Downloads
AZƏRİ MP3
Forums
F O R U M
chat
C H A T
sevgi
TV
video
VİDEO
radio
RADİO
ekart
OYUN
sevgi
ZengimCELL
|
Azeri.net: Forum

:: Mövzu - Azərbaycanlı Tələbələrin Fransa Forumu
ç.S.S.
ç.S.S.
Axtar
Axtar
İstifadəçilərin siyahısı
İstifadəçilərin siyahısı
İstifadəçi qrupları
İstifadəçi qrupları
Şəxsi mə`lumat
Şəxsi mə`lumat
Giriş
Giriş
Xüsusi mesajlarınız
Xüsusi mesajlarınız
Forumun əsas səhifəsi » Diaspora

Yeni mövzu aç   Cavab göndər
Azərbaycanlı Tələbələrin Fransa Forumu
Əvvəlki mövzu :: Sonrakı mövzu  
Müəllif Mesaj
fidan494
.
.


Daxil ol: Dec 25, 2006
Mesajlar: 1551

30768.1 Xal

MesajGöndərilib: Ş. Fev. 09, 2008 7:58 pm    Mesaj mətni: Azərbaycanlı Tələbələrin Fransa Forumu Sitatla cavab ver


Gələcək özü gəlməyəcək!» onu biz gətirəcəyik bayraq

6 -7 fevral tarixlərində Parisdə Azərbaycanlı Tələbələrin Fransa Forumu keçirilib. Forum, mərkəzi ofisi Brüsseldə yerləşən Azərbaycanlı Tələbələrin Avropa Forumu (ATAF), Fransada təhsil alan azərbaycanlı tələbələr, Xarici İşlər, Gənclər və İdman nazirliklərinin dəstəyi ilə Fransa Senatının binasında, «Gələcək özü gəlməyəcək!» devizi altında keçirilmişdir.
4 gün davam edən forum 5 fevralda iştirakçıların Parisə gəlməsiylə başlayıb, 8 fevrala qədər davam edib.

Forumda xarici işlər, gənclər və idman nazirlərinin müavinləri, Azərbaycan dövlət neft fondunun rəhbəri Şahmar Mövsümov, Milli Məclisin üzvləri, Azərbaycanın Fransadakı səfiri, Avropa Şurası yanındakı daimi nümayəndəliyinin rəhbəri, Fransa-Qafqaz Dostluq Qrupunun sədri senator Ambruaz Düpon və qrupun üzvü Natali Qule, Avropa Şurası təhsil, mədəniyyət, gənclər və idman komitəsinin sədri Qabriel Battuna-Draqoni, xarici qonaqlar və Fransanın digər hökümət nümayəndələri, Hollandiyada, Belçikada, İngiltərədə, Almaniyada, Fransada, Rusiyada və Yunanistanda təhsil alan Azərbaycanlı tələbələr iştirak edib.

Tədbirdə Cənubi Qafqaz regionunun inteqrasiyası, Azərbaycanın perspektivləri, “Neft strategiyası”, siyasi, iqtisadi və ekoloji sahədə cərəyan edən proseslər ətrafında fikir mübadiləsi aparılmışdır. Həmçinin milli problemimiz Dağlıq Qarabağ məsələsi də müzakirə mövzusu olmuşdur. Fransalı həmsədrin iştirakı fürsətindən istifadə edən tələbələrimiz bir daha Azərbaycanın haqlı mövqeyini qonaqların nəzərinə çatdırmışdır.

Azərbaycanlı Tələbələrin Avropa Forumunun baş katibi Vüsal Məmmədov yeni beynəlxalq reallıqda gənclərin böyük qüvvə olduğunu və dünya siyasətində mühüm rol oynadıqlarını xatırladıb, həmişə sülhün və əmin-amanlığın tərəfdarı olan Azərbaycanlı gənclərin Azərbaycan ərazilərinin işğal faktı ilə barışmayacağını bildirib, azad və demokratiya məfhumlarının işğalçılıq siyasəti ilə bir araya sığışmadığını deyib. V.Məmmədov gənclər adından dünya dövlətlərini və beynəlxalq təşkilatları erməni işğalına siyasi qiymət verməyə və buna son qoymağa çagırıb.

Vüsal Məmmədov həmçinin bildirib ki, Azərbaycanın Avropada tanınması üçün belə tədbirlər davamlı olaraq keçiriləcək və bununla bağlı Qərb dövlətlərinin parlamentləri ilə danışıqlar aparılır. O, Azərbaycanlı Tələbələrin Avropa Forumunun Avropa Birliyində qeydiyyatdan keçmək üçün müraciət etdiyini də deyib: “Avropada fəaliyyət göstərən nüfuzlu beynəlxalq təşkilatlarla əlaqələr yaradılması əsas məqsədlərimizdən biridir. Bununla yanaşı, fəaliyyətimizi genişləndirmək üçün Avropa ölkələrində törəmə təşkilatlar da yaradılacaq”. Qeyd edək ki, mayın 14-də Avropa Parlamentində, mayın 15-də isə NATO-nun baş qərargahında Azərbaycanlı Tələbələrin II Avropa Forumu keçirilib.

Tədbirdə həmçinin, Ambruaz Düpon və qrupun üzvü Natali Qule Cənubi Qafqaz bölgəsinin aparıcı dövləti olan Azərbaycanın dünyəvi dövlət kimi Avropaya inteqrasiya etməkdə olduğunu vurğulayıblar.
Avropa Şurası təhsil, mədəniyyət, gənclər və idman komitəsinin sədri Qabriel Battuna-Draqoninin forum iştirakçılarına müraciəti paylanıb. Müraciətdə ATAF-ın fəaliyyəti yüksək qiymətləndirilib, belə forumların müxtəlif ölkə gəncləri arasında qarşılıqlı münasibətlərin və əməkdaşlığın yaranmasındakı yüksək rolu vurğulanıb, bütün dünya gəncləri kimi Azərbaycanlı tələbələri də dünyada sülhün və stabilliyin qorunmasına öz töhfələrini verməyə çağırıb.
Günün ikinci yarısında tələbələrimiz bir neçə qrupa bölünərək, Fransanın qadın problemləri, ekologiya və tarixi abidələrin qorunması sahəsində çalışan qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşüb, onların fəaliyyəti ətrafında fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, Fransa senatında görüşə 2 il davam edən danışıqlardan sonra nail olunub.
Forumun 3-cu günü Parisin məşhur "Gibus" əyləncə mərkəzində möhtəşəm Azərbaycan gecəsi təşkil olunmuşdur.
Növbəti forum Böyük Britaniyanın Lordlar Palatasında keçiriləcəkdir.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
fidan494
.
.


Daxil ol: Dec 25, 2006
Mesajlar: 1551

30768.1 Xal

MesajGöndərilib: Ş. Fev. 09, 2008 7:58 pm    Mesaj mətni: Sitatla cavab ver

Sadece qeydiyyatlı istifadeçiler görebiler.



inşalllah digər şəkillərdən də yerləşdirəcəyəm :)
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
ceng
Gereksiz Üzv
Gereksiz Üzv


Daxil ol: Apr 02, 2004
Mesajlar: 645
Şəhər/ölkə: Bakı / Azərbaycan
14176.6 Xal

MesajGöndərilib: Ş. Fev. 09, 2008 8:00 pm    Mesaj mətni: Sitatla cavab ver

fidan494 yazıb:
Sadece qeydiyyatlı istifadeçiler görebiler.



inşalllah digər şəkillərdən də yerləşdirəcəyəm :)


sağol Fidan,

ama seni tapa bilmedim bu şekilde. hardasan ? razz
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
fidan494
.
.


Daxil ol: Dec 25, 2006
Mesajlar: 1551

30768.1 Xal

MesajGöndərilib: B.e. Fev. 11, 2008 7:49 pm    Mesaj mətni: Sitatla cavab ver

ceng yazıb:
fidan494 yazıb:
Sadece qeydiyyatlı istifadeçiler görebiler.



inşalllah digər şəkillərdən də yerləşdirəcəyəm :)


sağol Fidan,

ama seni tapa bilmedim bu şekilde. hardasan ? razz


gizlənmişəm P2
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
Anel
Nəzarətçi
Nəzarətçi


Daxil ol: Oct 26, 2007
Mesajlar: 845
Şəhər/ölkə: Sankt-Peterburq, Rusiya..Azəriyəm
27553.8 Xal

MesajGöndərilib: B.e. Fev. 11, 2008 9:16 pm    Mesaj mətni: Sitatla cavab ver


Çalışmalıyıq ki, gələcəyi- üzümüzü güldürəcək, başımızı üstə tutacaq qədər alnı açıq, təmiz, gözəl şəkoldə gətirək bayraq ...
Sağol ay, Fidan alqış Şəkliiləri isə mütləq yerləşdir..
_________________
Blogum: Mürəkkəb dolu qələm.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
Mesajları göstər:   
Yeni mövzu aç   Cavab göndər     Forumun əsas səhifəsi » Diaspora Bütün saatlar GMT + 5 Saat
1 səhifə (Cəmi 1 səhifə)

 
Keç:  
Bu forumda yeni mövzu aça bilməzsiniz.
Bu forumdakı mesajlara cavab verə bilməzsiniz.
Bu forumdakı mesajlarınızı düzəldə biməzsiniz.
Bu forumdakı mesajlarınızı silə bilməzsiniz.
Bu forumdakı sorğularda səs verə bilməzsiniz.

Powered by www.Azeri.net

Chat - Sevgi - Məhəbbət - MP3 - Azerbaijan - Azerbaycan - Azərbaycan - Азербайджан