 |
| Əvvəlki mövzu :: Sonrakı mövzu |
| Müəllif |
Mesaj |
Deli_UREK V.I.P


Daxil ol: Jan 06, 2008 Mesajlar: 470
15421.5 Xal
|
Göndərilib: C.a. Fev. 07, 2008 12:06 pm Mesaj mətni: Gigiyena |
|
|
Sağlam həyat tərzi
Sağlam həyat tərzi dedikdə zərərli adətlərdən (Alkoqoldan,
papirosdan, narkotiklərdən istifadə etməkdən, cinsi pozğunluqdan və s.)
imtina etmək başa düşülür.
1. Alkoqol
Orqanizmin inkişafında perinatal dövründən başlayaraq bütün mərhələlərdə ona mənfi təsir göstərir. Hamilə qadınlarda alkoqolun təsirindən vaxtından əvvəl doğuşların və perinatal ölümlərin sayı artır. Alkoqol intoksikasiyası ilə əlaqədar uşaqlarda eksefaloptiyalar, kəllə-beyin eybəcərlikləri, daxili orqanların inkişaf qüsurları müşahidə edilmişdir. Bunlardan mikroftalmiya, ensiz alın, çəpgözlük, anadangəlmə ürək qüsurları, ətrafların anomaliysaı vəs. çox tipikdir. Alkoqol güclü narkotik maddə oldğu üçün ilk növbədə mərkəzi sinir sisteminə təsir göstərir, tormozlanma proseslərini pozur. Onun zərərsiz dozası yoxdur, hətta 100q arağın qəbulu fəal işləyən 7 min hüceyrəni məhv edir.
2. Papiros
Hal-hazırda çox geniş yayılmışdır və xüsusən, qadınlar və yeniyetmələr arasında getdikcə artır. Bunun bir səbəbi də odur ki, bəzi gənclər papiros çəkməyi səhvən müstəqillik əlaməti hesab edirlər. Papiros çəkmənin mənfi təsiri hər şeydən əvvəl tütün tüstüsünün kimyəvi tərkibi və onun yüksək tempraturu ilə əlaqədardır. Tüstü ilə orqanizmə nikotin, sianid turşusu, dəm qazı, ammonyak, insektisidlər və digər 100-ə qədər zərərli maddələr daxil olur. Bir ədəd papiros çəkməklə orqanizmə 3-8 mq nikotin daxil olur. İnsan üçün nikotinin birdəfəlik ölüm dozası 60-80 mq-dır. Həmin miqdar 20-25 ədəd (bir qutu) papiros çəkdikdə əmələ gəlir. Nikotin hər şeydən əvvəl sinir siteminə təsir göstərir. Bu isə papiros çəkmə zamanı sinir sistemini bir qədər oyadır və ruh yüksəkliyi təəssüratı yaradır, sonra isə onun ruh düşkünlüyü təsiri meydana çıxır. Nikotinin təsirindən yaddaş və diqqət pisləşir, zehni əmək qabiliyyəti azalır, qan damarları, o cümlədən beyin qan damarları daralır və nəticədə beynin qidalanması çətinləşir, başağrı, baş gicələnmə, başda ağırlıq hissi meydana çıxır. ÜST-in məlumatlarına görə papiros çəkmək xronik bronxitin, emfizemanın, ağciyər xərçənginin əsəs səbəbləridir. Papiros çəkənlərdə ömrün uzunluğu papiros çəkməyənlərə nisbətən 5-7 il qısa olur. Papirosun bu qədər zərərli təsirlərinə baxmayaraq, Yer kürəsi əhalisinin 35-40%-i (Kişilərin 60%-i, qadınların isə 10-15%-i) papiros çəkir. Onu da qeyd edim ki, siqaret məmulatlarının istehsalı ildən-ilə artır. _________________ Kimisə barmaqla göstərib, onu rişğənd eləməyə tələsmə, yadda saxla ki, günahsız adam yoxdu və hamımız bir gün Yaradana cavab verəcəyik!
-Həyat-hədiyyədir. Yaşa və yaşamaqdan zövq al!! |
|
| Əvvələ qayıt |
|
doktorT V.I.P


Daxil ol: Jan 05, 2008 Mesajlar: 1479 Şəhər/ölkə: Türkiye/Adana 32537.9 Xal
|
Göndərilib: C.a. Fev. 07, 2008 7:19 pm Mesaj mətni: |
|
|
teşekkür ederiz bilgiler için  _________________ Her karanlığın bir aydınlığı olur
Hasretle bekle o seni bulur |
|
| Əvvələ qayıt |
|
Deli_UREK V.I.P


Daxil ol: Jan 06, 2008 Mesajlar: 470
15421.5 Xal
|
Göndərilib: C. Fev. 08, 2008 11:42 am Mesaj mətni: |
|
|
| doktorT yazıb: |
teşekkür ederiz bilgiler için  |
 _________________ Kimisə barmaqla göstərib, onu rişğənd eləməyə tələsmə, yadda saxla ki, günahsız adam yoxdu və hamımız bir gün Yaradana cavab verəcəyik!
-Həyat-hədiyyədir. Yaşa və yaşamaqdan zövq al!! |
|
| Əvvələ qayıt |
|
|
|
Bu forumda yeni mövzu aça bilməzsiniz. Bu forumdakı mesajlara cavab verə bilməzsiniz. Bu forumdakı mesajlarınızı düzəldə biməzsiniz. Bu forumdakı mesajlarınızı silə bilməzsiniz. Bu forumdakı sorğularda səs verə bilməzsiniz.
|
|