Downloads
AZƏRİ MP3
Forums
F O R U M
chat
C H A T
sevgi
TV
video
VİDEO
radio
RADİO
Yeni
ekart
OYUN
sevgi
ZengimCELL
|
Azeri.net: Forum

:: Mövzu - Azərbaycan Xəbərləri
ç.S.S.
ç.S.S.
Axtar
Axtar
İstifadəçilərin siyahısı
İstifadəçilərin siyahısı
İstifadəçi qrupları
İstifadəçi qrupları
Şəxsi mə`lumat
Şəxsi mə`lumat
Giriş
Giriş
Xüsusi mesajlarınız
Xüsusi mesajlarınız
Forumun əsas səhifəsi » Gündəm

Yeni mövzu aç   Cavab göndər
Azərbaycan Xəbərləri Səhifə Əvvəlki  1, 2, 3 ... 42, 43, 44 ... 82, 83, 84  Sonrakı
Əvvəlki mövzu :: Sonrakı mövzu  
Müəllif Mesaj
APA
Azeri.net Sevdalısı
Azeri.net Sevdalısı


Daxil ol: Mar 05, 2008
Mesajlar: 1106

1.0 Xal

MesajGöndərilib: B. Mar. 23, 2008 4:15 pm    Mesaj mətni: XVI Benedikt İtaliyanın məşhur müsəlman jurnalistini xaç suyuna salıb Sitatla cavab ver


XVI Benedikt İtaliyanın məşhur müsəlman jurnalistini xaç suyuna salıb

Roma - APA. Roma papası XVI Benedikt İtaliyanın məşhur jurnalistlərindən olan Mehdi Əllamı xaç suyuna salıb.

APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən xəbərinə görə, müsəlman ailəsində doğulub böyüyən Mehdi Əllamın katolikliyi qəbul etməsi olduqca məxfi saxlanılıb və yalnız bir saat öncə elan olunub.Mehdi Əllam İslam ekstremizmini tənqid edən və İsraili müdafiə edə yazıları ilə məşhurlaşıb. Pantifikin İslam dini barədə ehtiyatsız fikir söyləməsindən sonra yaranmış qalmaqal zamanı Mehdi Əllam onu dəstəkləyib. Hazırda İtaliya polisi jurnalisti cidi mühafizə altına alıb.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
APA
Azeri.net Sevdalısı
Azeri.net Sevdalısı


Daxil ol: Mar 05, 2008
Mesajlar: 1106

1.0 Xal

MesajGöndərilib: B.e. Mar. 24, 2008 12:40 pm    Mesaj mətni: Ermənistan Silahlı Qüvvələri bir neçə istiqamətdə Azərbaycan Ordusunun mövqelərini atəşə tutub Sitatla cavab ver

Ermənistan Silahlı Qüvvələri bir neçə istiqamətdə Azərbaycan Ordusunun mövqelərini atəşə tutub

Bakı. Məhbubə Qasımbəyli - APA. Ermənistan Silahlı Qüvvələri atəşkəsi pozmaqda davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, düşmən bölmələri martın 23-də saat 20.00-dan 21.40-dək Ermənistan Respublikası Noyamberyan rayonu Ayqepar kəndində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonu ərazisindəki mövqelərini, saat 18.55-dən 22.50-dək fasilələrlə Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən, saat 21.50-dən 22.25-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən, martın 24-də saat 04.00-dan 04.15-dək isə Tərtər rayonunun Qızıl Oba kəndi yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
APA
Azeri.net Sevdalısı
Azeri.net Sevdalısı


Daxil ol: Mar 05, 2008
Mesajlar: 1106

1.0 Xal

MesajGöndərilib: B.e. Mar. 24, 2008 1:15 pm    Mesaj mətni: Azərbaycanın hüquq müdafiəçiləri AŞ PA-nın aprel sessiyası ərəfəsində Strasburqa səfər edəcəklər Sitatla cavab ver

Azərbaycanın hüquq müdafiəçiləri AŞ PA-nın aprel sessiyası ərəfəsində Strasburqa səfər edəcəklər

Bakı. Məhbubə Qasımbəyli-APA. Hüquq-Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvləri - Novella Cəfəroğlu, Səidə Qocamanlı, Səadət Bənənyarlı və Arzu Abdullayeva Avropa Şurası Parlament Assambleyasının aprel sessiyası ərəfəsində Strasburqa səfər edəcəklər.

Bu barədə APA-ya Səidə Qocamanlı bildirib. Hüquq müdafiəçisi deyib ki, səfərdə məqsəd Azərbaycanda insan hüquqlarının vəziyyəti, həbsdə olan xəstə məhkumlar, jurnalistlərlə bağlı AŞ PA təmsilçiləri ilə müzakirələr aparmaqdır. Hüquq müdafiəçilərinin AŞ PA-nın katibliyində, Siyasi və Monitorinq komitələrində, Azərbaycan üzrə həmməruzəçilər Andres Herkel və Yevgeniya Jivkova, qurumun İnsan haqları üzrə komissarı Tomas Hammarberq və AŞ Nazirlər Komitəsinin "Aqo" Monitorinq Qrupunun üzvləri ilə görüşləri nəzərdə tutulub.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
APA
Azeri.net Sevdalısı
Azeri.net Sevdalısı


Daxil ol: Mar 05, 2008
Mesajlar: 1106

1.0 Xal

MesajGöndərilib: B.e. Mar. 24, 2008 1:25 pm    Mesaj mətni: "Azəri-star" layihəsi başqa kanalda yayımlanacaq Sitatla cavab ver

"Azəri-star" layihəsi başqa kanalda yayımlanacaq

Bakı. Ülkər Qasımova - APA. "Space" kanalında yayımlanan "Azəri-star" layihəsi bundan sonra "Lider" kanalında efirə çıxacaq. Layihənin rəhbəri Kamal Ceng İçten APA-ya açıqlamasında bildirib ki, bu təklif "Lider" kanalının rəhbərliyindən gəlib: "Biz bu təklifi çox gözəl qarşıladıq və qəbul etdik. Məsələni "Space" kanalının rəhbərliyinə də anlatdıq, onlar da bizimlə razılaşdılar. Yeni işbirliyinə başladığımız kanalda daha bir neçə layihənin reallaşmasını nəzərdə tutulur". K. C. İçtenin sözlərinə görə, bu gündən etibarən "Azəri-star-2008" yarışmasına sənəd qəbulu başlayır. Sənəd qəbulunun aprelin 5-dək davam edəcəyini vurğulayan layihə rəhbəri canlı yayıma aprelin ortalarında start veriləcəyini qeyd edib: "Bu ilki yarışmada bəzi dəyişikliklər olacaq. Münsiflər heyəti tamamilə dəyişiləcək və orada Azərbaycan şou-biznesinin ən tanınmış simaları təmsil olunacaq". Kamal Cenk İçten builki müsabiqənin formatının dəyişəcəyini də bildirib.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
APA
Azeri.net Sevdalısı
Azeri.net Sevdalısı


Daxil ol: Mar 05, 2008
Mesajlar: 1106

1.0 Xal

MesajGöndərilib: B.e. Mar. 24, 2008 1:40 pm    Mesaj mətni: Azərbaycan müğənnisi Türkiyənin "Popstar Alaturka" musiqi yarışmasında həftənin birincisi olub Sitatla cavab ver

Azərbaycan müğənnisi Türkiyənin "Popstar Alaturka" musiqi yarışmasında həftənin birincisi olub

Bakı. Ülkər Qasımova - APA. Türkiyənin "Popstar Alaturka" musiqi yarışmasında iştirak edən Azərbaycan müğənnisi Aygün Şükürova ötən həftənin birincisi olub.

APA-nın məlumatına görə, əvvəlki həftə ərzində çıxmaq təhlükəsi ilə üzləşən A. Şükürova bu həftə münsiflər heyətindən 80 bal alıb. Münsiflər heyətində təmsil olunan Bülənt Ərsoy, Orxan Gəncəbay, Ebru Gündəş və Armağan Çağlayanın hərəsi həmyerlimizin ifa etdiyi hər iki mahnıya 10 bal verib. Müsabiqəni hazırda 5 iştirakçı davam etdirir. Yarışma 5 həftədən sonra başa çatacaq.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
APA
Azeri.net Sevdalısı
Azeri.net Sevdalısı


Daxil ol: Mar 05, 2008
Mesajlar: 1106

1.0 Xal

MesajGöndərilib: B.e. Mar. 24, 2008 2:05 pm    Mesaj mətni: "Əl-Qaidə"nin ikinci adamı Ayman əl-Zəvahiri ABŞ və İsrailə qarşı terror aktları törətməyə çağırıb Sitatla cavab ver

"Əl-Qaidə"nin ikinci adamı Ayman əl-Zəvahiri ABŞ və İsrailə qarşı terror aktları törətməyə çağırıb

Fələstin-APA. "Əl-Qaidə"nin ikinci adamı Ayman əl-Zəvahiri radiomüraciət yararaq, müsəlmanları Fələstinin azadlığı uğrunda mübarizəyə səsləyib.

APA-nın CNN-ə istinadən verdiyi məlumata görə, 5 dəqiqəlik müraciətdə amerikalılara və israillilərə qarşı terror aktları təşkil etmək barədə çağırışlar yer alıb. Müraciəti bazar günü "Əl-Qaidə"nin təbliğata cavabdeh olan "Əl-Sahab" qruplaşması yayıb. Müraciətdə deyilir: "Onlara mümkün olan hər yerdə hücum edin. Qoy ABŞ və İsrail bilsin ki, müsəlmanların öldürülməsinə sərf olunan hər dollara görə qanları ilə cavab verəcəklər. Hədəflərini müəyyənləşdirin, pul toplayın, silah-sursat hazırlayın, mükəmməl planlar qurun və Allahın iradəsinə söykənərək, cənnətə qovuşmaq üçün hücuma keçin". Qeyd edək ki, bir neçə gün əvvəl "Əl-Qaidə"nin lideri Üsamə bin Ladenin də iki radiomüraciəti yayılıb. Müraciətlərdən birində o da müsəlmanları Fələstinin azadlığı uğrunda mübarizəyə çağırıb.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
APA
Azeri.net Sevdalısı
Azeri.net Sevdalısı


Daxil ol: Mar 05, 2008
Mesajlar: 1106

1.0 Xal

MesajGöndərilib: B.e. Mar. 24, 2008 2:10 pm    Mesaj mətni: Azərbaycanın Lənkəran şəhərində yumurtadan dördayaqlı cücə çıxıb Sitatla cavab ver

Azərbaycanın Lənkəran şəhərində yumurtadan dördayaqlı cücə çıxıb

Lənkəran. Ağəddin Babayev - APA. Lənkəranda şəxsi təsərrüfatların birində qeyri-adi hadisə baş verib.

APA-nın cənub bürosunun məlumatına görə, şəhər sakini Rəhilə Yusifqızının 14 yumurta ilə basdırdığı kürt toyuq 8 cücə çıxarıb ki, onlardan da biri dördayaqlıdır. Ev sahibəsi 54 illik həyatında ilk dəfə bu cür möcüzənin şahidi olduğunu bildirib. Hazırda cücənin vəziyyəti normal olsa da, yalnız bir ayağı üstə hərəkət edir. Cücənin sağ qalıb-qalmayacağı məlum deyil.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
APA
Azeri.net Sevdalısı
Azeri.net Sevdalısı


Daxil ol: Mar 05, 2008
Mesajlar: 1106

1.0 Xal

MesajGöndərilib: B.e. Mar. 24, 2008 2:15 pm    Mesaj mətni: Azərbaycanın xalq artisti Tükəzban İsmayılovanın səhhəti ağır olaraq qalır Sitatla cavab ver

Azərbaycanın xalq artisti Tükəzban İsmayılovanın səhhəti ağır olaraq qalır

Bakı. Ülkər Qasımova - APA. Azərbaycanın xalq artisti Tükəzban İsmayılovanın səhhəti ağır olaraq qalır. Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsindən APA-ya bildirilib ki, müğənnin səhhətində müsbət dinamika qeydə alınmayıb, o, hələ də süni nəfəs aparatına qoşulu vəziyyıtdıədir: "Tükəzban xanımın hələ ki, palataya köçürülməsi gözlənilmir". Qeyd edək ki, 85 yaşlı T. İsmayılova martın 6-da çanaq-bel sümüyündən əməliyyat olunub. Əməliyyatdan sonra xalq artistinin ağ ciyərində pnevmoniya baş qaldırıb.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
APA
Azeri.net Sevdalısı
Azeri.net Sevdalısı


Daxil ol: Mar 05, 2008
Mesajlar: 1106

1.0 Xal

MesajGöndərilib: B.e. Mar. 24, 2008 4:10 pm    Mesaj mətni: İraqdakı NATO qüvvələri üçün benzin daşıyan 33 avtomobil partladılıb, ölən və yaralananlar var Sitatla cavab ver

İraqdakı NATO qüvvələri üçün benzin daşıyan 33 avtomobil partladılıb, ölən və yaralananlar var

Torkxam - APA. Əfqanıstan-Pakistan sərhədində yerləşən Torkxam gömrük məntəqəsində silsilə partlayışlar baş verib. APA-nın "Assoşieytd Press"ə istinadən verdiyi məlumata görə, İraqdakı NATO qüvvələri üçün benzin daşıyan 33 avtomobil ardıcıl olaraq partladılıb.

Partlayış nəticəsində ən az 2 nəfərin öldüyü, 65-nin isə yaralandığı bildirilir. İnsident sərhədin Pakistan hissəsində baş verib. Xəsarət alanların əksəriyyəti yerli xəstəxanaya yerləşdirilib, ağır vəziyyətdə olan 8 nəfər isə Peşəvər xəstəxanasına aparılıb. Partlayış nəticəsində ümumilikdə 60 benzin daşıyan maşına ziyan dəyib, böyük əraziyə yanacaq dağılıb. Hadisə yerində irimiqyaslı yanğın başlayıb, hazırda yanğının söndürülməsi üçün tədbirlər görülür. Yerli hakimiyyət orqanlarının versiyasına görə, partlayış terror aktı nəticəsində baş verib. Lakin hələlik araşdırma getdiyinin hadisənin əsl səbəbləri məlum deyil.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
APA
Azeri.net Sevdalısı
Azeri.net Sevdalısı


Daxil ol: Mar 05, 2008
Mesajlar: 1106

1.0 Xal

MesajGöndərilib: B.e. Mar. 24, 2008 4:15 pm    Mesaj mətni: Novruz bayramı günlərində Azərbaycan paytaxtında baş verən yol qəzalarında 2 ölüm, 14 müxtəlif dərəcəli yaralanma halı qeydə alınıb Sitatla cavab ver

Novruz bayramı günlərində Azərbaycan paytaxtında baş verən yol qəzalarında 2 ölüm, 14 müxtəlif dərəcəli yaralanma halı qeydə alınıb

Bakı. Məhbubə Qasımbəyli - APA. Novruz bayramı günlərində paytaxtda yol hərəkətinin təhlükəsizliyini təmin etmək məqsədi ilə lazımi tədbirlər görülüb. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov APA-ya bildirib ki, martın 20 və 21-də Bakı və paytaxt rayonların Yol Polis idarələrinin rəhbərliyi də daxil olmaqla, bütün əməkdaşlar sutka ərzində fəaliyyət göstəriblər. Şöbə rəisinin sözlərinə görə, martın 20 və 21-də 2 ölüm, 14 müxtəlif dərəcəli yaralanma halı qeydə alınıb. İki gündə 134 sərxoş sürücü saxlanılıb.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
APA
Azeri.net Sevdalısı
Azeri.net Sevdalısı


Daxil ol: Mar 05, 2008
Mesajlar: 1106

1.0 Xal

MesajGöndərilib: B.e. Mar. 24, 2008 4:20 pm    Mesaj mətni: Bu gün Azərbaycanın xalq artisti Həsənağa Turabovun anadan olmasının 70 illik yubileyidir Sitatla cavab ver

Bu gün Azərbaycanın xalq artisti Həsənağa Turabovun anadan olmasının 70 illik yubileyidir

Bakı. Ülkər Qasımova - APA. Bu gün Azərbaycanın xalq artisti Həsənağa Turabovun anadan olmasının 70 illiyidir.

APA-nın məlumatına görə, bu münasibətlə Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyi və Azərbaycanın tanınmış teatr xadimləri aktyorun məzarını ziyarət ediblər. Ziyarətdə iştirak edən aktyorlar Həsənağa Turabovun əvəzolunmaz insan və aktyor olduğunu vurğulayıblar. H. Turabovun 70 illik yubileyi aprelin 8-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında dövlət səviyyəsində qeyd olunacaq. Qeyd edək ki, 1938-ci ildə Bakıda anadan olan H. Turabov 1960-cı ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında aktyor kimi fəaliyyətə başlayıb və ömrünün sonuna qədər bu teatrda çalışıb. O, 1987-2001-ci illərdə teatrın direktoru və bədii rəhbəri vəzifələrində işləyib. H. Turabov "Kəndçi qızı"nda Vahid, "Yaxşı adam"da Azər, "Hamlet"də Hamlet, "Orman qızı"nda Lionelim, "Ölülər"də İsgəndər, "Xəyyam"da Xəyyam və digər obrazlar yaradıb. Mərhum aktyor "Yeddi oğul istərəm", "Axırıncı Aşırım", "Ürək... Ürək...", "Sevinc Buxtası", "Çarvadarların izi ilə", "Qəm pəncərəsi", "Bəyin oğurlanması", "Qaçaq Nəbi", "Ailə", "Nə ghözəldir bu dünya...", "Babək" və digər filmlərdə əsas rolları canlandırıb.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
APA
Azeri.net Sevdalısı
Azeri.net Sevdalısı


Daxil ol: Mar 05, 2008
Mesajlar: 1106

1.0 Xal

MesajGöndərilib: B.e. Mar. 24, 2008 4:25 pm    Mesaj mətni: İranda etnik azlıqların vəziyyətinə dair ABŞ Konqresində keçirilmiş dinləmələrdə azərbaycanlı hüquq müdafiəçisinin nitqinin tam mətni açıqlanıb Sitatla cavab ver

İranda etnik azlıqların vəziyyətinə dair ABŞ Konqresində keçirilmiş dinləmələrdə azərbaycanlı hüquq müdafiəçisinin nitqinin tam mətni açıqlanıb

Vaşinqton - APA. ABŞ Konqresində İranda yaşayan azərbaycanlılar və digər xalqların vəziyyətinə dair dinləmələrdə Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyasının sədri, xanım Faxtə Zamaninin çıxışının tam mətni açıqlanıb.

APA-nın məlumatına görə, İranda yaşayan azərbaycanlıların, kürdlərin, bəhailərin, ərəblərin, bəlucların və digər xalqların nümayəndələrinin rəyini eşitmək üçün Konqresin iki üzvü - Mark Steven Kirk (İllinoys ştatı, İran üzrə İşçi Qrupun həmsədri) və Şeyla Cekson Linin (Texas ştatı) də qatıldığı dinləmələrdə güney azərbaycanlıların durumu və problemləri barədə danışan F. Zamani çıxışında sayı 20 milyondan çox olan azərbaycanlıların İranda ən böyük azlığı təşkil etdiklərini deyib: "Onlar, əsasən İranın şimalında və şimal-qərbində yaşayırlar. Bundan başqa, şimal-şərqi və mərkəzi İranda, eləcə də paytaxt Tehranda Azərbaycan dilində danışılır. Bu əhalinin hamısı İran İslam rejimində sosial, iqtisadi və siyasi hüquqlarının ciddi şəkildə pozulması şəraitində yaşayır. 1920-ci illərdən bəri, həm Pəhləvi sülaləsi, həm də İslamçı rejim dönəmində İran hökumətinin siyasəti qeyri-farsların məcburi assimilyasiyasından və onlara qarşı ayrı-seçkilikdən ibarət olub. 1979-cu il inqilabından sonra yeni rejim Azərbaycanı daha çox inzibati vahidlərə bölməklə, Azərbaycan torpağının geniş hissələrindən Azərbaycan adını yox edib (məsələn, 1993-cü ildə Şərqi Azərbaycan əyalətinin Şərqi Azərbaycan və Ərdəbil əyalətlərinə parçalanması və s.). Faktiki olaraq, hökumət adların geniş miqyasda farslaşdırılmasını təkcə coğrafi yerlərə deyil, həm də doğum haqqında şəhadətnamələrdə yazılan uşaq adlarına şamil edib - belə ki, valideynlərə öz uşaqlarına ənənəvi azərbaycanlı adları qoymağa icazə verilmir. Azərbaycan dilinin yasaqlanması hökumətin Azərbaycan əhalisini assimilyasiya etmək çalışmalarının nüvəsini təşkil edir. Hökumət kişiləri və qadınları Azərbaycan dilində kitablara malik olmaq, öz mədəniyyətlərini qorumaq üçün Azərbaycan dili kursları təşkil etmək və festivallara qatılmaq kimi adi hərəkətlərə görə həbsə atır. İndiyə kimi Azərbaycan dilində heç bir dərsliyin nəşrinə icazə verilməyib. Uşaqlar üçün təxminən bütün ədəbiyyat farscadır. Öz dilində oxumaq və yazmaq üçün milyonlarla azərbaycanlının bircə məktəbi belə yoxdur". Hökumətin azərbaycanlı əhalinin insan hüquqlarını və söz azadlığını boğmağa çalışdığı başqa bir sahənin media olduğuna diqqət çəkən hüquq müdafiəçisi Azərbaycan dilində televiziya və radio proqramlarının yayımının yalnız dövlət tabeliyindəki stansiyalarla məhdudlaşdığını, bunların da sadəcə dövlət xəbərləri və təbliğatını "fazəri" adlandırılan kəskin farslaşdırılmış Azərbaycan dilinə tərcümə edildiyini qeyd edib: ""Fazəri" ("İspangilis" kimi) fars dilinin böyük kütləsi ilə Azərbaycan dilinin qarışığıdır. Əlbəttə, bu iki dil qəti şəkildə bir-birindən fərqlənir və tamamilə müxtəlif dil qrupuna aiddir. Bu taktika azərbaycanlıların mədəni və linqvistik assimilyasiyasını sürətləndirib. Həmin prosesi idarə edənlərin fikrincə, son nəticədə Azərbaycan dili yararsız olub müstəqil dil statusunu itirəcək və fars dilinin "dialekti" səviyyəsinə enəcək. Azərbaycanlılar hər zaman və açıq şəkildə radioda, televiziyada və ölkə mətbuatında (İranda bütün media dövlətin tabeliyindədir) təhqir edilir. Onlar intellekti çatışmayan biçimdə təsvir olunur, "eşşəklər" və "tarakanlar" kimi qələmə verilməklə, insani keyfiyyətlərdən məhrum sayılırlar. Bütövlükdə azərbaycanlılar İranın rəsmi dili olan fars dilində səlis danışmadıqlarına görə geridəqalmış təsəvvür olunurlar. Bu ayrı-seçkilik Azərbaycan azlığını assimilyasiya etmək, əzmək istəyindən doğur və doktor Brenda Şaffer, doktor Əlirza Əsgərzadə və s. kimi Qərb alimləri tərəfindən sənədləşdirilib, tədqiq və təhlil olunub". Xanım Zamani 12 may 2006-cı ildə "İran" adlı rəsmi dövlət qəzetində azərbaycanlıları tarakanlar kimi təsvir edən karikatura nəşr olduğunu xatırladaraq, bütün ölkə boyu yüz minlərlə azərbaycanlının dinc nümayişlər vasitəsilə buna etirazını bildirmək üçün küçələrə çıxdığını bildirib: "Buna cavab olaraq, İran İnqilab Keşikçiləri Korpusunun asayişi mühafizə qüvvələri, Xüsusi Təyinatlı qoşunlar və Bəsic dəstələri etirazçılara hücum etdi. Ən azı 27 nəfər öldürüldü, yüzlərlə adam yaralandı və bir çoxu yaylım atəşlərindən kor oldu. Ardınca İran məxfi xidmətləri kütləvi həbslərə başladı, yeniyetmələr də daxil olmaqla yüzlərlə adam həbs edildi". Qərb mediasının İranda azərbaycanlıların hüquqlarının pozulması məsələsinə xeyli sakit yanaşmasından narazılığını ifadə edən hüquq müdafiəçisi ölkə xaricində çox az dairələrin İranda azərbaycanlılara qarşı törədilmiş vəhşiliklərdən xəbərdar olduğunu vurğulayıb: "Həmin az dairə içərisində Beynəlxalq Amnistiya Təşkilatı, İnsan Haqları üzrə Ali Komissarın Ofisi (OHCHR), bu yaxınlarda isə Dövlət Departamenti həbsdə olan azərbaycanlıların təhlükəsizliyi üçün narahatlıq ifadə edib, İran hökumətindən insan hüquqlarına və öz beynəlxalq öhdəliklərinə hörmət etməsini istəyib. Azərbaycanlı fəallar ana dilində təhsil hüququ kimi təbii elementar haqlar uğrunda daim mübarizə aparırlar. Onlara Azərbaycan millətinin tarixi üçün mühüm günlərdə, Babək, Səttarxan, Bağırxan kimi milli qəhrəmanların, Pişəvəri kimi milli liderin anılması üçün ictimai yerlərdə və ya öz evlərində toplaşmaq icazəsi verilmir. Azərbaycanlı hüquq müdafiəçiləri daim həbs edilir, İran həbsxanalarında onlarla pis rəftar olunur. Hətta ən elementar insan haqlarının tanınması məsələsini qaldırmağa çalışan Azərbaycan ruhanilərinin nümayəndələri də həbs ediliblər. Azərbaycanlı insan hüquqları müdafiəçiləri ən adi rabitə vasitələrindən faydalanmaqla repressiv İran rejiminə etiraz üçün imkanlarda çatışmazlıq hiss edir, bununla belə, həyatlarını riskə qoyurlar. İranda milli haqlar uğrunda hərəkatın beynəlxalq təcrübəsi və ya xaricdən hər hansı dəstəyi az olsa da, hələlik İran rejiminə ən güclü etirazdır. ABŞ-ın İrana yönəlik siyasəti Tehran mərkəzlidir, halbuki İran rejiminə ən böyük etiraz etnik azlıqların cəmləşdiyi əyalətlərdədir. Biz azərbaycanlılara və İrandakı digər azlıqlara dəstək istəyirik. Onlar dünyanın diqqətinə ehtiyac duyurlar. Onlar bilməyə ehtiyac duyurlar ki, bərabər hüquqlar üçün həyatlarını təhlükədə qoymaları nahaq yerə deyil. Onlar ümidə ehtiyac duyurlar və bunun üçün gözlərini beynəlxalq birliyə dikiblər.Beynəlxalq dəstəyə malik olduqlarını bilmək bərabər hüquqlar uğrunda mübarizəni davam etdirmək üçün onlara güc verəcək. Bu isə İranda və bütün Orta Şərqdə böyük sabitlik və demokratiya anlamına gəlir. İrandakı azlıqlar bu ölkənin güclü ehtiyac duyduğu dəyişikliyin hərəkətverici qüvvələridir. Onlar İranda müsbət dəyişmələr üçün mübarizə aparırlar və ala biləcəkləri hər cür köməyə ehtiyac duyurlar".
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
APA
Azeri.net Sevdalısı
Azeri.net Sevdalısı


Daxil ol: Mar 05, 2008
Mesajlar: 1106

1.0 Xal

MesajGöndərilib: B.e. Mar. 24, 2008 4:30 pm    Mesaj mətni: Röya martın 30-da Heydər Əliyev adına İdman Konsert Kompleksində verəcəyi konsertdə beş yeni mahnı ifa edəcək Sitatla cavab ver

Röya martın 30-da Heydər Əliyev adına İdman Konsert Kompleksində verəcəyi konsertdə beş yeni mahnı ifa edəcək

Bakı. Ülkər Qasımova - APA. Müğənni Röyanın martın 30-da Heydər Əliyev adına İdman Konsert Kompleksində "Mən sizə göstərərəm" adı altında keçirəcəyi konsert diskoteka formasında təşkil olunacaq. Sənətçinin mətbuat katibi Ülviyyə Alovlu APA-ya bildirib ki, Röya konsertində 17 mahnı ifa edəcək. Mahnılardan 5-i yenidir: "Konsertdə diskoteka üçün tələb olunan bütün işıq avadanlıqları quraşdırılacaq. Gənclər Röyanın ifası altında rəqs etmək imkanı əldə edəcəklər". Ü. Alovlunun sözlərinə görə, xüsusi olaraq konsert üçün gətirilən işıq, səs avadanlıqları və səhnə dekorasiyasının quraşdırılmasına martın 28-də başlanılacaq. Sənətçini konsert boyu yerli rəqqaslar müşayiət edəcək. Konsertin sonunda isə keçmiş "W trio" qrupu - Röya, Natəvan Həbibi və Elnarə Xəlilovanın ifasında musiqisi reper Cinə məxsus olan yeni mahnı səslənəcək. Konsertin rejissor Ülviyyə Könül tərəfindən lentə alınacağını bildirən mətbuat katibi konsertdən sonra həmin video-yazılardan ibarət film hazırlanacağını qeyd edib. Konsertdə Röya pərəstişkarlarının qarşısına modelyer Gülnarə Xəlilovanın geyimlərində çıxacaq. Qeyd edək ki, Tolikin təşkilatçılığı ilə keçiriləcək konsertin biletləri 10-20 manat arasındadır.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
APA
Azeri.net Sevdalısı
Azeri.net Sevdalısı


Daxil ol: Mar 05, 2008
Mesajlar: 1106

1.0 Xal

MesajGöndərilib: B.e. Mar. 24, 2008 4:35 pm    Mesaj mətni: Türkiyənin meqa-starı Tarkanın Azərbaycan paytaxtında verəcəyi konsertin biletləri martın 30-dan satışda olacaq Sitatla cavab ver

Türkiyənin meqa-starı Tarkanın Azərbaycan paytaxtında verəcəyi konsertin biletləri martın 30-dan satışda olacaq

Bakı. Ülkər Qasımova - APA. Türkiyənin meqa-starı Tarkanın "Vay anam vay" adı altında Bakıda verəcəyi konsertin biletləri martın 30-dan Yaşıl Teatrın kassalarında satışda olacaq.

Bu barədə APA-ya açıqlamasında konsertin təşkilatçısı "Səs Organization"-un rəhbəri Nahid Emiloğlu məlumat verib. Təşkilatçının sözlərinə görə, mayın 9-u və 10-da Yaşıl Teatr Bakı Konsert Kompleksində keçiriləcək konsertin biletləri 50-350 manat arasındadır. N. Emiloğlu onu da deyib ki, martın 26-dan etibarən konsertin afişaları vurulacaq və reklam çarxları nümayiş olunacaq. Təşkilatçı bildirib ki, Tarkandan əvvəl Krımdan olan tanınmış müğənni səhnəyə çıxacaq. Qeyd edək ki, konsertin informasiya dəstəyi APA İnformasiya Agentliyinə məxsusdur.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
APA
Azeri.net Sevdalısı
Azeri.net Sevdalısı


Daxil ol: Mar 05, 2008
Mesajlar: 1106

1.0 Xal

MesajGöndərilib: B.e. Mar. 24, 2008 4:40 pm    Mesaj mətni: Azərbaycanın Zaqatala rayonunda ağır yol qəzası baş verib, üç nəfər ölüb, bir nəfər isə ağır yaralanıb Sitatla cavab ver


Azərbaycanın Zaqatala rayonunda ağır yol qəzası baş verib, üç nəfər ölüb, bir nəfər isə ağır yaralanıb

Zaqatala. Hafiz Heydərov - APA. Zaqatalada baş vermiş yol-qəzasında 3 nəfər ölüb, bir nəfər isə ağır yaralanıb.

Rayon Polis Şöbəsindən (RPŞ) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə bu gün səhər saatlarında Xaldan-Balakən magistral yolunun 122-ci kilometrliyində, Zaqatala hava limanı ərazisində baş verib. Rayonun Sumaylı kənd sakini, 1982-ci il təvəllüdlü Tural Möhüddün oğlu Muradovun idarə etdiyi "Mercedes" markalı, 62 BE 714 dövlət nömrə nişanlı avtomobil hərəkət istiqamətini itirərək yolun kənarındakı qoz ağacına çırpılıb. Qəza nəticəsində maşının sürücüsü T. Muradov və sərnişinlər - rayonun Yuxarı Tala kənd sakinləri, 1976-cı il təvəllüdlü Nazim Bilal oğlu Salehov və 1983-cü il təvəllüdlü Şahsuvar Osman oğlu Osmanov hadisə yerindəcə keçinib. Avtomobildə olan digər sərnişin - 1981-ci il təvəllüdlü Tahir Saleh oğlu Salehov ağır bədən xəsarəti ilə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin dediyinə görə, onun vəziyyəti ağırdır. İlkin ehtimallara görə, T. Muradov avtomobili idarə edərkən sərxoş vəziyyətdə olub. Faktla bağlı Zaqatala RPŞ-də araşdırma aparılır.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
Mesajları göstər:   
Yeni mövzu aç   Cavab göndər     Forumun əsas səhifəsi » Gündəm Bütün saatlar GMT + 5 Saat
Səhifə Əvvəlki  1, 2, 3 ... 42, 43, 44 ... 82, 83, 84  Sonrakı
43 səhifə (Cəmi 84 səhifə)

 
Keç:  
Bu forumda yeni mövzu aça bilməzsiniz.
Bu forumdakı mesajlara cavab verə bilməzsiniz.
Bu forumdakı mesajlarınızı düzəldə biməzsiniz.
Bu forumdakı mesajlarınızı silə bilməzsiniz.
Bu forumdakı sorğularda səs verə bilməzsiniz.

Powered by www.Azeri.net

Chat - Sevgi - Məhəbbət - MP3 - Azerbaijan - Azerbaycan - Azərbaycan - Азербайджан