Əksər xalqlar o cümlədən Azərbaycanlılar bahar bayramının bir sıra adət-ənənələrini, oyunlarını indiyədək saxlamışlar.
Azərbaycanda Novruz bayramı bir ay əvvəldən qarşılanır, rəsmi bayram şəklini almışdır.
Hər həftənin ikinci günləri su çərşənbəsi, od çərşənbəsi, yel çərşənbəsi və axır (torpaq) çərşənbə günləri qeyd olunur. Çərşənbələrin içində ən vacibi axırıncı – axır çərşənbə axşamıdır. Həmin gün ailəyə səadət, xoşbəxtlik və bütün bədbəxtlikdən uzaq olmaq arzulanır. Bütün evlərdə bayram süfrəsi açılır. Cürbəcür yeməklər, əsasən aş, şirniyatlar: paxlava, şəkərbura, şəkərçörək, şorqoğal, və s. hazırlanır. Xonçanın ortasında səməni, hər ailə üzvünə şam, boyadılmış yumurtalar qoyulur. Stolda yeddi növ yemək - nemət olur. Həmin gün hamı öz evində olmalıdır, ancaq uşaqlar ata-analarına baş çəkib, yenə də evə qayıtmalıdırlar.
Artıq çərşənbələr başlayıb. Dünən od çərşənbəsi idi. Hamınızın çərşənbəsi mübarək olsun!
Daxil ol: Sep 14, 2007 Mesajlar: 240 Şəhər/ölkə: İstanbul/ Türkiye 6108.4 Xal
Göndərilib: B. Mar. 09, 2008 1:07 am Mesaj mətni:
Eeeeeyyy heyif yadımdan çıxıb su ve od çerşenbelerii keçib elemi??? Azerbaycan deyil ki her kes tem-teraqlı hazırlaşsın Neyse aşımızı gelen hefte yiyerik artıq. En çox xoşladığım bayramlardandı Bayramımız mübarek olsun!!! Fidan papağım qırmızı rengdedi sene papaq atacam hazırlaş. _________________
Daxil ol: Oct 26, 2007 Mesajlar: 836 Şəhər/ölkə: Sankt-Peterburq, Rusiya..Azəriyəm 27289.6 Xal
Göndərilib: çər. Mar. 12, 2008 12:58 am Mesaj mətni:
2-ci çərşənbəniz mübarək olsun!!!
Elə istərdim ki, indi Azərbaycanda olam, tonqal ətrafında. Burda nə qədər öz aramızda bqyramı qeyd etsək də, yenə də nəsə çatışmır, çünki əsl bayram ruhu ordadır. _________________ Blogum: Mürəkkəb dolu qələm.
Daxil ol: Apr 02, 2004 Mesajlar: 633 Şəhər/ölkə: Bakı / Azərbaycan 14118.1 Xal
Göndərilib: çər. Mar. 12, 2008 3:07 am Mesaj mətni:
Anel yazıb:
2-ci çərşənbəniz mübarək olsun!!!
Elə istərdim ki, indi Azərbaycanda olam, tonqal ətrafında. Burda nə qədər öz aramızda bqyramı qeyd etsək də, yenə də nəsə çatışmır, çünki əsl bayram ruhu ordadır.
men gedirem
diyesen axı 2. deyildi Anel 3. idi, yoxsa men getmeye-getmeye unutmuşam ? _________________
Daxil ol: Oct 26, 2007 Mesajlar: 836 Şəhər/ölkə: Sankt-Peterburq, Rusiya..Azəriyəm 27289.6 Xal
Göndərilib: çər. Mar. 12, 2008 6:11 pm Mesaj mətni:
ceng yazıb:
Anel yazıb:
2-ci çərşənbəniz mübarək olsun!!!
Elə istərdim ki, indi Azərbaycanda olam, tonqal ətrafında. Burda nə qədər öz aramızda bqyramı qeyd etsək də, yenə də nəsə çatışmır, çünki əsl bayram ruhu ordadır.
men gedirem
diyesen axı 2. deyildi Anel 3. idi, yoxsa men getmeye-getmeye unutmuşam ?
Göndərilib: çər. Mar. 12, 2008 6:13 pm Mesaj mətni:
Anel yazıb:
ceng yazıb:
Anel yazıb:
2-ci çərşənbəniz mübarək olsun!!!
Elə istərdim ki, indi Azərbaycanda olam, tonqal ətrafında. Burda nə qədər öz aramızda bqyramı qeyd etsək də, yenə də nəsə çatışmır, çünki əsl bayram ruhu ordadır.
men gedirem
diyesen axı 2. deyildi Anel 3. idi, yoxsa men getmeye-getmeye unutmuşam ?
Bəlkə mən də səhv edirəm, Ceng. Amma mənə elə gəlir 2-cidir.
3 cü idi Anel, gələn həftə axır çərşənbə sonra bayram
Daxil ol: Oct 26, 2007 Mesajlar: 836 Şəhər/ölkə: Sankt-Peterburq, Rusiya..Azəriyəm 27289.6 Xal
Göndərilib: çər. Mar. 12, 2008 6:37 pm Mesaj mətni:
Çaşmışam yenə. Yatmışam bu Peterburqda heç nədən xəbərim yoxdur . Nədənsə, yel çərşənbəsi ağlımda 2-cidir deyə qalmışdı . _________________ Blogum: Mürəkkəb dolu qələm.
Daxil ol: Oct 26, 2007 Mesajlar: 836 Şəhər/ölkə: Sankt-Peterburq, Rusiya..Azəriyəm 27289.6 Xal
Göndərilib: çər. Mar. 12, 2008 9:37 pm Mesaj mətni:
Axır çərşənbə ilə bağlı deyilən adətlərdən bəziləri:
Axır çərşənbə günü çıxmamış su üstündən atdanarlar, tonqal yandırarlar, axır çərşənbədə qorxanların başından su töküb qorxuluğu alırlar, sağlam malın, bundan əlavə toy üçün ayrılmış qoyunların boynuna qırmızı bağlayırlar. Axır çərşənbədə evdən pul verməzlər, qonşuya ələk verməzlər, borc un verməzlər. Axır çərşənbə günü ailə üzvlərinin sayına görə şam yandırarlar, şami yarımçıq söndürməzlər, bu gün evdən od, kibrit, neft verməzlər, bundan əlavə evdən ağartı, çörək verməzlər. Axır çərşənbə gecəsi tez yatmazlar. Axır çərşənbə gecəsi vəfat etmiş yaxın adamları yada salarlar, vəfat etmiş adamların adını çəkib filankəslərin adına qazan açdım deyib qazana bişmək üçün ət, yaxud düyü və s… tökərlər. Axır çərşənbə gecəsi Axır çərşənbə günü ertədən lampa yandırarlar. _________________ Blogum: Mürəkkəb dolu qələm.
Bu forumda yeni mövzu aça bilməzsiniz. Bu forumdakı mesajlara cavab verə bilməzsiniz. Bu forumdakı mesajlarınızı düzəldə biməzsiniz. Bu forumdakı mesajlarınızı silə bilməzsiniz. Bu forumdakı sorğularda səs verə bilməzsiniz.