 |
| Əvvəlki mövzu :: Sonrakı mövzu |
| Müəllif |
Mesaj |
fidan494 .


Daxil ol: Dec 25, 2006 Mesajlar: 1544
30633.3 Xal
|
Göndərilib: Ş. Mar. 08, 2008 3:41 am Mesaj mətni: Həzi Aslanov |
|
|
| Sadece qeydiyyatlı istifadeçiler görebiler. |
Həzi Aslanov 1910 - cu il yanvarın 22- də Lənkəran şəhərində anadan olub. Ibtidai təhsilini 1 saylı şəhər orta məktabində alıb. Ikinci dünya müharibəsi başlananda o Ukraynada xidmət edirdi. 1941 - ci ilin iyununda alman zirehli qoşunları ilə qeyri - bərabər döyüşdə Həzi öz döyüşçüləri ilə Donbass ətrafında düşmənin şiddətli hücümlarünü beş ay dəf etdi, onu ağır tələfata uğratdı. Daha sonra Moskva ətrafında vuruşmalarda hərbi təşkilatçılıq bacarığı və səxsi igidliyinə görə Qırmızı Ulduz ordeninə layiq görüldü. Aslanovun 55 - ci əlahiddə tank polku feldmarşal Manşteynin tank ordusunun darmadağın edilməsində xüsusi məharət göstərmişdir. Bu döyüşdə göstərdiyi şücaətə görə podpolkovnik H. Aslanov 1942 - ci ildə Sovet Ittifaqı Qəhrəmanı adına layiq görüldü. Zirehli tank qoşunları Akademiyasının birillik təhsil proqramını 3 - aya mənimsədi. Hərb təcrübəsində "cinahlardan zərbə vurmaq taktikasının" mahir ustası kimi tanınmış sərkərdədir və bu sahədə hərb elmini zənginləşdirmişdir. Təkcə 1944 - cü ilin hücum döyüşləri dövründə 8 - dəfə Ali Baş Komandanlıq tərəfindən təşəkkür almışdır.
1944 - ildə Aslanovun 35 - ci qvardiya tank briqadası Belorusiyanı, Pribaltika respublikalarını azad etmək uğrundakı vuruşmalarda xüsusilə fərqlənmişdi. 1944 - cü il avqustunda Aslanovun briqadası başqa ordu hissələri ilə birlikdə Yelqava şəhərini düşməndən təmizlədilər. Bu döyüşdəki qələbəyə görə ikinci dərəcəli Suvorov ordeninə layiq görüldü. Aslanovun polku Rostov, Taqanroq şəhərlərinin azad olunmasında və Kursk vuruşmasında da fəal iştirak etmişdir.
O Volqadan Baltikədək bütün döyüşlərdə özünü bacarıqlı sərkərdə, fitri istedad sahibi kimi göstərmişdi. İki dəfə Qırmızı Ulduz, 3 dəfə Qırmızı bayraq, Aleksandr Nevski, ikinci dərəcəli Suvorov Ordeni, 1 –ci dərəcəli Vətən Müharibəsi ordeni və medallarla təltif edilmişdir. Həzi Aslanov faşizm üzərində qələbəyə üç ay yarım qaldığı bir vaxtda Mitava şəhəri yaxınlığındakı vuruşmada qəhrəmancasına həlak olmuşdur.
Ölümündən 47 - il sonra ona ikinci Sovet Ittifaqı Qəhrəmanı adı verilmişdir. Həzi Aslanovun qəbri Bakıda Şəhidlər Xiyabanındadır. Bakıda zabitlər evi, Volqoqradda küçə, Bakı və Volqoqradda məktəb və tanker onun adını daşıyır. Həzinin doğulduğu Lənkəranda ev - muzeyi açılmış, heykəli ucaldılmışdır.
 |
|
| Əvvələ qayıt |
|
materiya Yeni Forumçu


Daxil ol: Oct 19, 2007 Mesajlar: 85
2144.6 Xal
|
Göndərilib: Ş. Mar. 08, 2008 6:23 pm Mesaj mətni: |
|
|
 |
|
| Əvvələ qayıt |
|
Anel Nəzarətçi


Daxil ol: Oct 26, 2007 Mesajlar: 836 Şəhər/ölkə: Sankt-Peterburq, Rusiya..Azəriyəm 27289.6 Xal
|
Göndərilib: Ş. Mar. 08, 2008 11:20 pm Mesaj mətni: |
|
|
Çox sağol Fidan.
Yəqin ki, heç kimə sirr deyil ki, Həzi Aslanov adına metro stansiyamız da var.. _________________ Blogum: Mürəkkəb dolu qələm. |
|
| Əvvələ qayıt |
|
fidan494 .


Daxil ol: Dec 25, 2006 Mesajlar: 1544
30633.3 Xal
|
Göndərilib: B. Mar. 09, 2008 6:23 pm Mesaj mətni: |
|
|
| Anel yazıb: |
Çox sağol Fidan.
Yəqin ki, heç kimə sirr deyil ki, Həzi Aslanov adına metro stansiyamız da var.. |
Düz buyurdun Anel,
tamam unutmuşdum əlavə etməyi, üzr istəyirəm. |
|
| Əvvələ qayıt |
|
Anel Nəzarətçi


Daxil ol: Oct 26, 2007 Mesajlar: 836 Şəhər/ölkə: Sankt-Peterburq, Rusiya..Azəriyəm 27289.6 Xal
|
Göndərilib: C.a. Mar. 20, 2008 4:42 pm Mesaj mətni: |
|
|
| fidan494 yazıb: |
| Anel yazıb: |
Çox sağol Fidan.
Yəqin ki, heç kimə sirr deyil ki, Həzi Aslanov adına metro stansiyamız da var.. |
Düz buyurdun Anel,
tamam unutmuşdum əlavə etməyi, üzr istəyirəm. |
Üzrə heç ehtiyac yoxdur, Fidan . Təbii haldır. _________________ Blogum: Mürəkkəb dolu qələm. |
|
| Əvvələ qayıt |
|
|
|
Bu forumda yeni mövzu aça bilməzsiniz. Bu forumdakı mesajlara cavab verə bilməzsiniz. Bu forumdakı mesajlarınızı düzəldə biməzsiniz. Bu forumdakı mesajlarınızı silə bilməzsiniz. Bu forumdakı sorğularda səs verə bilməzsiniz.
|
|