Downloads
AZƏRİ MP3
Forums
F O R U M
chat
C H A T
sevgi
TV
video
VİDEO
radio
RADİO
Yeni
ekart
OYUN
sevgi
ZengimCELL
|
Azeri.net: Forum

:: Mövzu - Balaca kitabxana-Əsərlər, şerlər və s.....
ç.S.S.
ç.S.S.
Axtar
Axtar
İstifadəçilərin siyahısı
İstifadəçilərin siyahısı
İstifadəçi qrupları
İstifadəçi qrupları
Şəxsi mə`lumat
Şəxsi mə`lumat
Giriş
Giriş
Xüsusi mesajlarınız
Xüsusi mesajlarınız
Forumun əsas səhifəsi » Ədəbiyyat

Yeni mövzu aç   Cavab göndər
Balaca kitabxana-Əsərlər, şerlər və s..... Səhifə Əvvəlki  1, 2, 3
Əvvəlki mövzu :: Sonrakı mövzu  
Müəllif Mesaj
Anel
Nəzarətçi
Nəzarətçi


Daxil ol: Oct 26, 2007
Mesajlar: 822
Şəhər/ölkə: Sankt-Peterburq, Rusiya..Azəriyəm
26877.4 Xal

MesajGöndərilib: C. Fev. 29, 2008 10:52 pm    Mesaj mətni: Sitatla cavab ver


"BİR SƏS"
Qərib bir səs gəldi bu gün qəlbimdən:
Ömrün baharında öləcəyəm mən…
Didib parçaladı bağrımı bu qəm,
Üzümə boylandı əlimdə qələm!
Of…Bu səs! Nə qədər ömrümə yaddır.
Mənim ki, gəncliyim qəmdən azaddır!
Qayadanmı qopdu bu daşqəlbli səs?
Həyat öz oğlunu vaxtsız itirməz!
Dağılın başımdan qara xəyallar.
Hələ arzularım, əməllərim var.
Qapımdan getməmiş ömrün ayağı,
Dövran mənzilimə dost gələcəkdir,
Azəri yurdunun şer bayrağı
Mənim sənətimlə yüksələcəkdir

"HƏYAT FƏLSƏFƏSİ"
Quşlar qatar-qatar ellərdən keçər,
Bəşər nəsil-nəsil dünyadan köçər;
İnsanlıq gah zəhər, gah şərbət içər…
Əzəldən belədir hökmü zamanın -
Düyümlü bir sirri var asimanın!

Çarxını qurduqça dövranın əli
Bəzən ağlar olur, bəzən gülməli…
İnsanın ən böyük eşqi, əməli
Bəzən aslan kimi çırpınır darda,
Bəzən də qərq olur fırtınalarda…

Dəyişir səmtini daima sular,
Dəyişir fikirlər, dönür duyğular.
Kainat tutmayır bir yerdə qərar:
- Çarpır sinəsini qayalıqlara-
O gah qışa çıxır, gah da bahara!

Dünya binasını qurandan bəri
Səadət adlanan o gözəl pəri
Gəl! - deyə səsləmiş qərinələri;
Yazıqlar olsun ki, hələ insanlıq
Gəlib qovuşmamış ona bir anlıq.

Ey dünya gözəli, qaçma bəşərdən!
İnsandır ayıran xeyiri bəşərdən!
Gəl onun eşqini ücüz tutma sən, -
Qəlbi var, hissi var hər məhəbbətin,
Qaralmaz ulduzu əbədiyyatın!…

Ölüm bir iblisdir, həyat bir mələk!
Varlığı izləyir heçlik kölgə tək…
İşıq qaranlıqla pəncələşərək
Yaşatmaq istəyir cahanda bizi,
Günəş salamlayır iradəmizi!

Yamanlıq, yaxşılıq durmuş üz-üzə,
Dilsiz əsrlərdən mirasdır bizə.
Əsir bahar yeli qəlblərimizə,
Lakin arxasınca kəfən geyir qış,
Təbiət varlığa belə qarğamış.

Bir bayram sözü var, bir də ki, matəm,
Nəşə bir aləmdir, qüssə bir aləm.
Həyat öz atını sürür dəmadəm;
Odlar içində də hər bir mənzərə
Yenə qanad verir düşüncələrə!

Yenə də insanın xəyal şəhpəri
Gəzir fəzaları, göy dənizləri.
Sən ey səadətin gözəl pak əməlini,
Uzat yer üzünə hünər əlini!

Zamandır, bəşərin imdadına gəl!
Xəstə bir gözəldir hünərsiz əməl…
Hünər söylədiyim o qüdrətli əl
Bütün kainata qoy qanad gərsin,
Bəşər karvanına o yol göstərsin.

Hünər qanad versin torpağa, daşa,
Dənizlər çatılıb gəlsin baş-başa…
Azadlıq ordusu varsın birbaşa,
Hər zəfər dastanı yadigar olsun,
Ölüm təslim olsun, həyat var olsun!

Dünyaya bir şöhrət yaranmışıq biz,
Günəş çökməmişdir qaranlığa diz.
Qoy ölsün yamanlıq, o xain iblis!…
Yaxşılıq çağırsın hər qəlbin neyi,
Qurtaraq zəncirdən Prometeyi…

Fəlakət qocalmış…qartdır o köpək.
Onun sümükləri tez çürüyəcək…
Səadət - gənclikdir, adı - gələcək!
Onun gözlərində həyat eşqi var-
Var olsun gələcək! Var olsun bahar!

SƏMƏD VURĞUN
_________________
Blogum: Mürəkkəb dolu qələm.


Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
fidan494
.


Daxil ol: Dec 25, 2006
Mesajlar: 1474

28856.2 Xal

MesajGöndərilib: B. Mar. 02, 2008 8:40 pm    Mesaj mətni: Sitatla cavab ver

Çoxdandır ki, bir şeri düşünürdüm.
Anel, zəhmət olmasa əlində varsa, Molla Pənah Vaqifin "hayıf ki yoxdur" şerini yaza bilərsənmi?

Kür qırağının əcəb seyrəngahı var,
yaşılbaş sonası hayıf ki yoxdur

Tam olaraq xatırlamıram, orta məktəbdə öyrənmişdik
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
Anel
Nəzarətçi
Nəzarətçi


Daxil ol: Oct 26, 2007
Mesajlar: 822
Şəhər/ölkə: Sankt-Peterburq, Rusiya..Azəriyəm
26877.4 Xal

MesajGöndərilib: B. Mar. 02, 2008 10:23 pm    Mesaj mətni: Sitatla cavab ver

Buyur Fidan, bu mənim də Molla pənah Vaqifin sevdiyim qoşmalarından biridir Very Happy .

"HAYIF Kİ, YOXDUR"
Kür qırağının əcəb seyrəngahı var,
Yaşılbaş sonası, hayıf ki, yoxdur!
Uca tər cığalı siyah tellərin
Hərdən tamaşası, hayıf ki, yoxdur!

Qış günü qışlağı Qıraqbasarın,
Gözüdür Aranın cümlə-cahanın,
Belə gözəl yerin, gözəl məkanın
Bir gözəl obası, hayıf ki, yoxdur!

Çoxdur ağ bədənli, büllur buxaqlı,
Lalə zənəxdanlı, qönçə dodaqlı,
Amma şirin dilli, açıq qabaqlı
Könül aşinası hayıf ki, yoxdur!

Havasından torpağının, yeninin,
Dadıdmaz dəhanın ləbi şirinin,
Pəri çoxdur, nə fayda heç birinin
Adamlıq ədası, hayıf ki, yoxdur!

Uca əşrəfili, bulut kimi saç,
Dal gərdənda hər hörüyü bir qulac,
Kəlağayi əlvan, qəsabə qıyğac,
Altından cunası hayıf ki, yoxdur!

Zər haşiyə al nimtənə üstündə,
Xallar üz yanında, çənə üstündə,
Buxağın altında, sinə üstündə,
Zülfün burulması, hayıf ki, yoxdur!

Laçın təki başda ala tomağa,
Yaşmağı tutmaya dişə, dodağa,
Cəllad kimi durub qabaq-qabağa
Baxıb can almağa, hayıf ki, yoxdur!

Çünki yorğunuyam mən bu yolların,
Qaydasını billəm hər üsülların,
Gümüş biləklərin bəyaz qolların,
Sarı kəhrəbası, hayıf ki, yoxdur!

Ayna tutub hərdəm camal görməsi,
Zülfə, zənəxdana sığal verməsi,
Səhər ala gözün siyah sürməsi,
Əlinin hənası, hayıf ki, yoxdur!

Vaqif haqdan dilər lütfü kərəmər,
Belə yerdə qalan, vallah, vərəmlər.
Yenə yada düşdü bizim sənəmlər.
Getməyin binası, hayıf ki, yoxdur!

Qoşmada Kür qırağında yaşayan el-obanın yoxsul həyatı hüzünlə təsvir olunur. Bu qoşma İbrahim xanın Kür qırağına səfəri ilə bağlı yazılıb. Şair şerdə Kür qırağının yoxsul həyatı ilə, Qarabağın dəbdəbəli sarayını qarşılaşdırmışdır. Bununla şair İbrahim xanın buralardan tezliklə getməsinə nail olur və bununla yerli camat əzab-əziyyətdən xilas olur.
_________________
Blogum: Mürəkkəb dolu qələm.




Düzəldin: Anel, son düzəliş: B. Mar. 02, 2008 10:40 pm, cəmi 1 dəfə
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
Anel
Nəzarətçi
Nəzarətçi


Daxil ol: Oct 26, 2007
Mesajlar: 822
Şəhər/ölkə: Sankt-Peterburq, Rusiya..Azəriyəm
26877.4 Xal

MesajGöndərilib: B. Mar. 02, 2008 10:39 pm    Mesaj mətni: Sitatla cavab ver

Vaqifin qadın gözəlliyinə həsr etdiyi bu qoşmasını da bəyənirəm..

"PƏRİ"qoşması
Boyun surahıdır, bədənin büllur,
Gərdənin çəkilmiş minadan, Pəri!
Sən ha bir sonasan, cüda düşübsən
Bir bölük yaşılbaş sonadan, Pəri!

İxtilatın şirin, sözün məzəli,
Şəkər gülüşündən canlar təzəli,
Ellər yaraşığı, ölkə gözəli,
Nə gözəl doğubsan anadan, Pəri!

Üz yanında tökülübdür tel nazik,
Sinə meydan, zülf pərişan, bel nazik,
Ağız nazik, dodaq nazik, dil nazik,
Ağ əllərin əlvan hənadan, Pəri!

Avçısı olmuşam sən tək maralın,
Xəyalımdan çıxmaz hərgiz xəyalın,
Ənliyi, kirşanı neylər camalın,
Sən elə gözəlsən binadan, Pəri!

Günəş təki hər çıxanda səhərdən
Alırsan Vaqifin əqlini sərdən.
Duaçınam, salma məni nəzərdən,
Əksik olmayasan sənadan, Pəri!

Cəmalın gözümdən nihan olalı,
İstərəm baxmayın dünyayə, Pəri!
Xəyal eylədikcə o sərv qəddin,
Dönər qanlı yaşım dəryayə, Pəri!

Olsalar yüz mələk, yüz huri qilman,
Yüz mina gərdənli, zülfü pərişan,
Yüz lalə yanaqlı, ləbləri mərcan,
Könül dönməz səndən kimsəyə, Pəri!

Sən gedəli, mən ziyadə ağlaram,
Vermişəm ömrümü bada, ağlaram,
Hər düşəndə qəddin yada, ağlaram,
Ünüm çıxar ərşi-əlayə Pəri!

Səndən ayrı bağrım kababa dönmüş,
Yıxılmış dil şəhri xəraba dönmüş,
Firqətin damu tək əzaba dönmüş,
Didarın cənnətül-məvayə, Pəri!

Bir görəydim sənin gül cəmalını,
Cadu gözlərini, yay hilalını,
Müənbər saçını, hindu xalını,
Yetərdi hər dərdim dəvayə, Pəri!

Peyvəstə qurulsun qaşın kamanı,
Oxların sinəmdən keçsin nihanı,
Gül bədənin heç görməsin yamanı,
Lütf eylə Vaqifi-şeydayə, Pəri!
_________________
Blogum: Mürəkkəb dolu qələm.


Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
fidan494
.


Daxil ol: Dec 25, 2006
Mesajlar: 1474

28856.2 Xal

MesajGöndərilib: B. Mar. 02, 2008 10:53 pm    Mesaj mətni: Sitatla cavab ver

Anel yazıb:
Buyur Fidan, bu mənim də Molla pənah Vaqifin sevdiyim qoşmalarından biridir Very Happy .

"HAYIF Kİ, YOXDUR"
Kür qırağının əcəb seyrəngahı var,
Yaşılbaş sonası, hayıf ki, yoxdur!
Uca tər cığalı siyah tellərin
Hərdən tamaşası, hayıf ki, yoxdur!

Qış günü qışlağı Qıraqbasarın,
Gözüdür Aranın cümlə-cahanın,
Belə gözəl yerin, gözəl məkanın
Bir gözəl obası, hayıf ki, yoxdur!

Çoxdur ağ bədənli, büllur buxaqlı,
Lalə zənəxdanlı, qönçə dodaqlı,
Amma şirin dilli, açıq qabaqlı
Könül aşinası hayıf ki, yoxdur!

Havasından torpağının, yeninin,
Dadıdmaz dəhanın ləbi şirinin,
Pəri çoxdur, nə fayda heç birinin
Adamlıq ədası, hayıf ki, yoxdur!

Uca əşrəfili, bulut kimi saç,
Dal gərdənda hər hörüyü bir qulac,
Kəlağayi əlvan, qəsabə qıyğac,
Altından cunası hayıf ki, yoxdur!

Zər haşiyə al nimtənə üstündə,
Xallar üz yanında, çənə üstündə,
Buxağın altında, sinə üstündə,
Zülfün burulması, hayıf ki, yoxdur!

Laçın təki başda ala tomağa,
Yaşmağı tutmaya dişə, dodağa,
Cəllad kimi durub qabaq-qabağa
Baxıb can almağa, hayıf ki, yoxdur!

Çünki yorğunuyam mən bu yolların,
Qaydasını billəm hər üsülların,
Gümüş biləklərin bəyaz qolların,
Sarı kəhrəbası, hayıf ki, yoxdur!

Ayna tutub hərdəm camal görməsi,
Zülfə, zənəxdana sığal verməsi,
Səhər ala gözün siyah sürməsi,
Əlinin hənası, hayıf ki, yoxdur!

Vaqif haqdan dilər lütfü kərəmər,
Belə yerdə qalan, vallah, vərəmlər.
Yenə yada düşdü bizim sənəmlər.
Getməyin binası, hayıf ki, yoxdur!

Qoşmada Kür qırağında yaşayan el-obanın yoxsul həyatı hüzünlə təsvir olunur. Bu qoşma İbrahim xanın Kür qırağına səfəri ilə bağlı yazılıb. Şair şerdə Kür qırağının yoxsul həyatı ilə, Qarabağın dəbdəbəli sarayını qarşılaşdırmışdır. Bununla şair İbrahim xanın buralardan tezliklə getməsinə nail olur və bununla yerli camat əzab-əziyyətdən xilas olur.


gözəlliyə bir bax sən razz
təşəkkür edirəm Anel çiçək

Bayram oldu, heç bilmirəm neyləyim,
Bizim evdə dolu çuval da yoxdur.

İnşallah Vaqifin 300 illik yubileyi Qarabağda qeyd olunar bayraq
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
Anel
Nəzarətçi
Nəzarətçi


Daxil ol: Oct 26, 2007
Mesajlar: 822
Şəhər/ölkə: Sankt-Peterburq, Rusiya..Azəriyəm
26877.4 Xal

MesajGöndərilib: B. Mar. 02, 2008 11:46 pm    Mesaj mətni: Sitatla cavab ver

Dəyməz Very Happy.
İnşallah..
_________________
Blogum: Mürəkkəb dolu qələm.


Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
Anel
Nəzarətçi
Nəzarətçi


Daxil ol: Oct 26, 2007
Mesajlar: 822
Şəhər/ölkə: Sankt-Peterburq, Rusiya..Azəriyəm
26877.4 Xal

MesajGöndərilib: B.e. Mar. 03, 2008 2:22 pm    Mesaj mətni: Sitatla cavab ver

*************QƏZƏL****************

Ay üzlü nigarım, kimə mehman olacaqsan?
Bir söylə, kimin şəninə şayan olacaqsan?

Şahlıq çətiri var başın üstündə bu axşam,
Ənbər çətirinlə kimə sultan olacaqsan?

Şəkkər demərəm mən sənə, ondan da şirinsən,
Dilbər, necə bir bəxtəvərə can olacaqsan?

Zülmət gecə, sən nurlu çıraq, bəd gözə gəlmə!
Ey abi həyat, sən kimə canan olacaqsan?

************NİZAMİ GƏNCƏVİ*********
_________________
Blogum: Mürəkkəb dolu qələm.


Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
Anel
Nəzarətçi
Nəzarətçi


Daxil ol: Oct 26, 2007
Mesajlar: 822
Şəhər/ölkə: Sankt-Peterburq, Rusiya..Azəriyəm
26877.4 Xal

MesajGöndərilib: B.e. Mar. 03, 2008 2:39 pm    Mesaj mətni: Sitatla cavab ver

fidan494 yazıb:

Bayram oldu, heç bilmirəm neyləyim,
Bizim evdə dolu çuval da yoxdur.


Ay Fidan bu qoşmanı da yazdın, yadıma düşdü. İstəyirəm, davam edəm- icazənlə:

"BAYRAM OLDU..."
Bayram oldu, heç bilmirəm neyləyim,
Bizim evdə dolu çuval da yoxdur.
Dügiylə yağ hamı çoxdan tükənmiş,
Ət heç ələ düşməz, motal da yoxdur.

Allaha bizmişik naşükür bəndə,
Bir söz desəm dəxi qoymazlar kəndə.
Xalq batıbdır noğla, şəkərə, qəndə,
Bizim evdə axta zoğal da yoxdur.

Bizim bu dünyada nə malımız var,
Nə də evdə sahibcamalımız var.
Vaqif, öyünmə ki, kamalımız var,
Allaha şükür ki, kamal da yoxdur.
_________________
Blogum: Mürəkkəb dolu qələm.


Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
Anel
Nəzarətçi
Nəzarətçi


Daxil ol: Oct 26, 2007
Mesajlar: 822
Şəhər/ölkə: Sankt-Peterburq, Rusiya..Azəriyəm
26877.4 Xal

MesajGöndərilib: ç.a. Mar. 04, 2008 3:56 pm    Mesaj mətni: Sitatla cavab ver

DEYİLMİ?
Ömür başdan-başa, beşikdən-qəbrə
Həyat sevinci, qəmi deyilmi ?
Ölüm bir ömürlük iztirabların-
Ağrının, acının cəmi deyilmi ?

Mənəvi dünyaya qalxıb ucalmaq
Qanadlı duyğuya qismətdir ancaq.
Beləysə, ömürdən, gündən kam almaq
Hər kəsin arzusu, kamı deyilmi ?

Keçir məqamlar da gündə yüz əldən
Hansı gizli əldir pozan, düzəldən.
Sənin güvəndiyin dənya əzəldən
Əkilən, biçilən zəmi deyilmi ?

Ayaqlar altında yer oldu tapdaq,
Sirrini, məğzini bilmədik ancaq.
Tapdıq etdiyimiz bu qara torpaq
Əbədi mənzilin damı deyilmi ?

Damımız üstündə gəzər, hey gəzər,
Hərə ürəyincə bir mənzil bəzər.
Torpağı sormaqdan etmədik həzər,
Bu da ağlımızın kəmi deyilmi ?

Ötəri mənzildə qədər hökm edər,
Kimimiz bal içər, kimimiz zəhər:
Əbədi mənzildə hamı - bir nəfər,
Bir nəfər özü də hamı deyilmi ?


GÖR NECƏ GÜCLÜSƏN!..
Yatmaq istəyirəm...sənsizliyimi
Yuxu dənizində batıram deyə.
Yuxumsa kölgəni öz kölgəm kimi
İzləyir, qısqanıb səni hər şeyə.
Yuxum qaçaq düşüb məndən yan gəzir,
Yuxum küçələrdə sərgərdan gəzir.

Həsrətin asılıb kirpiklərimdən.
Yuxum da gəlmir ki, heç olmasa mən
İtirim, batırım səni yuxumda.
Məndən vəfalıymış sənə yuxum da.
Yuxum qaçaq düşüb yatammıram mən,
Yuxum qorxub qaçıb fikirlərimdən...

Gəzmək istəyirəm... sənsizliyimi
Yollarda itirim, unudum tamam.
Hara gedirəmsə, xatirən kimi
Ağır bir yük ilə qarşılaşıram.
Səni itirmişəm,
neyləyim ancaq
Hər zaman, hər yerdə görünür yerin.
Yox, dözə bilmirəm,
dərd ondadır ki,
Özündən ağırdır xatirələrin.
Şirin xatirələr bir tikan kimi
Yollara səpilib dəstəbədəstə.
Xatirən tikandır, cızır qəlbimi,
Yoxluğun duz səpir yaramın üstə.
Yaddaşım elə bir günəş ki, gün ki,
Dünəni nur kimi görürəm aydın.
Deyirəm, yaddaşım elə ölsün ki,
Mənə dünənimi xatırlatmasın!

Gülmək istəyirəm... ürəyimdəki
Hönkürtü səsini batırmaq üçün.
Bilmirdim, məhəbbət bir cəllad təki
Mənim gülüşümü öldürmüş bütün.

Yandırdı könlümü bu soyuqluğun,
Var ikən, sağ ikən yox olmuşam mən.
Gör necə güclüsən, sənin yoxluğun,
Mənim varlığımı aldı əlimdən...

Başımda tufan var, könlümdə çovğun,
Arzu da, fikir də qaldı yarıda,
Gör necə güclüsən,
sənin yoxluğun
Mənə ögey etdi doğmaları da.

Fərəhim, sevincim dünəndə qaldı,
Dərdimdə, qəmimdə yaşarsan mənim.
- Yoxluğun gör necə qələbə çaldı,
Bu günüm ölüdür,
yaşar dünənim!
Çaldım öz könlümü ayrı simdə mən;
İlişib qalmışam dünənimdə mən.

Bəxtiyar Vahabzadə
_________________
Blogum: Mürəkkəb dolu qələm.


Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
Anel
Nəzarətçi
Nəzarətçi


Daxil ol: Oct 26, 2007
Mesajlar: 822
Şəhər/ölkə: Sankt-Peterburq, Rusiya..Azəriyəm
26877.4 Xal

MesajGöndərilib: B.e. Mar. 24, 2008 6:27 pm    Mesaj mətni: Sitatla cavab ver

LAYLA
Laylay, mələkim, körpə balam, sevdiciyim, yat,
Bir də ələ düşməz bu uşaqlıq dəmi, heyhat...

Türk oğlusan, əcdadın ulu, şanlı, şərəfraz,
Doğma vətənindir başı qovgalı bu Qafqaz.

Yat körpə iken öz beşiyində hələ rahət,
Almış yenə ətrafı duman, fırtına, zulmət.

Getdikcə coşub Kür özünü daşlara çarpar.
Saçdıqca köpük dalgalanar, hiddəti artar.

Muzlim gecə, ulduzları sarmış qara sislər,
Bayquşlar ötər, ölkəmin hər guşəsi inlər.

Yum gözlərini, yat səni oğlum, səhər erkən,
Al telli şəfəqler öpəcəkdir oyanırkən...


NİŞANLI QIZ
Zulmet gecede nişanlı bir qız,
Bir hüzn, keder içinde yalqız.

Atəşli düşüncələrlə inlər,
Bəxtindən uzun şikayət eylər.

Həsrətlə qucaqlayıb üzünü,
Yaqut üzüyünə dikib gözünü

Ən haqlı bir etirazla ağlar,
Fəryadı bu kainatı dağlar,

Söylər: "Bu üzük mənə nişandır,
Könlüm tək onun da bəxti qandır.

Layiqmidir ey həyat, -söylər
Bir div ola bir pərilə həmsər?

Heyvan kimi sərvətə satıldım,
Suçlu kimi zindana atıldım.

Ey taleyim, etmə gəl mənə naz,
Qan qusmağa neylerem qızıl tas?

Mən yalqızam, ah yox müinim,
Dağ-daşları sizladır eninim.

Söndürdü atam çırağımı, ah.
Bir qönçə tikanla oldu hemrah.

Abdulla Şaiq
_________________
Blogum: Mürəkkəb dolu qələm.


Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
Anel
Nəzarətçi
Nəzarətçi


Daxil ol: Oct 26, 2007
Mesajlar: 822
Şəhər/ölkə: Sankt-Peterburq, Rusiya..Azəriyəm
26877.4 Xal

MesajGöndərilib: B.e. Mar. 24, 2008 6:41 pm    Mesaj mətni: Sitatla cavab ver

Yəqinki, Abdulla Şaiqin bu şerlərini Azərbaycanda bilməyən yoxdur. Uşaqlıq xatirələrimizdən:

KEÇİ
Ala-bula, boz keçi,
Ay qoşa buynuz keçi,
Yalqız gezme, dolanma,
Dağa, daşa dırmanma.
Bir qurd çıxsa qarşına,
Sən nə edərsən ona?
Çoban açınca gözün,
Qalar iki buynuzun

UŞAQ VƏ DOVŞAN
UŞAQ:
Dovşan, dovşan, a dovşan,
Qaçma, dayan a dovşan.
Qaçma səni sevəndən,
Can kimi bəsləyənden.

DOVŞAN:
-Dayanmaram, a qardaş,
Yanında var Alabaş.
Xəbərdaram işindən,
Qurtarmaram dişindən...
_________________
Blogum: Mürəkkəb dolu qələm.


Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
Anel
Nəzarətçi
Nəzarətçi


Daxil ol: Oct 26, 2007
Mesajlar: 822
Şəhər/ölkə: Sankt-Peterburq, Rusiya..Azəriyəm
26877.4 Xal

MesajGöndərilib: C. Apr. 04, 2008 3:57 pm    Mesaj mətni: Sitatla cavab ver


NƏ İŞİM VAR?!

Millət necə tarac olur olsun, nə işim var?!
Düşmənlərə möhtac olur olsun, nə işim var?!
Qoy mən tox olum özgələri ilə nədir karim,
Dünyavü cahan ac olur olsun nə işim var?!

Səs salma, yatanlar ayılar, qoy hələ yatsın,
Yatmışları razı deyiləm kimsə oyatsın,
Tək-tək ayılan varsada həq dadıma çatsın,
Mən salim olum cümlə cahan batsada batsın;
Millət necə tarac olur olsun, nə işim var?!
Düşmənlərə möhtac olur olsun, nə işim var?!

Salma yadıma söhbəti tarixi cahanı,
Əyyami-sələfdən demə bir sözdə filani,
Hal isə gətir meyl eləyim domlanı, nani,
Müstəqbəli görmək nə gərək, ömürdü fani;
Millət necə tarac olur olsun, nə işim var?!
Düşmənlərə möhtac olur olsun, nə işim var?!

Övladi vətən qoy hələ avarə dolansın,
Çirkabi-səfalətlə əli, başı bulansın,
Dul övrət isə sailə olsun, oda yansın,
Ancaq mənim avazeyi-şənim uçalsın;
Millət necə tarac olur olsun, nə işim var?!
Düşmənlərə möhtac olur olsun, nə işim var?!

Hər millət edir səfheyi-dünyada tərəqqi,
Eylər hərə bir mənzili-məvada tərəqqi,
Yorğan-döşəyimə düşə gər yadə tərəqqi,
Bizdə edərik aləmi-röyada tərəqqi;
Millət necə tarac olur olsun, nə işim var?!
Düşmənlərə möhtac olur olsun, nə işim var?!

Mirzə Ələkbər Sabir

_________________
Blogum: Mürəkkəb dolu qələm.


Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
Mesajları göstər:   
Yeni mövzu aç   Cavab göndər     Forumun əsas səhifəsi » Ədəbiyyat Bütün saatlar GMT + 5 Saat
Səhifə Əvvəlki  1, 2, 3
3 səhifə (Cəmi 3 səhifə)

 
Keç:  
Bu forumda yeni mövzu aça bilməzsiniz.
Bu forumdakı mesajlara cavab verə bilməzsiniz.
Bu forumdakı mesajlarınızı düzəldə biməzsiniz.
Bu forumdakı mesajlarınızı silə bilməzsiniz.
Bu forumdakı sorğularda səs verə bilməzsiniz.

Powered by www.Azeri.net

Chat - Sevgi - Məhəbbət - MP3 - Azerbaijan - Azerbaycan - Azərbaycan - Азербайджан