Downloads
AZƏRİ MP3
Forums
F O R U M
chat
C H A T
sevgi
TV
video
VİDEO
radio
RADİO
ekart
OYUN
sevgi
ZengimCELL
|
Azeri.net: Forum

:: Mövzu - BOŞANMANIN SƏBƏBLƏRİ
ç.S.S.
ç.S.S.
Axtar
Axtar
İstifadəçilərin siyahısı
İstifadəçilərin siyahısı
İstifadəçi qrupları
İstifadəçi qrupları
Şəxsi mə`lumat
Şəxsi mə`lumat
Giriş
Giriş
Xüsusi mesajlarınız
Xüsusi mesajlarınız
Forumun əsas səhifəsi » Psixologiya

Yeni mövzu aç   Cavab göndər
BOŞANMANIN SƏBƏBLƏRİ
Əvvəlki mövzu :: Sonrakı mövzu  
Müəllif Mesaj
Psixoloq_BDU
Nəzarətçi
Nəzarətçi


Daxil ol: Feb 03, 2008
Mesajlar: 16
Şəhər/ölkə: Bakı
680.6 Xal

MesajGöndərilib: B.e. Fev. 11, 2008 10:33 pm    Mesaj mətni: BOŞANMANIN SƏBƏBLƏRİ Sitatla cavab ver


BOŞANMANIN SƏBƏBLƏRİ

Evlilik hər birlik kimi arabir axsayan tərəfləri olan bir qurumdur.Bu axsamalar aradan qaldırılmadıqda isə nəticə təəssüf ki,boşanma ilə nöqtələnir.Evlilik müddətində ailəyə yeni bir üzv gəlibsə,boşanma daha ağrılı olur.Evliliyin son qoyulmasına yol açan səbəblər çox müxtəlif ola bilər.Ən çox rast gəlinən səbəbləri aşağıdakı kimi sıralaya bilərik:

1.İqtisadi problemlər
2.Tərəflərin sosio-mədəni səviyyə fərqliliyi
3.Cinsi problemlər
4.Ünsiyyət problemi
5.Tərəflərdən birinin xəyanəti
6.Ailədaxili şiddət
7.Qısqanclıq


Yuxarıdakı səbəblərdən evlilik problemləri yaşayan ər-arvadın ata-ana olaraq da uşaqlarıyla sağlam ünsiyyət qura bilmələrini gözləyə bilmərik;ana ya da ata ayrı-ayrılıqda uşaqlarıyla sağlam əlaqələr qursalar belə,birlikdə övladlarına qarşı düzgün davranmaqda çətinlik çəkəcəklər.Bir evliliyi həlli olmayan,bacara bilinməyən,qurtarmaq bilməyən problemlərlə davam etdirməyin uşaqda yaradacağı mənfi təsirlər,bəzən boşanmanın özünün yaradacağı təsirlərdən daha çox və yıxıcı ola bilər.
Boşanmanın səbəb və necəliyi uşaqların boşanmadan nə qədər təsirlənəcəyini müəyyən edir.
Məsələn;Tərəflərin bir-birini başa düşməməsi(ünsiyyət problemi) səbəbiylə qurtaran evliliklə tərəflərdən birinin xəyanəti nəticəsində bitən evliliyi müqayisə edək.Birincisində,tərəflər daha uzlaşan və uşaqla bağlı problemlərin öhdəsindən gəlmək barədə daha düşüncəli davrana bilirlər.İkinci vəziyyətdə isə tərəflər bir-birilərinə qarşı daha qəzəbli və düşməncə davranışlar göstərirlər.Vəziyyət belə olduqda istəsələr də uzlaşan ola bilməzlər.İkinci tip boşanmalarda uşaqlara təbii olaraq daha çox zərər dəyir.
Ona görə də boşanmanızdan uşağınızın ən az səviyyədə zərər almasına diqqət yetirin…



[hide]http://p s i x o l o g i y a . t r . g g/[/hide]
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
Anel
Nəzarətçi
Nəzarətçi


Daxil ol: Oct 26, 2007
Mesajlar: 836
Şəhər/ölkə: Sankt-Peterburq, Rusiya..Azəriyəm
27287.6 Xal

MesajGöndərilib: ç.a. Fev. 12, 2008 2:57 pm    Mesaj mətni: Sitatla cavab ver

İlk öncə bu yeni mövzuya görə əməyi keçənlərə təşəkkürlüyümü bildirirəm (həm müraciət edənə, yəni sizə, həm də bunu reallaşdırana). Çox maraqlı bir bölümdür.


Məncə də insan həyatında mühüm, vacib və təbii ki, arzulanmaz olan bir mərhələdir ki, bu mərhələni yaşayan şəxslərə və daha çox övladlara acı verir. Mütləq həmən tərəflər bu işi boş buraxmamalı, ciddiliyinin nə dərəcədə olduğuna diqqət etməlidirlər ki, övladlarına toxunmasın, həm bir həyat tərzi olaraq, həm də psixioloji cəhətdən. Həyat tərzi dedim, çünki bəzən elə olur ki, övladlar valideynlərinin ailəiçi çətin davranışlarından dərs alırlar, kimisi yaxşı, kimisi pis. Bu dərs isə onların gələcəkdə necə bir ailə sürdürəcəklərinə güzgü olur. Mən bu özlərimlə sırf boşanmanı yox, ailədə baş verən çaxnaşmaları nəzərdə tuturam.
_________________
Blogum: Mürəkkəb dolu qələm.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
ciciqiz
Yeni Forumçu
Yeni Forumçu


Daxil ol: Feb 20, 2008
Mesajlar: 87
Şəhər/ölkə: Baki
2441.8 Xal

MesajGöndərilib: B.e. Fev. 25, 2008 4:35 pm    Mesaj mətni: Sitatla cavab ver


Er-arvad bosansa bele usaqlarla elaqeli butun meselelerde birlesmeli, aqilli qerar vermelidiler. Usaqlarinin yaninda kusulu olduqlarini, bir-birlerine nifret etdiklerini biruze vermemelidirler. Usaqlarinin xatirine dost olmalidirlar. Bosanarken sivil qaydada, kamil insanlar kimi ayrilmalidirlar. çiçək
_________________
Qəlbində sevgi varsa, orda nifrətə yer yox. Sev ki seviləsən.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər ICQ nömrəsi
Mesajları göstər:   
Yeni mövzu aç   Cavab göndər     Forumun əsas səhifəsi » Psixologiya Bütün saatlar GMT + 5 Saat
1 səhifə (Cəmi 1 səhifə)

 
Keç:  
Bu forumda yeni mövzu aça bilməzsiniz.
Bu forumdakı mesajlara cavab verə bilməzsiniz.
Bu forumdakı mesajlarınızı düzəldə biməzsiniz.
Bu forumdakı mesajlarınızı silə bilməzsiniz.
Bu forumdakı sorğularda səs verə bilməzsiniz.

Powered by www.Azeri.net

Chat - Sevgi - Məhəbbət - MP3 - Azerbaijan - Azerbaycan - Azərbaycan - Азербайджан