 |
| Əvvəlki mövzu :: Sonrakı mövzu |
| Müəllif |
Mesaj |
Anel Nəzarətçi


Daxil ol: Oct 26, 2007 Mesajlar: 845 Şəhər/ölkə: Sankt-Peterburq, Rusiya..Azəriyəm 27553.8 Xal
|
Göndərilib: B. Fev. 24, 2008 8:58 pm Mesaj mətni: Muzeylərimiz barəsində. |
|
|
Salam. Mən forumumuzda belə bir bölmənin açılmasına çox sevindim və yəqinki, incəsənətlə, mədəniyyətlı maraqlananlar da sevincimə şərik olarlar . İstərdim ki, Azərbaycanda təhsil irəliləsin, Azərbaycan öz varlıqları ilə hər zaman başı dik olsun, məşhur olsun. Axı Vətənimizin milli, mədəni sərvətləri heçə sayılacaq bir şey deyil, əksinə əsl dəyərləndiriləcək sərvətlərdir ki, onları bilməli, fəxr etməliyik.
Artıq Azərbaycanın muzeyləri də müasir standartlara uyğunlaşdırılır. İndi istərdim ilk öncə sizləri muzeylərimizin işi barəsində olan sərəncamla tanış edim.
AZƏRBAYCANDA MUZEY İŞİNİN YAXŞILAŞDIRILMASI HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Xalqımızın ən qədim zamanlardan müasir dövrədək tarixini və mədəniyyətinin inkişaf yolunu əks etdirən Azərbaycan muzeyləri ölkəmizdə zəngin mədəni irsin qorunması və təbliğ olunması işində mühüm rol oynayır. Bu gün muzeylərimiz nadir sənət incilərinin və milli sərvətlərin nümayiş etdirildiyi geniş bir şəbəkəyə malik olub respublikamızın bütün bölgələrini əhatə edir.
Ölkəmizdə muzey işi qədim dövrlərdən başlayaraq özünəməxsus yol keçmişdir. Azərbaycan hökmdarlarının saraylarında, məbədlərdə, həmçinin digər tikililərdə mədəniyyət tariximizin ən müxtəlif dövrlərinə aid qiymətli əşyalar və sənət nümunələri mühafizə edilmişdir. Tarixi və bədii əhəmiyyət daşıyan eksponatların mühüm bir qismi sonrakı dövrlərdə əsas etibarilə şəxsi kolleksiyalarda toplanmışdır. Eyni zamanda, tarixən regionda baş vermiş geosiyasi hadisələr nəticəsində Azərbaycan mədəniyyətinin, elminin, incəsənətinin unikal nümunələri yüksək estetik dəyərə malik əsl sənət möcüzələri kimi dünyanın ən məşhur muzeylərinin daimi eksponatları sırasında yer almışdır.
XIX əsrin ikinci yarısından etibarən Azərbaycanın ictimai-siyasi, mədəni fikir həyatında sürətlə cərəyan edən proseslər öz növbəsində muzey işinin təşkilinə təkan vermiş və ölkəmizdə müasir tipli muzeylərin yaradılmasına başlanmışdır. İlk belə muzeylərdən biri görkəmli maarifpərvər yazıçı Cəlil Məmmədquluzadənin təşəbbüsü və yaxından iştirakı ilə XIX əsrin sonlarında təşkil olunmuşdur.
Azərbaycanda dövlət səviyyəsində 1919-cu ildə təməli qoyulmuş ilk milli muzey 1920-ci ildən Azərbaycan Dövlət Muzeyi kimi fəaliyyət göstərmişdir. Maddi mədəniyyət nümunələrinin, müxtəlif nadir əlyazma və sənət əsərlərinin toplandığı bu muzeyin müvafiq şöbələri əsasında 1930-cu illərdə artıq bir neçə muzey yaradılmışdır.
Sonrakı illər ərzində Azərbaycanda yeni muzeylər fəaliyyətə başlamışdır. Bu muzeylərdə davamlı olaraq ekspozisiyalar yaradılmış, mövcud ekspozisiya və fondlar isə zənginləşdirilmişdir. Ötən əsrin 70-ci illərindən etibarən respublikada muzey şəbəkəsinin inkişafı daha intensiv şəkil almış və yüzdən artıq muzey yaradılmışdır. Ölkəmizdə tarix-diyarşünaslıq muzeyləri, görkəmli tarixi şəxsiyyətlərin, ədəbiyyat və incəsənət xadimlərinin ev muzeyləri, xatirə muzeyləri təşkil edilmişdir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi respublikamızda muzeylərin inkişafına ağır zərbə vurmuşdur. Erməni silahlı birləşmələri tərəfindən işğala məruz qalan ərazilərimizdəki tarix-memarlıq abidələri, xatirə-memorial komplekslər və muzey-qoruqlar dağıdılmış, muzey fondlarında mühafizə olunan qiymətli eksponatlar və sənət yadigarları bütünlüklə qarət edilmişdir.
Son illər sürətli yüksəliş dövrü yaşayan ölkəmizdə milli mədəni sərvətlərin qorunması və gələcək nəsillərə çatdırılması işinə lazımi diqqət göstərilir. Respublikanın artan iqtisadi potensialı əsasında yüksək inkişaf tempinə uyğun olaraq, mədəniyyət sahəsində ardıcıl mühüm işlər aparılır, bir sıra mədəniyyət ocaqları yaradılır, mövcud mərkəzlər üçün isə yeni binalar inşa olunur.
Azərbaycanda bu gün muzey işinin inkişaf etdirilməsi istiqamətində lazımi tədbirlər görülür. Hazırda Azərbaycan Tarixi və Azərbaycan Ədəbiyyatı muzeylərində əsaslı yenidənqurma və təmir-bərpa işləri aparılır. Regionlarımızda muzeylər şəbəkəsinin inkişafında nəzərəçarpan irəliləyiş əldə olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində İstiqlal muzeyinin yaradılması və İstiqlal abidəsinin ucaldılması haqqında" 2006-cı il 18 dekabr və "Müasir İncəsənət Muzeyinin yaradılması haqqında" 2006-cı il 19 dekabr tarixli sərəncamları muzey işinə dövlət qayğısının aydın təzahürüdür.
Bununla yanaşı, ölkə muzeylərinin mövcud vəziyyəti bu sahədə təxirəsalınmaz əlavə tədbirlərin həyata keçirilməsi zərurəti doğurmuşdur. Bir çox muzeylərin yerləşdiyi Muzey Mərkəzinin hazırkı mənzərəsi onun son dərəcə ciddi təmirə ehtiyacı olduğunu göstərir. Qırx il əvvəl dünyada ilk dəfə olaraq Bakıda yaradılan, unikal eksponatlarla zəngin Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi müasir beynəlxalq standartlara cavab vermir.
Azərbaycanda muzey işinin yaxşılaşdırılmasının ölkəmizin mənəvi həyatının inkişafı baxımından əhəmiyyətini və perspektivlərini nəzərə alaraq, elmi və mədəni sərvətlərdən hərtərəfli istifadə imkanlarını genişləndirmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Bakı Şəhər İcra Hakimiyyəti ilə birlikdə Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin yeni binasının tikilməsi üçün Bakı şəhərində müvafiq sahənin ayrılması və tikinti-quraşdırma işlərinin aparılması ilə bağlı təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
2. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi yerli icra hakimiyyəti orqanları ilə birlikdə Azərbaycanın regionlarında fəaliyyət göstərən muzeylərin müasir standartlara uyğun təmirinə, yeni avadanlıq və zəruri eksponatlarla təchizatına dair xüsusi tədbirlər planı hazırlayıb üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
3. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə tapşırılsın ki:
3.1. Muzey Mərkəzinin təmiri və yenidən qurulması ilə bağlı təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
3.2. Azərbaycan Dövlət İncəsənət Muzeyinin əsaslı təmirindən sonra həmin muzeydə, Azərbaycan Rəssamlar İttifaqının rəyi nəzərə alınmaqla, yeni ekspozisiyaların yaradılması ilə bağlı təkliflərini 2007-ci ilin sentyabr ayına qədər Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
3.3. Azərbaycanda muzeylərin fəaliyyətinin muzey işinin müasir prinsipləri əsasında dünya standartlarına müvafiq olaraq yenidən qurulmasını və muzey ekspozisiyalarının azərbaycançılıq məfkurəsinə uyğunlaşdırılmasını təmin etsin.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
5. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 6 mart 2007-ci il. _________________ Blogum: Mürəkkəb dolu qələm.
Düzəldin: Anel, son düzəliş: B. Fev. 24, 2008 9:07 pm, cəmi 1 dəfə |
|
| Əvvələ qayıt |
|
Anel Nəzarətçi


Daxil ol: Oct 26, 2007 Mesajlar: 845 Şəhər/ölkə: Sankt-Peterburq, Rusiya..Azəriyəm 27553.8 Xal
|
Göndərilib: B. Fev. 24, 2008 9:06 pm Mesaj mətni: |
|
|
Muzeylərimiz:
Azərbaycan tarixi muzeyi- Z.Tağıyev küç. 4
Şirvanşahlar Sarayı kompleksi Dövlət tarixi memarlıq qoruğu muzeyi- İçərişəhər, K. Qala küç.
S.Vurğunun ev muzeyi- T.Əliyarbəyov küç.4
Cəfər Cabbarlının Ev-Muzeyi- Bakı, AZ1073, İ.Qutqaşınlı küç., 44
C.Cabbarlı adına Azərbaycan Dövlət teatr muzeyi- Neftçilçər pr.123a
Hüseyn Cavidin Ev-Muzeyi- Bakı, AZ1001, istiqlaliyyət küç.,8
Dövlət Din tarixi muzeyi- Neftçilçər pr.123a
M.S.Ordubadinin xatirə muzeyi- Bülbül pr.15 Rüstəm Mustafayev adına İncəsənət muzeyi Niyazi küç.9/11
N.Nərimanovun xatirə muzeyi- İstiqlaliyyət küç.35
Lətif Kərimov adına Azərbaycan xalçası və xalq tətbiqi sənəti Dövlət muzeyi-Neftçilçər pr.123a
Muzey mərkəzi- Neftçilçər pr.123a
Azərbaycan istiqlal muzeyi- Neftçilçər pr.123a
N.Gəncəvi adına Azərbaycan ədəbiyyatı muzeyi- İstiqlaliyyət küç.53
Bülbülün memorial muzeyi- Bülbül pr.15
Azərbaycan Müsiqi Mədəniyyəti Dövlət Muzeyi- R.Behbudov küç.5
Abdulla Şaiqin Mənzil-Muzeyi- Bakı, Abdulla Şaiq küç.,21
Arxeologiya və Etnoqrafiya Muzeyi- Bakı, Böyük Qala küç., 42
Azərbaycan Dövlət Kənd Təsərrüfatı Muzeyi- Bakı, Dərnəgül şossesi, 30/97
Azərbaycan Geologiya Muzeyi- Bakı, İ.Qutqaşenlı küç., 95
Azərbaycan Respublikası Xalq Təhsili Muzeyi- Bakı, Niyazi küç., 11
Azərbaycan Təbabəti Muzeyi- Bakı, N.Rəfiyev küç., 18
Cəlil Məmmədquluzadənin Ev-Muzeyi- Bakı, Süleyman Tağızadə küç., 56
Əzim Əzimzadənin Mənzil-Muzeyi- Bakı, Dilarə Əliyeva küç., 157
Həsən bəy Zərdabi adına Təbiət Tarixi Muzeyi- Bakı, Lermontov küç., 3
Hüseyn Cavidın Ev-Muzeyi- Bakı, istiqlaliyyət küç., 8
Qobustan Dövlət Tarix-Bədii Qoruğu- Bakı, Lermontov küç., 3
Leopold və Mstislav Rostropoviçlərin Ev-Muzeyi - Bakı, L və M. Rostropoviçlər küç., 19
Milli Neft Muzeyi- Bakı, Təbriz küç., 68
Miniatür Kitab Muzeyi- Bakı, içəri şəhər, 1-ci Qala döngəsi, 67
Olimpiya Muzeyi- Bakı, Olimpiya küç., 5
"Rinay" Malakofauna Muzeyi- Bakı, İbrahim Məmmədov küç., 2a, mən. 85.
Üzeyir Hacıbəyovun Ev-Muzeyi _________________ Blogum: Mürəkkəb dolu qələm.
Düzəldin: Anel, son düzəliş: B.e. Mar. 17, 2008 6:52 pm, cəmi 3 dəfə |
|
| Əvvələ qayıt |
|
Anel Nəzarətçi


Daxil ol: Oct 26, 2007 Mesajlar: 845 Şəhər/ölkə: Sankt-Peterburq, Rusiya..Azəriyəm 27553.8 Xal
|
Göndərilib: B. Fev. 24, 2008 10:10 pm Mesaj mətni: |
|
|
Azərbaycan Tarix muzeyi.
Azərbaycan Tarix muzeyi 1936-cı ilə qədər Azərbaycan SSR Dövlət Muzeyi adlanıb. Az.T.muzeyi 1920-ci ildə təsis edilmişdir. Bu muzey məşhur xeyriyyəçi və neft sahibkarı olan Hacı Zeynalabidin Tağıyevin 1895-96-cı illərdə tikilmiş mülkündə yerləşir. Muzey ilk tamaşaçılarını 1921-ci ilin may ayından qəbul etməyə başlayıb. Azərbaycan ərazisində qədim maddi-mədəniyyət abidələrinin elmi baxımdan öyrənilməsinin əsasını bu muzey qoymuşdur.
Muzeydə qorunub saxlanılan, sayı 250 000-dən artıq müxtəlif xarakterli, müxtəlif dövrlərə aid, qiyməti heç bir ölçüyə sığmayan maddi-mənəvi mədəniyyət nümunələri 10 fondda saxlanılır. Muzeyin arxeoloqlarının 60-70-ci illərdə Xəzərin sualtı dünyasında apardıqları kəşfiyyat işləri isə muzeyi ölkənin sualtı arxeoloji tədqiqatları mərkəzinə çevirdi.
Muzeydə poleolitdən tutmuş son orta əsrlər dövrünədək olan tarixə aid edilən arxeoloji fondda qorunan 22 000 eksponat var Burada çoxsaylı saxsı və gil qablar, bəzək nümunələri, daşdan düzəldilmiş əmək alətləri, misdən, tuncdan, dəmirdən hazırlanmış təsərrüfat və məişət əşyaları və s. saxlanılır. Müxtəlif dövrlərə aid olan, dəyərli 150 000 ədədədək sikkə və pul muzeyin numizmatika fondunun bəzəyidir. Qızıldan, gümüşdən, misdən kəsilmiş bu pullar, dövlətçiliyimizn rəmzi pulları və bunlarla bərabər başqa dövlətlərə də məxsus sikkələr, zəngin orden, medal, müxtəlif nişanlar, möhürlər, kağız pul nişanları, poçt markaları kolleksiyaları və s.
Muzeyin yeni tarix fondu müxtəlif xarakterli 2 000-dən artıq eksponatı əhatə edir. Azərbaycan xanlıqlarını, XIX yüzildə çar ordusunun tərkibində fəaliyyət göstərən ayrı-ayrı hərbi birləşmələrə məxsus bayraqlar, XIX əsrin əwəllərində Azərbaycanın şəhər və qalalarının Rusiya tərəfindən işğalı zamanı ələ keçirilən açarlar, müxtəlif əsləhə növləri fondun nadir eksponatla-rından sayılır. Bu fondda saxlanılan, yalnız Azərbaycana deyil, ayrı-ayrı Şərq və Qərb ölkələrinə məxsus olan soyuq və odlu silahlar orta əsrlərin mahir sənətkarları tərəfindən böyük ustalıqla hazırlanmışdır.
Muzeyin etnoqrafiya fondu xalqımızın təsərrüfat həyatına və məişətinə aid 9 000-ə qədər eksponatı əhatə edir - gözəl naxışlı, müxtəlif ornamentli və yazılarla bəzədilmiş cürbəcür mis qablar, Azərbaycanın ayrı-ayrı bölgələrinə məxsus kişi və qadın geyim nümunələri, müxtəlif üsullarla tikilmiş bəzəkli əl işləri və s. Bunlar hamısı tarixi əhəmiyyətli eksponatlardır.
Muzeyin sənədli mənbələr fondunda 11 000-dən artıq sənəd, fotoşəkil, albom, af işa, qəzet, açıqca və s. qorunur.
Muzeydə əsl sənət nümunələri sayılan xalça və xalça məmulatı - məfrəşlər, cecimlər, çullar, xurcunlar, təsərrüfat torbaları və s. qorunur.
Burada xeyli sənəd, eləcə də bədii sənət nümunələri vardır. Eləcə də Azərbaycana müxtəlif dövlətlər tərəfindən bağışlanan hədiyyələr də saxlanılır.
Muzeyin yarandığı gündən bəri fəaliyyət göstərən, Azərbaycanın ilk dövlət kitabxanalarından olan kitabxanasında 80 000-dən çox, başlıca olaraq, XIX-XX əsrin birinci yarısına aid müxtəlif dilli kitablar toplanmışdır.Muzeyin zəngin neqativ fondu, eləcə də kitabxananın tərkibində olan nadir kitablar bölməsi Azərbaycan cəmiyyətinin həyatında baş verən ən mühüm hadisələri əks etdirən fotoların neqativlərini və qiymətli ədəbiyyatı qoruyub saxlayır.
Muzeydə yeni təşkil olunmuş təsviri incəsənət və illustrasiyalar fondunda 500-ə qədər tablo, illustrasiya, Azərbaycanın tanınmış rəssamlarının, sənət adamlarının əsərləri və s. qorunur. _________________ Blogum: Mürəkkəb dolu qələm. |
|
| Əvvələ qayıt |
|
Anel Nəzarətçi


Daxil ol: Oct 26, 2007 Mesajlar: 845 Şəhər/ölkə: Sankt-Peterburq, Rusiya..Azəriyəm 27553.8 Xal
|
Göndərilib: C. Fev. 29, 2008 11:38 pm Mesaj mətni: |
|
|
Arxeologiya və Etnoqrafiya Muzeyi.
Arxeologiya və Etnoqrafiya Muzeyi 1891-ci ildə yaranmışdır. Muzeydəki eksponatlar Azərbaycan ərazisindəki ibtidai insan düşərgələri, oturaq əkinçi-maldar əhaliyə məxsus yaşayış məskənləri və qəbir abidələri, erkən şəhər mədəniyyəti, qədim dövlətlərin tarixi və maddi mədəniyyəti, Azərbaycanın qədim dövr incəsənəti, azərbaycanlıların ulu əcdadlarının həyat tərzi, təsərrüfatı, mənəvi mədəniyyəti haqqında dolğun təsəvvür yaradır. Muzeydə arxeoloji tapıntılar, XIX əsr - XX əsrin əvvəllərinə aid etnoqrafik materiallar nümayiş etdirilir.. _________________ Blogum: Mürəkkəb dolu qələm.
Düzəldin: Anel, son düzəliş: Ş. Mar. 01, 2008 12:01 am, cəmi 1 dəfə |
|
| Əvvələ qayıt |
|
Anel Nəzarətçi


Daxil ol: Oct 26, 2007 Mesajlar: 845 Şəhər/ölkə: Sankt-Peterburq, Rusiya..Azəriyəm 27553.8 Xal
|
Göndərilib: C. Fev. 29, 2008 11:47 pm Mesaj mətni: |
|
|
Səməd Vurğunun ev muzeyi.
Bu muzey 1975-ci ildə yaranmıışdır. Qazax rayonunun Yuxarı Salahlı kəndində "Səməd Vurğunun poeziya evi" adlı daha bir muzey var ki, onu həmin bu muzeyin filialı adlandırmaq olar. Muzey Xalq şairi Səməd Vurğunun ömrünün son illərində yaşadığı, XIX əsrdə inşa edilmiş yaşayış binasının 3-cü mərtəbəsində, 6 otağlı mənzildə yerləşir. Muzeydə 3 otaq: şairin iş otağı, qonaq otağı və yataq otağı onun sağlığında olduğu kimi saxlanılır. Digər 3 otaqda isə şairin həyat və yaradıcılığını, ictimai fəaliyyətini və xatirəsini əbədiləşdirilməyini əks etdirən ekspozisiya yaradılmışdır. Muzeyin fondunun əsas hissəsi olan memorial kolleksiya şairə aid əlyazmalar, kitablar, sənədlər, fotoşəkillər, hədiyyələr və ev əşyalarından ibarətdir. Bundan başqa fondda "Təsviri incəsənət", "Kino-foto-fono", "Dəvətnamə, afişa və proqram", "Qəzet və jurnallar", "Neqativlər", "Kitablar", "Hədiyyələr", "Numizmatika" bölmələri də mövcuddur. _________________ Blogum: Mürəkkəb dolu qələm. |
|
| Əvvələ qayıt |
|
Anel Nəzarətçi


Daxil ol: Oct 26, 2007 Mesajlar: 845 Şəhər/ölkə: Sankt-Peterburq, Rusiya..Azəriyəm 27553.8 Xal
|
Göndərilib: Ş. Mar. 01, 2008 12:01 am Mesaj mətni: |
|
|
Cəfər Cabbarlı adına Azərbaycan Dövlət teatr muzeyi.
Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi 1934-cü ildə yaranmışdır. Burda elə nadir eksponatlar toplanıb ki, bu eksponatlar milli teatrın yaranma tarixi, təşəkkül dövrü, müxtəlif inkişaf mərhələləri, Azərbaycan mədəniyyəti tarixində misilsiz xidmətləri olan maarifçi və ziyalılar, teatr korifeyləri, sənətkarlar haqqında bizə sanki ayna (güzgü) olur. Bu materiallar müxtəlif janrlı ilk teatr tamaşalarının proqram və afişalardan, aktyor və rejissorlara məxsus əlyazmalardan, məktublardan, rol dəftərlərindən, foto və neqativlərdən, geyim və dekorasiya eskizlərindən, səhnə kuklalarından, tamaşaların müxtəlif pərdələri üçün hazırlanmış səhnə tərtibatlarının maketlərindən, şəxsi əşya və rekvizitlərdən, teatr kostyumlarından və başqalarından ibarətdir. Muzeydə qorunan eksponatların əksəriyyəti orijinaldır və onların bir qismi xronoloji ardıcıllıqla muzeyin 7 zaldan ibarət ekspozisiyasında sərgilənir. 1873-cü ildə Mirzə Fətəli Axundovun "Lənkəran xanının vəziri" (Vəziri-xani- Lənkəran) komediyası əsasında oynanılmış ilk teatr tamaşasının afişası, 1926-cı ildə Şərq üslubunda oynanılmış "Hamlet" tamaşasınm kinolenti, Şərq aləmində 1908-ci ildə ilk opera "Leyli və Məcnun"un premyera-proqramı muzeyin ən qədim eksponatlarındandır. Muzeydə Mirzə Fətəli Axundova, Hüseyn Ərəblinskiyə, bəstəkar Üzeyir Hacıbəyova, Bülbülə, Şövkət Məmmədovaya həsr olunmuş güşələr də var. _________________ Blogum: Mürəkkəb dolu qələm. |
|
| Əvvələ qayıt |
|
ciciqiz Yeni Forumçu


Daxil ol: Feb 20, 2008 Mesajlar: 87 Şəhər/ölkə: Baki 2441.8 Xal
|
Göndərilib: Ş. Mar. 01, 2008 11:29 am Mesaj mətni: |
|
|
Anel bu movzunu acdiqin icin sene tesekkurler. Bize coxlu melumat verdin.
Men Bakida yasasam da muzeye sonuncu defe ne vaxt getdiyim yadima gelmir. Gerek vaxt tapib mutleq gedim.
Sonuncu defe muzeye Ismayilli rayonunun Lahic qesebesindeki muzeye getdim, oten ilin avqustunda. Cok maraqli idi. Lahic cox qedim yerdi. Orda dulusculuq, demircilik, boyaciliq, toxuculuq kimi qedim senetler yaranib ve inkisaf edib. Hem de kelaqayinin (qadin bas orpeyidir) istehsali da Lahicdadir. Cok gozel yerdir. Size de meslehet gorerdim orani. Qesebenin ozu bir muzeyi xatirladir. Cox qedim yerdir ve qedimliyi her dasinda hiss olunur.
Coxlu turistler olur Lahicda xeberiniz olsun. Tebietine de soz ola bilmez.
Men Ismayillidanam, isteseniz sizi yayda qonaq apara bilerem ora.  _________________ Qəlbində sevgi varsa, orda nifrətə yer yox. Sev ki seviləsən. |
|
| Əvvələ qayıt |
|
Anel Nəzarətçi


Daxil ol: Oct 26, 2007 Mesajlar: 845 Şəhər/ölkə: Sankt-Peterburq, Rusiya..Azəriyəm 27553.8 Xal
|
Göndərilib: Ş. Mar. 01, 2008 11:55 pm Mesaj mətni: |
|
|
Çoxsağol ciciqız həm diqqətin, həm də dəvətin üçün ..
Yurdumuzun bütün diyarları gözəldir. Nəinki Lahıc, dəgər rayonlarımız, bölgələrimiz də öz xüsusiyyətləri, varlıqları ilə muzeydilər. Haranı gəzsən maraq doğurucu gözəlliklərlə rastlaşırsan. _________________ Blogum: Mürəkkəb dolu qələm. |
|
| Əvvələ qayıt |
|
Anel Nəzarətçi


Daxil ol: Oct 26, 2007 Mesajlar: 845 Şəhər/ölkə: Sankt-Peterburq, Rusiya..Azəriyəm 27553.8 Xal
|
Göndərilib: ç.a. Mar. 04, 2008 2:29 pm Mesaj mətni: |
|
|
Cəfər Cabbarlının Ev-Muzeyi
Cəfər Cabbarlının Ev-Muzeyi 1979-cu ildə yaranmışdır. Adından məlum olduğu kimi bu muzey yazıçı, dramaturq olan Cəfər Cabbarlının həyatı və yaradıcılığından ibarətdir.
********************************************************************************************
Hüseyn Cavidin Ev-Muzeyi
Hüseyn Cavidin zəngin və parlaq yaradıcılığı, qeyri-adi istedadı və nakam taleyi həmişə böyük maraq doğurub. Bəlkə də Azərbaycan ədəbiyyatında xüsusi tədqiqata, geniş təbliğə Hüseyn Cavid qədər ehtiyacı olan ikinci bir yazıçı yoxdur. Bununla bağlı professor Yaşar Qarayevin fikrini yada salmaq yerinə düşər: «Bu gün belə obyektiv aynada, tarixi və elmi həqiqət güzgüsündə yenidən görünməyə Hüseyn Cavid qədər ehtiyacı olan ikinci böyük ədəbi simamız bəlkə də yoxdur». Göstəriləndən belə nəticə çıxarmaq olar ki, Hüseyn Cavidin ev muzeyinin açılmasına və onun yaradıcılığının geniş təbliğinə çox böyük ehtiyac olub. 21 iyul 1981-ci ildə Azərbaycan KP MK-nın «Hüseyn Cavidin anadan olmasının 100 illiyi haqqında» qəbul etdiyi qərarda Bakı və Naxçıvan şəhərlərində Hüseyn Cavidin xatirə muzeylərinin yaradılması, Bakı şəhərinin İstiqlaliyyət (keçmiş Kommunist) küçəsində Hüseyn Cavidin 1920-ci ildən 1937-ci ilədək yaşamış olduğu 8 saylı evin fasadının təzələnməsi və ona yazıçının xatirə lövhəsinin vurulması göstərilirdi. Bu qərar əsasında Mədəniyyət Nazirliyninin 14 avqust 1981-ci il tarixli 228 saylı əmri ilə Hüseyn Cavidin 100 illik yubileyinin keçirilməsi və 15 dekabr 1981-ci il tarixli 522 saylı əmri ilə Bakı şəhərində Hüseyn Cavidin memorial muzeyinin açılması nəzərdə tutulurdu. Mədəniyyət Nazirliyinin 1991-ci il 16 aprel tarixli əmrinə əsasən adı çəkilən binanın 5 otağı Hüseyn Cavidin ev muzeyi üçün ayrılmışdı. Lakin bina həmin bina olsa da, ayrılmış 5 otaq Cavidlərin yaşamadığı otaqlar idi. Yeganə üstünlük onda idi ki, Hüseyn Cavid vaxtı ilə bu otaqlarda dərs demişdi. Əlyazmalar institutunun o zamankı rəhbərliyi səhv olaraq belə fikirləşirdi ki, bina instituta məxsus olduğu üçün, Hüseyn Cavidin vaxtı ilə yaşadığı və əsərlərini yaratdığı otaqlarda muzey yerləşə bilməz. Ancaq zaman göstərdi ki, Hüseyn Cavidin ev muzeyi başqa otaqlarda deyil, məhz onun və ailəsinin yaşadığı və ölməz əsərlərini yaratdığı otaqlarda yerləşməlidir. Binada isə, əslində hansı idarənin və ya institutun yerləşməsinin heç bir əhəmiyyəti yoxdur. Cavid şəxsiyyəti, Cavid yaradıcılığı yerləşdiyi məkana, məxsus olduğu millətə ancaq şərəf gətirər. 10 iyun 1995-ci ildə Azərbaycan prezidenti Heydər Əliyevin yanında tarixi müşavirə keçirildi və 14 illik fasilədən sonra Hüseyn Cavidin Naxçıvanda məqbərəsinin, Bakıda ev muzeyinin yaradılması ilə əlaqədar məsələlər müzakirə olundu və dərhal öz həllini tapdı. Bununla əlaqədar Nazirlər Kabinetinin 10 iyul 1995-ci il 160 saylı qərarı ilə Hüseyn Cavidin ev muzeyinin yaradılması, onun Azərbaycan EA-nın tabeliyinə verilməklə ədibin yaşadığı binanın, (İstiqlaliyyət küçəsi,8) 2-ci mərtəbəsində giriş də daxil olmaqla, 3-cü mərtəbəsində yerləşməsi və Hüseyn Cavidin ev muzeyi adlandırılması məsələsi həll olundu. H.Cavidin ev muzeyi 245 kv metr sahəni əhatə edir və onun 130 kv metrində ekspozisiya yerləşir. Muzeyin tərtibatı elə düşünülüb ki, ekspozisiya artıq 2-ci mərtəbədən başlanır və muzeyə gələn hər bir adam artıq girişdən Cavidlər mühitinə düşüb, Cavidlər dünyasına qatılır. Ekspozisiyada 600-dən artıq eksponat nümayiş etdirilir. Bu eksponatlar içərisində məhz Cavidlər ailəsinə məxsus məişət və geyim əşyaları, Hüseyn Cavidin müxtəlif illərdə çap olunmuş əsərləri, şəxsi kitabları, ailəvi fotolar, dram əsərlərinin tamaşalarından proqramm, afişa və fotolar, Ərtoğrol Cavidin istifadə etdiyi kitablar, bəstələdiyi musiqi əsərlərinin notları, bunlardan Ü. Hacıbəyova həsr etdiyi fortepiano üçün «9 variasiya», «Eşq olsun», «Skripka ilə fortepiano üçün poema» və s. əsərləri, daha sonra vallar, müxtəlif sənədlər, məktublar vardır. Həmçinin Turan Cavidin fəaliyyəti ilə bağlı olan materiallar nümayiş edilir. Hüseyn Cavidin yazı masası, Mişkinaz xanıma məxsus tikiş maşını, radioqəbuledici, yemək masası və bir çox eksponatlar ekspozisiyada əsas yer tutur. Ekspozisiyanın tərtibatı zamanı bir neçə görkəmli sənət xadimlərinə süjetli əsərlər sifariş olunmuş və bu əsərlər ekspozisiyanı daha da zənginləşdirmiş, onu baxımlı və maraqlı etmişdir. Bunlardan Oqtay Sadıqzadənin «Cavid dünyası» triptixi, «Mişkinaz xanım» portreti, Ömər Eldarovun «Hüseyn Cavid», «M. Cavid», «Ə.Cavid» mərmər büstləri, A. Hacıyevin «Son yay» və «Hüseyn Cavid» əsərləri, İ.İbrahimovun «Naxçıvandakı məqbərənin maketi», A. Kərimovanın süjetli - «Cavid» xalçası, R.Əsədovun «Ə.Cavid» portreti, Ə. Əliyevin «İblis operasının yaranması» əsəri, S. və F. Məmmədvəliyevlərin ağacdan Hüseyn Cavidin ərəb qrafikası ilə adı və soyadı yazılmış miz və üstündə «Azər»dən parçalar olan gümbəz şəkilli fiqur, Cavid əsərlərinin adlarının ağac üzərində oymaları və s. əsl sənət nümunələrini göstərmək olar. Muzeydə məxsusi olaraq 1 otaq, Cavidin iş otağı, repressiya otağı kimi ayrılıb. Bu otaqda O. Sadıqzadənin böyük ürək yanğısı ilə işlədiyi «1937-ci ilin repressiya qurbanları» əsəri və V. Ucatayın «Zordan üstün» əsəri həm Hüseyn Cavidə, həm də Azərbaycanın digər repressiya qurbanlarının xatirəsinə rekviem kimi qəbul olunur. Muzeyin əsas fondunda 5000, elmi-köməkçi fondda isə 300 əşya qorunub, mühafizə olunur. Bunların sayı yeni materiallar hesabına daima artır. Muzeyin fonotekası da Hüseyn Cavidə həsr olunmuş yeni radio, televiziya verilişlərinin, video və audio kasetlərin, müsahibələr və səhnə tamaşalarının lent yazıları hesabına daim zənginləşir. Təəssüflər olsun ki, 2000-ci il noyabrın 25-də Bakıda baş vermiş zəlzələ nəticəsində muzeyin ekspozisiya sahəsi zədələndiyinə görə muzey bir müddət ekspozisiyasını aça bilmədi. Muzeyin ekspozisiya sahəsi bir daha təmir olunduqdan sonra bu mümkün oldu. 23 oktyabr 2002 ci il tarixdə Prezident Heydər Əliyev «Hüseyn Cavidin 120 illik yubileyi haqqında» sərəncam imzaladı. 24 oktyabr 2002 – ci il tarixdə, Hüseyn Cavidin 120 illik yubileyi günündə, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Hüseyn Cavidin ev muzeyinin açılış lentini kəsərək, ekspozisiya ilə tanış olub, muzeyin rəy kitabına ürək sözlərini yazdı və gələcək fəaliyyətinə xeyir-dua verdi. Beləliklə, 24 oktyabr 2002-ci il tarixdən Hüseyn Cavidin ev muzeyinin ekspozisiyası qapılarını geniş tamaşaçı auditoriyasının üzünə açdı. Bu müddət ərzində, məhz Hüseyn Cavidin 120 illik yubileyi ilə əlaqədar verilmiş sərəncama müvafiq olaraq, muzeyin ekspozisiyasında günümüzlə səsləşən müəyyən yeniləşmə işləri aparılmış, rəssamlardan A.Kərimovaya və R.Əsədova yeni sifarişlər verilmişdir. Ekspozisiya üçün sujetli «Ana» və «Ərtoğrol Cavid» xalçaları sifariş olunmuş (A.Kərimova), «Ə.Cavid» portreti, «Topal Teymur» televiziya tamaşasına işlənmiş 7 eskiz alınmışdır (R.Əsədov). Azərbaycan, rus və ingilis dillərində «Hüseyn Cavidin ev muzeyi» və «Ə.Cavid» bukletləri sifariş olunmuşdur. Muzeyin fondu üçün Hüseyn Cavidin yeganə iri həcmli əlyazma nüsxəsi, 158 səhifəlik 20 parçadan ibarət «Azər» poemasının əlyazması, M.Cavidin «Hüseyn Cavid haqqında xatirələri» (102 səhifəlik dəftər) əldə edilmişdir. Hazırda bu qiymətli nümunələr muzeyin fondunda qorunub, mühafizə olunur. Hazırda Hüseyn Cavidin ev muzeyi tam hüquqla tərkibinə daxil olduğu Milli Elmlər Akademiyasının elmi idarələrindən biridir. Artıq neçə ildir ki, burada elmi əməkdaşların fəaliyyətini koordinasiya edən Elmi Şura fəaliyyət göstərir. Muzey böyük təbliğat və təşviqat işləri aparır, muzeydə çoxsaylı qonaqlarla müxtəlif dillərdə izahatlar aparılır, məktəblərdə, litseylərdə, digər təhsil ocaqlarında, qaçqın yataqxanalarında tədbirlər keçirilir, Cavidlərə həsr olunmuş mühazirələr oxunur, səyyar sərgilər nümayiş etdirilir. Muzeydə Cavidlər ailəsinin doğum və anım günləri hər il bu ailəyə məxsus bənzərsiz, ilıq və munis bir ab-havada keçirilir. Hüseyn Cavidin ev muzeyi Naxçıvanda yerləşən Hüseyn Cavidin ev muzeyi ilə mütəmadi yaradıcılıq əlaqələri saxlayır, ona lazımi metodiki yardım göstərir. Hüseyn Cavidin ev muzeyi gələcəkdə də Cavidlər irsinin tədqiqi, öyrənilməsi, qorunması və təbliği istiqamətində öz fəaliyyətini müvəffəqiyyətlə davam etdirəcək.
| Sadece qeydiyyatlı istifadeçiler görebiler. |
Muzeydə qorunanlardan bəziləri:
Hüseyn Cavidin məqbərəsindəki mərmər heykəlin natural ölçüdə gipsdən olan variantı
| Sadece qeydiyyatlı istifadeçiler görebiler. |
Ərtoğrul Cavidin mərmərdən büstü (Ö. Eldarov)
| Sadece qeydiyyatlı istifadeçiler görebiler. |
Hüseyn Cavidin Naxçıvandakı məqbərəsinin maketi
| Sadece qeydiyyatlı istifadeçiler görebiler. |
rəssam Oqtay Sadıqzadənin yağlı boya ilə çəkdiyi Mişkinaz Cavidin portreti
| Sadece qeydiyyatlı istifadeçiler görebiler. |
Yuxarıda «H.Cavid M.T.Sidqinin məktəbində» (1990-92), aşağıda «Cavidin uşaqlığı» (1990-92) (A. Hüseynov)
| Sadece qeydiyyatlı istifadeçiler görebiler. |
Ərtoğrol Cavidə məxsus kitab rəfi
(Rəf üzərindəki foto Tahir Rasizadənindir)
| Sadece qeydiyyatlı istifadeçiler görebiler. |
Mişkinaz xanımın büstü
(Ö.Eldarov-1992)
| Sadece qeydiyyatlı istifadeçiler görebiler. |
Mişkinaz xanımın iki üzüyü, əl işləri - toxumalar, Hüseyn Cavidə məxsus əşyalar - cib dəftərləri, eynək qabı və s.
| Sadece qeydiyyatlı istifadeçiler görebiler. |
Mişkinaz Cavidə məxsus tikiş maşını
| Sadece qeydiyyatlı istifadeçiler görebiler. |
"Alın yazısı" (A.Kərimova)
| Sadece qeydiyyatlı istifadeçiler görebiler. |
Cavidin faciəsi otağından görünüş
| Sadece qeydiyyatlı istifadeçiler görebiler. |
"Qara yazı" (O.Sadıqzadə)
| Sadece qeydiyyatlı istifadeçiler görebiler. |
H.Cavidin 1937-ci ildə həbsindən sonra anfasdan və profildən çəkilmiş fotosu
| Sadece qeydiyyatlı istifadeçiler görebiler. |
H.Cavidin yazı masası
| Sadece qeydiyyatlı istifadeçiler görebiler. |
Piano (Girəcəkdə sağ tərəfdə qədimi piano qoyulub. Vaxtilə bu pianoda həm Ərtoğrol Cavid, həm onun müəllimi Üzeyir Hacıbəyov, həm Müslüm Maqomayev çalıblar.)_
| Sadece qeydiyyatlı istifadeçiler görebiler. |
"İblis" operası "doğulan gün" əsəri ( Ənvər Əliyev)
| Sadece qeydiyyatlı istifadeçiler görebiler. |
"Birgəliyin son yayı" əsəri (Altay Hacıyev)
| Sadece qeydiyyatlı istifadeçiler görebiler. |
Cavid xalçası ( Afaq Kərimova)
| Sadece qeydiyyatlı istifadeçiler görebiler. |
[hide][/hide] _________________ Blogum: Mürəkkəb dolu qələm.
Düzəldin: Anel, son düzəliş: C. Mar. 28, 2008 12:42 am, cəmi 6 dəfə |
|
| Əvvələ qayıt |
|
fidan494 .


Daxil ol: Dec 25, 2006 Mesajlar: 1551
30768.1 Xal
|
Göndərilib: ç.a. Mar. 04, 2008 3:10 pm Mesaj mətni: |
|
|
| Anel yazıb: |
Cəfər Cabbarlının Ev-Muzeyi
Cəfər Cabbarlının Ev-Muzeyi 1979-cu ildə yaranmışdır. Adından məlum olduğu kimi bu muzey yazıçı, dramaturq olan Cəfər Cabbarlının həyatı və yaradıcılığından ibarətdir. |
Uşaqlığımın keçdiyi yerlər, tez - tez gedərdim o muzeyə, vtoroy xrebtovu deyilən yerdə yerləşir köhnə adıyla o küçə Həmid Sultanov adlanırdı indi İsmayıl bəy Qutqaşenlinin adı verilib,
keçmiş Sovetski
 |
|
| Əvvələ qayıt |
|
fidan494 .


Daxil ol: Dec 25, 2006 Mesajlar: 1551
30768.1 Xal
|
Göndərilib: ç.a. Mar. 04, 2008 6:00 pm Mesaj mətni: |
|
|
rəsimlərə görə təşəkkürlər Anel,
düşünürdüm görən Anel niyə bura şəkil yerləşdirmir  |
|
| Əvvələ qayıt |
|
Anel Nəzarətçi


Daxil ol: Oct 26, 2007 Mesajlar: 845 Şəhər/ölkə: Sankt-Peterburq, Rusiya..Azəriyəm 27553.8 Xal
|
Göndərilib: çər. Mar. 05, 2008 8:56 pm Mesaj mətni: |
|
|
Dəyməz canım .. Çalışaram tez-tez yerləşdirəm (təbii ki, məndə olsa və tapa bilsəm).. _________________ Blogum: Mürəkkəb dolu qələm. |
|
| Əvvələ qayıt |
|
Anel Nəzarətçi


Daxil ol: Oct 26, 2007 Mesajlar: 845 Şəhər/ölkə: Sankt-Peterburq, Rusiya..Azəriyəm 27553.8 Xal
|
Göndərilib: B.e. Mar. 17, 2008 6:12 pm Mesaj mətni: |
|
|
Dövlət Din tarixi muzeyi
Azərbaycan Dövlət Din tarixi muzeyi 1967-ci ildə yaranmışdır. Muzey Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinə mənsubdur.
Muzeyin islam dininə aid bölməsində müxtəlif illərdə tərtib olunmuş «Quran» əlyazmaları və təfsirlərinin ayrı-ayrı nüsxələri, Azərbaycan rəssamlarının dini mövzuda işlədiyi rəsm əsərləri, fotoşəkillər, qəzet vəjurnallartoplanmışdır.
Muzeyin elmi fondu qədim dövrlərdən başlayaraq ibtidai insanlarm dini təsəvvürlərini əks etdirən materiallardan, islam dininə aid heykəltəraşlıq, qrafika nümunələrindən, foto, kitab və əlyazmalardan, qəzet və jurnallardan, sənədlərdən və digər əşyalardan, Buddizm, İudaizm, Xristianlığa aid nümunələrdən ibarətdir.
Buddizmə aid muzey əşyaları içərisində tökmə üsulu ilə hazırlanmış və müxtəlif daşlarla bəzədilmiş Buddanın heykəlini, parça üzərindəki ikonaları göstərmək olar.
İudaizmə aid əşyalardan ötən əsrin əvvəllərində çap olunmuş Talmud nüsxələrini, sinaqoqların interyerinin tərtibatında istifadə olunan müxtəlif dini əşyaları qeyd etmək lazımdır.
Xristianlığa aid materiallar içərisində İncil və Tövrat nüsxələri, ağac, metal və kətan üzərində işlənmiş ikonalar, kilsə xadimlərinin geyim nümunələri, rəssamların dini mövzuda işlədikləri rəsm əsərləri vardır. _________________ Blogum: Mürəkkəb dolu qələm. |
|
| Əvvələ qayıt |
|
Anel Nəzarətçi


Daxil ol: Oct 26, 2007 Mesajlar: 845 Şəhər/ölkə: Sankt-Peterburq, Rusiya..Azəriyəm 27553.8 Xal
|
Göndərilib: B.e. Mar. 17, 2008 6:19 pm Mesaj mətni: |
|
|
Məmməd Səid Ordubadinin xatirə muzeyi.
Bu muzey 1979-cu ildə yaranmışdır.
Muzey, Azərbaycanda tarixi roman janrının əsasını qoyan, naşir və yazıçı, dramaturq və şair, publisist və tərcüməçi olan Məmməd Səid Ordubadinin yaradıcılığınından ibarətdir. Muzeyin ekspozisiyası dəhlizdən və iki otaqdan ibarətdir. Muzeydə M. S. Ordubadi haqqında materiallar, onun kitab və əlyazmaları, foto şəkilləri və şəxsi əşyaları toplanılıb.
| Sadece qeydiyyatlı istifadeçiler görebiler. |
_________________ Blogum: Mürəkkəb dolu qələm. |
|
| Əvvələ qayıt |
|
Anel Nəzarətçi


Daxil ol: Oct 26, 2007 Mesajlar: 845 Şəhər/ölkə: Sankt-Peterburq, Rusiya..Azəriyəm 27553.8 Xal
|
Göndərilib: B.e. Mar. 17, 2008 6:31 pm Mesaj mətni: |
|
|
N.Nərimanovun xatirə muzeyi
Muzey, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Bakı şəhər İcra Hakimiyyətinin Mədəniyyət idarəsi-nə mənsubdur. Bu muzey 1977-ci ildə yaranmışdır. Muzeydə dövrünün tanınmış, böyük siyasi xadimi, yazıçı və eyni zamanda həkim olan, Nəriman Nərimanovun həyat və yaradıcılığına aid qəzet və kitab materialları bir sözlə çoxsaylı sənədlər, şəxsi və məişət əşyaları toplanmışdır. _________________ Blogum: Mürəkkəb dolu qələm. |
|
| Əvvələ qayıt |
|
|
|
Bu forumda yeni mövzu aça bilməzsiniz. Bu forumdakı mesajlara cavab verə bilməzsiniz. Bu forumdakı mesajlarınızı düzəldə biməzsiniz. Bu forumdakı mesajlarınızı silə bilməzsiniz. Bu forumdakı sorğularda səs verə bilməzsiniz.
|
|