 |
| Əvvəlki mövzu :: Sonrakı mövzu |
| Müəllif |
Mesaj |
APA Azeri.net Sevdalısı


Daxil ol: Mar 05, 2008 Mesajlar: 3614
1.0 Xal
|
Göndərilib: ç.a. Apr. 15, 2008 5:01 pm Mesaj mətni: Vladimir Putin "Yedinaya Rossiya" Partiyasının sədri seçilib |
|
|
Vladimir Putin "Yedinaya Rossiya" Partiyasının sədri seçilib
Moskva - APA. Rusiya prezidenti Vladimir Putin "Yedinaya Rossiya" Partiyasına başçılıq etməyə razılıq verib. APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, V. Putin bunu partiyanın qurultayındakı çıxışında deyib və qərarın yeni prezident Dmitri Medvedevin andiçmə mərasimindən sonra qüvvəyə minməsini istəyib: "Mən partiya rəhbərliyinin və üzvlərinin təklifini minnətdarlıqla qəbul edirəm". V. Putin bildirib ki, partiyada islahat aparılmalı və "Yedinaya Rossiya" təsadüfi adamlardan xilas olmalıdır: "Partiya gənclər, ziyalılar, sahibkarlar, fəhlələr və kənd zəhmətkeşləri ilə fəal işləməlidir". V. Putinin çıxışından sonra qurultay onu yekdilliklə partiyanın sədri seçib. Qərar yeni prezidentin öz səlahiyyətlərinin icrasına başlamasından sonra qüvvəyə minəcək. |
|
| Əvvələ qayıt |
|
APA Azeri.net Sevdalısı


Daxil ol: Mar 05, 2008 Mesajlar: 3614
1.0 Xal
|
Göndərilib: ç.a. Apr. 15, 2008 5:36 pm Mesaj mətni: Angela Merkel: "Almaniya üçün Xolokost qırğınını tanımaq mühüm məsələdir" |
|
|
Angela Merkel: "Almaniya üçün Xolokost qırğınını tanımaq mühüm məsələdir"
Strasburq. Fuad Qulubəyli-APA. "Avropa Şurası və Avropa İttifaqı fərqli təşkilatlardır, amma bu təşkilatlar ümumi dəyərlər baxımından bir-birilərini tamamlayırlar". APA-nın Avropa bürosunun məlumatına görə, bu fikirləri Almaniyanın baş kansleri, xanım Angela Merkel AŞ PA-nın yaz sessiyasında çıxışı zamanı söyləyib. Bütün Avropa ölkələrinin Avropa Şurasında təmsil olunduğunu xatırladan xanım Merkel bu ölkələr arasında güclü qarşıdurma faktlarının olmamasını müsbət məqam kimi qeyd edib. İnsan hüquqlarının qorunmasında Avropa İnsan Hüquqları Məhkəməsinin mühüm rol oynadığını deyən Angela Merkel məhkəmə işinin daha da səriştəli şəkildə işləyə bilməsi üçün Avropa İnsan Hüquqları Konvensiyasının 14-cü Protokolunun ratifikasiya edilməsini zəruri sayıb: "Biz gələcəkdə də Avropa vətəndaşlarının rifahı naminə birlikdə çox işlər görməliyik və bununla da dünyaya nümayiş etdirməliyik ki, biz avropalılar yaxşı nümunə ola bilərik". Ermənistanın AŞ PA-da nümayəndə heyətinin üzvlərindən biri Almaniyanın demokratiyaya doğru yolunun Xolokost qırğınını tanımaqdan keçdiyini bildirib və kanslerdən digər xalqların tarixində soyqırımlarına hansı münasibət bəslədiyini soruşub. Angela Merkel Almaniya üçün Xolokost qırğınını tanımağın mühüm məsələ olduğunu bildirib: "Almaniya öz tarixini həmişə bilib və Xolokostun tanınması bizim üçün çox mühüm məsələdir. Kim öz tarixini, keçmişini bilmir, onun gələcəyi də olmaz. Təbii ki, Avropada əsas dəyərlərdən biri azadlıqdır. Lakin tolerantlıq da nəzərə alınmalı və ölkələr bu kimi məsələlərdə məhz belə dəyərlərdən çıxış edərək belə problemlərə yanaşmalıdır". |
|
| Əvvələ qayıt |
|
APA Azeri.net Sevdalısı


Daxil ol: Mar 05, 2008 Mesajlar: 3614
1.0 Xal
|
Göndərilib: ç.a. Apr. 15, 2008 5:46 pm Mesaj mətni: Dünya Azərbaycanlıları Konqresinin növbəti qurultayı mayın 23-25-də Kölndə keçiriləcək |
|
|
Dünya Azərbaycanlıları Konqresinin növbəti qurultayı mayın 23-25-də Kölndə keçiriləcək
Bakı. Ramil Məmmədli-APA. Dünya Azərbaycanlıları Konqresinin (DAK) qurultayı bu il mayın 23-25-də Almaniyanın Köln şəhərində keçiriləcək. Sabir Rüstəmxanlının rəhbərlik etdiyi DAK informasiya xidmətinin rəhbəri Rəşad Xasayoğlunun APA-ya verdiyi məlumata görə, bu barədə qərar qurumun İdarə Heyətinin aprelin 14-də keçirilən toplantısında verilib. Qurultayın son iş günü Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 90 illiyinə və 2006-cı ilin mayında İranın azərbaycanlılar yaşayan şəhərlərində baş verən hadisələrə həsr olunacaq. Qeyd edək ki, 2008-ci ilin martın 4-də DAK İdarə Heyətinin toplantısı keçirilib. Yığıncaqda təşkilat sədrinə etimad məsələsi müzakirəyə çıxarılıb. Qulamrza Səbri Təbrizi səs çoxluğu ilə qurumun rəhbəri vəzifəsindən çıxarılıb və DAK sədrinin vəzifəsinin icrası qurum sədrinin birinci müavini Sabir Rüstəmxanlıya tapşırılıb. Hazırda Qulamrza Səbri Təbrizinin və Sabir Rüstəmxanlının rəhbərlik etdiyi qruplar ayrı-ayrılıqda qurultay keçirməyə hazırlaşırlar. |
|
| Əvvələ qayıt |
|
APA Azeri.net Sevdalısı


Daxil ol: Mar 05, 2008 Mesajlar: 3614
1.0 Xal
|
Göndərilib: ç.a. Apr. 15, 2008 5:56 pm Mesaj mətni: Azərbaycan prezidenti "Azadlıq" radiosunun prezidentini qəbul edib |
|
|
Azərbaycan prezidenti "Azadlıq" radiosunun prezidentini qəbul edib
Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan prezidenti İlham Əliyev bu gün "Azadlıq" radiosunun prezidenti Cefri Gedmini qəbul edib. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, C. Gedmin bildirib ki, Azərbaycana səfərinin əsas məqsədi ölkəmizdə gedən proseslərlə yaxından tanış olmaqdır. Qonaq Azərbaycanda dinamizm və inkişafın şahidi olduğunu vurğulayıb.Öz növbəsində, dövlət başçısı bildirib ki, Azərbaycanda bütün sahələrdə çox sürətli inkişaf var və bu iqtisadi inkişaf prosesləri respublikanın bütün bölgələrini əhatə edir. |
|
| Əvvələ qayıt |
|
APA Azeri.net Sevdalısı


Daxil ol: Mar 05, 2008 Mesajlar: 3614
1.0 Xal
|
Göndərilib: ç.a. Apr. 15, 2008 6:01 pm Mesaj mətni: Səyavuş Novruzov Pənah Hüseynə xəbərdarlıq edib |
|
|
Səyavuş Novruzov Pənah Hüseynə xəbərdarlıq edib
Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisin bugünkü iclasında deputat Səyavuş Novruzov həmkarı Pənah Hüseynə xəbərdarlıq edib.
APA-nın məlumatına görə, S. Novruzov günün birinci yarısında iclasda baş verən insidentdən sonra P. Hüseynin üzr istəməsini gözlədiyini söyləyib: "Elə bilirdim, o, əməlinə görə üzrxahlıq edəcək, amma bu olmadı. Mən Pənah Hüseyndən əvvəlcə xahiş, sonra tələb edirəm ki, etik normalara riayət etsin". S. Novruzov deyib ki, parlamentdə YAP-ın 64 deputatı var. Əgər P. Hüseyn etik normalara əməl etməsə, ona başqa cür cavab veriləcək: "İndi 1992-ci il deyil ki, yerindən danışasan. Hər kəs növbəsi çatanda çıxış etməlidir". |
|
| Əvvələ qayıt |
|
APA Azeri.net Sevdalısı


Daxil ol: Mar 05, 2008 Mesajlar: 3614
1.0 Xal
|
Göndərilib: ç.a. Apr. 15, 2008 6:11 pm Mesaj mətni: Azərbaycan paytaxtında baş verən qətlin qarət məqsədilə törədildiyi ehtimal olunur |
|
|
Azərbaycan paytaxtında baş verən qətlin qarət məqsədilə törədildiyi ehtimal olunur
Bakı. Hacı Zeynalov-APA. Bakının Nərimanov rayonu, Yusif Vəzir Çəmənzəminli küçəsi, 7/19 saylı binanın 26-cı mənzilində baş vermiş qətlin qarət məqsədilə törədildiyi ehtimal olunur.
Nərimanov Rayon Polis İdarəsinin 16-cı polis bölməsindən APA-ya bildirilib ki, polisə sözügedən ünvanda yanğın baş verdiyi barədə məlumat daxil olub. Hadisə yerinə gedən polis əməkdaşları 4 nəfərin meyitini aşkarlayıblar. Məlum olub ki, evdə yaşayan Ofeliya Aslanova, onun qızları - Sevinc Aslanova, Nərgiz Aslanova və 7 yaşlı nəvəsi Fərid qətlə yetiriləndən sonra yanğın törədilib. Hadisə yerində işləyən əməliyyatçıların ilkin qənaətinə görə, qətl qarət məqsədilə törədilib. Otaqlarda əşyaların dağınıq olması bu qənaətə gəlməyə əsas verir. İlkin ehtimala görə, cinayətkar və ya cinayətkarlar mənzilə qapıdan daxil olublar. Evdəkilərin qapını açması belə deməyə əsas verir ki, cinayəti törədən şəxs və ya şəxslər onların tanıdıqları adam və ya adamlar olublar. Hadisənin şahidinin olmaması üçün ailənin bütün üzvləri qətlə yetirilib. Hələlik mənzildən oğurluq edilib-edilmədiyi müəyyənləşdirilməyib. S. Aslanovanın ev alqı-satqısı ilə məşğul olduğu bildirilir. Faktla bağlı Bakı Şəhər Prokurorluğunda müvafiq maddələr üzrə cinayət işi başlanılıb, əməliyyat-axtarış tədbirləri görülür. |
|
| Əvvələ qayıt |
|
APA Azeri.net Sevdalısı


Daxil ol: Mar 05, 2008 Mesajlar: 3614
1.0 Xal
|
Göndərilib: ç.a. Apr. 15, 2008 6:21 pm Mesaj mətni: Andres Herkel: "Ermənistanla müqayisədə Azərbaycana qarşı ikili standartlardan çıxış olunması iddiası ilə razılaşmaya bilmərəm" |
|
|
Andres Herkel: "Ermənistanla müqayisədə Azərbaycana qarşı ikili standartlardan çıxış olunması iddiası ilə razılaşmaya bilmərəm"
Strasburq. Fuad Qulubəyli - APA. "Ermənistanla müqayisədə Azərbaycana qarşı ikili standartlardan çıxış olunması iddiası ilə razılaşmaya bilmərəm. Mənə də elə gəlir ki, Ermənistanla bağlı hesabatlar Azərbaycanla bağlı hesabatlar kimi sərt olmayıb. Bu baxımdan AŞ PA-nın yaz sessiyasının dördüncü günü Ermənistanla bağlı fövqəladə müzakirələrin keçirilməsi barədə qərarına çox müsbət yanaşıram".
Bu eksklüziv açıqlamanı APA-nın Avropa bürosuna AŞ PA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel verib. O, Rusiya və Ermənistanda seçkilərdən sonrakı vəziyyətlə bağlı keçirilən müzakirələrdə Ermənistana qarşı kəskin mövqe tutmadığını bildirib: "Rusiyaya gəldikdə isə hesab edirəm ki, uzun müddət bu ölkə ilə bağlı elə də ciddi bir hesabat hazırlanmayıb və bu vəziyyət monitorinq altında olan ölkələr üzrə mütəmadi hesabatların hazırlanması prinsipinə uyğun deyil. Təbii ki, mənim əsas vəzifəm ilk növbədə Azərbaycanla məşğul olmaqdır. Bununla bağlı mən istər plenar iclaslar, yaxud komitə iclasları vaxtı digər ölkə ilə də bağlı öz tənqidi fikirlərimi bildirirəm. Ümumilikdə iş formatı səviyyəsində AŞ PA-da ikili standartlar siyasətinin olduğunu düşünmürəm. Amma Assambleya bəzi ölkələrin öz öhdəliklərini yerinə yetirməsinə qətiyyətlə yanaşmır və bu zaman ikili standartlardan yanaşma hallarını müşahidə etmək mümkündür. Ermənistana gəldikdə, məni əsasən narahat edən məqam odur ki, bu ölkədə hökumət gücdən qeyri-adekvat istifadə edib və küçə döyüşlərindən sonra məsələnin ciddiliyini anlamağa başlayıblar. Bu hal Ermənistandakı problemlərin olmadığı digər ölkələrdə də müxalifətin hakimiyyəti seçkilər yolu ilə deyil, güc yolu ilə ələ keçirməsi üçün siqnal rolunu oynaya bilər. Amma mən ilk növbədə Azərbaycanla bağlı məsələlərlə məşğulam və ölkənizlə bağlı işləri mütəmadi müstəviyə keçirmək istəyirəm".Andres Herkel həmməruzəçilərin Azərbaycana səfərinin vaxtının dəqiqləşmədiyini deyib: "Güman edirəm ki, mayın ortasında səfər edəcəyik. Səfərin AŞ PA-nın iyun sessiyasına qədər reallaşması vacibdir". Andres Herkel Azərbaycanda jurnalistlərin həbsinin ən narahatedici məqam olduğunu bildirib. Onun sözlərinə görə, bu problemlər həll olunsa, həmməruzəçilər Dağlıq Qarabağdan qaçqın düşmüş qaçqınların hüquqlarının müdafiəsi məsələsi ilə məşğul ola bilər. |
|
| Əvvələ qayıt |
|
APA Azeri.net Sevdalısı


Daxil ol: Mar 05, 2008 Mesajlar: 3614
1.0 Xal
|
Göndərilib: ç.a. Apr. 15, 2008 6:36 pm Mesaj mətni: Aprelin 17-də Avropa Şurasının yeni binasının rəsmi açılış mərasimi keçiriləcək |
|
|
Aprelin 17-də Avropa Şurasının yeni binasının rəsmi açılış mərasimi keçiriləcək
Bakı. Ülviyyə Əliyeva-APA. Aprelin 17-də Avropa Şurasının yeni binasının - "Aqora"nın rəsmi açılış mərasimi keçiriləcək. APA-nın məlumatına görə, açılış mərasimində AŞ PA prezidenti Luis Mariya de Puç, Avropa Şurasının xarici və Avropa işləri üzrə naziri Bernard Kuşner, qurumun baş katibi Terri Devis, Nazirlər Müavinləri Aparatının sədri Emil Kuçar iştirak edəcək. Avropa Şurasının baş ofisindən APA-ya daxil olan məlumata görə, Bernard Kuşner binanın adı həkk olunan lövhənin örtüyünü təntənəli surətdə açacaq. Binanın adı Avropa Şurası heyəti tərəfindən səsvermə nəticəsində qəbul olunub. "Aqora" qədim Yunanıstanda demokratik institutların yerləşdiyi meydanın adı olub. Martın 13-də bina Kannda keçirilən MİPİM - xüsusi mülkiyyət professionalları bazarında dünyanın ən yaxşı biznes binası seçilib. Arxitektorlar binanın memarlıq keyfiyyətlərini və ofis üçün optimal imkanlarını yüksək qiymətləndiriblər. Bina sentyabrın 15-də Avropa Mirası Günləri çərçivəsində ictimaiyyətə təqdim olunacaq. |
|
| Əvvələ qayıt |
|
APA Azeri.net Sevdalısı


Daxil ol: Mar 05, 2008 Mesajlar: 3614
1.0 Xal
|
Göndərilib: ç.a. Apr. 15, 2008 6:56 pm Mesaj mətni: Qazaxıstan səfiri Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalovla görüşüb |
|
|
Qazaxıstan səfiri Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalovla görüşüb
Bakı-APA. Qazaxıstanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Serik Primbetov və Qazaxıstan Müdafiə Nazirliyinin Azərbaycandakı hərbi attaşesi Rımbek Tursaqatov müdafiə sənayesi naziri Yavər Camalovla görüşüblər. APA-nın "Kazinform"a istinadən yaydığı məlumata görə, görüşdə Azərbaycanla Qazaxıstan arasında hərbi-texniki sahədə əməkdaşlıq məsələləri müzakirə olunub. Səfir Qazaxıstanın yeni hərbi doktrinaya uyğun olaraq öz hərbi qüvvələrini modernizə etdiyini və döyüş hazırlığı səviyyəsini yüksəltdiyini bildirib. Görüşdə çıxış edən nazir Yavər Camalov Azərbaycanda müdafiə sənayesi sahəsində xüsusi dövlət qurumunun yaradılmasını günün tələbi kimi dəyərləndirib və müdafiə sənayesi sahəsində Qazaxıstanın "Kazinjinirink" Milli Şirkəti ilə əməkdaşlığa hazır olduğunu deyib. |
|
| Əvvələ qayıt |
|
APA Azeri.net Sevdalısı


Daxil ol: Mar 05, 2008 Mesajlar: 3614
1.0 Xal
|
Göndərilib: ç.a. Apr. 15, 2008 7:26 pm Mesaj mətni: Kosovodan qayıdan azərbaycanlı əsgərlərin rəsmi qarşılanma mərasimi keçirilib |
|
|
Kosovodan qayıdan azərbaycanlı əsgərlərin rəsmi qarşılanma mərasimi keçirilib
APA-nın məlumatına görə, tədbirdə çıxış edən taborun komandiri, polkovnik-leytenant Elxan Şalbuzov 1999-cu ildən 400-dən artıq azərbaycanlı hərbçinin Kosovoda Türkiyə Silahlı Qüvvələri taborunun tərkibində xidmət keçdiyini bildirib. Kosovodakı sülhməramlı tağımın komandiri kapitan Əmirbəy Baxşıyev bildirib ki, Azərbaycan hərbçiləri Kosovonun albanlar yaşayan Draqaş rayonunun 19 kəndində asayişin qorunmasında iştirak edib: «Xidmət etdiyimiz 9 il ərzində taqımımız bir çox nailiyyət əldə edib, yerli əhalinin və komandanlığın sevgisini qazanıb». Ə.Baxşıyev Azərbaycan sülhməramlı taqımının Kosovodakı türk taboru, çoxmillətli cənub briqadası komandiri, KFOR (Kosovoda Sülhün Dəstəklənməsi Əməliyyatları) birlikləri komandanlığı və Draqaş şəhər icra başçısı tərəfindən qiymətli hədiyyə və fəxri fərmanlarla təltif olunduğunu qeyd edib. Taqımda xidmət edən baş gizir Rövşən Qəhrəmanov Əfqanıstan, İraq və Kosovoda xidmət keçdiyini, xidmət etdiyi bütün sülhyaratma əməliyyatlarında Azərbaycan hərbçilərinin peşəkarlığının yuxarı komandanlıq tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb. Daha sonra Kosovodan qayıtmış 34 hərbçiyə (1 zabit, 1 gizir və 32 əsgərə) KFOR komandanlığının «Nailiyyət Medalı» təqdim olunub. Qeyd edək ki, Kosovo müstəqilliyini elan edəndən sonra Azərbaycan Milli Məclisi sülhməramlıların geri çağırılması barədə qərar qəbul edib. |
|
| Əvvələ qayıt |
|
APA Azeri.net Sevdalısı


Daxil ol: Mar 05, 2008 Mesajlar: 3614
1.0 Xal
|
Göndərilib: ç.a. Apr. 15, 2008 8:06 pm Mesaj mətni: Pyer Helq: "İsveçrə GUAM-da müşahidəçi statusu ilə təmsilçiliyə dəvət olunsa, bu təklifi həvəslə müzakirə edərik" |
|
|
Pyer Helq: "İsveçrə GUAM-da müşahidəçi statusu ilə təmsilçiliyə dəvət olunsa, bu təklifi həvəslə müzakirə edərik"
Bakı. Tamara Qriqoryeva - APA. "İsveçrə ənənəvi olaraq bütün dünyada insan hüquqlarına hörmətlə yanaşılmasını zəruri hesab edən ölkədir, buna görə də ölkəmiz bütün münaqişələrin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə böyük maraq göstərir". Bu eksklüziv açıqlamanı APA-ya İsveçrə Konfederasiyası Xarici İşlər Nazirliyinin dövlət katibinin müavini Pyer Helq verib. O, ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair danışıqlar prosesinin davam etdirilməsində maraqlı olduğunu bildirib: "Biz inanırıq ki, hamının maraqlarını qorumaq üçün hamını dinləmək vacibdir". GUAM-ın kifayət qədər güclü və perspektivli təşkilat adlandıran Pyer Helq qurumun daim inkişaf etdiyini, gücləndiyini bildirib: "İsveçrə bu qurumda müşahidəçi statusu ilə iştiraka, yaxud GUAM formatında əməkdaşlığa dair hələlik rəsmi dəvət almayıb. Əgər belə bir dəvət olsa, təklifi çox həvəslə müzakirə edərik". |
|
| Əvvələ qayıt |
|
APA Azeri.net Sevdalısı


Daxil ol: Mar 05, 2008 Mesajlar: 3614
1.0 Xal
|
Göndərilib: ç.a. Apr. 15, 2008 8:21 pm Mesaj mətni: Azərbaycanda "Aşıq Ələsgər günləri: saz və söz bayramı" adlı tədbirkeçirilib |
|
|
Azərbaycanda "Aşıq Ələsgər günləri: saz və söz bayramı" adlı tədbirkeçirilib
Bakı. Laura Cəbrayıllı-APA. Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun təşkilatçılığı ilə "Aşıq Ələsgər günləri: saz və söz bayramı" adlı tədbir keçirilib. APA-nın məlumatına görə, tədbiri giriş sözü ilə ya AMEA-nın Folklor İnstitutunun direktoru Hüseyn İsmayılov açaraq, Azərbaycan aşıq məktəbindən və onun görkəmli nümayəndələrindən danışıb. Saz və söz bayramı Aşıq Oqtay, Aşıq Mahmud, Aşıq Fəzail, Aşıq Altay, eləcə də Şirvan aşıq qruplarının ifası ilə davam edib. İran aşıqları və "İrs" folklor ansamblının ifasında Güney Azərbaycanın aşıq sənətindən, folklor yaradıcılığından nümunələr oxunub. Azərbaycanda IV dəfə təşkil olunan Aşıq Ələsgər günləri bu gün başa çatıb. |
|
| Əvvələ qayıt |
|
APA Azeri.net Sevdalısı


Daxil ol: Mar 05, 2008 Mesajlar: 3614
1.0 Xal
|
Göndərilib: ç.a. Apr. 15, 2008 8:31 pm Mesaj mətni: Siyavuş Novruzov: "Azərbaycanda seçki kampaniyasının müddətinin azaldılmasına ehtiyac var" |
|
|
Siyavuş Novruzov: "Azərbaycanda seçki kampaniyasının müddətinin azaldılmasına ehtiyac var"
Bakı. Elnur Məmmədli - APA. "Dünyanın heç bir yerində seçki kampaniyasının müddəti 90 gündən artıq deyil. Bir çox ölkələrdə seçki kampaniyası 60 günü əhatə edir". Bu açıqlamanı APA-ya Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü Siyavuş Novruzov verib. Onun sözlərinə görə, Azərbaycanda da seçki kampaniyasının müddətinin azaldılmasına ehtiyac var və bununla bağlı YAP aidiyyəti qurumlara, beynəlxalq təşkilatlara təkliflər təqdim edib. Millət vəkilinin fikrincə, seçki kampaniyasının müddəti 120 gündən 60 günə endirilməli, namizədliyin irəli sürülməsi, imzatoplama, namizədliyin qeydə alınması, təbliğat və təşviqat kampaniyaları bu müddətdə həyata keçirilməlidir. Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı Milli Məclisə daxil olmuş qanun layihəsində seçki kampaniyasının müddətinin 90 günə endirilməsi ilə bağlı yayılan məlumatlara gəldikdə, S. Novruzov bundan xəbərsiz olduğunu deyib: "Mən Milli Məclisin dövlət və hüquq quruculuğu komissiyasının üzvü olmadığından layihədən xəbərim yoxdur. Amma belə bir təklif irəli sürüləcəksə, biz bunu dəstəkləyəcəyik". |
|
| Əvvələ qayıt |
|
APA Azeri.net Sevdalısı


Daxil ol: Mar 05, 2008 Mesajlar: 3614
1.0 Xal
|
Göndərilib: ç.a. Apr. 15, 2008 8:36 pm Mesaj mətni: Avropa Şurası Nazirlər Komitəsinin sədri Yan Kubiş: "Gələn həftə Azərbaycanda olacağam" |
|
|
Avropa Şurası Nazirlər Komitəsinin sədri Yan Kubiş: "Gələn həftə Azərbaycanda olacağam"
Strasburq. Fuad Qulubəyli - APA. Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin üzvü Qənirə Paşayeva AŞ Nazirlər Komitəsinin sədri Yan Kubişə sorğu ünvanlayıb.
APA-nın Avropa bürosunun xəbərinə görə, azərbaycanlı parlamentar sorğusunda Ermənistanda keçirilən prezident seçkiləri zamanı işğal olunmuş Azərbaycan ərazilərində - Dağlıq Qarabağda, Laçın və Kəlbəcər rayonlarında da seçki məntəqələri yaradıldığını xatırladaraq bildirib ki, bununla da rəsmi İrəvan beynəlxalq hüquq normalarını növbəti dəfə pozmaqla yanaşı, münaqişənin dinc yolla nizamlanmasına dair Avropa Şurası qarşısında götürdüyü öhdəliyə əməl etmədiyini bir daha göstərib. O, Ermənistan rəhbərliyinin seçkilərdən dərhal sonra ölkədə elan etdiyi fövqəladə vəziyyət rejiminə beynəlxalq təşkilatların və ölkə ictimaiyyətinin sərt reaksiyasını gördükdən sonra diqqəti başqa istiqamətə yönəltmək üçün atəşkəs rejimini pozduğunu bildirib. Q. Paşayeva deyib ki, Ermənistan prezidentinin andiçməsindən dərhal sonra bu ölkə parlamentində keçirilən müzakirələrdə rəsmi İrəvanın münaqişənin ya Dağlıq Qarabağın müstəqilliyi, ya da Ermənistana birləşdirilməsi yolundan başqa heç bir həll yolu ilə razılaşmayacağı qeyd olunub. Bu isə Ermənistanın ölkələrin ərazi bütövlüyü kimi beynəlxalq hüquq prinsiplərinə, BMT-nin, AŞ PA-nın və digər beynəlxalq təşkilatların qətnamələrinə, AŞ qarşısında götürdüyü öhdəliyə məhəl qoymadığının daha bir sübutudur: "Bütün bunları nəzərə alaraq Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində deyil, əksinə, vəziyyəti daha da gərginləşdirmək istiqamətində addımları Nazirlər Komitəsinin sədri kimi sizi və rəhbərlik etdiyiniz qurumu narahat edirmi və onların qarşısının alınması istiqamətində hansı addımlar atmağı planlaşdırırsınız?" AŞ Nazirlər Komitəsinin sədri Y. Kubiş sorğuya cavabında bildirib ki, Avropa Şurasına qəbul edilərkən həm Ermənistan, həm də Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli barədə öhdəlik götürüblər: "Buna görə də hesab edirəm ki, hər iki ölkə Minsk Qrupu çərçivəsində aparılan sülh danışıqlarına xələl gətirə biləcək bəyanatlardan boyun qaçırmalıdır. Çox ümid edirəm ki, bu danışıqlar prosesi sayəsində tezliklə Azərbaycan və Ermənistan arasında razılıq əldə ediləcək. Bu məqsədə çatmaq üçün Azərbaycan və Ermənistan xalqları arasında dialoq, qarşılıqlı anlaşma və etimad çox vacibdir. Təbii ki, buna yardım etmək ilk növbədə iki ölkə rəhbərliklərinin üzərinə düşən vəzifədir. Bizim edə biləcəyimiz köməyə gəldikdə, ötən il İsveç hökumətinin təşkilatçılığı ilə bu ölkədə Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə keçirilmiş konfransı misal göstərə bilərəm. Mənim özüm də gələn həftə Azərbaycana olacağam və bu məsələ ilə bağlı müzakirələr aparacağam. Lazım gələrsə, ATƏT-də çalışdığım vaxt qazandığım təcrübədən istifadə edərək bu işə öz töhfəmi verə bilərəm". |
|
| Əvvələ qayıt |
|
APA Azeri.net Sevdalısı


Daxil ol: Mar 05, 2008 Mesajlar: 3614
1.0 Xal
|
Göndərilib: çər. Apr. 16, 2008 12:26 am Mesaj mətni: Lənkəranda başı bədənindən ayrılmış kişi meyiti aşkarlanıb |
|
|
Lənkəranda başı bədənindən ayrılmış kişi meyiti aşkarlanıb
Lənkəran. Ağəddin Babayev-APA. Bu gün saat 21.20 radələrində Lənkəran dəmir yolu vağzalında başı bədənindən ayrılmış, 50-55 yaşında kişi meyiti aşkarlanıb. Lənkəran rayon Prokurorluğunun müstəntiqi Rəfail Bədəlovun APA-nın cənub bürosuna verdiyi məlumata görə, hələlik şəxsiyyəti müəyyənləşməyən kişinin ölümündən öncə Astara-Bakı istiqamətində hərəkət edən 659 saylı sərnişin qatarı ərazidən keçib. İlkin versiyaya görə, bu şəxs qatarın altında qalıb. Onun rus olduğu güman edilir.Hazırda faktla bağlı Lənkəran rayon Prokurorluğunda araşdırma aparılır. |
|
| Əvvələ qayıt |
|
|
|
Bu forumda yeni mövzu aça bilməzsiniz. Bu forumdakı mesajlara cavab verə bilməzsiniz. Bu forumdakı mesajlarınızı düzəldə biməzsiniz. Bu forumdakı mesajlarınızı silə bilməzsiniz. Bu forumdakı sorğularda səs verə bilməzsiniz.
|
|