Daxil ol: Oct 26, 2007 Mesajlar: 836 Şəhər/ölkə: Sankt-Peterburq, Rusiya..Azəriyəm 27289.6 Xal
Göndərilib: B.e. Yan. 28, 2008 7:11 pm Mesaj mətni:
ÇARLES BUKOVSKI (Tərcümə:Oqtay Hacımusali)
"YARPAQLARIN FACIƏSI"...
Dodaqlarım qurumuşdu. Oyandım və otlar ölmüşdü,
dibçəkdəki güllər qarğıdalı kimi saralmış;
qadınım çıxıb getmişdi
və boş şüşələr qanı qurumuş cəsədlər kimi
bürüdü məni işə yaramazlıqları ilə
günəş hələ göydəydi ancaq,
və ev sahibəmin qeydi bükülmüşdü
xoş və tələbsiz sarı kağıza; indi ehtiyac duyduğum
gülməli bir aktyordur, təxminən qədim təlxəklər kimi
absurd acı ilə zarafat edəcək və məni güldürəcək; acı absurddur
çünkü mövcuddur, bu haqda danışmayacağam
diqqətlə üzünü qırxdım köhnə bir ülgüclə
bir zamanlar gənc olan və
hamının dahi adlandırdığı adamın; ancaq
əslində yarpaqların faciəsi budur məncə,
şiş otlar, ölü bitkilər;
və qaranlıq bir dəhlizdə addımladım
ev sahibəmin dayandığı
bütün nifrətiylə əlini belinə qoyub,
sallayıb şişman, tərli qollarını
cəhənnəmə ki, pulun yoxdur deyə qışqırır
qışqırır kirayə pulunu ver deyə
çünki çaşmışdı dünya
ikimizə qarşı da. _________________ Blogum: Mürəkkəb dolu qələm.
Daxil ol: Oct 26, 2007 Mesajlar: 836 Şəhər/ölkə: Sankt-Peterburq, Rusiya..Azəriyəm 27289.6 Xal
Göndərilib: B.e. Yan. 28, 2008 7:38 pm Mesaj mətni:
Mirzə Ələkbər Sabir.
UŞAĞIM.
Ay başı daşdı kişi, dinmə, uşaqdır uşağım!
Nə eəəb vaxtıdı, qoy söysün, ufaqdır uşağım!
Atanın goru üçün, boşda bu tifli başına,
Keyfinə dəymə, söyə ya sənə, ya qardaşına,
Indicə-indicə ancaq yetir on bir yaşına,
Əqli kəsmir, hələ bir körpə uşaqdır uşağım!
Nə ədəb vaxtıdı, qoy söysün, ufaqdır uşağım!
Bir söyüşdən ötəri etmə əziyyət balama,
Göyərib coşma, utan, qonşuları yığma dama,
Sənə söydükləri getsin başı batmış atama,
Qışqırıb bağrını da yarma, uşaqdır uşağım!
Nə ədəb vaxtıdı, qoy söysün, ufaqdır uşağım!
Ax, nə yaxşı kişidir qonşumuz Ağcanın əri, -
Oğlu söydükcə fərəhden açılır balü pəri;
Yoxsa, ay hərzə kişi, bir quru sözdən ötəri
Darıxırsan, deməyirsən ki, uşaqdır uşağım!
Ne ədəb vaxtıdı, qoy söysün, ufaqdır uşağım!
Kişi, az söylə mənə bir dəxi məktəb sözünü!
Yəni məktəblə uşaq kamil edərmiş özünü?
Bir söyüşdən yana az danla bu tiflin üzünü!
Sozu ləzzətli, şirin dilli uşaqdır uşağım!
Nə ədəb vaxtıdı, qoy söysün, ufaqdır uşağım!
Deyilik erməni, zayə edək övladımızı,
Oxudaq gözləri açılmamış ehfadımızı,
Görmüşəm elm oxumuş heyvərə damadımızı,
Qoymaram mektəbə, bir qabil uşaqdır uşağım!
Nə ədəb vaxtıdı, qoy söysün, ufaqdır uşağım! _________________ Blogum: Mürəkkəb dolu qələm.
Göndərilib: B.e. Yan. 28, 2008 7:48 pm Mesaj mətni:
Anel yazıb:
ÇARLES BUKOVSKI (Tərcümə:Oqtay Hacımusali)
"YARPAQLARIN FACIƏSI"...
Dodaqlarım qurumuşdu. Oyandım və otlar ölmüşdü,
dibçəkdəki güllər qarğıdalı kimi saralmış;
qadınım çıxıb getmişdi
və boş şüşələr qanı qurumuş cəsədlər kimi
bürüdü məni işə yaramazlıqları ilə
günəş hələ göydəydi ancaq,
və ev sahibəmin qeydi bükülmüşdü
xoş və tələbsiz sarı kağıza; indi ehtiyac duyduğum
gülməli bir aktyordur, təxminən qədim təlxəklər kimi
absurd acı ilə zarafat edəcək və məni güldürəcək; acı absurddur
çünkü mövcuddur, bu haqda danışmayacağam
diqqətlə üzünü qırxdım köhnə bir ülgüclə
bir zamanlar gənc olan və
hamının dahi adlandırdığı adamın; ancaq
əslində yarpaqların faciəsi budur məncə,
şiş otlar, ölü bitkilər;
və qaranlıq bir dəhlizdə addımladım
ev sahibəmin dayandığı
bütün nifrətiylə əlini belinə qoyub,
sallayıb şişman, tərli qollarını
cəhənnəmə ki, pulun yoxdur deyə qışqırır
qışqırır kirayə pulunu ver deyə
çünki çaşmışdı dünya
ikimizə qarşı da.
Göndərilib: B.e. Yan. 28, 2008 8:33 pm Mesaj mətni:
Anel yazıb:
Mirzə Ələkbər Sabir.
UŞAĞIM.
Ay başı daşdı kişi, dinmə, uşaqdır uşağım!
Nə eəəb vaxtıdı, qoy söysün, ufaqdır uşağım!
Atanın goru üçün, boşda bu tifli başına,
Keyfinə dəymə, söyə ya sənə, ya qardaşına,
Indicə-indicə ancaq yetir on bir yaşına,
Əqli kəsmir, hələ bir körpə uşaqdır uşağım!
Nə ədəb vaxtıdı, qoy söysün, ufaqdır uşağım!
Bir söyüşdən ötəri etmə əziyyət balama,
Göyərib coşma, utan, qonşuları yığma dama,
Sənə söydükləri getsin başı batmış atama,
Qışqırıb bağrını da yarma, uşaqdır uşağım!
Nə ədəb vaxtıdı, qoy söysün, ufaqdır uşağım!
Ax, nə yaxşı kişidir qonşumuz Ağcanın əri, -
Oğlu söydükcə fərəhden açılır balü pəri;
Yoxsa, ay hərzə kişi, bir quru sözdən ötəri
Darıxırsan, deməyirsən ki, uşaqdır uşağım!
Ne ədəb vaxtıdı, qoy söysün, ufaqdır uşağım!
Kişi, az söylə mənə bir dəxi məktəb sözünü!
Yəni məktəblə uşaq kamil edərmiş özünü?
Bir söyüşdən yana az danla bu tiflin üzünü!
Sozu ləzzətli, şirin dilli uşaqdır uşağım!
Nə ədəb vaxtıdı, qoy söysün, ufaqdır uşağım!
Deyilik erməni, zayə edək övladımızı,
Oxudaq gözləri açılmamış ehfadımızı,
Görmüşəm elm oxumuş heyvərə damadımızı,
Qoymaram mektəbə, bir qabil uşaqdır uşağım!
Nə ədəb vaxtıdı, qoy söysün, ufaqdır uşağım!
sağol Anel,
bu mövzuda "oxutmuram əl çəkin" i daha çox bəyənirəm
Oğul mənimdir əgər, oxutmuram, əl çəkin!
Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin!
Dinə zərərdir, zərər, oxutmuram, əl çəkin!
Mirzə Fətəli Azundzadə XIX əsr azərbaycan ədəbiyyatının ən qüdrətli sənətkarlarından biridir (1812-1878). O, ədəbiyyat tariximizdə daha çox dramaturq kimi məşhurdur. Yazıçı 1850-1855- ci illərdə yazdığı altı komediya ilə milli dramaturgiyanın əsasını qoymuşdur. Mən istəyirəm ki, həmən altı əsər haqqında burda yazam. Vaxt məhdudluğuna görə onları bir-bir yazacağam.
M.F. Axundzadənin ilk dram əsəri Hekayəti-Molla İbrahimxəlil kimyagər komediyasıdır. (1850-ci il).
1.
"HEKAYƏTİ-MOLLA İBRAHİMXƏLİL KİMYAGƏR"..
Komediyada həm avamlıq və gerilik, həm də fırıldaqçılıq tənqid olunur.
Əsərin əsas tənqid hədəfləri "Nuxulular" və Molla İbrahimxəlildir. Nuxulular bir tərəfdən avam və nadan, digər tərəfdən isə tamahkar və acıgözdürlər. Məhz buna görə də onlar fırıldaqçı kimyagərin toruna düşürlər. Nuxulular komediyanın ilk məclisində Hacı Nurunun dili ilə təqdim edilən bu şəxslərdən ibarətdir:
-Böhtançılıq üstündə sürgün edilən və iflasa uğrayan mülkədar Səfər bəy.
-Oğurluqla pul qazanan, qızıla mis qatan zərgər Hacı Kərim.
-Dəllək olduğu halda həkimlik edən Ağa Zaman.
-Adını düz yaza bilmədiyi halda mollalıq edən Molla Salman.
-Sələmçilik yolu ilə xalqı soyan Məşədi Cabbar.
Molla İbrahimxəlil də komediyanın əsas gülüş hədəfidir. O, nuxuluların avamlıq və acıgözlüyündən məharətlə istifadə edir və bununla özünü mötəbər bir ruhani və kimyagər kimi təqdim edir. Əslində isə fırıldaqçı olan bu şəxs nuxuluları aldadaraq, pullarını ələ keçirir, necə deyərlər- özəlləşdirir, mənimsəyir.
Komediyada mənfi tiplərə qarşı qoyulan Şair Hacı Nurudur. O, ağıllı və namuslu bir ziyalıdır. Müəllif onun vasitəsilə nadanlıq və cəhaləti ifşa edir. _________________ Blogum: Mürəkkəb dolu qələm.
2.
"HEKAYƏTİ – MÜSYÖ JORDAN HƏKİMİ – NƏBATAT VƏ DƏRVİŞ MƏSTƏLİ ŞAH CADUKİNİ – MƏŞHUR" (1850-Cİ İL).
Qısaca olaraq "HEKAYƏTİ - MÜSYÖ JORDAN VƏ DƏRVİŞ MƏSTƏLİ ŞAH"
M.F.Axunzadənin 2-ci komediyası olan bu əsərində maarifçi ideyaları daha geniş surətdə əks olunur. Burda avamlıq, cadugərlik tənqid, maarifçilik isə təbliğ olunur. Əsər maarifçi ideyası ilə avamlığın toqquşması üzərində qurulmuşdur.
Təklə-Muğan obasının mülkədarı Hatəmxan ağanın qardaşı oğlu Şahbaz bəy əmisinin qızı Şərəfnisə xanıma nişanlıdır. Şahbaz fransız həkimi Müsyo Jordanla birgə Parisə gedib fransız dlini öyrənmək və Qərb adətləri ilə tanış olmaq istəyir. Bu isə Şahbaz bəyin nişanlısının və qaynanasının heç xoşuna gəlmir, onlar narahat olurlar və bunun qarşısını almaq məqsədilə cadugər Məstəli Şaha müraciət edirlər. Məstəli şah isə Parisi partladacağını və Şahbaz bəyin ora gedə bilməyəcəyini söyləyir. O, oyuncaq düzəldir, onu çomağı ilə vurub uçurur. Təsadüfən elə bu vaxt, bu an Fransada, Parisdə inqilab baş verir və Şahbaz bəy Müsyö Jordanla Parisə gedə bilmir.
Məstəli şah komediyanın əsas gülüş, tənqid hədəfidir. O, fırıldaqçı, çoxbilmiş, hiyləgər, ikiüzlüdür dərvişdir. O xanımları aldadaraq uçurtduğu oyuncağın dağılması ilə Parisi partlatmasına özü də təəccüblənir. Axı əlindən bir şey gəlmədiyini, yalançı olduğunu özü də bilir.
Komediyadakı qadın surətləri gülüş hədəfi kimi verilsə də, yazıçı onlarının daxilinin saflığını da açıq-aşkar göstərmişdir.
Şərəfnisə Şahbaz bəyi sevir və qısqanır. O, qorxur ki, Şahbaz bəyin Parisə gedib fransız qızlara baş qoşacaqacağını düşünərək, ağlayıb, göz yaşı tökür.
Şəhrəbanu xanım da aıqürəkli, avam qadındır. O da qızı kimi fikirləşir.
Qadınlar avamlıqları üzündən elə hesab edirlər ki, dərviş Məstəli şahın cadusunun təsiri ilə Şahbaz bəy Parisə gedə bilmir. Onlar Şahbaz bəyə və M.Jordana qalib gəldiklərini düşünürlər.
Müsyö Jordan nəbatat alimidir. O Fransadan Qarabağa gələrək buraların bitki aləmini öyrənmək istəyir.
Müsyö Jordan ədəbiyyatımızda ilk qərbli surətdir.
Hatəmxan ağa isə komediyada müsbət surətdir. O, Təklə-Muğanlı obasının mülkədarıdır. O, ağıllı, bacarıqlı, qonaqpərvər insan, müasirliyə, təhsilə müsbət münasibət bəsləyir. Qardaşı oğlu Şahbaz bəy onun sayəsində yaxşı təhsil alır, ərəb, fars, rus dillərini öyrənir. O, Şahbaz bəyin Müsyö Jordanla Parisə getməsini istəyir..
Komediyadakı Şahbaz bəy isə, oxumaq istəyən, yeni həyat tərzi haqqında düşünən, Qərb mədəniyyəti ilə də tanış olmaq istəyən gənc surətdir. O, dövrünə görə yetəri qədər təhsil almışdır. Amma o bununla kifayətlənmir, o fikirləşir ki, yaxşı mövqe üçün, ad-san qazanmaqçün bu təhsil kifayət deyil. Amma 1848-ci il Fransa inqilabı Şahbaz bəyin Fransaya gedib, təhsil almaq arzusunu gözündə qoyur.
Bu əsər yazılandan sonra rus dilinə tərcümə edilmişdir və Kavkaz qəzetində hissə-hissə nəşr olunmuşdur. Komediya ilk dəfə 1852-ci ildə rus dilində Sankt-Peterburqda bu əsər ailə teatrında tamaşaya qoyulmuşdur.
Azərbaycanda isə film belə çəkilmişdir. _________________ Blogum: Mürəkkəb dolu qələm.
Düzəldin: Anel, son düzəliş: C.a. Yan. 31, 2008 6:18 pm, cəmi 2 dəfə
Həqiqətəndə Fidan, M. F. Axunzadə qüdrətli, novator, yenilikçi sənətkar olub. XIX əsr Azərbaycan ədəbiyyatının tarixi demək olar ki, Mirzə Fətəli dövrü kimi məşhurdur. Çünki, ədəbiyyatımızda milli dramaturgiyanın, yeni raelist bədii nəsrin yaranması, milli teatrın yaranması və inkişafı onun adı ilə bağlıdır. Bundan əlavə fəlsəfi publisistikanın və ədəbi tənqidin görkəmli nümayəndəsidir. Həmdə onun yaradıcılığı onun yeni-yeni ədəbi, insan xarakterinə məxsus, orijinal ideyalarının zənginliyi ilə ədəbiyyatımızda xüsusi yer tutur. Sözüm ondadır ki, Azərbaycan ədəbiyyatı tarixində xüsusi bir mərhələ var ki, o da Mirzə Fətəli Axundzadə yaradıcılığının adı ilə bağlıdır.
O Avropa ölkələrində də yaxşı tanınmış bir sənətkar kimi bilinmidir. Hətta XIX yüzillikdə onu Avropalılar "Azərbaycan Molyeri" adlandırmışdılar.
Axunzadə əlifba üzərində də dəri işləyən bir sənətkar olmuşdur. 1857-ci ildən ömrünün sonunadək ərəb əlifbasını islah etmək sahəsindəçalışıb, amma, nə qədər çalışsa da, təəssüf ki, istəyinə nail ola bilməmişdir. Hətta bu barədə o farsca yazdığı, avtobioqrafik məzmunlu "Yeni əlifba haqqında mənzumə" adlı şerində də ərəb əlifbasının islahı uğrundakı mübarizəsinin nəticəsiz qaldığından şikayət edir. Bu arada Bu şer haqqında da bircə cümlə ilə, azacıq məlumat vermiş oldum .
-Mən fəxr edirəm ki, belə bir sənətkarlar yetişmiş yurdun övladıyam. _________________ Blogum: Mürəkkəb dolu qələm.
Daxil ol: Oct 26, 2007 Mesajlar: 836 Şəhər/ölkə: Sankt-Peterburq, Rusiya..Azəriyəm 27289.6 Xal
Göndərilib: C. Fev. 08, 2008 7:48 pm Mesaj mətni:
Qayıdıram M. F. Axundzadənin komediyalarına. Yəni davam edirəm.
3. "HEKAYƏTİ-XIRS QULDURBASAN". (1851-ci il)
Hekayəti-xırs quldurbasan Axundzadənin 3-cü komediyasıdır.
Əsərdə bütün hadisələr "Şəmsəddin mahalında" baş verir. Əsərdə qarşılıqlı, müstəqil yəni azad məhəbbət təbliğ edilir və bununla yanaşı qadın hüquqsuzluğu tənqid edilir. Yoxsul oğlan olan Bəhram varlı bir qız olan Pərzadı sevir. Bu məhəbbət qarşılıqlıdır. Bayram səmimi, cəsur, açıqürəkli yəni bir sözlə yaxşı xüsusiyyətlərə malık bir gəncdir. Və bütün məhəbbət hekayələrində olduğu kimi, bu məhəbbətə də mane olanlar var. Yəni Pərzadın əmisi onu öz oğlu Tarverdiyə nişanlayır. Pərzad da Bayramı çox sevir, amma atası öldüyü üçün əmisinin istəyini yerə salmayaraq, ona qarşı çıxa bilmir və Tarverdiyə nişanlanmağa razılıq verir. Komediyanın əsas komik surətdir. O qorxaq, key, yalan danışan, ikiüzlü biridir. Bayram isə sevgilisindən heç ayrılmaq istəmir və ona qovuşmaq üçün Tarverdinin aldadaraq, onu quldurluq etməyə göndərir. Tarverdi quldurluqda həbs olunur və Bayram təbii ki, öz istəyinə çatır. Amma Bayram namuslu bir gənc olduğundan Tarverdini o yola vadar etdiyindən və onun həbs olunmasından dolayı narahat olur və günahı öz boynuna alır. _________________ Blogum: Mürəkkəb dolu qələm.
Daxil ol: Oct 26, 2007 Mesajlar: 836 Şəhər/ölkə: Sankt-Peterburq, Rusiya..Azəriyəm 27289.6 Xal
Göndərilib: C. Fev. 15, 2008 2:59 pm Mesaj mətni:
4. "HEKAYƏTI – VƏZIRI – XANI – LƏNKƏRAN" (1851-ci il)
Mirzə Fətəli Axundzadənin 4-cü komediyası olan Hekayəti-vəziri-xani-Lənkəran ailə-məişət mövzusunda yazılmışdır. Və adından da göründüyü kimi xanlıqlar dövründən bəhs edir. Bu komediyada xanlıqlar dövrünün üzvləri sayılan hakimlərdən, yəni bacarıqsız saray xadimlərindən, onların yalançı, ikiüzlü və yaltaqlıqlarından bəhs edilir (təbii ki tənqid edilir).
Əsas surətlər, yəni tənqid hədəfləri Lənkəran xanı və vəzir Mirzə Həbibdir. Əsərdə müsbət surət isə Xanın qardaşı oğlu olan Teymur ağadır.
Xan Mirzə Həbib ağılzsız, bacarıqsız, nadan və zalım bir surətdir. Əsərdə göstərilir ki, xan bir tərəfdən gülməli, mənasız hökmlər verir, digər tərəfdən isə işlərinin aşıb-daşdığından şikayətlənərək, özünü xalqın dərdlərinə yanan bir xan kimi bildirir. Yəni hərəkətlərlə fikirlər bir-birinə tam ziddir.
Vəzir Mirzə Həbib isə komediyanın komik qəhrəmanıdır. O da düşüncəsiz və bacarıqsızdır, yaltaqlıq və ikiüzlülük kimi xüsusiyyətlərə malik olan vəzir, heç öz ailəsini belə idarə edə bilmir, lakin xanlıqda uca vəzifəyə sahibdir. O xanın hörmətini qazanmaq üçün nəyə desən razıdır. Bu səbəbdən o baldızı Nisə xanımı Xana ərə verməyi vəd edir.
Xanın qardaşı oğlu olan Teymur ağa isə cəsur, ağıllı, ədalətli bir şəxsdir. O, Nisə xanımı sevir. Teymur ağa hakimiyyətə keçəndə bacarıqsız, yaltaq vəzirləri işdən çıxarır. _________________ Blogum: Mürəkkəb dolu qələm.
Düzəldin: Anel, son düzəliş: C. Fev. 29, 2008 10:16 pm, cəmi 1 dəfə
Daxil ol: Oct 26, 2007 Mesajlar: 836 Şəhər/ölkə: Sankt-Peterburq, Rusiya..Azəriyəm 27289.6 Xal
Göndərilib: C. Fev. 29, 2008 10:00 pm Mesaj mətni:
5."HƏKAYƏTİ - MƏRDİ - XƏSİS" (1852-ci il).
M.F.Axundzadənin bu komediyasını çoxlarımız "Hacı Qara" adı ilə tanıyırıq. Komediyada adından da göründüyü kimi xəsislik təsvir və tənqid olunur.
Əsər 2 xətt üzrə inkişaf edir. Yəni əsərin bir hissəsi Hacı Qara ilə, digər hissəsi Heydər bəylə əlaqədardır. Biri xəsisliyi ucbatından itirdiyi 100 manat zərərinin əvəzini çıxmaq şərtilə, digəri isə evlənmək üçün qaçaq mal alverinə gedir.
Hacı Qara komediyanın gülünc qəhrəmanıdır. O tacirdir. Xəsislik, tamahkarlıq, ikiüzlülük, qorxaqlıq onun əsas xüsusiyyətləridir. (Azərbaycanın özündə xəsis insanları çox vaxt Hacı Qara adlandırırlar. Bunun kökü məhz elə bu komediyadandır.) O pul yığır vəpulları xəsisliyinin ucbatından ailəsinə vermir və hətta özü belə xərcləmir. O tamahkarlığı, acgözlüyü üzündən qaçaqmalçılığa gedir.
Hacı Qaranın həyat yoldaşı olan Tükəz xanım xəsisliyə qarşıdır. Bununla yanaşı o hər zaman yoldaşına qayğı göstərir. Tükəz xanım ərinin qaçaqmalçılığa getməsini istəmir.
Komediyada Heydər bəy var ki, o komik yox dramatik surətdir. Əsərdə yazıçı heydər bəyin simasında insan xarakterinin ziddiyətli olduğunu göstərir. Yəni, o cəsur, mərd bir gəncdir və bəy nəslindəndir. Amma Heydər bəy cəsur mərd bir gənc olsa da əsərdə onun mənfi xüsusiyyətləri də təsvir olunur. Yəni Heydər bəy əməklə, zəhmətlə yaşamağa qarşıdır. Əsərdə onun iflasa uğradığı təsvir olunur və bildiyiniz kimi, bununla onun var-dövləti yox olur, hətta Heydər bəyi evlənmək üçün belə imkanı olmur. Buna görə də o da qaçaqmalçılıq edir.
Əsərdə Heydər bəyin nişanlısı olan, onu ürəkdən sevən Sona xanım surəti də var. O da Heydər bəy pis əməldən çəkindirməyə çalışaraq, qaçaqçılıq kimi pis işlə məşğul olmasını istəmir. _________________ Blogum: Mürəkkəb dolu qələm.
Daxil ol: Oct 26, 2007 Mesajlar: 836 Şəhər/ölkə: Sankt-Peterburq, Rusiya..Azəriyəm 27289.6 Xal
Göndərilib: C. Fev. 29, 2008 10:15 pm Mesaj mətni:
6. "MÜRAFİƏ VƏKİLLƏRİNİN HEKAYƏTİ" (1855-ci il).
Bu komediya Mirzə Fətəli Axundzadənin sonuncu komediyasıdır. Komediyanın mövzusu Cənubi Azərbaycan həyatında götürülüb. Komediya varislik məsələsi üstündə gedən ixtilafdan bəhs edir.
Hacı Qafur təbrizli varlı tacirdir. O öldüyü təqdirdə vəsiyyətində isə var-dözlətinin bacısı Səkinə xanıma çatacağını bildirir. Onun siğə arvadı Zeynəb isə bununla razılaşmır və adə keçən var-dözvlətə yiyələnmək məqsədilə məhkəməyə şikayət edir. Bu məsələdə Zeynəbi müdafiə edən vəkil Ağa Mərdan Halvaçı oğlu yalançı şahidlər tutur, təbii ki, rüşvətə baş vuraraq. Vəkil yalançı şahidlər tutaraq sübut etmək istəyir ki, Hacı Qafirin Zeynəbdən 7 aylıq oğlu var. Amma məhkəmə sonlananda yalan üzə çıxır, əsər Səkinə xanımın qələbəsi ilə sona yetir.
Səkinə xanım komediyada müsbət surətdir. O iradəli bir qızdır və hüquqlarını sonuna qədər cəsarətlə müdafi edir.
Əsəsrdə əsas mənfi surət isə əsərdə tənqid olunan Ağa Mərdan Halvaçı oğludur. O, kələkbazdır, yalan yolu ilə haram pul qazanan, fırıldaqçı bir vəkildir. _________________ Blogum: Mürəkkəb dolu qələm.
Daxil ol: Oct 26, 2007 Mesajlar: 836 Şəhər/ölkə: Sankt-Peterburq, Rusiya..Azəriyəm 27289.6 Xal
Göndərilib: C. Fev. 29, 2008 10:39 pm Mesaj mətni:
NAZİM HİKMƏT- CEVİZ AĞACI
Başım köpük köpük bulut, içim dışım deniz,
ben bir ceviz ağacıyım Gülhane Parkı'nda,
budak budak, şerham şerham ihtiyar bir ceviz.
Ne sen bunun farkındasın, ne polis farkında.
Ben bir ceviz ağacıyım Gülhane Parkı'nda.
Yapraklarım suda balık gibi kıvıl kıvıl.
Yapraklarım ipek mendil gibi tiril tiril,
koparıver, gözlerinin, gülüm, yaşını sil.
Yapraklarım ellerimdir, tam yüz bin elim var.
Yüz bin elle dokunurum sana, İstanbul'a.
Yapraklarım gözlerimdir, şaşarak bakarım.
Yüz bin gözle seyrederim seni, İstanbul'u.
Yüz bin yürek gibi çarpar, çarpar yapraklarım.
Ben bir ceviz ağacıyım Gülhane Parkı'nda.
Ne sen bunun farkındasın, ne polis farkında. _________________ Blogum: Mürəkkəb dolu qələm.
Bu forumda yeni mövzu aça bilməzsiniz. Bu forumdakı mesajlara cavab verə bilməzsiniz. Bu forumdakı mesajlarınızı düzəldə biməzsiniz. Bu forumdakı mesajlarınızı silə bilməzsiniz. Bu forumdakı sorğularda səs verə bilməzsiniz.