 |
| Əvvəlki mövzu :: Sonrakı mövzu |
| Müəllif |
Mesaj |
Elif Decel Şirine


Daxil ol: Feb 21, 2007 Mesajlar: 5168
93126.8 Xal
|
Göndərilib: Ş. Fev. 02, 2008 8:45 pm Mesaj mətni: Könlündə hərarət olanın gözündə yaş olur |
|
|
Könlündə hərarət olanın gözündə yaş olur
Çoxları sevincdən, kədərdən, ümiddən, ümidsizlikdən, ağrıdan, həsrətdən ağlayır.
Fəqət qəlb üfüqündə Allahla dost olanları bütün saydıqlarımızdan daha çox məhafətullah və məhəbbətüllah ağladır.
Müsibət və bəlalar qarşısında narazı halda və qədərə etiraz mənasına gələn ağlamaq haramdır; “sabah necə olacam” əndişəsi ilə qıvrılıb inləmək bir ruhi xəstəlikdir; dünya nemətləri əldə etmək üçün sızlayıb durmaq boş bir təlaşdır və bütün bu saydıqlarımız üçün axıdılan göz yaşları göz yaşının israfıdır.
Allah üçün ağlamaq isə başqa ovqat, başqa atmosferdir. Allahı tanıyan ruhunda Ona qarşı bir meyil duyar. Bu meyil və istək ruhda dərinləşdikcə sevgiyə dönür və getdikcə bu sevgi də qarşısıalınmaz eşq və iştiyaqa çevrilir. Könlü məhəbbətlə dolan bir insan hər zaman Allahı göstərən iz və əlamətləri axtara, kainat kitabları kitabının səhifələrini Ondan gələn məktublar kimi qəbul edər, əşya və hadisələri Onun mesajları kimi oxuyar, anlar və Onun bəyanı qarşısında riqqətə gələr, ifadə edilməsi mümkün olmayan hisslərlə ağlar. Qurani-Kərim ruhun gözəlliyi və axirət düşüncəsi ilə, Haqqa bağlılıq və günahların bağışlanması duyğusu ilə ağlayan insanları təqdirlə yad edir və hər zaman onların örnək alınmasını buyurur. Məsələn, müxtəlif Peyğəmbərlərdən bəhs edilərkən: “Onların hamısı onlara Rəhmanın ayələri oxunanda hıçqırıqlarla səcdəyə qapanırlar (Məryəm surəsi/58) buyuraraq Allah yolunda tökülən göz yaşlarını Ona ərz edilmiş bir münacat ərməğanı kimi dəyərləndirir. Uca Peyğəmbərimiz şeytanın hiylələrindən Allaha sığındığı kimi qəddarlıqdan da, gözü quruluqdan da Allaha sığınır: “Ürpərməyən qəlbdən, yaşarmayan gözdən Sənə sığınıram, Allahım”. Rəsulullah bu yalvarışını tez-tez təkrar etmişdir. Başqa bir hədisi şəriflərində Rəsuli-Əkrəm (s.ə.s.): “Müjdələr olsun nəfsinə hakim olana!.. Müjdələr olsun evini geniş (qonaq qəbul etmə mənasında) tutana!.. Müjdələr olsun günahları qarşısında göz yaşı tökənə!..” buyuraraq ümmətinə sanki üçpilləli bir merac yolu göstərmişdir. Başqa bir hədisi-şəriflərində isə: “İki göz vardır ki, cəhənnəm atəşi onlara toxunmaz: birisi Cənabi-Allaha duyduğu sevgi və bağlılıqdan dolayı ağlayan Haqq aşiqinin, digəri isə Allah yolunda növbə tutan igidin gözləridir” buyuran Rəsuli-Əkrəm Allah üçün axıdılan göz yaşının İlahi əzaba qarşı bir sipər, bir divar olduğunu bildirir.
Ancaq bu səmimi ağlamaq məsələsində də hiyləyə baş vurmaq, riya ilə başqalarına mömin kimi görünmək məqsədi ilə ağlamaq qəlböldürücü və insanı həlakedici bir xəstəlikdir. İmam Qəzali həzrətləri: “Ağlayan da uduza bilər, ağlamayan da” deyərkən məhz ağlayanların dünya sevdası ilə və saxta niyyətlərlə göz yaşı axıtdığını nəzərdə tutur. Çox ağlayanlar var ki, günahlarından, ya da Allaha eşq və bağlılıqlarından dolayı deyil, başqa səbəblərlə, dünyəvi hisslərin təsiri ilə göz yaşları tökərlər. Ən betəri isə həssas, duyğulu, müttəqi və Allah sevgisi ilə dolu bir insan kimi görünmə və tanınma məqsədi ilə ağlarlar. Bu cür ağlama dinimizə görə ən azı göz yaşı axıtmamaq qədər təhlükəli sayılmış və gizli şirk (Allaha şərik qoşmaq) kimi qəbul edilmişdi.
Mömin xüsusilə də toplum içində qəlbinin həyəcanlarına hakim olmağa çalışmalı, iradəsini səfərbər edib göz yaşlarını içinə axıtmalıdır. Əgər buna gücü yetmirsə, ancaq o zaman göz yaşının qarşısındakı bəndi açmalıdır.
Göz yaşı cəhənnəm alovlarını söndürəcək yeganə iksirdir. _________________ Adminleri çıldırtmanın yollarını öğrenin
Ya da
Forum Kurallarını Okuyun
|
|
| Əvvələ qayıt |
|
Secde V.I.P


Daxil ol: Sep 20, 2007 Mesajlar: 252
10000.4 Xal
|
Göndərilib: B. Apr. 13, 2008 8:03 pm Mesaj mətni: |
|
|
Gec gördüm.Amma çox gözəl mövzu. Allah səndən razı olsun Elif!
Adətən kişilər ağlamağı özlərinə ar bilirlər. Ümməti üçün ağlayan peyğəmbər əfəndimiz (s.a.s) ümməti üçün ağlayıb, Allaha dua edib.
Allaha dua edərsənsə gözlərində yaş, könlündə istilik, cismində sakitlik görərsən. Qəlblərin hakimi olan Allah hər birimizə yar olsun! |
|
| Əvvələ qayıt |
|
mavi_dus Yeni Forumçu


Daxil ol: Oct 03, 2007 Mesajlar: 27
1253.0 Xal
|
Göndərilib: B. Apr. 13, 2008 9:27 pm Mesaj mətni: |
|
|
ellerine saglık elif bacı ben geldim ayrıca kusura bakmayın işlerden dolayı giremedim |
|
| Əvvələ qayıt |
|
|
|
Bu forumda yeni mövzu aça bilməzsiniz. Bu forumdakı mesajlara cavab verə bilməzsiniz. Bu forumdakı mesajlarınızı düzəldə biməzsiniz. Bu forumdakı mesajlarınızı silə bilməzsiniz. Bu forumdakı sorğularda səs verə bilməzsiniz.
|
|