DOLUSU,BOŞU...
SİZDƏN UTANIRAM MƏNDƏN UTANIN,
AXI BİZ HAMIMIZ QONŞUYUQ,QONŞU....
_________________
Qismət
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
Secde
V.I.P
Qızışan Üzv


Daxil ol: Sep 20, 2007
Mesajlar: 267

10347.0 Xal

MesajGöndərilib: C. Yan. 25, 2008 9:53 pm    Mesaj mətni: Sitatla cavab ver

fidan494 yazıb:
qisi yazıb:
HAMAM ƏHVALATI.

BİR DƏFƏ KİŞİLƏR HAMAMINDA İKİ YAŞLI KİŞİNİN SÖHBƏTİNƏ QULAQ MİSAFİRİ OLDUM.BİRİ O BİRİNƏ DEYİRDİ: “DüNƏN ƏLİMƏ SÜTÜL BİR QIZ DÜŞMÜŞDÜ....” MÜƏLLİFDƏN.

ƏVVƏL İNANMADIM QULAQLARIMA,
GÖZLƏDİM SÖZÜNÜ BİTİRSİN KİŞİ.
ELƏ DANIŞDI Kİ, GÖRDÜYÜ İŞİ-
GUYA ELƏDİYİ MƏHARƏT İMİŞ,
KİŞİLİK ADINA ZƏRURƏT İMİŞ.

DANIŞDI AYAĞIM-ƏLİM QURUDU,
SÖZ DEYƏ BİLMƏDİM DİLİM QURUDU.

NƏ ZAMAN KƏSƏCƏK BU MURDAR AXIN?
KİM OLSA DÖZMƏZDİ MƏNİM YERİMƏ.
KAFTARIN DEDİYİ SÖZƏ BİR BAXIN:
“SÜTÜL BİR QIZ DÜŞDÜ DÜNƏN ƏLİMƏ...”

O QIZI DÜZ YOLA ÇƏKMƏK YERİNƏ,
ONUN HƏYATINI KORLAMISAN SƏN.
BİRANLIQ DÜŞÜN Kİ, O QIZ YERİNƏ,
ÖZ DOĞMA QIZINI ZORLAMISAN SƏN.

DANIŞIB FƏRƏHDƏN SANKİ UÇURSAN,
XALQIN PAK OLMAĞA GƏLDİYİ YERDƏ-
MURDAR ƏMƏLLƏRDƏN SÖHBƏT AÇIRSAN.

SƏNİN DƏ EVİNDƏ ANAN,BACIN VAR
GÖRƏN NEYLƏYƏRSƏN SƏNƏ DESƏM Kİ,
ANANA,BACINA EHTİYACIM VAR...

DENƏN KİŞİLİYƏ YARAŞARMI BU?
KİŞİLİK- FÜRSƏTİ QAPMAQ DEYİLDİR.
KİŞİLİK-TƏRTƏMİZ EV QIZLARINDA,
NƏSƏ FAHİŞƏLİK TAPMAQ DEYİLDİR.

ÖZ ÇİRKİN İŞİNDƏN UTANMIRSANSA,
BARI HEÇ DANIŞMA O ÇİRKİNLİYİ.
NƏFSİNİ BOĞMAĞI BACARMIRSANSA,
ONDA NEYLƏYİRSƏN O KİŞİLİYİ?!

VALLAH SÖZ TAPMIRAM DAHA DİNMƏYƏ,
HAMAMDA QÜSSƏYƏ-KƏDƏRƏ BATDIM.
HAMAMA GETMİŞDİM TƏMİZLƏNMƏYƏ,
O GÜN MƏN HAMAMDAN KİRLİ QAYITDIM...


Təşəkkürlər Qismət :)

Jan Jak Russonun məşhur sözünü xatırlayıram : "insan yaxşıdır onu pozan cəmiyyətdir, əxlaq cəmiyyətə görə formalaşır"



Salam...
Fidan...
Cəmiyyət insanı dəyişməz. İnsan cəmiyyəti dəyişər. İndiki dövrdə hər kəs söhbət açılanda "zəmanə pis zəmanədir" deyərlər. Yadda saxlamaq lazımdır ki, zəmanənin heç bir dəyişikliyi yoxdur. İnsanlar çox dəyişib
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
Secde
V.I.P
Qızışan Üzv


Daxil ol: Sep 20, 2007
Mesajlar: 267

10347.0 Xal

MesajGöndərilib: C. Yan. 25, 2008 10:05 pm    Mesaj mətni: Re: Qismət Sitatla cavab ver

qisi yazıb:
Dostlar diqqətinizə görə hamınıza çox təşəkkür edirəm.Sahhat25 kaş yandırmayaydın o dəftərləri İslam ki, mənəviyyat dinidir o şeir kimi ruhani bir işin məhsulunu yandırmaq qərarı çıxartdırmamalıdır sənə.Mənim çox yaxın bir dostum var o da inanılmaz dərəcədə gözəl şəkillər çəkirdi və dinə görə bütün bloknotlarını yandırdı. indiyəcən ən çox yandığım hadisələrdən biridir.O vaxt mən ondan nəyi alıb kopyalaya bilmişdimsə özüm üçün ancaq o şəkillər qaldı...
məncə sənin və mənim o dediyimin dostumun etdiyi anlıq hissin qarşısında özünü itirmədir.Mən bu cür yanğınların əleyhinəyəm.Amma xoş məramlı yanğnlar var zənnimcə.
Məsələn.Bu saytda yayımlanan şeirlər hamısı mənim çap olunmuş kitabımdandı.Lakin o kitab çap olunandan və paylanandan sonra mən özümdə,evdə qalan həmin kitabın bütün nüsxələrini yandırdım.Bu bir növ yola çıxan səyyahı heç vaxt geri qayıtmamaq üçün arxadakı körpüləri yandırmasıdı.Mnə belə etdim ki,yeni və o kitabdan daha yaxşısını yazmağa özümü məcbur eləyim və eç vaxt özümü təkrar etməyim.
Ümid edirəm ki, sən yenidən yaxşı şeirlər dəftəri tərtib edəcəksən.Əvvəlkindən daha yaxşısını...
inan ki sən kimi və burda yazan bütün dostlar kimi şeirsevər ümumilikdə ədəbiyyat sevərlərə ehtiyacı var dünyanın.Ədəbiyyatın xüsusilə şeirin qırmızı kitaba düşməyindən çox qorxuram...Hamınıza bir daha sayğılar və sevgilər.


Qismət qardaş sənə sevgilərim var. Sənə hörmətlərim var. Heç üzülmə Azərbaycanda şer sənət ölməz.
Mənim şerlərdə bir mənəviyyatdan uzağlaşdırıcılıq görmörəm. İslam dinidə şeri pisləmir. Amma hansı şeri.
Qismət qardaşım, dostunda rəsimləri yandırıbsa inanıram ki mənim kimi düşünənlərdən olub bizim gəldiyimiz yolçu əhlindəndir.
Heç şerə qərəzim yoxdur. Mənim şerlərimi yandırmağımın məqsədin sənə açıqlayım ki, "QURAN" qədər həqiqəti yazan, Allah qədər gözəl rəssam, yaradıcı yoxdur. Bu baxımdan bizlər kimik ki..
Birdə əvəl yazdığım şerlər başıma gələn sevda oyunlarının hissləri idi. Bəzi Vətən və İlahi mövzulu şerləri saxlamaqdayım. İslam dini " Həqiqəti təmsil edən şerləri sevər və dəstəkləyər ki, insanların maariflənməsinə xidmət edir.
Sənin şerlərini oxuyuram. Həqiqətləri, bu gün yaşanan problemlərdən bəzilərinə toxunmusan. Bunun üçün sənə son və son dərəcə bir duam var ki, " Allah sənin qələmini həqiqət yolunda əskik etməsin!"
Hörmətlərim var. Amma və amma bizləri səhv başa düşmə!
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
qisi
Yeni Forumçu
Yeni Forumçu


Daxil ol: Nov 15, 2007
Mesajlar: 53
Şəhər/ölkə: Azərbaycan,Bakı
2682.8 Xal

MesajGöndərilib: C. Yan. 25, 2008 10:54 pm    Mesaj mətni: Qismət Sitatla cavab ver

sahhat25 sənin kimi anlayışlı oxucuya ehtiyacımız çoxdur.Mən nə demək istədiyini anladım.Zərrəcə yanlış anlama olmadı dostum.Xoş sözlər üçün də ayrıca çox sağ ol.Allah hamımızın köməyi olsun.
Bu saytdakı oxucular qavrama,dərketmə baxımından çox yüksək səviyyəli oxuculardı.Ona görə yox ki yazdıqlarımı bəyənib ,bəzən layiq olmadığım mərtəbədə məni tərfi edirlər.Ona görə ki,mən cansız,soyuq ekranın qarşısından onların səmimiyyətini hiss eləyirəm.Hamınız çox sağ olun.
_________________
Qismət
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
Sindy
V.I.P
Fəal İstifadəçi


Daxil ol: Dec 24, 2006
Mesajlar: 631
Şəhər/ölkə: Baki
11062.7 Xal

MesajGöndərilib: C. Yan. 25, 2008 11:52 pm    Mesaj mətni: Sitatla cavab ver

Qismet serleriniz gercekden insana lezzet edir.tesekkurler...
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
Dervich
Yeni Forumçu
Yeni Forumçu


Daxil ol: Oct 26, 2007
Mesajlar: 34

1539.0 Xal

MesajGöndərilib: Ş. Yan. 26, 2008 12:36 am    Mesaj mətni: Re: Qismət Sitatla cavab ver

qisi yazıb:
HAMAM ƏHVALATI.



O QIZI DÜZ YOLA ÇƏKMƏK YERİNƏ,
ONUN HƏYATINI KORLAMISAN SƏN.
BİRANLIQ DÜŞÜN Kİ, O QIZ YERİNƏ,
ÖZ DOĞMA QIZINI ZORLAMISAN SƏN.



VALLAH SÖZ TAPMIRAM DAHA DİNMƏYƏ,
HAMAMDA QÜSSƏYƏ-KƏDƏRƏ BATDIM.
HAMAMA GETMİŞDİM TƏMİZLƏNMƏYƏ,
O GÜN MƏN HAMAMDAN KİRLİ QAYITDIM...


Halal olsun !!! Oxuyanda tüklərim biz - biz durdu . Cəmiyyətə örnək bir şeir .
Yalandan nə tərif deyim sənə , istedadın göz qabağındadır .
Amma nöqsanın ondadır ki tələsirsən . Bir yazdığına bir də qayıtmırsan ... Bir də çalış ki həmişə mənaca geniş , məzmunca qısa yaz ...
Uğur olsun , qəlminə qüvvət .

_________________
Sözün böyüyü böyüyün sözüdür .
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
qisi
Yeni Forumçu
Yeni Forumçu


Daxil ol: Nov 15, 2007
Mesajlar: 53
Şəhər/ölkə: Azərbaycan,Bakı
2682.8 Xal

MesajGöndərilib: Ş. Yan. 26, 2008 10:48 pm    Mesaj mətni: Qismət Sitatla cavab ver

hamınıza minnətdaram bəyəndiyinizə sevindim.


Küçədə qalmaq

Otaq tənha... şəhər tənha... küçə boş...
Nə bir maşın , nə də ki, bir adam var.
Ağladıqca küçələrdə başıboş,
Ulduz-ulduz xatırlanır xəyallar.

Bir həsrətin , bir bu küçə , bir də mən
Səhərəcən gəzişmişik üçümüz.
Nə bu həsrət, nə bu küçə, nə də mən
Fəqət bundan xəbərsizik özümüz.

Sənsiz gəzişərək səni gəzmişəm,
Axıb göz yaşlarım küçə dilində...
Soyuq gözlərini görə bilmişəm,
Küçə lampasının işıq selində.

Küçə bomboş, küçə soyuq , küçə dar
Kimsə dondurmamı əlimdən alıb... ?
Yəqin eşitmisən belə məsəl var,
Deyirlər : filankəs küçədə qalıb...
_________________
Qismət
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
Sindy
V.I.P
Fəal İstifadəçi


Daxil ol: Dec 24, 2006
Mesajlar: 631
Şəhər/ölkə: Baki
11062.7 Xal

MesajGöndərilib: Ş. Fev. 02, 2008 4:54 pm    Mesaj mətni: Sitatla cavab ver

məyus tesekkurler....
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
qisi
Yeni Forumçu
Yeni Forumçu


Daxil ol: Nov 15, 2007
Mesajlar: 53
Şəhər/ölkə: Azərbaycan,Bakı
2682.8 Xal

MesajGöndərilib: B.e. Fev. 04, 2008 10:51 pm    Mesaj mətni: Qismət Sitatla cavab ver

Salam dostlar.Mənə mesaj gəlib ki qrupa üzv seçilmişəm.Nə etməli olduğumu bilmirəm ?Lütfən yardım edim.
_________________
Qismət
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
qisi
Yeni Forumçu
Yeni Forumçu


Daxil ol: Nov 15, 2007
Mesajlar: 53
Şəhər/ölkə: Azərbaycan,Bakı
2682.8 Xal

MesajGöndərilib: ç.a. Fev. 12, 2008 9:05 pm    Mesaj mətni: Qismət Sitatla cavab ver

ƏN BALACA BÖYÜK.

YERİMƏK İSTƏDİ İNSANLAR KİMİ,
QUŞ KİMİ SƏMADA UÇMAQ İSTƏDİ...
OYUNCAQ MAŞININ DALINCA QAÇAN,
DİLİ SÖZ TUTMAYAN TƏZƏ DİL AÇAN,
KÖRPƏ UŞAQLAR TƏK QAÇMAQ İSTƏDİ...

BAĞIRDI, ÇIĞIRDI DUYAN OLMADI,
ONU İT YERİNƏ SAYAN OLMADI.
ALLAH EŞİTMƏDİ ONUN SƏSİNİ,
QIZIŞDI... İNADI YORMAQ İSTƏDİ.
AĞILLI DÜŞÜNƏN İNSANLAR KİMİ,
YARATMAQ İSTƏDİ,QURMAQ İSTƏDİ.

ONU BU DÜNYADA HEY ƏZİRDİLƏR,
HƏYATI BUGÜNLÜK, SABAHLIQ İDİ.
İNSANLAR ONUNÇÜN ALLAH İDİLƏR,
ONUN DA ARZUSU ALLAHLIQ İDİ...

BƏLKƏ DƏ DÜŞÜNƏ BİLMİRDİ HƏLƏ?...
BƏLKƏ DÜŞÜNMƏYİ GÜNAH SAYIRDI?
DOĞUŞDAN O QƏDƏR ƏZİLMİŞDİ Kİ,
HƏCMCƏ ÖZÜNDƏN BÖYÜK HƏR ŞEYİ-
YARADAN SAYIRDI, ALLAH SAYIRDI.

YUXARI BAXIRDI HƏR TƏRƏF ALLAH,
AŞAĞI BAXIRDI YER TORPAQ İDİ.
ONUNÇÜN HƏM SƏVAB, HƏM DƏ Kİ,GÜNAH
ELƏ OLDUĞU TƏK DOĞULMAQ İDİ.

GÖZÜNÜ AÇANDAN DÖRD BİR TƏRƏFDƏ,
KİMİNSƏ YA TOYU YA MATƏMİYDİ...?
O İNDİ BU YALQIZ GÖRKƏMİ İLƏ,
YERİYƏN QARA BİR NÖQTƏ KİMİYDİ.

BİLSƏ BU DÜNYAYA GƏLMƏZDİ MƏNCƏ,
ONUN İZTİRABI TAMAM BAŞQAYDI.
O HEÇ NƏ ELƏYƏ BİLMƏZDİ MƏNCƏ,
O AXI SADƏCƏ BİR QARIŞQAYDI...

GÖRƏN QARIŞQALAR NƏYƏ İNANIR,
GÖRƏSƏN ONLARIN DİNLƏRİ VARMI?
GÖRƏN ONLARDA DA NAMAZ ,İBADƏT
GÖRƏN ONLARIN DA CİNLƏRİ VARMI?

AÇDI GÖZLƏRİNİ İNSANI GÖRDÜ...
NƏ ALLAH TANIDI,NƏ NAMAZ QILDI.
ÖZÜ ÖZ GÖZÜNDƏ NÖQTƏYƏ DÖNDÜ,
ÖZÜ ÖZ GÖZÜNDƏ BİRDƏN SIXILDI...


VƏ BİR GÜN DÜŞÜNƏ BİLMƏDİ DAHA...


NÖQTƏ TƏK YAŞAYAN, ÖLDÜ YEKƏLDİ
HARDASA BİR MƏZAR DAŞI DİKƏLDİ.
MÜŞFİQİN,CAVİDİN BAŞINA GƏLƏN,
BÜTÜN DÜŞÜNMƏYİ BACARANLARIN,
BAŞINA GƏLƏNLƏR BAŞINA GƏLDİ.

QIRILDI QƏLBİNDƏ ÜSYAN SƏSLƏRİ,
O ÖLDÜ...ORTADA BİR SÜKUT GƏZDİ.
MÜŞFİQTƏK,CAVİDTƏK DAHİ KƏSLƏRİ,
ƏZƏLƏNLƏR AXIRDA ONU DA ƏZDİ.

EY İNSAN OLMAĞA CAN ATAN YAZIQ !
BÖYÜSƏN ÖZÜNDƏN UTANACAQSAN.
İNSAN İNSANLIĞI BACARA BİLMİR,
SƏN AXI NƏ CÜRƏ BACARACAQSAN?

AYAQLAR ALTINDA ÖLƏN QARIŞQA,
ÖLDÜ... BİR CƏSƏDDƏN YENƏ DOĞULDU.
DÜNYAYA NÖQTƏ TƏK GƏLƏN QARIŞQA,
ÖZÜ ÖZ ÖMRÜNÜN NÖQTƏSİ OLDU.

YOXLUĞUN ÖLƏNDƏ YOX OLDUĞUN YOX,
YAŞAYIB GÖRÜNMƏZ OLDUĞUN GÜNDÜ.
ƏSAS NƏ CİLDİNDƏ DOĞULDUĞUN YOX,
ƏSAS NƏYİ,NECƏ DÜŞÜNDÜYÜNDÜ.
_________________
Qismət
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
Anel
Nəzarətçi
Nəzarətçi


Daxil ol: Oct 26, 2007
Mesajlar: 845
Şəhər/ölkə: Sankt-Peterburq, Rusiya..Azəriyəm
27553.8 Xal

MesajGöndərilib: C.a. Fev. 14, 2008 10:03 pm    Mesaj mətni: Re: Qismət Sitatla cavab ver

qisi yazıb:
Ədəbiyyatın xüsusilə şeirin qırmızı kitaba düşməyindən çox qorxuram...Hamınıza bir daha sayğılar və sevgilər.


Gec də olsa fikrimi bildirmək istəyirəm. Mən sizin bu sözlərinizlə bir tərəfdən razılaşıram, digər, tərəfdən yox. Razılaşmıram ona görə ki, sizin kimi şer sevənlərimiz, yazanlarımız şükr allaha ki var. Ədəbiyyatımız bu növü ilə məncə "qırmızı kitaba" düşməz. Mən demirəm ki, çoxdur şer yazanlarımız, yox, amma var..
Razılaşıram ona görə ki, Azərbaycan ədəbiyyatının hekayə, roman, nağıl və s. bunun kimi digər janrları ilə "qırmızı kitaba" düşəcəyindən ehtiyat edirəm. Zənnimcə təəssüflər olsun ki, ədəbiyyatımızda bu janrların inkişafı poeziyayla, şerlə müqaisədə daha zəifdir, geridədir. İstərdim ki, ədəbiyyatımız hər tərəfli inkişaf etsin. Bütün janrlarında artım, fəaliyyət olsun, "Oxumaq" və "Yazmaq" ön planda olsun.
Sizin şerlərinizi isə əvvəlcə də buyurduğum kimi, çox bəyənirəm. Necə deyərlər sükanı belə saxlayın. Daha-daha irəliləyişlər, uğurlar, kitablar... arzu edirəm.
_________________
Blogum: Mürəkkəb dolu qələm.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
Anel
Nəzarətçi
Nəzarətçi


Daxil ol: Oct 26, 2007
Mesajlar: 845
Şəhər/ölkə: Sankt-Peterburq, Rusiya..Azəriyəm
27553.8 Xal

MesajGöndərilib: C. Fev. 15, 2008 4:21 pm    Mesaj mətni: Sitatla cavab ver

BİR GECƏ, BİR BİZ, BİRDƏ Kİ İŞIQ.

Bir gecə, bir sən, bir də ki, işıq
Üçüdə fikrimi rahat qoymayır.
Düşüncələr tarmar, beynim qarışıq,
Parlaq zülmətindən işıq yanmayır.

Bir gecə, bir mən, birdə ki işıq
Üçüdə səninlə səni arayır.
Alovun gün kimi, ocağın yanıq,
Nə fayda zülmətimə ki zəfər çalmayır.

Bir gecə, bir biz, birdə ki işıq
Ay da sevgimizə şahid durmayır.
Güclü olsa da indi aydınlıq,
İşıq qürrələnməyə imkan tapmayır.
_________________
Blogum: Mürəkkəb dolu qələm.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
fidan494
.
.


Daxil ol: Dec 25, 2006
Mesajlar: 1551

30768.1 Xal

MesajGöndərilib: Ş. Fev. 16, 2008 9:10 pm    Mesaj mətni: Sitatla cavab ver

Anel yazıb:
BİR GECƏ, BİR BİZ, BİRDƏ Kİ İŞIQ.

Bir gecə, bir sən, bir də ki, işıq
Üçüdə fikrimi rahat qoymayır.
Düşüncələr tarmar, beynim qarışıq,
Parlaq zülmətindən işıq yanmayır.

Bir gecə, bir mən, birdə ki işıq
Üçüdə səninlə səni arayır.
Alovun gün kimi, ocağın yanıq,
Nə fayda zülmətimə ki zəfər çalmayır.

Bir gecə, bir biz, birdə ki işıq
Ay da sevgimizə şahid durmayır.
Güclü olsa da indi aydınlıq,
İşıq qürrələnməyə imkan tapmayır.



Təşəkkürlər Anel, romantikadır başdan - ayağa Very Happy
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
montoya
Azeri.net Sevdalısı
Azeri.net Sevdalısı


Daxil ol: Aug 16, 2007
Mesajlar: 1542

29725.3 Xal

MesajGöndərilib: B.e. Fev. 18, 2008 4:40 pm    Mesaj mətni: Sitatla cavab ver

dün sabah erken uyandım gittim sana güller aldım mutlu ol diye
bu sabah gittiğini anladım ağladım sana şarkı yazdım sonsuz ol diye
unutulsanmı unutmasammı saklansanda bi köşede benle yaşlansanmı
_________________
İKİNCİ BAHAR YAŞIYOR ÖMRÜM
GEL BENİM YARİM OLUVER ŞİMDİ
SENİ GÜL GİBİ ÖPE KOKLAYA
GÖZÜMDEN DİLİMDEN SAKINIR SAKLAR
BUGÜN Kİ AKLIMLA SEVERİM ŞİMDİ


Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
Anel
Nəzarətçi
Nəzarətçi


Daxil ol: Oct 26, 2007
Mesajlar: 845
Şəhər/ölkə: Sankt-Peterburq, Rusiya..Azəriyəm
27553.8 Xal

MesajGöndərilib: B.e. Fev. 18, 2008 4:57 pm    Mesaj mətni: Sitatla cavab ver


fidan494 yazıb:
Anel yazıb:
BİR GECƏ, BİR BİZ, BİRDƏ Kİ İŞIQ.

Bir gecə, bir sən, bir də ki, işıq
Üçüdə fikrimi rahat qoymayır.
Düşüncələr tarmar, beynim qarışıq,
Parlaq zülmətindən işıq yanmayır.

Bir gecə, bir mən, birdə ki işıq
Üçüdə səninlə səni arayır.
Alovun gün kimi, ocağın yanıq,
Nə fayda zülmətimə ki zəfər çalmayır.

Bir gecə, bir biz, birdə ki işıq
Ay da sevgimizə şahid durmayır.
Güclü olsa da indi aydınlıq,
İşıq qürrələnməyə imkan tapmayır.



Təşəkkürlər Anel, romantikadır başdan - ayağa Very Happy


Dəyməz canımVery Happy.. . Arada əsir bu romantik havalar Embarassed .
_________________
Blogum: Mürəkkəb dolu qələm.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
Mesajları göstər:   
Yeni mövzu aç   Cavab göndər     Forumun əsas səhifəsi » Ədəbiyyat Bütün saatlar GMT + 5 Saat
Səhifə Əvvəlki  1, 2, 3, 4, 5, 6, 7, 8, 9  Sonrakı
7 səhifə (Cəmi 9 səhifə)

 
Keç:  
Bu forumda yeni mövzu aça bilməzsiniz.
Bu forumdakı mesajlara cavab verə bilməzsiniz.
Bu forumdakı mesajlarınızı düzəldə biməzsiniz.
Bu forumdakı mesajlarınızı silə bilməzsiniz.
Bu forumdakı sorğularda səs verə bilməzsiniz.

Powered by www.Azeri.net

Chat - Sevgi - Məhəbbət - MP3 - Azerbaijan - Azerbaycan - Azərbaycan - Азербайджан