 |
| Əvvəlki mövzu :: Sonrakı mövzu |
| Müəllif |
Mesaj |
Deli_UREK V.I.P


Daxil ol: Jan 06, 2008 Mesajlar: 470
15421.5 Xal
|
Göndərilib: B.e. Mar. 24, 2008 6:22 pm Mesaj mətni: İslamı tənqid edən film nümayiş etdirilDI |
|
|
Amstrerdamda mindən artıq insan İslamı tənqid edən sənədli filmin nümayişinə etiraz edərək aksiya keçirib. Siyasətçi və rejissor Gelt Vildersin çəkdiyi film «Fitnə» adlanır. Filmin internetə martın sonlarında çıxarılması gözlənilir. Politoloqlar bu filmin nümayişi ilə yeni aksiya dalğalarının başlayacağını istisna etmirlər.
Qeyd edək ki, «Fitnə» filmi Quranı faşizmi təbliğ edən mətn kimi göstərir. Niderland hökuməti İslam dünyasında növbəti etirazlardan ehtiyatlanaraq rejissoru filmi ekranlarda nümayiş etdirməməyə çağırıb. Vilders isə hökuməti qorxaqlıqda ittiham edərək telekanallarla bu filmin nümayiş etdirilməsi ilə bağlı danışıqlara başlayıb.
Hazırda Vilders polisin ciddi nəzarəti altındadır. Xatırladaq ki, 2004-cü ildə İslam haqqında tənqidi film çəkən holland kino rejissoru Teo van Qoq qətlə yetirilib.
-------------------------------------------------------------------------------------------------------
Niderland deputatı İslam dinini tənqid edən “Fitnə” filmini internetdə yerləşdirə bildi
15 dəqiqəlik filmdə “Quran”ın oxunması 2001-ci il sentyabrın 11-də Ümumdünya Ticarət Mərkəzindəki terror və 2004-cü ildə Madriddə qatar partlayışı xronikası ilə müşayiət olunur
Niderland parlamentinin qalmaqallı deputatı və sağçı “Azadlıq Partyası”nın lideri, maviçiliyi ilk dəfə dəstəkləyən mavi olmamışdan qabaq anasına evlənməyi təklif edən (bu təklifdən sonra anası onu övladlıqdan çıxardıb) Qeert Vilders internetdə antiislam yönümlü film yerləşdirib. 15 dəqiqəlik “Fitnə” adlı filmdə “Quran”ın oxunması 2001-ci il sentyabrın 11-də Ümumdünya Ticarət Mərkəzindəki terror və 2004-cü ildə Madriddə qatar partlayışı xronikası ilə müşayiət olunur. Film LiveLeak.com saytında ingilis və holland dillərində yerləşdirilib.
Qeyd edək ki, depuat bir neçə dəfə cəhd etsə də heç bir holland telekanalı onun filmini yayımlamağa razılıq verməmişdi, Amerikanın Network Solutions provayderi isə siyasətçinin əvvəl filmi yerləşdirmək istədiyi saytı bağlayıb.
Bloomberg.net saytının verdiyi məlumata görə, film Niderlandın müsəlman icmasının narazılığıa səbəb olub. Marıtn 22-si Amsterdamda 5000 nəfərin iştirakı ilə etiraz aksiyası keçirilib.
Holland hökuməti isə bu roliklə əlaqələri olmadığını deyib. Belə ki, ölkənin baş naziri Yan Peter Balkenende bildirib ki, onlar müsəlman təşkilatlarının bu filmə təmkinli reaksiyasından razıdırlar. O, həmçinin deyib ki, Vildersin islam barədə anlayışı ilə qəti razı deyil. “Filmdə İslam zorakılıqla eyniləşdirilir. Biz bununla razılaşa bilmərik”.
Qeyd edək ki, 44 yaşlı Qeert Vilders 2004-cü ildə liberal partiyasını tərk etdikdən və özünün “Azadlıq Partiyası” hərəkatını təşkil edəndən bəri müsəlman ölkələrindən olan mühacirlərlə mübarizə aparır. Onun hərəkatının əsas şüarı isə niderlandlıların islamlaşmasının dayandırılmasına çağırışdır. _________________ Kimisə barmaqla göstərib, onu rişğənd eləməyə tələsmə, yadda saxla ki, günahsız adam yoxdu və hamımız bir gün Yaradana cavab verəcəyik!
-Həyat-hədiyyədir. Yaşa və yaşamaqdan zövq al!!
Düzəldin: Deli_UREK, son düzəliş: Ş. Mar. 29, 2008 3:05 pm, cəmi 2 dəfə |
|
| Əvvələ qayıt |
|
Secde V.I.P


Daxil ol: Sep 20, 2007 Mesajlar: 254
10091.5 Xal
|
Göndərilib: çər. Mar. 26, 2008 10:57 am Mesaj mətni: |
|
|
Salam Aleykum və rəhmətullah!
Bağışlayan və mehriban Allahın adı ilə.
Dəyərli Rüfət qardaş, məlumatın üçün Allah razı olsun!
Biz müsəlmanların üzərinə əsas vəzifə düşür. Allahın buyurduğu kimi ibadəti əsirgəməmək, təqvalı və əxlaqlı olmaq. Uca Allah isə öz dinini hər zaman qoruyur. Bundan arxayın ola bilərsən. Hər zaman cahilər tərəfindən İslam dininə təcavüz və hörmətsizlik etməyə çalışılıb. Amma hər zamanda hədəfə çevrilib bəlalara düçar olublar.
Uca Allah İslamı və müsəlmanları ya kiminsə vəsiləsi yada öz qüdrəti ilə qoruyur.
Allah öz qüdrət və rəhmətini bizdən uzaq etməsin. Amin! |
|
| Əvvələ qayıt |
|
|
|
Bu forumda yeni mövzu aça bilməzsiniz. Bu forumdakı mesajlara cavab verə bilməzsiniz. Bu forumdakı mesajlarınızı düzəldə biməzsiniz. Bu forumdakı mesajlarınızı silə bilməzsiniz. Bu forumdakı sorğularda səs verə bilməzsiniz.
|
|