 |
| Əvvəlki mövzu :: Sonrakı mövzu |
| Müəllif |
Mesaj |
Secde V.I.P


Daxil ol: Sep 20, 2007 Mesajlar: 254
10091.5 Xal
|
Göndərilib: ç.a. Fev. 05, 2008 5:47 am Mesaj mətni: Tələbələr üçün yeni dərslik |
|
|
Tələbələr üçün yeni dərslik
Lütfü Zadənin Soft Kompütinq nəzəriyyəsinin pioneri adlandırdığı professor Rafiq Əliyevin 640 səhifəlik "Avtomatik idarəetmə nəzəriyyəsi" kitabı Azərbaycan dilində çap edilib
Dünyanın ən ünlü elm dühalarından biri, inqilabi elmi nəzəriyyələr müəllifi, qeyri-səlis məntiqin atası professor Lütfü Zadənin "İqtisadiyyatda Soft Kompütinq texnologiyası" mövzusuna həsr olunmuş beynəlxalq konfransın iştirakçılarına ünvanlanmış məktubunda yazılır: "Rafiq Əliyev Soft Kompütinqin əsas nəzəriyyəsi sahəsində, onun tətbiqində, xüsusilə də Soft Kompütinqin humanistik, başqa sözlə, humansentrik elm sahələrində, o cümlədən iqtisadiyyatda tətbiqində pioner olmuşdur".
Onu da qeyd edək ki, dünya elm ədəbiyyatında Soft Kompütinqə aid ilk kitabı professor Rafiq Əliyev yazmış və 2001-ci ildə "World Scientific" nəşriyyatında ingilis dilində nəşr etdirmişdir (professor Rəşad Əliyevlə birlikdə). Bu kitab uzun müddət dünya elmi ədəbiyyatında bestseller olmuş və dünyanın müxtəlif ölkələrində müxtəlif dillərdə nəşr olunmuşdur. Sevindirici haldır ki, Amerikanın, Avropanın, Asiyanın və Avstraliyanın bir çox universitetlərində bu kitab indiyə kimi Soft Kompütinq, qeyri-səlis məntiq və neyro kompütinq sahəsində əsas dərs vəsaiti kimi istifadə olunur.
***
Professor Rafiq Əliyev dünyanın müxtəlif ölkələrində orijinal nəzəriyyələr müəllifi kimi yaxşı tanınan bir alimdir. Bu günlərdə Beynəlxalq qeyri-səlis sistemlər assosiasiyasının (IFSA) prezidenti seçilmiş dünya şöhrətli alim Janusz Kacprzyk professor Rafiq Əliyevə yazır: "İFSA-nın yeni Prezidenti olaraq əlimdən gələni əsirgəməyəcəm və görəcəyim əsas işlərdən biri İFSA ilə müxtəlif ölkələr arasında əlaqələrin möhkəmləndirilməsi olacaq. Bu baxımdan, Azərbaycan mənim üçün və bütün qeyri-səlis nəzəriyyə üçün xüsusi bir ölkədir. Ona görə ki, sözün açığı, bu ölkə sizin kimi böyük, elmi araşdırmalara bütün güc və qüvvəsini sərf edən, insanları və bu sahəni öz nüfuzu ilə dəstəkləyə bilən bir lideri olan nadir ölkələrdən biridir. Sizi əmin edirəm ki, bu istisna bir haldır.
Yeri gəlmişkən, əgər məqsədəuyğun hesab edirsinizsə, mən sizin yeni kitablarınızı məmnuniyyətlə "Springer" nəşriyatında baş redaktoru olduğum 3 seriyanın birində çap etməyə hazıram."
***
2007-ci ildə ABŞ-ın Berklidəki Soft Kompütinq mərkəzinin təşəbbüsü ilə postmodern informasiya texnologiyaları sahəsində iki elmi istiqamətin - Qeyri-səlis məntiqin və Soft Kompütinqin perspektivlərini müəyyən etmək üçün dünya alimləri arasında İnternet vasitəsilə müzakirə təşkil edilmişdir. Müzakirələr üçün birinçi istiqamət üzrə elmi görüş professor L.Zadə, ikinçi istiqamət üzrə professor R.Əliyev tərəfindən hazırlanmışdır. Bu müzakirələr indi İnternetdə davam etdirilir.
Professor Rafiq Əliyevin 2007-ci ildə dünyanın nüfuzlu istinad indeksli beynəlxalq jurnallarında, o cümlədən "Information Sciences Journal", "International Soft Computing Journal" və başqalarında 5 elmi məqaləsi çap olunmuşdur.
***
Bu günlərdə R.Əliyev ölkəmizin universitetlərinin tələbələri üçün 640 səhifəlik "Avtomatik idarəetmə nəzəriyyəsi" dərsliyini Azərbaycan dilində çap etdirmişdir. R.Əliyevin amerikalı və avropalı həmkarları ilə birgə hazırladıqları "Rekurent neyron şəbəkələri" kitabı isə Avstriyanın "ARS Press" nəşriyyatında ingilis dilində çap olunacaq.
E.ŞİRİNOV |
|
| Əvvələ qayıt |
|
sekerim Balaca Decel


Daxil ol: Jan 03, 2008 Mesajlar: 585 Şəhər/ölkə: türkiye/trabzon 19426.2 Xal
|
Göndərilib: çər. Fev. 06, 2008 3:59 pm Mesaj mətni: |
|
|
SAHHAT ABİ PEK BİŞE NLAYAMADİM AMA SANA SÖZ VERDİM ÖGRENECEM DİLİNİZİ OZAMAN ANLİCAMİNSALLAH  |
|
| Əvvələ qayıt |
|
Secde V.I.P


Daxil ol: Sep 20, 2007 Mesajlar: 254
10091.5 Xal
|
Göndərilib: çər. Fev. 06, 2008 6:03 pm Mesaj mətni: |
|
|
| sekerim yazıb: |
SAHHAT ABİ PEK BİŞE NLAYAMADİM AMA SANA SÖZ VERDİM ÖGRENECEM DİLİNİZİ OZAMAN ANLİCAMİNSALLAH  |
Utanma Şekerim...
Öyreneceksen inşaallah! Məndə Ərəb və İngilis dilini öyrənməkdəyəm.
bir zamanda görüşə bilsək inşaallah öyrənmənə yardım edərəm.  |
|
| Əvvələ qayıt |
|
sekerim Balaca Decel


Daxil ol: Jan 03, 2008 Mesajlar: 585 Şəhər/ölkə: türkiye/trabzon 19426.2 Xal
|
Göndərilib: C.a. Fev. 07, 2008 2:01 am Mesaj mətni: |
|
|
sahhat abi ne zaman giriyon bilemiyomki?? ben mail atmayida beceremyorum sen bana mail atsan abicim girecen zaman olabiler??  |
|
| Əvvələ qayıt |
|
|
|
Bu forumda yeni mövzu aça bilməzsiniz. Bu forumdakı mesajlara cavab verə bilməzsiniz. Bu forumdakı mesajlarınızı düzəldə biməzsiniz. Bu forumdakı mesajlarınızı silə bilməzsiniz. Bu forumdakı sorğularda səs verə bilməzsiniz.
|
|