 |
| Əvvəlki mövzu :: Sonrakı mövzu |
| Müəllif |
Mesaj |
Elif Decel Şirine


Daxil ol: Feb 21, 2007 Mesajlar: 5168
93130.8 Xal
|
Göndərilib: çər. Dek. 05, 2007 9:34 pm Mesaj mətni: |
|
|
Gənc analara tövsiyələr
Körpəni ilk 6 aylığında mütləq ana südü ilə qidalandırın.
Onu əmizdirməzdən əvvəl mütləq əlinizi yuyun və körpəni gündə 8 dəfə əmizdirin. Gecələr də 2-3 dəfə körpəyə süd verilməlidir. Körpəni əmizdirərkən 3-4 dəqiqə fasilə verməklə kürəyinə yumşaq şəkildə toxunun. Bu, körpənin köp sancısını sakitləşdirmək üçündür.
Körpənin altı islanar-islanmaz bezini dəyişin. Bişməcə olmasının qarşısını almaq üçün bezi tez-tez dəyişdirmək lazımdır. Əgər körpə bişməcə olubsa, həmin nahiyəyə həkimin məsləhət gördüyü kremi çəkin.
Körpənin göbəyi, göbəkətrafı quru və təmiz qalmalıdır. Gündə 2-3 dəfə göbəkbağı pambıqla silinməlidir. Göbəkbağı 2 həftə ərzində düşəcək.
Körpənin otağında temperatur 22-24 dərəcə olmalıdır. Körpənin rahat hərəkətini təmin etmək üçün ona yumşaq paltarlar geyindirin və üstünü qalın örtüklə örtməyin. Başına yumşaq parçadan tikilmiş başlıq qoyun.
Körpənin uzanan dırnaqlarını kəsin, yoxsa üz-gözünü yaralaya bilər.
Körpəni göbək bağı düşənədək onu çimizdirmədən, yalnız bədənini silməklə kifayətlənmək olar. Çimizdirdikdə körpənin ağzını, çənəsini tez-tez yaş, sabunsuz və yumşaq parça ilə silməyi unutmayın. Körpəni toxqarına çimizdirməyin, qusa bilər.
Yeni doğulmuş körpəni bir həftədən sonra müayinəyə aparın. Əgər körpədə sarılıq xəstəliyinin əlamətlərini görürsünüzsə, həkimə müraciət edin... _________________ Adminleri çıldırtmanın yollarını öğrenin
Ya da
Forum Kurallarını Okuyun
Düzəldin: Elif, son düzəliş: çər. Dek. 05, 2007 9:38 pm, cəmi 2 dəfə |
|
| Əvvələ qayıt |
|
Elif Decel Şirine


Daxil ol: Feb 21, 2007 Mesajlar: 5168
93130.8 Xal
|
Göndərilib: çər. Dek. 05, 2007 9:36 pm Mesaj mətni: |
|
|
Yaşıl çay ana bətnindəki körpələr üçün təhlükəlidir...
Hamilə qadının yaşıl çay içməsi körpənin həyatı üçün təhlükəlidir. Bətndə olarkən körpənin ürəyində təbii olaraq dəlik olur. “Duktus” adı verilən bu dəlik körpə doğulduqdan sonra qısa bir vaxtda qapanmağa başlayır. Qapanma normal olaraq 1 ay çəkir, bəzən isə bu müddət 1 ilədək uzanır. Bu dəlik ana bətnində qapanarsa, körpənin həyatı təhlükə altında qala bilər.
Hamiləlik zamanı “non steroid antienflamatuar” tipli ağrıkəsici dərmanlar qəbul etmək də məsləhət deyil. Çünki belə dərmanlar körpənin ürəyinə təsir edərək, “duktus” dəliyini qapaya bilər.
Eynilə yaşıl çayda da “antienflamatuar” maddələr olduğundan körpənin orqanizmi üçün təhlükəlidir. Ona görə hamilə qadınların yaşıl çay içmələri körpədə ürək çatışmazlığına səbəb olduğundan məsləhət görülmür. Xatırladaq ki, üzüm suyunun da tərkibində həmin maddə var. _________________ Adminleri çıldırtmanın yollarını öğrenin
Ya da
Forum Kurallarını Okuyun
|
|
| Əvvələ qayıt |
|
Secde V.I.P


Daxil ol: Sep 20, 2007 Mesajlar: 254
10091.5 Xal
|
Göndərilib: Ş. Dek. 22, 2007 8:12 pm Mesaj mətni: |
|
|
Salam.
Körpə uşağı yedizdirdikdən sonra uşağda tərləmənin səbəbləri nə ola bilər? |
|
| Əvvələ qayıt |
|
Elif Decel Şirine


Daxil ol: Feb 21, 2007 Mesajlar: 5168
93130.8 Xal
|
Göndərilib: Ş. Fev. 02, 2008 8:40 pm Mesaj mətni: Körpə diş çıxararkən... |
|
|
Körpə diş çıxararkən...
Körpənin dişlərinin çıxması əslində böyüməsindən, inkişaf etməsindən xəbər verir.
Körpə diş çıxararkən onda iştahasızlığa, ishala səbəb olur. Elə isə, körpə diş çıxararkən onunla necə davranmaq lazımdır?
Əsasən uşaqlarda dişlər 2 ayından etibarən çıxmağa başlayır. Qalan dişlər isə üç yaşına qədər çıxır. Uşaq diş çıxararkən əsasən aşağıdakı əlamətlər üzə çıxır:
1. Tüpürcək ifrazatı artır.
2. Yuxusuzluq müşahidə olunur.
3. İştahasızlıq üzə çıxır.
4. Əllərini dişləyir.
5. Ağız ətrafında səpkilər müşahidə olunur.
6. Hərarət artır.
7. İshal baş verir.
Dişçıxarma zamanı ağrı çəkən körpənin diş ətini yavaşca masaj etsəniz, ağrısı azalar. Buna görə də ana əllərini möhkəm yuduqdan sonra bir barmağı ilə həmin nahiyəyə yumşaq toxunmalı və ya körpəyə təmiz bir parçanı dişləməsinə imkan yaratmalıdır. Soyuq əşyalar diş ətindəki qızartını və şişi azaldır. Buna görə də təcrübəli valideynlər təmiz, dondurulmuş parçalardan istifadə edirlər. Ancaq körpənin boğulmasına səbəb ola biləcək hər hansı bir parçanı ona vermək olmaz. Elə etmək lazımdır ki, diş ətinə vurulan dərmanlar boğaza dəyməsin. Ümumiyyətlə, uşaq diş çıxararkən çox dərmandan istifadə etmək məsləhət deyil. Körpələrə tərkibində aspirin olan dərmanlar verməyin.
Diş çıxarmaq normaldır. Bu dövrdə də körpəyə həmişəki kimi qayğı göstərmək lazımdır. Ata-analar bu müddət ərzində körpə ilə daha diqqətli və ehtiyatlı davranmalıdırlar. _________________ Adminleri çıldırtmanın yollarını öğrenin
Ya da
Forum Kurallarını Okuyun
|
|
| Əvvələ qayıt |
|
Elif Decel Şirine


Daxil ol: Feb 21, 2007 Mesajlar: 5168
93130.8 Xal
|
Göndərilib: Ş. Fev. 02, 2008 8:42 pm Mesaj mətni: Uşaqlarınızı oxumağa alışdırın! |
|
|
Uşaqlarınızı oxumağa alışdırın!
Uşağınızla bir yerdə kitab oxumağa vaxt ayırın.
Uşaqlar çox vaxt qış tətili günlərində “hələ tətilin qurtarmasına çox var, sonra oxuyaram” deyib, dərsdənkənar kitablar oxumağa və ya keçdiyi dərsləri təkrarlamağa tənbəllik edirlər. Buna görə də uşaqlarınızı tətil günlərində oxumağa alışdırmaq üçün sizə bir neçə ipucu veririk...
Uşağınızla bir yerdə kitab oxumağa vaxt ayırın. Əgər uşağınız azyaşlıdırsa, kitabı onunla birgə oxuyun, yeniyetmədirsə, kitab oxuyanda siz də onunla bir yerdə mütaliə edin. Hərdən övladınızın nə oxuduğu, hansı sahəyə daha çox maraq göstərdiyi barədə onunla söhbətlər aparın. Onu daha çox əyləncəli, məntiq məsələləri ilə bağlı şeylər oxumağa sövq edin. Bu, uşağın zehni inkişafı üçün çox vacibdir.
Yaxşı olar ki, tətildə yeni sözlər öyrənmək və daha çox məlumat əldə etmək üçün söz oyunlarından istifadə edəsiniz. Uşağınızla birlikdə lüğətləri nəzərdən keçirin, onda yeni sözlər və cümlələr kəşf edəcəksiniz. Evdə nəsə bişirərkən və ya hazırlayarkən məşğul olsanız da, uşağınızın sizə kitabı ucadan oxumasına imkan yaradın. Unutmayın ki, uşaqların yaxşı oxuması və yeni biliklərə sahib olması üçün təkcə kitab oxumaq kifayət deyil, həmçinin uşaqlarınızı ictimai, elmi söhbətlər aparılan yerlərə cəlb etmək də gözəl nəticə verə bilər. _________________ Adminleri çıldırtmanın yollarını öğrenin
Ya da
Forum Kurallarını Okuyun
|
|
| Əvvələ qayıt |
|
Secde V.I.P


Daxil ol: Sep 20, 2007 Mesajlar: 254
10091.5 Xal
|
Göndərilib: ç.a. Fev. 05, 2008 3:23 am Mesaj mətni: |
|
|
Salam Elif baci.. Tesekkurler verdiyin melumatlar ucun. İnşaallah tətbiqi ilə maşqul olacam.
Bir məsləht istərdim. 5 aylig uşaga meyvə şirəsi və ya püresi necə və hansı meyvələr verilməsi haqqında mənə kömək et. |
|
| Əvvələ qayıt |
|
Elif Decel Şirine


Daxil ol: Feb 21, 2007 Mesajlar: 5168
93130.8 Xal
|
Göndərilib: ç.a. Fev. 05, 2008 3:37 am Mesaj mətni: 5 AYLIK BEBEĞİN BESLENMESİ |
|
|
5 AYLIK BEBEĞİN BESLENMESİ
Aldığı sürece anne sütü verilmelidir.
Humana biberon maması günde iki öğün 210-240 ml verilebilir.
Meyve püresi: Yine günde bir öğün mevsim meyvelerinden herhangi birisi püre şeklinde verilmelidir.
Sebze çorbası: Öğle öğününde 1-2 tatlı kaşığından başlanarak, yavaş yavaş artırılarak verilmelidir. (saat 12.00-13.00)
Sebze çorbasının hazırlanışı: 4 su bardağı su, 2 orta boy havuç, 1 orta boy patates konarak ağzı kapalı olarak pişirilir. İndirildikten sonra tel süzgeçten geçirilerek içerisine 1 tatlı kaşığı irmik ilave edilir, bir miktar pişirilir. (veya 4 su bardağı su, 2 orta boy havuç, bir orta boy patates, bir tatlı kaşığı pirinç konarak ağzı kapalı olarak pişirilir.) Bebek bu çorbaya alıştıktan sonra mevsim sebzelerinin diğerleri eklenebilir.
Yoğurt: İkindi öğününde verilmelidir. 1-2 tatlı kaşığı başlanır ve miktarı zamanla artırılır. (Saat 15.30-16.00) Vereceğiniz yoğurdun pastörize sütten mayalanması tercih edilmelidir.
Muhallebi: Gece yatmadan önce verilmelidir. (Saat 20.00) Muhallebi
hazırlarken 1 su bardağı su, 2-3 tatlı kaşığı pirinç unu ile karıştırılarak iyice pişirilir. Ateşten indirildikten sonra 6-8 ölçek mama ilave edilir.
Hazırlayan : Ece Arar _________________ Adminleri çıldırtmanın yollarını öğrenin
Ya da
Forum Kurallarını Okuyun
|
|
| Əvvələ qayıt |
|
Secde V.I.P


Daxil ol: Sep 20, 2007 Mesajlar: 254
10091.5 Xal
|
Göndərilib: ç.a. Fev. 05, 2008 3:51 am Mesaj mətni: |
|
|
| Təşəkkür edirəm Elif. Allah səndən razi olsun! |
|
| Əvvələ qayıt |
|
Elif Decel Şirine


Daxil ol: Feb 21, 2007 Mesajlar: 5168
93130.8 Xal
|
|
| Əvvələ qayıt |
|
doktorT V.I.P


Daxil ol: Jan 05, 2008 Mesajlar: 1481 Şəhər/ölkə: Türkiye/Adana 32593.0 Xal
|
Göndərilib: C. Fev. 08, 2008 11:05 pm Mesaj mətni: |
|
|
teşekkürler  _________________ Her karanlığın bir aydınlığı olur
Hasretle bekle o seni bulur |
|
| Əvvələ qayıt |
|
Elif Decel Şirine


Daxil ol: Feb 21, 2007 Mesajlar: 5168
93130.8 Xal
|
Göndərilib: ç.a. Fev. 26, 2008 12:20 am Mesaj mətni: Uşağa limon və sirkə verməyin |
|
|
Uşağa limon və sirkə verməyin
Uşağın qulağının alt nahiyəsindəki və önündəki vəzilərin iltihablanması və ya şişməsi müşahidə olunursa, belə xəstələr yemək yeyərkən çətinlik çəkirlər.
Yəni yemək yemək və ya çeynəmək onlar üçün çox çətin olur. Tüpürcək damcıları ilə yoluxan belə xəstəliklərdə uşağa limon və sirkə vermək olmaz. _________________ Adminleri çıldırtmanın yollarını öğrenin
Ya da
Forum Kurallarını Okuyun
|
|
| Əvvələ qayıt |
|
Elif Decel Şirine


Daxil ol: Feb 21, 2007 Mesajlar: 5168
93130.8 Xal
|
Göndərilib: ç.a. Fev. 26, 2008 12:23 am Mesaj mətni: Uşaqlarda az yatmaq köklüyə səbəb olur |
|
|
Uşaqlarda az yatmaq köklüyə səbəb olur
Çox vaxt belə qənaətə gəlirik ki, körpə nə qədər kök olsa, bir o qədər sağlam olar, xəstəlikləri asanlıqla dəf edər.
Həm də körpə, necə deyərlər, toppuş olanda gözümüzə daha şirin görünür, onu daha çox əzizləyirik, bizim üçün daha istəkli olur, xoşumuza gəlir. Əslində isə bu köklük xəstəliyə səbəb ola bilər. Yəni köklük xəstəliyi meydana çıxır ki, bu da yaxşı əlamət deyil. Körpəni həddindən artıq yeməklərə “məruz qoymaq”, həmçinin körpənin yuxusuz qalması onun sağlamlığı üçün çox təhlükəlidir.
Xüsusilə də, yuxusuzluqdan əmələ gələn köklük xəstəliyi körpənin sağlamlığını təhlükə altında qoyur. Belə ki, araşdırmalar nəticəsində məlum olmuşdur ki, körpələrin 1 saatdan artıq yatması köklük xəstəliyi ehtimalını 9 faiz azaldır. O da məlum olmuşdur ki, kifayət qədər yatmayan uşaqlarda bu xəstəlik 92 faiz təşkil edir.
Mütəxəssislərin fikrincə, normal qidalanan 5 yaşlı uşaqlar gündə 11, 5-10 yaş arasında olanlar 10, 10 yaşlılar isə 9 saat yatmalıdırlar. _________________ Adminleri çıldırtmanın yollarını öğrenin
Ya da
Forum Kurallarını Okuyun
|
|
| Əvvələ qayıt |
|
EsmaNur Yeni Forumçu


Daxil ol: Jun 12, 2008 Mesajlar: 11 Şəhər/ölkə: İstanbul 262.7 Xal
|
Göndərilib: C. İyun 13, 2008 12:23 pm Mesaj mətni: |
|
|
ABŞ-da 10 illik araşdırmanın neticesinde hazır uşaq yemeklerindeki çox demir sayesinde uşaqlarda zeka geriliyi ortaya çıxır,mental inkişafa ve IQ-ya menfi tesiri olur..
Demirle zengin hazır uşaq yemekleri IQ-nu 11 xal aşağı salır.
Eziz analar,buna göre uşağınızın demir eksikliyi olub olmadığını bilmeden demilre zengin yemekler vermeyin.Bezen ele olur ki,hekimler bir de elave olaraq demir vitaminler de verirler uşaqlara,buna qetiyyen izin vermeyin.
6.7 milligram/litr-in altında ise demir,o hazır yemeklerde demir az seviyyededir demekdir.Demirle zenginleşdirilmemiş hazır uşaq yemeklerinde ise 1,5 milligram/litrin altında demir olur,bu da uşaqlarınız üçün çox uyğundur.
Ümumiyyetle,verdiyiniz vitamin,yemekler ve hazır uşaq yemeklerinin terkibine diqqet edin,demiri ölçülü istifade edin,lazımı qeder demir verin. _________________ Dost istersen Allah yeter!
Yaran istersen Kur'an yeter!
Mal istersen kanaat yeter!
Dushman istersen nefis yeter!
Nasihat istersen ölum yeter! |
|
| Əvvələ qayıt |
|
|
|
Bu forumda yeni mövzu aça bilməzsiniz. Bu forumdakı mesajlara cavab verə bilməzsiniz. Bu forumdakı mesajlarınızı düzəldə biməzsiniz. Bu forumdakı mesajlarınızı silə bilməzsiniz. Bu forumdakı sorğularda səs verə bilməzsiniz.
|
|