Downloads
AZƏRİ MP3
Forums
F O R U M
chat
C H A T
sevgi
TV
video
VİDEO
radio
RADİO
Yeni
ekart
OYUN
sevgi
ZengimCELL
|
Azeri.net: Forum

:: Mövzu - Azərbaycan Xəbərləri
ç.S.S.
ç.S.S.
Axtar
Axtar
İstifadəçilərin siyahısı
İstifadəçilərin siyahısı
İstifadəçi qrupları
İstifadəçi qrupları
Şəxsi mə`lumat
Şəxsi mə`lumat
Giriş
Giriş
Xüsusi mesajlarınız
Xüsusi mesajlarınız
Forumun əsas səhifəsi » Gündəm

Yeni mövzu aç   Cavab göndər
Azərbaycan Xəbərləri Səhifə Əvvəlki  1, 2, 3 ... 43, 44, 45 ... 82, 83, 84  Sonrakı
Əvvəlki mövzu :: Sonrakı mövzu  
Müəllif Mesaj
APA
Azeri.net Sevdalısı
Azeri.net Sevdalısı


Daxil ol: Mar 05, 2008
Mesajlar: 1106

1.0 Xal

MesajGöndərilib: B.e. Mar. 24, 2008 4:45 pm    Mesaj mətni: "KamAZ"-la "Lexus"un toqquşması nəticəsində üç nəfər ölüb Sitatla cavab ver


"KamAZ"-la "Lexus"un toqquşması nəticəsində üç nəfər ölüb

Bakı. Məhbubə Qasımbəyli - APA. Martın 22-də Bakı şəhərinin Nərimanov rayonundakı H. Əliyev prospektində müəyyən edilməmiş avtomaşınla 40-45 yaşlı kişi vurulub.

Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Nəticədə həmin şəxs hadisə yerində ölüb. İlkin əməliyyat-axtarış tədbirləri Nərimanov rayon Polis İdarəsi tərəfindən aparılır. Həmin gün saat 19.00 radələrində isə Goranboy rayonunun Xanqərvənd kəndinin ərazisində Daşaltı kənd sakini Elşən Qurbanov idarə etdiyi "KamAZ - 5511" markalı avtomobillə Bakı şəhər sakini Vasif Abbasov idarə etdiyi "Lexus" markalı avtomaşın toqquşub. Nəticədə "Lexus"un sərnişinləri - Tərtər rayon sakinləri Rasim Əhmədov və Murad Məmmədov hadisə yerində, sürücü özü isə xəstəxanada ölüb. Goranboy rayon Polis Şöbəsi tərəfindən araşdırmalar aparılır. Martın 22-də Siyəzən rayonunun Qarasiyəzən kəndinin ərazisində baş verən yol-nəqliyyat hadisəsi də ölümlə nəticələnib. Saat 22.50 radələrində Siyəzən şəhər sakini Mirzəağa Bayramov idarə etdiyi "VAZ-21011" markalı avtomaşını aşırıb. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən M. Bayramov orada ölüb. Faktla bağlı Siyəzən rayon Polis Şöbəsində araşdırma aparılır. Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisində isə həmin gün müəyyən edilməmiş avtomaşınla Cəlilabad şəhər sakini İzzət Mehdiyev vurulub. İ. Mehdiyev hadisə yerində ölüb. İlkin əməliyyat-axtarış tədbirləri Cəlilabad rayon Polis Şöbəsi tərəfindən aparılır.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
APA
Azeri.net Sevdalısı
Azeri.net Sevdalısı


Daxil ol: Mar 05, 2008
Mesajlar: 1106

1.0 Xal

MesajGöndərilib: B.e. Mar. 24, 2008 4:50 pm    Mesaj mətni: "Azadlıq" qəzetinin əməkdaşının bıçaqlanması faktı ilə bağlı cinayət işi Respublika Prokurorluğuna verilib Sitatla cavab ver

"Azadlıq" qəzetinin əməkdaşının bıçaqlanması faktı ilə bağlı cinayət işi Respublika Prokurorluğuna verilib

Bakı. Məhbubə Qasımbəyli - APA. "Azadlıq" qəzetinin əməkdaşı Aqil Xəlilin martın 13-də naməlum şəxslər tərəfindən bıçaqlanması faktı ilə bağlı başlanılan cinayət işinin istintaqı bundan sonra Respublika Prokurorluğunun Ağır Cinayətlərə Dair İstintaq İdarəsində aparılacaq.

Bu barədə APA-ya "Azadlıq" qəzetinin direktoru Azər Əhmədov bildirib. Bununla bağlı bu gün prokurorluqdan məlumat aldıqlarını bildirən A. Əhmədov deyib ki, istintaqın Bakı Şəhər Baş Polis İdarəsindən Respublika Prokurorluğuna verilməsinin səbəbi onlara məlum deyil. A. Xəlilin bıçaqlanması faktını Bakı Şəhər Baş Polis İdarəsində araşdıran müstəntiq Nazim Əhmədov da APA-ya məlumatı təsdiqləyib. Müstəntiq bununla bağlı əlavə məlumat verməyib. Qeyd edək ki, A. Xəlilin bıçaqlanması faktı ilə bağlı Cinayət Məcəlləsinin 127 (qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi üzrə cinayət işi başlanılıb.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
APA
Azeri.net Sevdalısı
Azeri.net Sevdalısı


Daxil ol: Mar 05, 2008
Mesajlar: 1106

1.0 Xal

MesajGöndərilib: B.e. Mar. 24, 2008 4:55 pm    Mesaj mətni: "Eurovision-2008"-də Azərbaycanı təmsil edəcək Elnur Hüseynov və Samir Cavazadənin geyimləri ukraynalı mütəxəssislər tərəfindən hazırlanır Sitatla cavab ver

"Eurovision-2008"-də Azərbaycanı təmsil edəcək Elnur Hüseynov və Samir Cavazadənin geyimləri ukraynalı mütəxəssislər tərəfindən hazırlanır

Bakı. Ülkər Qasımova-APA. "Eurovision-2008"-də Azərbaycanı təmsil edəcək Elnur Hüseynov və Samir Cavazadənin mayın 20-də Belqradda keçiriləcək müsabiqənin yarımfinal mərhələsi üçün geyimləri ukraynalı mütəxəssislər tərəfindən hazırlanır. İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) musiqi koordinatoru Leyla Əliyeva APA-ya bildirib ki, geyimlər üzərində son işlər aparılır. L. Əliyevanın sözlərinə görə, E. Hüseynov və S. Cavadzadə geyimləri gətirmək üçün martın 27-də Ukraynaya səfər edəcəklər. Musiqi koordinatoru onu da bildirib ki, mayın 20-də təmsilçilərimizin saç düzümlərini də ukraynalı saç ustaları hazırlayacaqlar. Hazırda təmsilçilərin veb-saytı üzərində işlərinin getdiyini deyən L. Əliyeva saytın müasir standartlara cavab verəcəyini açıqlayıb. Bununla yanaşı, o, artıq bir neçə aydır, fəaliyyət göstərən



Sadece qeydiyyatlı istifadeçiler görebiler.

internet portalının yaxın günlərdə tam yeni formada istifadəyə veriləcəyini də qeyd edib.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
APA
Azeri.net Sevdalısı
Azeri.net Sevdalısı


Daxil ol: Mar 05, 2008
Mesajlar: 1106

1.0 Xal

MesajGöndərilib: ç.a. Mar. 25, 2008 4:10 pm    Mesaj mətni: Azərbaycanın xalq artisti Tükəzban İsmayılova vəfat edib Sitatla cavab ver

Azərbaycanın xalq artisti Tükəzban İsmayılova vəfat edib

Bakı. Ülkər Qasımova-APA. Azərbaycanın xalq artisti Tükəzban İsmayılova bu gün saat 19:00 radələrində dünyasını dəyişib. APA-nın məlumatına görə, 85 yaşlı T.İsmayılova səhhətində problemlər var idi. Mərhumla vida mərasimini nə zaman keçiriləcəyi hələ müəyyənləşməyib. Qeyd edək ki, Tükəzban İsmayılova martın 6-da Mərkəzi Klinik Xəstəxanada canaq-bel sümüyündən əməliyyat olunub. Əməliyyatdan sonra vəziyyəti çox ağırlaşan 85 yaşlı müğənni süni tənəffüs aparatı vasitəsi ilə nəfəs alırdı. Xatırladaq ki, T.İsmayılova 1923-cü il dekbarın 21-də anadan olub.O, 1943-cü ildə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunu bitirib. T.İsmayılova Azərbaycan Dövlət Filarmoniyasının və Azərbaycan radiosu xorunun solisti olub. 65 ilə yaxın səhnədə fəaliyyət göstərən T.İsmayılova, 1998-ci ildə "Şöhrət" Ordeni ilə təltif olunub.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
APA
Azeri.net Sevdalısı
Azeri.net Sevdalısı


Daxil ol: Mar 05, 2008
Mesajlar: 1106

1.0 Xal

MesajGöndərilib: ç.a. Mar. 25, 2008 4:15 pm    Mesaj mətni: Türkiyədə "Ergenekon" əməliyyatı ilə bağlı rəsmi açıqlama yayılıb Sitatla cavab ver

Türkiyədə "Ergenekon" əməliyyatı ilə bağlı rəsmi açıqlama yayılıb

İstanbul. Mayis Əlizadə-APA. Bu gün "Ergenekon" əməliyyatı çərçivəsində salanılan Türkiyə İşçi Partiyasının sədri Doğu Perinçek və daha 4 nəfər həbs edilib. APA-nın Türkiyə bürosunun məlumatına görə, İstanbul prokuroru Aykut Çengiz Engin "Ergenekon" əməliyyatının digər məhkəmə çəkişmələri ilə heç bir əlaqəsi olmaması barədə yazılı açıqlama yayıb. Açıqlamada bildirilib ki, 2007-ci iyun ayında Türkiyənin Ümraniyyə rayonunda bir evdə partlayıcı maddənin olması ilə bağlı əməliyyat xəbərinin ardından başladılmış araşdırmaların nəticəsində bir qrup şəxsin saxlanılıb və "Ergenekon" adı verilən bu əməliyyatla bağlı bu il martın 21-də də saxlanılanlar olub. Prokuror deyib ki, bu əməliyyatla bağlı mətbuatda yazılanların böyük bir qismi həqiqəti əks etdirmir. Baş verənlər hüquq çərçivəsində olub və araşdırmalar zamanı adı çəkilən şəxslər istintaqa cəlb edilib. Prokuror şübhəli şəxs qismində saxlanılanlardan Doğu Perinçek, Mehmet Adnan Akfırat, Ferit İlsever ve Serhan Bollukun Türkiyə Cinayət Məcəlləsinin 100-cü maddəsi ilə həbs edildiyini, "Cümhuriyyət" qəzetinin baş redaktoru İlhan Selçuk və İstanbul Universitetinin keçmiş rektoru Kamal Yalçın Alemdaroğlunun zaminə buraxıldığını, Yusuf Beşirik, İbrahim Benli, Yusuf Tuncer, Aydın Gergin, Mahir Çayan Güngör ve Aykut Tokakın isə ifadələri alınandan sonra yazılı iltizam alınmaqla sərbəst buraxıldıqlarını vurğulayıb.Engin "Ergenekon"la bağlı araşdırmaların bir ay müddətinə yekunlaşacağının gözlənildiyini də bildirib.Qeyd edək ki, bu gün İstanbul Cümhuriyyət Prokurorluğu "Star", "Taraf" və "Yeni Şafak" qəzetləri barədə "Ergenekon" əməliyyatı ilə bağlı gizli və medianın açıqlaması qadağan edilən məqamları yazmaları iddası ilə şikayət edib. Onu da xatırladaq ki, "Ergenekon" işi ilə bağlı daha əvvəl istefada olan general Vəli Kiçik, vəkil Kamal Kərinçsiz, Türk Ortodoks Patriarxlığının nümayəndəsi Sevgi Erenerol və digər tanınmış şəxslər də həbs olunub.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
APA
Azeri.net Sevdalısı
Azeri.net Sevdalısı


Daxil ol: Mar 05, 2008
Mesajlar: 1106

1.0 Xal

MesajGöndərilib: ç.a. Mar. 25, 2008 4:20 pm    Mesaj mətni: Azərbaycanın Rusiyadakı səfiri: «ATƏT-in Minsk Qrupunun həmsədrləri özlərini olduqca çətin vəziyyətə salıblar» Sitatla cavab ver

Azərbaycanın Rusiyadakı səfiri: «ATƏT-in Minsk Qrupunun həmsədrləri özlərini olduqca çətin vəziyyətə salıblar»

Bakı. Tamara Qriqoryeva - APA. Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu «Nezavisimaya» qazetinə verdiyi müsahibədə postsovet məkanında müşahidə olunan münaqişələrin həlli perspektivlərinə münasibət bildirib.

APA-nın «Nezavisimaya» qəzetinə istinadən verdiyi məlumata görə, Moldova prezidenti Vladimir Voroninin Dnestryanı münaqişənin yaxın vaxtlarda ölkənin ərazi bütövlüyü çərçivəsində sülh və qarşılıqlı anlaşma mexanizmi əsasında həll ediləcəyi barədə bəyanatına münasibət bildirən Azərbaycan səfiri Kosovo deyil, məhz bu presedentin digər konfliktlərin həlli açarı olacağını istisna etməyib. P.Bülbüloğlu bildirib ki, Azərbaycan Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün bütün imkanlardan sona qədər istifadə edəcək. BMT-də Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət haqqında qətnamənin qəbulu ilə bağlı keçirilən səsvermənin yekunlarına münasibət bildirən səfir bəzi dövlətlərin kimin təzyiqi altında bitərəf mövqe tutmasını məlum olduğunu vurğulayıb: «Qətnamənin əleyhinə səs verən ATƏT-in Minsk Qrupunun həmsədrləri özlərini olduqca çətin vəziyyətə saldılar. Bununla vasitəçiliyin əsas prinsipi - bitərəflik pozulub. Bu cür nümayəndələr necə vasitəçi ola bilər?».
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
APA
Azeri.net Sevdalısı
Azeri.net Sevdalısı


Daxil ol: Mar 05, 2008
Mesajlar: 1106

1.0 Xal

MesajGöndərilib: ç.a. Mar. 25, 2008 4:25 pm    Mesaj mətni: Ermənistan Silahlı Qüvvələri Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutub Sitatla cavab ver

Ermənistan Silahlı Qüvvələri Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutub

Bakı. Vüqar Mustafayev - APA. Ermənistan Silahlı Qüvvələrinin bölmələri martın 24-də saat 18:50-dən 19:00-dək Ermənistanın Noyemberyan rayonu ərazisindəki mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Kəmərli kəndi, saat 16:20-dən martın 25-i saat 06:15-dək ara-sıra Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Qaraxanbəyli kəndinin yaxınlığında yerləşən mövqelərdən, saat 19:20-dən 19:35-dək Tərtər rayonunun Qızıl Oba kəndi yaxınlığında yerləşən mövqelərdən, martın 25-də saat 03:00-dan 03:10-dək Ağdam rayonunun Cəvahirli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Azərbaycan Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, bütün hallarda cavab atəşi ilə düşmən susdurulub. İtki yoxdur.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
APA
Azeri.net Sevdalısı
Azeri.net Sevdalısı


Daxil ol: Mar 05, 2008
Mesajlar: 1106

1.0 Xal

MesajGöndərilib: ç.a. Mar. 25, 2008 4:30 pm    Mesaj mətni: Azərbaycanın xalq artisti Şəfiqə Axundovanın səhhəti pisləşib Sitatla cavab ver

Azərbaycanın xalq artisti Şəfiqə Axundovanın səhhəti pisləşib

Bakı. Ülkər Qasımova - APA. Şərqin ilk opera yazan qadın bəstəkarı, Azərbaycanın xalq artisti Şəfiqə Axundovanın səhhəti pisləşib.

Bəstəkarın ailəsindən APA-ya bildirilib ki, bu gün səhər Ş.Axundova yıxılıb və ayağı əzilib. Onun yıxılmasına səbəb isə özünü pis hiss etməsi olub. Hazırda Travmatologiya İnstitutunda müayinə olunan 84 yaşlı bəstəkarın nə zaman evə buraxılacağı məlum deyil. Qeyd edək ki, Ş.Axundova «Gəlin qayası» operası, «Ev bizim, sirr bizim» operettasnın, 300-ə yaxın mahnı və romansın müəllifidir.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
APA
Azeri.net Sevdalısı
Azeri.net Sevdalısı


Daxil ol: Mar 05, 2008
Mesajlar: 1106

1.0 Xal

MesajGöndərilib: ç.a. Mar. 25, 2008 4:35 pm    Mesaj mətni: Vyanada Mərkəzi və Şərqi Avropada təhsil alan azərbaycanlı tələbələrin forumu başlayıb Sitatla cavab ver

Vyanada Mərkəzi və Şərqi Avropada təhsil alan azərbaycanlı tələbələrin forumu başlayıb

Vyana. Fəxri Kərimli - APA. Bu gün Vyanada Mərkəzi və Şərqi Avropada təhsil alan azərbaycanlı tələbələrin forumu işə başlayıb. APA-nın Şərqi Avropa bürosunun məlumatına görə, tədbirin təşkilatçısı rolunda Vyanada fəaliyyət göstərən Azərbaycan Akademik Birliyi çıxış edir.

Vyana Diplomatiya Akademiyasında keçirilən forumun təşkilinə Azərbaycan İdman və Gənclər Nazirliyi və Azərbaycanın Avstriyadakı səfirliyi dəstək verib. Tədbirdə Mərkəzi və Şərqi Avropa ölkələrində (Almaniya, Avstriya, Polşa, Çexiya, Slovakiya, Macarıstan, Rumıniya, Bolqarıstan, İtaliya və İsveçrə) təhsil alan azərbaycanlı gənclər iştirak edir. Forumun işinə həmçinin Azərbaycanın idman və gənclər nazirinin müavini İntiqam Babayev, Milli Məclisinin deputatlarından ibarət nümayəndə heyəti, Azərbaycanın Avstriyadakı səfiri Fuad İsmayılov, Avstriya parlamentinin Avstriya-Qafqaz və Orta Asiya işçi qrupunun rəhbəri Karl Öllinger, Vyana əyalət parlamentinin deputatları, OMV neft şirkətinin təmsilçiləri və Azərbaycan mövzusunda tədqiqatlar aparan alimlər qatılıblar. Martın 26-da başa çatacaq ikigünlük forumda müasir Azərbaycanın inkişafında gənclərin rolu, Azərbaycanın Avropaya inteqrasiyası və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyəti, Dağlıq Qarabağ münaqişəsi, Avropada mədəniyyət və dinlərarası dialoqda azərbaycanlı gənclərin rolu və digər mövzularda məruzələrin dinlənilməsi, işçi qruplarda müzakirələrin aparılması və açıq plenumda fikir mübadiləsinin keçirilməsi nəzərdə tutulub. Tədbirin sonuncu günü Vyana konsert salonlarının birində «Azərbaycan gecəsi» təşkil olunacaq və burada müğənni Züfiyyə Xanbabayeva konsert proqramı ilə çıxış edəcək.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
APA
Azeri.net Sevdalısı
Azeri.net Sevdalısı


Daxil ol: Mar 05, 2008
Mesajlar: 1106

1.0 Xal

MesajGöndərilib: ç.a. Mar. 25, 2008 4:40 pm    Mesaj mətni: Lənkəranda köhnə həbsxananın bərpasına başlanılıb Sitatla cavab ver

Lənkəranda köhnə həbsxananın bərpasına başlanılıb

Lənkəran. Ağaddin Babayev - APA. Lənkəranda XVIII əsrdə inşa olunmuş dairəvi qalanın bərpasına başlanılıb. Lənkəran şəhər Mədəniyyət və Turizm Şöbəsinin tarix-mədəniyyət abidələrinin baş mühafizəçisi İlqar Əzimovun APA-nın Cənub bürosuna verdiyi məlumata görə, bərpa zamanı qalanın əvvəlki formasını qorumaq məqsədilə mütəxəssis heyəti onun Sankt-Peterburqda saxlanılan layihə sənədləri, eskiz və fotoları ilə tanış olublar. Qalanın bərpasına dövlət tərəfindən 150 min manat vəsait ayrılıb və işlər bu ilin sonuna kimi başa çatdırılacaq.Qeyd edək ki, bu qala 1750-ci ildə Nadir şah tərəfindən tikilib və qədim Lənkəran qalasının istehkamı kimi nəzərdə tutulub, Çar Rusiyası dövründə isə müxtəlif məqsədlər üçün, o cümlədən həbsxana kimi istifadə olunub. Nüfuzlu el ağsaqqalı, tədqiqatçı-alim Mirhaşım Talışlının APA-ya bildirib ki, keçmiş SSRİ-nin rəhbərlərindən olmuş İosif Stalin də ötən əsrin əvvəllərində bir müddət bu qalada həbsdə saxlanılıb.İkinci dünya müharibəsindən sonra baxımsızlıq ucbatından dairəvi qala şəbəkəsi tədricən yararsız hala düşüb, onun dam örtüyü uçub, divarları dağılıb. Azərbaycan Nazirlər Kabinetinin 2001-ci ildə qəbul etdiyi qərarla Lənkəran həbsxanası tarixi abidə, sonralar isə dövlət əhəmiyyətli abidə statusunu alıb.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
APA
Azeri.net Sevdalısı
Azeri.net Sevdalısı


Daxil ol: Mar 05, 2008
Mesajlar: 1106

1.0 Xal

MesajGöndərilib: ç.a. Mar. 25, 2008 4:45 pm    Mesaj mətni: Azərbaycanın Rusiya ilə həmsərhəd rayonlarında «Sərhəd-sipər» əməliyyatı keçirilir Sitatla cavab ver

Azərbaycanın Rusiya ilə həmsərhəd rayonlarında «Sərhəd-sipər» əməliyyatı keçirilir

Qusar. Solmaz Mehdiyeva - APA. Bu gün səhər saatlarından Azərbaycanın şimal bölgəsində qanunsuz silahların yığılması, narkotik vasitələrin qanunsuz dövriyyəsi, axtarışda olanların və qeydiyyatsız yaşayanların aşkarlanması məqsədilə «Sərhəd-sipər» əməliyyatına başlanılıb.

APA-nın Quba-Xaçmaz bürosunun Xaçmaz və Qusar rayonlarının polis şöbələrindən əldə etdiyi məlumata görə, Dağıstanla həmsərhəd olan bu rayonların müxtəlif ərazilərində əlavə polis postları qoyulub, minik avtomobilləri yoxlanılır, ərazilərdə nəzarət gücləndirilib.APA-nın Dağıstan bürosunun Dağıstan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Dağıstanın Azərbaycanla həmsərhəd rayonlarında da eyni əməliyyat həyata keçirilir.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
APA
Azeri.net Sevdalısı
Azeri.net Sevdalısı


Daxil ol: Mar 05, 2008
Mesajlar: 1106

1.0 Xal

MesajGöndərilib: ç.a. Mar. 25, 2008 5:10 pm    Mesaj mətni: Bakıda Azərbaycanın xalq artisti Tükəzban İsmayılova ilə vida mərasimi keçirilib Sitatla cavab ver

Bakıda Azərbaycanın xalq artisti Tükəzban İsmayılova ilə vida mərasimi keçirilib

Bakı. İlhamə İsabalayeva - APA. Martın 24-də axşam saat 19:00 radələrində dünyasını dəyişmiş Azərbaycanın xalq artisti Tükəzban İsmayılova ilə bu gün Rəşid Behbudov adına Mahnı Teatrında vida mərasimi keçirilib.

APA-nın məlumatına görə, matəm nitqini açıq elan edən Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev T.İsmayılovanın vəfatı ilə muğam sənətində ağır itki üz verdiyini söyləyib. Nazir müavininin sözlərinə görə, ömrünün 60 ilindən çoxunu muğam sənətinə həsr edən T.İsmayılova sağlığında bütün fəxri adlara layiq görülüb: "Ömrünün son illərinə kimi Azərbaycan mədəniyyətinin inkişafı üçün dəyərli töhfələr verib. O, bu gün də özündən sonra layiqli davamçılar qoyub gedib. Tükəzban xanım 85 yaşında aramızdan getsə də, televiziyanın "Qızıl Fondu"nda saxlanılan əsərləri onu uzun müddət xatırladacaq. Tükəzban xanım özündən sonra böyük irs qoyan şəcərəyə malik, çox mülayim insan idi, onunla danışanda insan sakitlik tapırdı".Muğam ustası Əlibaba Məmmədov da T.İsmayılovanın "Şahnaz", "Qatar", "Heyratı" kimi gözəl lent yazıları ilə daim aramızda qalacağını bildirib.T.İsmayılovanın ilk tələbələrindən olmuş Könül Kərimova isə mərhumun onun ilk muğam müəllimi olduğunu söyləyib: "Muğam haqqında ilk dəfə ondan öyrənmişəm. Həmişə demişəm ki, o, bizə müəllim yox, həm də ana olub. Onu heç vaxt yaddan çıxartmaram. Ömrüm boyu ona borcluyam. İlk uğurlarıma da məhz o, səbəb olub".Mərhum bu gün II Fəxri Xiyabanda dəfn ediləcək.Qeyd edək ki, T.İsmayılova 1923-cü il dekabrın 21-də anadan olub. O, 1943-cü ildə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunu bitirib. T.İsmayılova Azərbaycan Dövlət Filarmoniyasının və Azərbaycan radiosu xorunun solisti olub. 65 ilə yaxın səhnədə fəaliyyət göstərən T.İsmayılova, 1998-ci ildə "Şöhrət" ordeni ilə təltif olunub.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
APA
Azeri.net Sevdalısı
Azeri.net Sevdalısı


Daxil ol: Mar 05, 2008
Mesajlar: 1106

1.0 Xal

MesajGöndərilib: ç.a. Mar. 25, 2008 5:31 pm    Mesaj mətni: Azərbaycan milli komandası sabah Litva ilə qarşılaşacaq Sitatla cavab ver

Azərbaycan milli komandası sabah Litva ilə qarşılaşacaq

Bakı. Vüqar Xeyrullayev - APA-SPORT. Sabah Azərbaycan milli komandası tarixində ikinci dəfə Litva yığması ilə qarşılaşacaq. «APA-SPORT» agentliyinin məlumatına görə, 16 illik tarixi ərzində 138 matç keçirən komandamız litvalılarla yalnız bir dəfə - 10 il əvvəl görüşüb.

Estoniyada baş tutan həmin qarşılaşmada millimiz 2:1 hesabı ilə qalib gəlib, komandamızın qollarını isə Rasim Abışovla Vyaçeslav Lıçkin vurub. Sabah keçiriləcək qarşılaşma həm də millini rəsmi matça çıxaran 11-ci baş məşqçinin debütü olacaq. Bu funksiyanı icra edəcək Nazim Süleymanov Şahin Diniyevdən sonra həm oyunçu, həm məşqçi kimi millini təmsil edən ikinci mütəxəssis olacaq. Onun litvalı həmkarı təcrübəli Algimantas Lyubinskas isə keçmiş SSRİ-nin rekordçusudur. 31 yaşında güclülər dəstəsində çıxış edən «Jalgiris»ə başçılıq edən mütəxəssis milli komandanı 70-dən artıq oyuna çıxarıb. O həmçinin «Kareda», «Paneris», «Ekranas» və Polşanın «Jaqelloniya» klublarına rəhbərlik edib. Azərbaycan və Litva futbolunun qarşıdurması SSRİ çempionatlarının «Neftçi» - «Jalgiris» rəqabətindən başlayıb. «Birlik kuboku» turnirində də dəfələrlə qarşılaşan təmsilçilərimiz UEFA-İntertoto kubokunda da görüşüb. «Bakı fəhləsi» - «İnjkaras» cütünün taleyini penaltilər seriyası rəqibin xeyrinə həll edib. Azərbaycan çempionatında kifayət qədər litvalı futbolçu - Valdas Trakis, Egidius Yuşka, Darius Jutautas, Tomas Rajanauskas, Andrius Gedqaudas və Edvinas Lukoşeviçyus çıxış edib. Əks marşruta üstünlük verən yeganə futbolçumuz isə Elman Sultanov olub. Qeyd edək ki, sabahkı oyunun keçiriləcəyi «Vetra» stadionu 5-ci dəfə milli komandanı qəbul edir. Litvalılar bu arenada 1 qələbə qazanıb, 1 heç-heçə edib və 2 dəfə məğlub olub: son 3 qarşılaşmada qələbə qazana bilməyib.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
Anel
Nəzarətçi
Nəzarətçi


Daxil ol: Oct 26, 2007
Mesajlar: 822
Şəhər/ölkə: Sankt-Peterburq, Rusiya..Azəriyəm
26883.4 Xal

MesajGöndərilib: ç.a. Mar. 25, 2008 7:46 pm    Mesaj mətni: Re: Bakıda Azərbaycanın xalq artisti Tükəzban İsmayılova ilə vida mərasimi keçirilib Sitatla cavab ver

APA yazıb:
<span>Bakıda Azərbaycanın xalq artisti Tükəzban İsmayılova ilə vida mərasimi keçirilib</span><br><br>Bakı. İlhamə İsabalayeva - APA. Martın 24-də axşam saat 19:00 radələrində dünyasını dəyişmiş Azərbaycanın xalq artisti Tükəzban İsmayılova ilə bu gün Rəşid Behbudov adına Mahnı Teatrında vida mərasimi keçirilib.<br><br>APA-nın məlumatına görə, matəm nitqini açıq elan edən Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev T.İsmayılovanın vəfatı ilə muğam sənətində ağır itki üz verdiyini söyləyib. Nazir müavininin sözlərinə görə, ömrünün 60 ilindən çoxunu muğam sənətinə həsr edən T.İsmayılova sağlığında bütün fəxri adlara layiq görülüb: "Ömrünün son illərinə kimi Azərbaycan mədəniyyətinin inkişafı üçün dəyərli töhfələr verib. O, bu gün də özündən sonra layiqli davamçılar qoyub gedib. Tükəzban xanım 85 yaşında aramızdan getsə də, televiziyanın "Qızıl Fondu"nda saxlanılan əsərləri onu uzun müddət xatırladacaq. Tükəzban xanım özündən sonra böyük irs qoyan şəcərəyə malik, çox mülayim insan idi, onunla danışanda insan sakitlik tapırdı".Muğam ustası Əlibaba Məmmədov da T.İsmayılovanın "Şahnaz", "Qatar", "Heyratı" kimi gözəl lent yazıları ilə daim aramızda qalacağını bildirib.T.İsmayılovanın ilk tələbələrindən olmuş Könül Kərimova isə mərhumun onun ilk muğam müəllimi olduğunu söyləyib: "Muğam haqqında ilk dəfə ondan öyrənmişəm. Həmişə demişəm ki, o, bizə müəllim yox, həm də ana olub. Onu heç vaxt yaddan çıxartmaram. Ömrüm boyu ona borcluyam. İlk uğurlarıma da məhz o, səbəb olub".Mərhum bu gün II Fəxri Xiyabanda dəfn ediləcək.Qeyd edək ki, T.İsmayılova 1923-cü il dekabrın 21-də anadan olub. O, 1943-cü ildə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunu bitirib. T.İsmayılova Azərbaycan Dövlət Filarmoniyasının və Azərbaycan radiosu xorunun solisti olub. 65 ilə yaxın səhnədə fəaliyyət göstərən T.İsmayılova, 1998-ci ildə "Şöhrət" ordeni ilə təltif olunub.


Allah rəhmət eləsin.
_________________
Blogum: Mürəkkəb dolu qələm.


Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
Anel
Nəzarətçi
Nəzarətçi


Daxil ol: Oct 26, 2007
Mesajlar: 822
Şəhər/ölkə: Sankt-Peterburq, Rusiya..Azəriyəm
26883.4 Xal

MesajGöndərilib: ç.a. Mar. 25, 2008 7:48 pm    Mesaj mətni: Re: Ermənistan Silahlı Qüvvələri Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutub Sitatla cavab ver


APA yazıb:
<span>Ermənistan Silahlı Qüvvələri Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutub</span><br><br>Bakı. Vüqar Mustafayev - APA. Ermənistan Silahlı Qüvvələrinin bölmələri martın 24-də saat 18:50-dən 19:00-dək Ermənistanın Noyemberyan rayonu ərazisindəki mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Kəmərli kəndi, saat 16:20-dən martın 25-i saat 06:15-dək ara-sıra Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Qaraxanbəyli kəndinin yaxınlığında yerləşən mövqelərdən, saat 19:20-dən 19:35-dək Tərtər rayonunun Qızıl Oba kəndi yaxınlığında yerləşən mövqelərdən, martın 25-də saat 03:00-dan 03:10-dək Ağdam rayonunun Cəvahirli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Azərbaycan Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, bütün hallarda cavab atəşi ilə düşmən susdurulub. İtki yoxdur.


Görəsən bunun sonu olacaqmı? Allah özü əskərlərimizə, zabitlərimizə, ümumiyyətlə bütün qardaşlarımızı qorusun, onlara kömək olsun.
_________________
Blogum: Mürəkkəb dolu qələm.


Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
Mesajları göstər:   
Yeni mövzu aç   Cavab göndər     Forumun əsas səhifəsi » Gündəm Bütün saatlar GMT + 5 Saat
Səhifə Əvvəlki  1, 2, 3 ... 43, 44, 45 ... 82, 83, 84  Sonrakı
44 səhifə (Cəmi 84 səhifə)

 
Keç:  
Bu forumda yeni mövzu aça bilməzsiniz.
Bu forumdakı mesajlara cavab verə bilməzsiniz.
Bu forumdakı mesajlarınızı düzəldə biməzsiniz.
Bu forumdakı mesajlarınızı silə bilməzsiniz.
Bu forumdakı sorğularda səs verə bilməzsiniz.

Powered by www.Azeri.net

Chat - Sevgi - Məhəbbət - MP3 - Azerbaijan - Azerbaycan - Azərbaycan - Азербайджан