 |
| Əvvəlki mövzu :: Sonrakı mövzu |
| Müəllif |
Mesaj |
APA Azeri.net Sevdalısı


Daxil ol: Mar 05, 2008 Mesajlar: 2553
1.0 Xal
|
Göndərilib: çər. Apr. 16, 2008 3:21 pm Mesaj mətni: Milli Məclisdə "Uşaq idmanı haqqında" qanun layihəsi ilə bağlı dinləmələr keçirilib |
|
|
Milli Məclisdə "Uşaq idmanı haqqında" qanun layihəsi ilə bağlı dinləmələr keçirilib
Bakı. Elbrus Seyfullayev-APA. Bu gün Milli Məclisdə parlamentin sosial siyasət daimi komissiyasının təşkilatçılığı, Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və UNİCEF-in iştirakı ilə "Uşaq idmanı haqqında" qanun layihəsi ilə bağlı dinləmələr keçirilib. APA-nın məlumatına görə, parlament dinləmələrində Milli Məclisin vitse-spikeri Bahar Muradova çıxış edərək Azərbaycanda idmanın daha da kütləviləşdiyini, elə bu baxımdan da "Uşaq idmanı haqqında" qanunun qəbulunun aktuallaşdığını bildirib. Onun sözlərinə görə, parlament dinləmələri zamanı səsləndirilən bütün fikirlər qanun layihəsi üzərində iş aparılarkən nəzərə alınacaq. Parlamentin sosial siyasət daimi komissiyasının sədri Hadı Rəcəbli belə bir qanunun qəbul edilməsində əsas məqsədin Azərbaycanda uşaq idmanı sahəsində fəaliyyəti əlaqələndirməyə nail olmaqdan ibarət olduğunu deyib. Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov ölkədə uşaq idmanı ilə məşğul olan mütəxəssislərə böyük ehtiyac olduğunu söyləyib. O, hazırda Azərbaycanda 200-dək idman məktəbində 150 min uşağın idmanla məşğul olduğunu diqqətə çatdırıb. |
|
| Əvvələ qayıt |
|
APA Azeri.net Sevdalısı


Daxil ol: Mar 05, 2008 Mesajlar: 2553
1.0 Xal
|
Göndərilib: çər. Apr. 16, 2008 3:26 pm Mesaj mətni: Çingiz Əsgərov: "Yaxın gələcəkdə Avropa Məhkəməsində Azərbaycanla bağlı hər hansı qərarın elan olunması gözlənilmir" |
|
|
Çingiz Əsgərov: "Yaxın gələcəkdə Avropa Məhkəməsində Azərbaycanla bağlı hər hansı qərarın elan olunması gözlənilmir"
Bakı. Məhbubə Qasımbəyli-APA. Hazırda İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə Azərbaycandan göndərilən 35 şikayətlə bağlı qurumla Azərbaycan arasında kommunikasiya mövcuddur.
APA-nın xəbərinə görə, bu barədə jurnalistlərə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Avropa Məhkəməsində səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov bildirib. Azərbaycandan Avropa Məhkəməsinə edilən şikayətlərdən 66-nın icraata götürüldüyünü xatırladan Ç. Əsgərov deyib ki, 31 işlə bağlı kommunikasiya mərhələsi başa çatıb, 35 şikayət üzrə isə yazışmalar davam etdirilir: "Yaxın gələcəkdə Avropa Məhkəməsində Azərbaycanla bağlı hər hansı qərarın elan olunması gözlənilmir". |
|
| Əvvələ qayıt |
|
APA Azeri.net Sevdalısı


Daxil ol: Mar 05, 2008 Mesajlar: 2553
1.0 Xal
|
Göndərilib: çər. Apr. 16, 2008 3:31 pm Mesaj mətni: Bu gün Vyanada ATƏT-in Minsk Qrupunun üzvü olan ölkələrin görüşü keçiriləcək |
|
|
Bu gün Vyanada ATƏT-in Minsk Qrupunun üzvü olan ölkələrin görüşü keçiriləcək
Bakı. Tamara Qriqoryeva - APA. Bu gün Bakı vaxtı ilə saat 19.30-da Vyanada ATƏT-in Minsk Qrupunun üzvü olan ölkələrin görüşü başlayacaq. ATƏT-in Minsk Qrupunun fransalı həmsədri Bernar Fasie APA-ya bildirib ki, görüş brifinq xarakterli olacaq.
Həmsədrlər Minsk Qrupunun digər üzvlərinə - Almaniya, Türkiyə, İsveçrə, İtaliya, Finlandiya, Çexiya və Belarusa Azərbaycan və Ermənistan prezidentləri ilə Buxarestdə keçirilmiş görüş, irəli sürülən təkliflər və regiona son səfərləri haqqında məlumat verəcəklər. Qrup üzvlərinin ATƏT-dəki daimi nümayəndələr və ya ekspertlər səviyyəsində təmsil olunacağı gözlənilir. Brifinqin gedişində həmsədrlərin Azərbaycan və Ermənistana növbəti səfəri barədə qərar qəbul oluna bilər. Azərbaycanın ATƏT-dəki daimi nümayəndəsi Fuad İsmayılov deyib ki, Minsk Qrupu üzvlərinin görüşləri müntəzəm keçirilir və bu görüşlərdə münaqişə tərəflərindən başqa bütün qrup üzvləri iştirak edir. |
|
| Əvvələ qayıt |
|
APA Azeri.net Sevdalısı


Daxil ol: Mar 05, 2008 Mesajlar: 2553
1.0 Xal
|
Göndərilib: çər. Apr. 16, 2008 3:36 pm Mesaj mətni: Terri Devis: "ATƏT-in Minsk Qrupunun ləğv edilməsini səbirsizliklə gözləyirəm" |
|
|
Terri Devis: "ATƏT-in Minsk Qrupunun ləğv edilməsini səbirsizliklə gözləyirəm"
Strasburq. Fuad Qulubəyli - APA. "Azərbaycan və Ermənistanın Avropa Şurasına qəbuluna dəstək verənlər Dağlıq Qarabağ problemini də diqqət mərkəzində saxlayırdılar. Mən özüm də bir zamanlar bu işin içərisində olmuşam və problemdən xəbərdaram.
Lakin bu iki ölkənin Avropa Şurasına məhz Dağlıq Qarabağ münaqişəsini həll etmək məqsədilə üzv olmaq istədiyini söyləmək düzgün olmazdı". APA-nın Avropa bürosunun məlumatına görə, bu fikirləri Avropa Şurasının baş katibi Terri Devis Strasburqda keçirdiyi mətbuat konfransında səsləndirib. O, hər iki ölkənin Avropa Şurasına üzv qəbul olunan zaman başqa amillərin nəzərə alındığını bildirib: "Düzdür, bəziləri deyirdilər ki, bu ölkələr Dağlıq Qarabağ münaqişəsini həll etməyincə, Avropa Şurasına üzv qəbul oluna bilməz. Bəziləri isə deyirdi ki, Azərbaycanla Ermənistan Avropa Şurasına üzv qəbul olunsun və sonra biz münaqişənin həllində bu ölkələrə yardım edərik. Avropa Şurası bu münaqişənin nizamlanmasına dair danışıqlarda birbaşa iştirak etmir. ATƏT-in Minsk Qrupunun fəaliyyəti ilə bağlı fərqli dəyərləndirmələrə gəldikdə isə, təbii ki, münaqişənin həllinin bu qədər uzanması təəssüf doğurur. Minsk Qrupu uzun müddətdir ki, tərəflər arasında razılaşmaya nail olmaq istəyir, amma nəzərə almaq lazımdır ki, Minsk Qrupu hər hansı həll variantını tərəflərə zorla qəbul etdirə bilməz. Bu institut həll variantının tapılmasında yardımçı rolunda çıxış edir. Mən hər iki ölkənin xarici işlər nazirləri ilə söhbət etmişəm və təəssüratım belədir ki, tərəflər razılığa çox yaxındır. Hesab edirəm ki, artıq yaxın vaxtlarda razılıq əldə olunacağına ümid bəsləyə bilərik". Terri Devis ATƏT-in Minsk Qrupunun fəaliyyətinin dayandırılması ilə bağlı iddiaları da özünəməxsus şəkildə cavablandırıb: "ATƏT-in Minsk Qrupunun fəaliyyətinə xitam verilməsinə razı olub-olmamağımla bağlı onu deyə bilərəm ki, bu qurumun ləğvini səbirsizliklə gözləyirəm. Onun ləğvi normalda Dağlıq Qarabağ münaqişəsinin həll edildiyi anlamı daşıyardı". Avropa məkanında medianın durumunu şərh edən Terri Devis bəzi problemlərin olduğunu bildirib. Rusiyada "ORT" telekanalının müxbirinin qətlə yetirilməsi, Ermənistanda internetə senzura qoyulması, Azərbaycanda jurnalistlərin həbsi faktlarından narahatlıq keçirdiyini bildirən Terri Devis bütövlükdə Avropa məkanında medianın durumunun yaxşılaşdırılmasının vacib olduğunu qeyd edib. |
|
| Əvvələ qayıt |
|
APA Azeri.net Sevdalısı


Daxil ol: Mar 05, 2008 Mesajlar: 2553
1.0 Xal
|
Göndərilib: çər. Apr. 16, 2008 3:41 pm Mesaj mətni: Azərbaycan vətəndaşlarının AİHM-də Ermənistana qarşı qaldırdıqları iddia ilə bağlı Azərbaycan hökumətinin şərhləri məhkəməyə göndərilib |
|
|
Azərbaycan vətəndaşlarının AİHM-də Ermənistana qarşı qaldırdıqları iddia ilə bağlı Azərbaycan hökumətinin şərhləri məhkəməyə göndərilib
Bakı. Məhbubə Qasımbəyli - APA. Azərbaycan vətəndaşlarının Avropa İnsan Haqları Məhkəməsində işğalçı Ermənistan dövlətinə qarşı qaldırdıqları iddia ilə bağlı Azərbaycan hökumətinin şərhləri məhkəməyə göndərilib. APA-nın xəbərinə görə, bunu Azərbaycanın Avropa İnsan Haqları Məhkəməsindəki səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov deyib.
O bildirib ki, Azərbaycan tərəfinin şərhləri AİHM tərəfindən Ermənistana göndərilib və İrəvan bununla bağlı möhlət istəyib: "Yəqin ki, proses payızda davam etdiriləcək". Ç. Əsgərov Ermənistandan deportasiya olunmuş azərbaycanlıların da AİHM-ə şikayət etdiklərini söyləyib. Həmin şikayətlər hələlik icraata götürülməyib. Ç. Əsgərovun sözlərinə görə, vaxtilə Goranboy rayonunun Gülüstan kəndində yaşamış bir erməni də AİHM-ə Azərbaycanla bağlı şikayətlə müraciət edib. Şikayətin icraata götürüldüyünü deyən Ç. Əsgərov bildirib ki, həmin şəxs 1992-ci ildə yaşadığı yeri tərk etdiyinə görə məsuliyyəti Azərbaycan hökumətinin boynuna qoyub: "Biz bununla bağlı geniş şərhlərimizi vermişik. Hesab edirəm ki, bu işin heç bir perspektivi yoxdur. Əminəm ki, bu işdə Azərbaycan hökuməti udacaq". |
|
| Əvvələ qayıt |
|
APA Azeri.net Sevdalısı


Daxil ol: Mar 05, 2008 Mesajlar: 2553
1.0 Xal
|
Göndərilib: çər. Apr. 16, 2008 3:51 pm Mesaj mətni: Türkiyə hərbi təyyarələri İraqın şimalını bombalayıb |
|
|
Türkiyə hərbi təyyarələri İraqın şimalını bombalayıb
Ankara - APA. Türkiyə hərbi təyyarələri İraqın şimalında bir qrup PKK-çıya zərbələr endirib.
APA-nın məlumatına görə, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı aprelin 15-də İraqın şimalındakı Avaşin-Basyan bölgəsində Türkiyəyə keçməyə hazırlaşan bir qrup terrorçunun müəyyənləşdirildiyini və bu qrupun hava bombardmanı ilə məhv edildiyini açıqlayıb. Əməliyyat zamanı nə qədər terrorçunun məhv edildiyini müəyyənləşdirmək mümkün olmayıb. Eyni gün Türkiyənin cənub-şərqində aparılan əməliyyatlarda 1 terrorçu öldürülüb, PKK-ya məxsus çoxlu sayda silah-sursat, qida məhsulları və tibbi ləvazimat aşkarlanaraq götürülüb. |
|
| Əvvələ qayıt |
|
APA Azeri.net Sevdalısı


Daxil ol: Mar 05, 2008 Mesajlar: 2553
1.0 Xal
|
Göndərilib: çər. Apr. 16, 2008 4:01 pm Mesaj mətni: Jurnalistlərin V qurultayına hazırlıq üçün Təşkilat Komitəsi yaradılıb |
|
|
Jurnalistlərin V qurultayına hazırlıq üçün Təşkilat Komitəsi yaradılıb
Bakı. Məhbubə Qasımbəyli-APA. Bu gün Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin növbəti iclası keçirilib. MŞ-dan APA-ya daxil olan məlumata görə, iclasda jurnalistlərinin V qurultayına hazırlıqla bağlı məsələlər müzakirə olunub.
Qurultayın iyunun ikinci yarısında keçirilməsi ilə bağlı qərar qəbul edilib və Əflatun Amaşovun sədrliyi ilə şuranın İdarə Heyətinin üzvlərindən ibarət Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsi yaradılıb. İclasda eyni zamanda qurultaya hazırlıq işlərini həyata keçirmək və lazımi sənədlərin tərtib edilməsi üçün Mətbuat Şurasının icraçı katibi Rəhim Hüseynzadənin sədrliyi ilə beş nəfərlik işçi qrup yaradılıb. Bu qrup həmçinin Mətbuat Şurasının Nizamnaməsində dəyişiklik edilməsi ilə bağlı jurnalistlərin IV qurultayının qətnaməsindəki təkliflər əsasında layihəsini hazırlayacaq. |
|
| Əvvələ qayıt |
|
APA Azeri.net Sevdalısı


Daxil ol: Mar 05, 2008 Mesajlar: 2553
1.0 Xal
|
Göndərilib: çər. Apr. 16, 2008 4:36 pm Mesaj mətni: MDB ölkələri şəkərli diabetə qarşı mübarizəyə dair dövlətlərarası sazişi 2008-2009-cu illərdə imzalayacaqlar |
|
|
MDB ölkələri şəkərli diabetə qarşı mübarizəyə dair dövlətlərarası sazişi 2008-2009-cu illərdə imzalayacaqlar
Bakı. Laçın Sultanova-APA. Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri şəkərli diabet xəstəliyinin artmasına qarşı mübarizə haqqında sazişi 2008-2009-cu illərdə imzalayacaqlar. APA-nın məlumatına görə, saziş layihəsini hazırlayan ekspertlər qrupunun dünən və bu gün Minskdə keçirilən iclasında MDB icra katibinin müavini Novruz Aydarov deyib ki, bu xəstəliyin miqyası ildən ilə artır və bu proses ağır sosial-iqtisadi, demoqrafik nəticələrə gətirib çıxara bilər. Beynəlxalq Diabet Federasiyasının məlumatına görə, dünyada 246 milyon insan şəkər diabetindən əziyyət çəkir, 2025-ci ilə belə insanların sayı 380 milyona çatacaq. Hər il təxminən 7 milyon nəfər bu xəstəliyə tutulur. Şəkərli diabetdən hər il vəfat edənlərin sayı 3,8 milyon nəfər yaxındır. Azərbaycan Endikrinoloji Mərkəzinin direktoru Rauf Cabbarov deyib ki, Avropa İttifaqına üzv ölkələr şəkər diabeti ilə mübarizəyə ildə 30 milyon avro ayırır: "Əgər MDB ölkələri də bu mübarizəyə öz tövhəsini versə, biz də pozitiv irəliləyişə nail olarıq". Rauf Cabbarov saziş layihəsinə düzəlişlər təklif edib. Bu düzəlişlər əsasən əməkdaşlığın maliyyə tərəfi ilə bağlıdır. Saziş layihəsi MDB hökumət başçıları Şurasına təqdim olunacaq. |
|
| Əvvələ qayıt |
|
APA Azeri.net Sevdalısı


Daxil ol: Mar 05, 2008 Mesajlar: 2553
1.0 Xal
|
Göndərilib: çər. Apr. 16, 2008 4:41 pm Mesaj mətni: Terri Devis Ermənistan müxalifətini yeni prezidentlə dialoqa çağırıb |
|
|
Terri Devis Ermənistan müxalifətini yeni prezidentlə dialoqa çağırıb
Strasburq. Fuad Qulubəyli - APA. "Ermənistanda baş verənlərlə maraqlanıram. Bu ölkədə seçkilərdən sonra baş verən hadisələrdən çox narahat oldum. Mən hələ nümayişlər keçirilərkən bəyanatla çıxış etmiş və tərəfləri zorakılığa əl atmamağa çağırmışdım. Fövqəladə vəziyyət elan olunduqdan sonra isə mətbuata və sərbəst toplaşma azadlığına qoyulmuş qadağaları ləğv etmək çağırışı ilə çıxış etdim. Xoşbəxtlikdən qısa müddət ərzində prezident bəzi məhdudiyyətləri ləğv etdi". APA-nın Avropa bürosunun xəbərinə görə, bu sözləri Strasburqda keçirdiyi mətbuat konfransında Ermənistandakı vəziyyətlə bağlı sualı cavablandıran Avropa Şurasının baş katibi Terri Devis deyib. O bildirib ki, istər nümayişçilərin, istərsə də polislərin yol verdiyi zorakılıq aktları qəbulolunmazdır: "Amma heç bir şey polisin ölümünə haqq qazandıra bilməz". T. Devis söz və mətbuat azadlığı sahəsində maneələri aradan qaldırmağın zəruriliyini də vurğulayıb: "Ermənistan prezidentinin bəzi məhdudiyyətləri ləğv etməsindən məmnunam. Ümid edirəm ki, müxalifət yeni prezidentlə dialoqa gedəcək". |
|
| Əvvələ qayıt |
|
APA Azeri.net Sevdalısı


Daxil ol: Mar 05, 2008 Mesajlar: 2553
1.0 Xal
|
Göndərilib: çər. Apr. 16, 2008 4:46 pm Mesaj mətni: Polşa xarici işlər nazirinin müavini Anjey Kreymer: "Azərbaycan Polşanın regionda strateji tərəfdaşıdır" |
|
|
Polşa xarici işlər nazirinin müavini Anjey Kreymer: "Azərbaycan Polşanın regionda strateji tərəfdaşıdır"
Bakı. Laçın Sultanova-APA. Xarici işlər naziri Elmar Məmmədyarov Bakıda səfərdə olan Polşa xarici işlər nazirinin müavini Anyey Kreymeri qəbul edib. XİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycan və Polşa arasında tarixi əlaqələri xatırladan nazir, siyasi sahədə, çoxtərəfli müstəvidə qarşılıqlı anlaşmanın yüksək səviyyəsindən məmnunluğunu ifadə edib, iqtisadi potensialın genişləndirilməsini zəruri sayıb. O, Polşanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində həmişə prinsipial mövqe nümayiş etdirərək, Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini alqışlayıb. A. Kreymer Azərbaycanın Polşanın regionda strateji tərəfdaşı olduğunu diqqətə çatdıraraq, bütün istiqamətlərdə təmasların genişləndirilməsi, nazirliklər arasında əməkdaşlıq haqda memoranduma uyğun olaraq, məsləhətləşmələrin davam etdirilməsi, digər qurumlar arasında da mübadilələrin aparılmasının vacibliyi fikrini səsləndirib və nazir Elmar Məmmədyarovu Varşavaya rəsmi səfərə dəvət edib. Qonaq həmçinin ölkəsinin Avroatlantik strukturlara inteqrasiya təcrübəsi ilə paylaşmağa, Azərbaycanın Avropa üçün tək enerji tərəfdaşı kimi deyil, həm də geosiyasi baxımdan əhəmiyyətini təbliğ etməyə hazır olduğunu bildirib. Görüşdə həmçinin Avropaya inteqrasiya sahəsində Polşanın təcrübəsindən yararlanmaq məqsədilə birgə müzakirələrin keçirilməsi, "GUAM-ın dostları" qrupunun tərkibinin genişləndirilməsi, təhlükəsizlik sahəsində dialoqun qurulması, qarşılıqlı şəkildə sərmayə qoyuluşu, mədəniyyət və humanitar sferalarda əməkdaşlıq məsələləri müzakirə olunub. |
|
| Əvvələ qayıt |
|
APA Azeri.net Sevdalısı


Daxil ol: Mar 05, 2008 Mesajlar: 2553
1.0 Xal
|
Göndərilib: çər. Apr. 16, 2008 4:51 pm Mesaj mətni: Kondoliza Rays: "Ermənistan və Azərbaycan bir az siyasi iradə göstərsə, Dağlıq Qarabağ münaqişəsi həll oluna bilər" |
|
|
Kondoliza Rays: "Ermənistan və Azərbaycan bir az siyasi iradə göstərsə, Dağlıq Qarabağ münaqişəsi həll oluna bilər"
Bakı. Tamara Qriqoryeva - APA. "Ermənistan və Azərbaycan bir az siyasi iradə göstərsə, Dağlıq Qarabağ münaqişəsi kifayət qədər tez bir müddətdə həll oluna bilər". APA-nın məlumatına görə, bu sözləri Vaşinqtonda keçirdiyi brifinqdə ABŞ dövlət katibi Kondoliza Rays deyib.
O, ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan danışıqlarda bir neçə dəfə münaqişənin həllinə yaxınlaşdıqlarını bildirib: "Bir neçə çətin qərarlar qəbul etmək və Dağlıq Qarabağla bağlı Azərbaycanla Ermənistanı razılaşdırmaq lazımdır". O, həm Ermənistan, həm də Azərbaycan hökumətlərinə münaqişənin davam etməsi üzündən regionun digər hissəsindən geri qaldıqlarını dediyini vurğulayıb: "Siyasi iradə mövcud olarsa, münaqişə həll edilə bilər və həll edilməlidir". |
|
| Əvvələ qayıt |
|
APA Azeri.net Sevdalısı


Daxil ol: Mar 05, 2008 Mesajlar: 2553
1.0 Xal
|
Göndərilib: çər. Apr. 16, 2008 5:11 pm Mesaj mətni: Xarici işlər nazirinin müavini: "Azərbaycanın NATO-ya üzvlüyünü bu qurum da istəməlidir" |
|
|
Xarici işlər nazirinin müavini: "Azərbaycanın NATO-ya üzvlüyünü bu qurum da istəməlidir"
Bakı. Ülviyyə Əliyeva-APA. "Azərbaycanın NATO-ya qəbul olunması məsələsi qarşılıqlı prosesdir. Azərbaycan bu məsələni milli maraqları çərçivəsində həll edir". APA-nın məlumatına görə, bunu xarici işlər nazirinin müavini Araz Əzimov deyib. Nazir müavini Azərbaycanın indiyədək NATO ilə əməkdaşlıqda fəal iştirak etdiyini bildirib: "Azərbaycanın üzvlüyə qəbul olunmasını NATO da istəməlidir. Prosesləri izləyirik. Milli maraqlara uyğun olmayan məsələləri qəbul etmirik. Məsələn, Azərbaycan Kosovodan hərbçilərini geri çağırdı. Ancaq Əfqanıstandakı sülhməramlıların sayını artıracağıq". |
|
| Əvvələ qayıt |
|
APA Azeri.net Sevdalısı


Daxil ol: Mar 05, 2008 Mesajlar: 2553
1.0 Xal
|
Göndərilib: çər. Apr. 16, 2008 5:16 pm Mesaj mətni: Rusiya tanınmamış separatçı bölgələrdə yaşayan vətəndaşlarının maraqlarını müdafiə məqsədilə konkret addımlar atmağa başlayıb |
|
|
Rusiya tanınmamış separatçı bölgələrdə yaşayan vətəndaşlarının maraqlarını müdafiə məqsədilə konkret addımlar atmağa başlayıb
Bakı. Laçın Sultanova-APA. Rusiya prezidenti Vladimir Putin Cənubi Osetiya və Abxaziyada yaşayan Rusiya vətəndaşlarının maraqlarını müdafiə etmək mexanizmlərini yaratmaq üçün hökumətə tapşırıqlar verib. APA-nın məlumatına görə, bu məqsədlə Rusiya hökumətinə Abxaziya və Cənubi Osetiyanın faktiki qurumları ilə əməkdaşlıq etmək, o cümlədən iqtisadi-ticari, sosial, elmi-texniki, informasiya, mədəniyyət və təhsil sahələrində əməkdaşlıq etmək və bu işə Rusiyanın regionlarını da cəlb etmək tapşırılıb. Rusiya Xarici İşlər Nazirliyinin Krasnodar vilayəti və Şimali Osetiya-Alaniya Respublikasındakı ərazi orqanları lazım gəldikdə Abxaziya və Cənubi Osetiyada yaşayan Rusiya vətəndaşları üçün müəyyən konsulluq xidmətləri göstərəcək. Məlumatda deyilir ki, tanınmamış respublikaların əhalisinə ünvanlı və praktiki yardım etmək barədə qərar dünya ictimaiyyətinin əhval-ruhiyyəsinə zidd deyil: "Bizim bu addımımız Gürcüstanla konfrontasiyaya getmək məqsədi daşımır. Biz regionun sosial-iqtisadi inkişafına mane olan bütün sanksiyalar və məhdudiyyətlərin aradan qaldırılmasını istəyirik. Bu, Gürcüstan ilə hava və dəniz nəqliyyatının bərpa olunması və digər atılmış addımlarla da təsdiqlənir. Nəzərdə tutulmuş addımların həyata keçməsi Qafqaz regionunda təhlükəsizlik və stabilliyin möhkəmlənməsinə xidmət edəcək". |
|
| Əvvələ qayıt |
|
APA Azeri.net Sevdalısı


Daxil ol: Mar 05, 2008 Mesajlar: 2553
1.0 Xal
|
Göndərilib: B.e. May 26, 2008 12:48 pm Mesaj mətni: Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutub |
|
|
Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutub
Bakı. Məhbubə Qasımbəyli - APA. Ermənistan Silahlı Qüvvələri atəşkəsi növbəti dəfə pozub. Azərbaycanın Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri mayın 25-də saat 08.05-dən fasilələrlə Ermənistanın Berd rayonunun Mosesqex kəndi, Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə və Voskepar kəndi sahəsindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonu ərazisindəki adsız yüksəkliklərdə və Əlibəyli kəndi, Qazax rayonunun Quşçu Ayrım və Aşağı Əskipara kəndləri ərazisində yerləşən mövqelərini, saat 23.25-dən 23.50-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərindən, saat 19.20-dən mayın 26-sı saat 00.30-dək ara-sıra Tərtər rayonunun Qızıl Oba və Göyarx kəndləri yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur. |
|
| Əvvələ qayıt |
|
APA Azeri.net Sevdalısı


Daxil ol: Mar 05, 2008 Mesajlar: 2553
1.0 Xal
|
Göndərilib: B.e. May 26, 2008 12:51 pm Mesaj mətni: Azərbaycan daxili işlər nazirinin Əfqanıstana səfəri təxirə salınıb |
|
|
Azərbaycan daxili işlər nazirinin Əfqanıstana səfəri təxirə salınıb
Bakı. Tamara Qriqoryeva - APA. Azərbaycanın daxili işlər naziri Ramil Usubovun Əfqanıstana gözlənilən səfəri ilin sonuna kimi təxirə salınıb. Bu barədə APA-ya Azərbaycanın Pakistandakı səfirliyindən məlumat verilib. Səfər Əfqanıstanda vəziyyətin gərginləşməsi səbəbindən təxirə salınıb. Qeyd edək ki, Ramil Usubovun bu ölkəyə səfəri mayın sonuna nəzərdə tutulmuşdu. |
|
| Əvvələ qayıt |
|
|
|
Bu forumda yeni mövzu aça bilməzsiniz. Bu forumdakı mesajlara cavab verə bilməzsiniz. Bu forumdakı mesajlarınızı düzəldə biməzsiniz. Bu forumdakı mesajlarınızı silə bilməzsiniz. Bu forumdakı sorğularda səs verə bilməzsiniz.
|
|