Downloads
AZƏRİ MP3
Forums
F O R U M
chat
C H A T
sevgi
TV
video
VİDEO
radio
RADİO
ekart
OYUN
sevgi
ZengimCELL
|
Azeri.net: Forum

:: Mövzu - Qurban Səid Əli və Nino
ç.S.S.
ç.S.S.
Axtar
Axtar
İstifadəçilərin siyahısı
İstifadəçilərin siyahısı
İstifadəçi qrupları
İstifadəçi qrupları
Şəxsi mə`lumat
Şəxsi mə`lumat
Giriş
Giriş
Xüsusi mesajlarınız
Xüsusi mesajlarınız
Forumun əsas səhifəsi » Ədəbiyyat

Yeni mövzu aç   Cavab göndər
Qurban Səid Əli və Nino
Əvvəlki mövzu :: Sonrakı mövzu  
Müəllif Mesaj
fidan494
.
.


Daxil ol: Dec 25, 2006
Mesajlar: 1543

30597.2 Xal

MesajGöndərilib: ç.a. Mar. 25, 2008 6:10 pm    Mesaj mətni: Qurban Səid Əli və Nino Sitatla cavab ver


Keçən il Azerinfo jurnalında fransızca məqalə dərc etdirməyə hazırlaşırdıq, mənə Qobustan, başqa bir tələbəyə isə Qurban Səid Əli və Nino haqda məqalə düşmüşdü. Məqaləni birgə işləmək qərarına gəldik, mənə çox maraqlı gəldi :)

"Əli və Nino" əsəri Şərqin - Qafqazın Romeo və Culiyetası kimi tanınır. Əsərdə söhbət 20 ci əsrin əvəlləri - Azərbaycanın soylu ailələrindən çıxmış Əli və gürcü qızı Ninonun bir - birilərinə olan sevgisindən, həmin ərəfədə ölkədə baş verən bolşevik inqilabı - müharibələrdən gedir. Dünyaca məşhur Azərbaycan milli romanıdır. 27 dilə tərcümə edilmişdir. Əsər ilk dəfə 1937 - ci ildə Vyanada alman dilində nəşr olunmuşdur, 1970 - ci illərdən sonra dünya şöhrəti qazanmışdır.
Əsərin müəllifi adlandırılan Qurban Səid müxtəlif adlarla tanınmışdır. Azərbaycanlı ədiblərin fikrincə, bu Yusif Vəzir Çəmənzəminlidir. Azərbaycanın mühacir ədibi kimi tanınan Məhəmməd Əsəd bəy (Essad bey) də olduğu güman edilir.
Sadece qeydiyyatlı istifadeçiler görebiler.



Lakin Avropalı tədqiqatçılar (Tom Reiss) bu şəxsin yəhudi əsilli 1905 - ci ildə Bakıda doğulmuş İslam dinini qəbul etmiş məşhur Lev Nussimbaum olduğunu düşünürlər. Lev Nussimbaum o dövrün çox nüfuzlu bir şəxsi kimi bütün Şərqdə tanınırdı.
Avstriyalı naşir E. P. Tal Verlag yazır ki, Qurban Səid Avstriyalı baronessa Elfreyd von Ehrenfelsin təxəllüsü idi. Tom Reiss də vurğulayır ki, Elfreyd, əri Rolf kimi, Şərqə çox meylli və eyni zamanda fəlsəfə pərəstişkarı idi, kiçik aristokrat qrupuna mənsub idi. İslam dinini qəbul edən Rolf dönüb Ömər von Ehrenfels olur. Elfreydə gəlincə isə, Almaniyada daha çox almanlaşmış qadın, Lev Nissembaum adlı birisinə istinadən yalançı (qondarma) addan istifadə etmişdir. Lev Nissembaum isə mənşəcə Bakıdan olan yəhudi yazıçısıdır, islamı qəbul etmiş və özünə Əsəd bəy adını götürmüşdür. Əsəd bəy də Elfreydin məşuqu olur və işlərə bir az qarışıqlıq gətirir.

Lev Nussimbaumun Atası Abraham Nussimbaum Tiflisdə doğulmuşdur sonralar Bakıya gəlmiş neft sahəsində milyonlar qazanmışdır. Rus əsilli anası bolşeviklərə qoşulduqdan sonra intihar etmişdir. O intihar edən zaman Lev 6 - 7 yaşlarında idi. Lev Nussimbaum anası haqda belə yazır : "O sadəcə məni dünyaya gətirdi, başqa heç nə etmədi". Sonralar rus inqilabı Nussimbaumlar ailəsini sürgünə məruz qoyur. O atası ilə birgə əvvəlcə İstanbula gedir, oradan Almaniyaya mühacirət edir, Berlində rus liseyinə gedir, lakin gizlincə türk və ərəb dili dərslərində də iştirak edirdi, 17 yaşında ikən İslam dinini qəbul edir, sonralar bir müddət jurnalist kimi işləyir lakin alman nazilərinin təzyiqi altında Avstriyaya qaçır, burada bir çox yazılarını dərc etdirir, sonralar İtaliyaya gəlir və 36 yaşında ikən orada vəfat edir.

Tom Raysın Orientalist (Şərqçi, Şərqpərəst) adlı əsəri Lev Nussimbauma həsr olunmuşdur.

Sadece qeydiyyatlı istifadeçiler görebiler.



Lev Nussimbaum şərqpərəst yazıçı olub, şərq stilində geyinər, şərqli gənclər kimi hərəkət edərdi. Həmin dövrdə indi də olduğu kimi Qafqaz (Azərbaycan) etnik qrupların birgə yaşadığı tolerant ölkə idi. Buna görə də Nussimbaum Şərqdə sığınacaq və sakitlik tapa biləcəyinə inanır, Şərqə olan meyli - məhəbbəti artırdı. Bunun təsiri altında öz avtobioaqrafik romanı olan Əli və Ninonu qələmə almışdır.


Sadece qeydiyyatlı istifadeçiler görebiler.



Sadece qeydiyyatlı istifadeçiler görebiler.



Diqqətinizə görə təşəkkürlər.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
Anel
Nəzarətçi
Nəzarətçi


Daxil ol: Oct 26, 2007
Mesajlar: 836
Şəhər/ölkə: Sankt-Peterburq, Rusiya..Azəriyəm
27289.6 Xal

MesajGöndərilib: ç.a. Mar. 25, 2008 7:38 pm    Mesaj mətni: Sitatla cavab ver

Həqiqətəndə diqqətimi yaman cəlb etdi Very Happy. Səndə çox sağ ol, Fidan, sənə də təşəkkürlər. Heç bilməzdim ki, bu əsərin qarışıq tarixi var.

Fidan, indi sən təsadüfə bir bax.. Keçən günlərdə internetdəYusif Vəzir Çəmənzəminli haqqında oxuyurdum. Daha doğrusu onun bir çox əsərləri barədə. Və orda həmin bu əsəri gördüm, "Əli və Nino" adı altında. Həqiqətəndə mənə bu çox maraqlı gəldi, ona görə ki, mən heç vaxt Y.V.Çəmənzəminlinin belə bir əsəri haqqında eşitməmişdim. Hələ bir-iki nəfərdən də bu barədə soruşmuşdum, onlarında Y. Vəzirin belə bir əsəri olmağından xəbəri yox idi. Nə isə, dedim, görüm bu nə əsərdir belə və başladım oxumağa. Artıq 2-3 gündür ki, oxuyuram, çox maraqlıdır. Təəssüflər olsun ki, əsəri azəricə yox, rusca tapmışam və rusca oxuyuram. Başım başqa işlərlə qarışıq olur deyə, saatlarla kompyuter arxasında oturub, əsəri sona çatdıra bilməmişəm hələ. Məncə çox maraqlıdır, görüm sonu nə olacaq?
Oxumayanlara oxumağı tövsiyə edirəm Yeri Var . Hərçənd ki, mən rusca oxuyuram, amma yazılış tərzinə görə də rahat yazılıb.

Fidan, maraqlı məlumatların üçün əsl sənə təşəkkürlər, çox sağ ol.
çiçək

_________________
Blogum: Mürəkkəb dolu qələm.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
fidan494
.
.


Daxil ol: Dec 25, 2006
Mesajlar: 1543

30597.2 Xal

MesajGöndərilib: C.a. Mar. 27, 2008 3:06 pm    Mesaj mətni: Sitatla cavab ver

bəyəndiyin, diqqətin üçün minnətdaram Anel,
belə təsadüflər olur bəzən :)
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
ChaosCastle
Yeni Forumçu
Yeni Forumçu


Daxil ol: Mar 07, 2008
Mesajlar: 176

7072.0 Xal

MesajGöndərilib: C.a. Mar. 27, 2008 6:25 pm    Mesaj mətni: Sitatla cavab ver

Salam aleykum

Bu da məndən. Ancaq rusca tapa bildim Embarassed

"Əli və Nino" əsərini
Sadece qeydiyyatlı istifadeçiler görebiler.

yükləyə bilərsiniz.

_________________
Mərhəmətli və Rəhmli Allahin adi ilə!
3:173 “Allah bizə bəs edər. O nə gozəl vəkildir!"
6:104 Rəbbinizdən sizə parlaq dəlillər gəlmişdir. Kim gorsə, oz lehinə, kim gorməsə, oz əleyhinədir. Mən sizə nəzarətci deyiləm.
25:30 Peygəmbər də “Ey Rəbbim! Həqiqətən, qovmum bu Qurani tərk etmisdi!”- deyəcək.
3:42 Xatırla ki, bir zamanlar mələklər belə demişdilər: “Ya Məryəm, həqiqətən, Allah səni seçmiş, təmizləmiş, aləmlərin qadınlarından üstün tutmuşdur.
I am a MUSLIM. Do not PANIC!

Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
fidan494
.
.


Daxil ol: Dec 25, 2006
Mesajlar: 1543

30597.2 Xal

MesajGöndərilib: C.a. Mar. 27, 2008 7:50 pm    Mesaj mətni: Sitatla cavab ver

"Əli və Nino" Azərbaycan dilində

Sadece qeydiyyatlı istifadeçiler görebiler.

Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
sekerim
Balaca Decel
Balaca Decel


Daxil ol: Jan 03, 2008
Mesajlar: 585
Şəhər/ölkə: türkiye/trabzon
19426.2 Xal

MesajGöndərilib: C.a. Mar. 27, 2008 8:32 pm    Mesaj mətni: Sitatla cavab ver

alqış alqış gözeldi fidan bizle paylastığın üçün sağol
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
Anel
Nəzarətçi
Nəzarətçi


Daxil ol: Oct 26, 2007
Mesajlar: 836
Şəhər/ölkə: Sankt-Peterburq, Rusiya..Azəriyəm
27289.6 Xal

MesajGöndərilib: C. Mar. 28, 2008 12:07 am    Mesaj mətni: Sitatla cavab ver

fidan494 yazıb:
"Əli və Nino" Azərbaycan dilində

Sadece qeydiyyatlı istifadeçiler görebiler.



Sağ ol ay, Fidan! Heç ürəyimcə deyildi rus dilində Very Happy ..
_________________
Blogum: Mürəkkəb dolu qələm.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
ChaosCastle
Yeni Forumçu
Yeni Forumçu


Daxil ol: Mar 07, 2008
Mesajlar: 176

7072.0 Xal

MesajGöndərilib: C. Mar. 28, 2008 1:41 am    Mesaj mətni: Sitatla cavab ver

Anel yazıb:
fidan494 yazıb:
"Əli və Nino" Azərbaycan dilində

Sadece qeydiyyatlı istifadeçiler görebiler.



Sağ ol ay, Fidan! Heç ürəyimcə deyildi rus dilində Very Happy ..


Salam aleykum,

məyus məyus
_________________
Mərhəmətli və Rəhmli Allahin adi ilə!
3:173 “Allah bizə bəs edər. O nə gozəl vəkildir!"
6:104 Rəbbinizdən sizə parlaq dəlillər gəlmişdir. Kim gorsə, oz lehinə, kim gorməsə, oz əleyhinədir. Mən sizə nəzarətci deyiləm.
25:30 Peygəmbər də “Ey Rəbbim! Həqiqətən, qovmum bu Qurani tərk etmisdi!”- deyəcək.
3:42 Xatırla ki, bir zamanlar mələklər belə demişdilər: “Ya Məryəm, həqiqətən, Allah səni seçmiş, təmizləmiş, aləmlərin qadınlarından üstün tutmuşdur.
I am a MUSLIM. Do not PANIC!

Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
Anel
Nəzarətçi
Nəzarətçi


Daxil ol: Oct 26, 2007
Mesajlar: 836
Şəhər/ölkə: Sankt-Peterburq, Rusiya..Azəriyəm
27289.6 Xal

MesajGöndərilib: C. Mar. 28, 2008 5:57 pm    Mesaj mətni: Sitatla cavab ver

ChaosCastle yazıb:
Salam aleykum

Bu da məndən. Ancaq rusca tapa bildim Embarassed

"Əli və Nino" əsərini
Sadece qeydiyyatlı istifadeçiler görebiler.

yükləyə bilərsiniz.


Siz də çox sağ olun. Sadəcə məndə ruscası var deyə, Azərbaycanca olmasına sevindim. Sizə də təşəkkürlər Very Happy .
_________________
Blogum: Mürəkkəb dolu qələm.


Düzəldin: Anel, son düzəliş: C. Mar. 28, 2008 6:00 pm, cəmi 1 dəfə
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
Anel
Nəzarətçi
Nəzarətçi


Daxil ol: Oct 26, 2007
Mesajlar: 836
Şəhər/ölkə: Sankt-Peterburq, Rusiya..Azəriyəm
27289.6 Xal

MesajGöndərilib: C. Mar. 28, 2008 5:58 pm    Mesaj mətni: Sitatla cavab ver

ChaosCastle yazıb:
Anel yazıb:
fidan494 yazıb:
"Əli və Nino" Azərbaycan dilində

Sadece qeydiyyatlı istifadeçiler görebiler.



Sağ ol ay, Fidan! Heç ürəyimcə deyildi rus dilində Very Happy ..


Salam aleykum,

məyus məyus


Embarassed Salam utandım
_________________
Blogum: Mürəkkəb dolu qələm.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
ChaosCastle
Yeni Forumçu
Yeni Forumçu


Daxil ol: Mar 07, 2008
Mesajlar: 176

7072.0 Xal

MesajGöndərilib: C. Mar. 28, 2008 7:39 pm    Mesaj mətni: Sitatla cavab ver


Anel yazıb:
ChaosCastle yazıb:
Anel yazıb:
fidan494 yazıb:
"Əli və Nino" Azərbaycan dilində

Sadece qeydiyyatlı istifadeçiler görebiler.



Sağ ol ay, Fidan! Heç ürəyimcə deyildi rus dilində Very Happy ..


Salam aleykum,

məyus məyus


Embarassed Salam utandım


Salam aleykum

alqış alqış alqış
alqış alqış
alqış
_________________
Mərhəmətli və Rəhmli Allahin adi ilə!
3:173 “Allah bizə bəs edər. O nə gozəl vəkildir!"
6:104 Rəbbinizdən sizə parlaq dəlillər gəlmişdir. Kim gorsə, oz lehinə, kim gorməsə, oz əleyhinədir. Mən sizə nəzarətci deyiləm.
25:30 Peygəmbər də “Ey Rəbbim! Həqiqətən, qovmum bu Qurani tərk etmisdi!”- deyəcək.
3:42 Xatırla ki, bir zamanlar mələklər belə demişdilər: “Ya Məryəm, həqiqətən, Allah səni seçmiş, təmizləmiş, aləmlərin qadınlarından üstün tutmuşdur.
I am a MUSLIM. Do not PANIC!

Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
Mesajları göstər:   
Yeni mövzu aç   Cavab göndər     Forumun əsas səhifəsi » Ədəbiyyat Bütün saatlar GMT + 5 Saat
1 səhifə (Cəmi 1 səhifə)

 
Keç:  
Bu forumda yeni mövzu aça bilməzsiniz.
Bu forumdakı mesajlara cavab verə bilməzsiniz.
Bu forumdakı mesajlarınızı düzəldə biməzsiniz.
Bu forumdakı mesajlarınızı silə bilməzsiniz.
Bu forumdakı sorğularda səs verə bilməzsiniz.

Powered by www.Azeri.net

Chat - Sevgi - Məhəbbət - MP3 - Azerbaijan - Azerbaycan - Azərbaycan - Азербайджан