Downloads
AZƏRİ MP3
Forums
F O R U M
chat
C H A T
sevgi
TV
video
VİDEO
radio
RADİO
ekart
OYUN
sevgi
ZengimCELL
|
Azeri.net: Forum

:: Mövzu - Gigiyena
ç.S.S.
ç.S.S.
Axtar
Axtar
İstifadəçilərin siyahısı
İstifadəçilərin siyahısı
İstifadəçi qrupları
İstifadəçi qrupları
Şəxsi mə`lumat
Şəxsi mə`lumat
Giriş
Giriş
Xüsusi mesajlarınız
Xüsusi mesajlarınız
Forumun əsas səhifəsi » Sağlamlıq - Səhiyyə - Tibb

Yeni mövzu aç   Cavab göndər
Gigiyena
Əvvəlki mövzu :: Sonrakı mövzu  
Müəllif Mesaj
Deli_UREK
V.I.P
Fəal İstifadəçi


Daxil ol: Jan 06, 2008
Mesajlar: 470

15421.5 Xal

MesajGöndərilib: C.a. Fev. 07, 2008 12:06 pm    Mesaj mətni: Gigiyena Sitatla cavab ver


Sağlam həyat tərzi

Sağlam həyat tərzi dedikdə zərərli adətlərdən (Alkoqoldan,
papirosdan, narkotiklərdən istifadə etməkdən, cinsi pozğunluqdan və s.)
imtina etmək başa düşülür.

1. Alkoqol
Orqanizmin inkişafında perinatal dövründən başlayaraq bütün mərhələlərdə ona mənfi təsir göstərir. Hamilə qadınlarda alkoqolun təsirindən vaxtından əvvəl doğuşların və perinatal ölümlərin sayı artır. Alkoqol intoksikasiyası ilə əlaqədar uşaqlarda eksefaloptiyalar, kəllə-beyin eybəcərlikləri, daxili orqanların inkişaf qüsurları müşahidə edilmişdir. Bunlardan mikroftalmiya, ensiz alın, çəpgözlük, anadangəlmə ürək qüsurları, ətrafların anomaliysaı vəs. çox tipikdir. Alkoqol güclü narkotik maddə oldğu üçün ilk növbədə mərkəzi sinir sisteminə təsir göstərir, tormozlanma proseslərini pozur. Onun zərərsiz dozası yoxdur, hətta 100q arağın qəbulu fəal işləyən 7 min hüceyrəni məhv edir.

2. Papiros
Hal-hazırda çox geniş yayılmışdır və xüsusən, qadınlar və yeniyetmələr arasında getdikcə artır. Bunun bir səbəbi də odur ki, bəzi gənclər papiros çəkməyi səhvən müstəqillik əlaməti hesab edirlər. Papiros çəkmənin mənfi təsiri hər şeydən əvvəl tütün tüstüsünün kimyəvi tərkibi və onun yüksək tempraturu ilə əlaqədardır. Tüstü ilə orqanizmə nikotin, sianid turşusu, dəm qazı, ammonyak, insektisidlər və digər 100-ə qədər zərərli maddələr daxil olur. Bir ədəd papiros çəkməklə orqanizmə 3-8 mq nikotin daxil olur. İnsan üçün nikotinin birdəfəlik ölüm dozası 60-80 mq-dır. Həmin miqdar 20-25 ədəd (bir qutu) papiros çəkdikdə əmələ gəlir. Nikotin hər şeydən əvvəl sinir siteminə təsir göstərir. Bu isə papiros çəkmə zamanı sinir sistemini bir qədər oyadır və ruh yüksəkliyi təəssüratı yaradır, sonra isə onun ruh düşkünlüyü təsiri meydana çıxır. Nikotinin təsirindən yaddaş və diqqət pisləşir, zehni əmək qabiliyyəti azalır, qan damarları, o cümlədən beyin qan damarları daralır və nəticədə beynin qidalanması çətinləşir, başağrı, baş gicələnmə, başda ağırlıq hissi meydana çıxır. ÜST-in məlumatlarına görə papiros çəkmək xronik bronxitin, emfizemanın, ağciyər xərçənginin əsəs səbəbləridir. Papiros çəkənlərdə ömrün uzunluğu papiros çəkməyənlərə nisbətən 5-7 il qısa olur. Papirosun bu qədər zərərli təsirlərinə baxmayaraq, Yer kürəsi əhalisinin 35-40%-i (Kişilərin 60%-i, qadınların isə 10-15%-i) papiros çəkir. Onu da qeyd edim ki, siqaret məmulatlarının istehsalı ildən-ilə artır.

_________________
Kimisə barmaqla göstərib, onu rişğənd eləməyə tələsmə, yadda saxla ki, günahsız adam yoxdu və hamımız bir gün Yaradana cavab verəcəyik!
-Həyat-hədiyyədir. Yaşa və yaşamaqdan zövq al!!
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
doktorT
V.I.P
Azeri.net Sevdalısı


Daxil ol: Jan 05, 2008
Mesajlar: 1481
Şəhər/ölkə: Türkiye/Adana
32593.0 Xal

MesajGöndərilib: C.a. Fev. 07, 2008 7:19 pm    Mesaj mətni: Sitatla cavab ver

alqış teşekkür ederiz bilgiler için :)
_________________
Her karanlığın bir aydınlığı olur
Hasretle bekle o seni bulur
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
Deli_UREK
V.I.P
Fəal İstifadəçi


Daxil ol: Jan 06, 2008
Mesajlar: 470

15421.5 Xal

MesajGöndərilib: C. Fev. 08, 2008 11:42 am    Mesaj mətni: Sitatla cavab ver


doktorT yazıb:
alqış teşekkür ederiz bilgiler için :)


salam
_________________
Kimisə barmaqla göstərib, onu rişğənd eləməyə tələsmə, yadda saxla ki, günahsız adam yoxdu və hamımız bir gün Yaradana cavab verəcəyik!
-Həyat-hədiyyədir. Yaşa və yaşamaqdan zövq al!!
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
Mesajları göstər:   
Yeni mövzu aç   Cavab göndər     Forumun əsas səhifəsi » Sağlamlıq - Səhiyyə - Tibb Bütün saatlar GMT + 5 Saat
1 səhifə (Cəmi 1 səhifə)

 
Keç:  
Bu forumda yeni mövzu aça bilməzsiniz.
Bu forumdakı mesajlara cavab verə bilməzsiniz.
Bu forumdakı mesajlarınızı düzəldə biməzsiniz.
Bu forumdakı mesajlarınızı silə bilməzsiniz.
Bu forumdakı sorğularda səs verə bilməzsiniz.

Powered by www.Azeri.net

Chat - Sevgi - Məhəbbət - MP3 - Azerbaijan - Azerbaycan - Azərbaycan - Азербайджан