Downloads
AZƏRİ MP3
Forums
F O R U M
chat
C H A T
sevgi
TV
video
VİDEO
radio
RADİO
ekart
OYUN
sevgi
ZengimCELL
|
Azeri.net: Forum

:: Mövzu - Lütfi Zadə
ç.S.S.
ç.S.S.
Axtar
Axtar
İstifadəçilərin siyahısı
İstifadəçilərin siyahısı
İstifadəçi qrupları
İstifadəçi qrupları
Şəxsi mə`lumat
Şəxsi mə`lumat
Giriş
Giriş
Xüsusi mesajlarınız
Xüsusi mesajlarınız
Forumun əsas səhifəsi » Dahilərimiz

Yeni mövzu aç   Cavab göndər
Lütfi Zadə
Əvvəlki mövzu :: Sonrakı mövzu  
Müəllif Mesaj
fidan494
.
.


Daxil ol: Dec 25, 2006
Mesajlar: 1551

30768.1 Xal

MesajGöndərilib: B. Mar. 09, 2008 9:00 pm    Mesaj mətni: Lütfi Zadə Sitatla cavab ver


Lütfi Ələsgərzadə - Azərbaycan əsillı alim. Lütfi Zadə adı ilə tanınır. Amerikada yaşayan Lütfi Zadə qeyri-səlis məntiqin (Fuzzy Logic) atası hesab olunur. 4 fevral 1921-ci ildə Bakıda anadan olmuşdur.

Xeyli vaxtdır ki, bu dahi şəxsiyyətin adı dünya elminin nəhəngləri - İsaak Nyuton, Albert Eynşteyn, Ernest Rezerford, Blez Paskal və başqaları ilə bir sırada çəkilir.

Sadece qeydiyyatlı istifadeçiler görebiler.



Bu gün dünya elminə L.Zadənin 6 mühüm nəzəriyyəsi məlumdur. Hazırda onlar elm və istehsalatda geniş şəkildə tətbiq olunur. L.Zadəyə dünya şöhrəti qazandıran, onun dünya elmində inqilab hesab olunan qeyri-səlis məntiq nəzəriyyəsidir. Aparıcı dünya şirkətlərinə inanılmaz məbləğdə gəlir gətirən bu nəzəriyyə 1965-ci ildə işlənib hazırlanıb, ötən əsrin 80-ci illərində Yapon alimlərinin diqqətini cəlb edib və Yaponlar bu unikal nəzəriyyədən yararlanmaq qərarına gəliblər. L.Zadə nəzəriyyəsinin tətbiqi Yaponiyaya milyardlar qazandırıb. Bu gün Yaponiyanın "Mitsubishi", "Toshiba", "Sony", "Canon", "Sanyo", "Nissan", "Honda" və digər nüfuzlu şirkətləri qeyri-səlis məntiq texnologiyasından foto və videokameralar, paltaryuyan maşınlar, avtomobillərin, qatarların, sənaye proseslərinin idarə olunmasında geniş istifadə edirlər. L.Zadə 1989-cu ildə qeyri-səlis məntiq nəzəriyyəsinin sənayedəki uğurlarına görə Yaponiyanın elm adamlarına verdiyi ən yüksək mükafat - "Honda" mükafatı ilə təltif olunub.
Bu nəzəriyyə həmçinin Amerikanın "General Motors", "General Electric", "Motorola", "Dupont", "Kodak" və başqa şirkətləri tərəfindən istehsalatda geniş tətbiq olunur, kosmik proqramların həyata keçirilməsində mühüm rol oynayır.
Danimarkada qeyri-səlis məntiq əsasında işləyən sement sobaları istehsal edilir. Avropada çoxlu sistem və qurğular, xüsusi "ağıllı" ekspert sistemlər hazırlanır.

Hal - hazırda L.Zadə ABŞ - da Berkli Universitetinin elektronika kafedrasının müdiridir. O bu ali təhsil müəssisəsinin ömürlük professoru seçilmiş yeganə şəxsdir, bu dünya alimlərində yalnız bir - iki nəfərə nəsib olur. Eyni zamanda Soft Computing İnstitutunun direktoru kimi fəaliyyət göstərir.

Azərbaycanda Lütfi Zadə haqqında "Müasir elmin korifeyi", "Dünya dahilərsiz yaşaya bilmir" adlı kitablar , "Uzaq və yaxın Lütfi Zadə" sənədli filmi, Lütfi Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyası yaradılıb.

L.Zadə dünyada əsərlərinə ən çox istinad edilən alim sayılır. 1990-2000-ci illərdə onun əsərlərinə 36000-dən çox istinad edilmişdir. L.Zadə bir çox xarici ölkə akademiyalarının üzvü, xarici dövlət və ictimai təşkilatların fəxri doktorudur.

O, Amerikadakı Azərbaycan diaspor təşkilatlarının fəxri sədri olmağa razılıq verib.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
fidan494
.
.


Daxil ol: Dec 25, 2006
Mesajlar: 1551

30768.1 Xal

MesajGöndərilib: B. Mar. 09, 2008 9:06 pm    Mesaj mətni: Sitatla cavab ver

Lütfi Zadənin qeyri-səlis məntiqini belə izah etmək olar : Aristotel məntiqi ilə mühakimə yürüdən beyin dünyanı yalnız ağ və ya qara rəngdə qavrayır, Zadə məntiqi isə dünyanı bütün çalarları ilə qavramağa imkan verir. Çünki Aristotel məntiqi ikili (binar) məntiqdir, Zadə məntiqi çoxmənalı məntiqdir. Aristotelə görə, bir müddəa ya doğru, ya da yalan ola bilər. Zadəyə görə, hər bir müddəanın doğruluq dərəcəsi doğru və ya yalan arasındadır (və ya sıfırla bir arasında). Zadə məntiqində real həyat, tolerantlıq daha çoxdur. Aristotel məntiqinə görə, bir adam ya dostdur, ya düşmən (kim bizimlə deyilsə o, bizim düşmənimizdir), Zadə məntiqinə görə, dostla düşmən münasibətləri arasında sonsuz sayda münasibət dərəcəsi var (məsələn : neytral, çox yaxın dost və s.)
:)
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
ceng
Gereksiz Üzv
Gereksiz Üzv


Daxil ol: Apr 02, 2004
Mesajlar: 645
Şəhər/ölkə: Bakı / Azərbaycan
14176.6 Xal

MesajGöndərilib: B. Mar. 09, 2008 9:12 pm    Mesaj mətni: Sitatla cavab ver


Sağol fidan494. Yeri Var
_________________
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
Mesajları göstər:   
Yeni mövzu aç   Cavab göndər     Forumun əsas səhifəsi » Dahilərimiz Bütün saatlar GMT + 5 Saat
1 səhifə (Cəmi 1 səhifə)

 
Keç:  
Bu forumda yeni mövzu aça bilməzsiniz.
Bu forumdakı mesajlara cavab verə bilməzsiniz.
Bu forumdakı mesajlarınızı düzəldə biməzsiniz.
Bu forumdakı mesajlarınızı silə bilməzsiniz.
Bu forumdakı sorğularda səs verə bilməzsiniz.

Powered by www.Azeri.net

Chat - Sevgi - Məhəbbət - MP3 - Azerbaijan - Azerbaycan - Azərbaycan - Азербайджан