Downloads
AZƏRİ MP3
Forums
F O R U M
chat
C H A T
sevgi
TV
video
VİDEO
radio
RADİO
ekart
OYUN
sevgi
ZengimCELL
|
Azeri.net: Forum

:: Mövzu - ABŞ müdafiə naziri Ankarada sərt bəyanatlar verdi
ç.S.S.
ç.S.S.
Axtar
Axtar
İstifadəçilərin siyahısı
İstifadəçilərin siyahısı
İstifadəçi qrupları
İstifadəçi qrupları
Şəxsi mə`lumat
Şəxsi mə`lumat
Giriş
Giriş
Xüsusi mesajlarınız
Xüsusi mesajlarınız
Forumun əsas səhifəsi » Gündəm

Yeni mövzu aç   Cavab göndər
ABŞ müdafiə naziri Ankarada sərt bəyanatlar verdi
Əvvəlki mövzu :: Sonrakı mövzu  
Müəllif Mesaj
Deli_UREK
V.I.P
Fəal İstifadəçi


Daxil ol: Jan 06, 2008
Mesajlar: 470

15421.5 Xal

MesajGöndərilib: ç.a. Mar. 04, 2008 11:21 am    Mesaj mətni: ABŞ müdafiə naziri Ankarada sərt bəyanatlar verdi Sitatla cavab ver


Robert Geyts: «Türkiyə anlamalıdır ki, PKK probleminin, terror təhlükəsinin qarşısını yalnız hərbi əməliyyatlarla almaq olmaz»

Vecdi Könül: «Türk əsgəri İraqda nə qədər lazımdır, o qədər qalacaq, çox yox!»

«Birləşmiş Ştatlar Türkiyənin İraq əməliyyatlarının çox uzanmasını istəmir» - Türkiyəyə yola düşəndə Amerikanın müdafiə naziri Robert Geyts belə deyib.
Sadece qeydiyyatlı istifadeçiler görebiler.


O bildirib ki, Türkiyənin əməliyyatları bir neçə gün, ya həftə çəkə bilər, amma aylarla davam edə bilməz. Fevralın 28-də Ankarada keçirilən görüşlərdə o, bu barədə danışıb.
Amma Ankara hələ ki, əsgərlərini İraqdan çıxarmaq fikrində deyil. Türkiyənin müdafiə naziri Vecdi Gönül deyib ki, türk əsgərləri İraqda nə qədər lazımdır, o qədər qalacaq, çox yox! Vecdi Gönül bildirib ki, əsgərləri boş yerə 26 dərəcə şaxtada saxlamaq niyyətləri yoxdur.
Türkiyə silahlı qüvvələri bir həftədən çoxdur dağlarda kürd yaraqlılarıyla vuruşur. Ankaranın verdiyi məlumata görə, 1 həftəyə 230 yaraqlı öldürülüb. Türkiyə isə 25 əsgərini itirib. PKK terror təşkilatı 100 türk əsgərinin öldürüldüyünü deyir.
Bağdadda narahatdırlar ki, Türkiyənin İraq əməliyyatlarının uzanması ölkənin təhlükəsizliyi ilə bağlı problemləri artırar. İraqın xarici işlər naziri Hoşyar Zebari belə deyib:
«Biz tələb edirik ki, türk əsgərləri İraqdan mümkün qədər tez çıxsınlar. Biz terrorla və PKK ilə mübarizə aparmaq üçün türk hökumətiylə əməkdaşlığa hazırıq».
Zebari Bağdadda Türkiyənin elçisi Əhməd Davudoğluyla görüşdən sonra belə deyib. Davudoğlu Türkiyənin baş naziri Rəcəb Taib Ərdoğanın xarici siyasət üzrə baş müşaviridir. Zebariyə cavabında Əhməd Davudoğlu deyib ki, Türkiyənin İraqda apardığı əməliyyatlar regionun, o cümlədən İraqın təhlükəsizliyinə töhfə verəcək:
«Biz hesab edirik ki, bu davamlı əməliyyatlar İraqın suverenliyinə xələl gətirmir. Əksinə, terrorçuların fəaliyyət göstərdiyi bölgələrdə İraqın suverenliyinin bərpasıdır. Burda məqsəd PKK terrorçularını məhv etməkdir».
Tək Bağdad yox, İraqın Kürdüstan Muxtar Vilayətinin rəhbəri Məsud Barzani də Türkiyəyə xəbərdarlıq edir. Barzani deyib ki, türk əsgərləri dinc kürd sakinləri öldürsələr, əsgərlərə ciddi müqavimət göstərəcəklər.
İraqda şiələrin lideri Müqtəda al-Sədr də deyib ki, Türkiyə əsgərlərini İraqın şimalından çıxarmasa, şiələr ora döyüşçü göndərəcəklər. Bunu Amerikanın «The International Herald Tribune» qəzeti yazır.
Ankarada olan Amerika müdafiə naziri Robert Geyts jurnalistlərə deyib ki, Türkiyə PKK probleminin, terror təhlükəsinin qarşısını yalnız hərbi əməliyyatlarla almağın mümkün ollmadığını anlamalıdır. Türkiyənin özündə iqtisadi və siyasi islahatlar aparmaq lazımdır ki, Türkiyə kürdləri arasındakı separatçı hərəkata son qoyulsun.
Amerika Birləşmiş Ştatları Türkiyənin müttəfiqidir və Kürd Fəhlə Partiyasını - PKK-nı terrorçu təşkilat kimi tanıyır. Vaşinqton Ankaraya İraqdan gələn terrorçuların hücumlarının qarşısını ala bilməsi üçün yaraqlılar barədə kəşfiyyat materialları çatdırır.

_________________
Kimisə barmaqla göstərib, onu rişğənd eləməyə tələsmə, yadda saxla ki, günahsız adam yoxdu və hamımız bir gün Yaradana cavab verəcəyik!
-Həyat-hədiyyədir. Yaşa və yaşamaqdan zövq al!!
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
doktorT
V.I.P
Azeri.net Sevdalısı


Daxil ol: Jan 05, 2008
Mesajlar: 1481
Şəhər/ölkə: Türkiye/Adana
32593.0 Xal

MesajGöndərilib: C.a. Apr. 10, 2008 1:59 pm    Mesaj mətni: Sitatla cavab ver


Robert Geyts: «Türkiyə anlamalıdır ki, PKK probleminin, terror təhlükəsinin qarşısını yalnız hərbi əməliyyatlarla almaq olmaz»

Vecdi Könül: «Türk əsgəri İraqda nə qədər lazımdır, o qədər qalacaq, çox yox!»

lütfetmiş sağolsun ya ne hallere düştük Allah sonumuzu hayr etsin
elin adamı geliyor burda talimat veriyor orayı vurma şuraya asker gönder ordan geçme
şu yasayı çıkarma bak kürt devleti kurulur yoksa
AB sizi olmaz yoksa
bak Nato var ona üyesin gerğini yap!
bak ermeniler e yardım ederiz toprak alırla diye diye yediler bizi angry
ALLAH TÜRKÜ TÜRKİYEYİ VE AKLIMIZI KORUSUN
nice olacak halimiz çok merak ediyorum mad Confused

_________________
Her karanlığın bir aydınlığı olur
Hasretle bekle o seni bulur
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
Mesajları göstər:   
Yeni mövzu aç   Cavab göndər     Forumun əsas səhifəsi » Gündəm Bütün saatlar GMT + 5 Saat
1 səhifə (Cəmi 1 səhifə)

 
Keç:  
Bu forumda yeni mövzu aça bilməzsiniz.
Bu forumdakı mesajlara cavab verə bilməzsiniz.
Bu forumdakı mesajlarınızı düzəldə biməzsiniz.
Bu forumdakı mesajlarınızı silə bilməzsiniz.
Bu forumdakı sorğularda səs verə bilməzsiniz.

Powered by www.Azeri.net

Chat - Sevgi - Məhəbbət - MP3 - Azerbaijan - Azerbaycan - Azərbaycan - Азербайджан