Downloads
AZƏRİ MP3
Forums
F O R U M
chat
C H A T
sevgi
TV
video
VİDEO
radio
RADİO
ekart
OYUN
sevgi
ZengimCELL
|
Azeri.net: Forum

:: Mövzu - Baba Pünhan
ç.S.S.
ç.S.S.
Axtar
Axtar
İstifadəçilərin siyahısı
İstifadəçilərin siyahısı
İstifadəçi qrupları
İstifadəçi qrupları
Şəxsi mə`lumat
Şəxsi mə`lumat
Giriş
Giriş
Xüsusi mesajlarınız
Xüsusi mesajlarınız
Forumun əsas səhifəsi » Ədəbiyyat

Yeni mövzu aç   Cavab göndər
Baba Pünhan
Əvvəlki mövzu :: Sonrakı mövzu  
Müəllif Mesaj
Hwseynov_M
Yeni Forumçu
Yeni Forumçu


Daxil ol: Jul 11, 2007
Mesajlar: 36
Şəhər/ölkə: Gence, Azerbaycan.
2048.8 Xal

MesajGöndərilib: C.a. Noy. 29, 2007 9:24 pm    Mesaj mətni: Baba Pünhan Sitatla cavab ver


Yazar: Baba Pünhan

Yoxdan gələni var elədim, mən nə dedim ki?!
Haqq əhlin ümüdvar elədim, mən nə dedim ki?!

Məzlumlara qan udduran alçaqları bir-bir,
Söz udmağa vadar elədim, mən nə dedim ki?!

Xofdan əyilib bütpərəs olmuşlar önündə,
Qansız bütü inkar elədim, mən nə dedim ki?!

Allahı unutmuşlara xatırladan oldum,
Qafilləri hüşyar elədim, mən nə dedim ki?!

Tərk eylədi şeytan bu könül mülkünü getdi,
Haqqımla yerin dar elədim, mən nə dedim ki?!

Can verdi Xuda, amma ki, eşq istədi məndən,
Yoxdur deməyə ar elədim, mən nə dedim ki?!

Gördüm ki, pul üstündə bu dünyanı tuturlar,
Dünyanı xəbərdar elədim, mən nə dedim ki?!

Haqqın özün axtardım onun qəbrini tapdım,
Amma sözün aşkar elədim, mən nə dedim ki?!

Pünhan, mən əməl dəftərini şerə çevirdim,
Yəni onu təkrar elədim, mən nə dedim ki?!
_________________
Hormetle, Mirkazim Hüseynov!
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
Anathema
Yeni Forumçu
Yeni Forumçu


Daxil ol: Sep 20, 2007
Mesajlar: 10
Şəhər/ölkə: Bursa
326.7 Xal

MesajGöndərilib: B. Dek. 02, 2007 3:28 am    Mesaj mətni: Sitatla cavab ver

supersin arkadasım hiç durma devam yola.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
Secde
V.I.P
Qızışan Üzv


Daxil ol: Sep 20, 2007
Mesajlar: 252

10000.4 Xal

MesajGöndərilib: B. Apr. 20, 2008 11:35 am    Mesaj mətni: Sitatla cavab ver

B.Pünhanın həyatı

Zəmanimizin satirik şairi Atababa Seyidəli oğlu Mədətzadə 1948-ci il noyabr ayının 5-də Bakı şəhərində dünyaya göz açıb.1955-ci ildə Məhəmməd Əmin Rəsulzadə qəsəbəsindəki 99 saylı məktəbin birinci sinfinə gedib. 1963-cu il 8-ci sinifi bitirib. Həmin il Bakı Rabitə texnukumuna daxil olub. 1967-ci il iyun ayında texnikumu bitirib, avqust ayında Bakı Metropolitenində mexanik vəzifəsində işləməyə başlayıb. 1968-ci il hərbi xidmətə çağırılıb. Ukraynanın Kiyev şəhərində hərbi xidmətini başa vurub, vətənə qayıdan kimi metroda işini davam etdirib.Metroda işlədiyi ilk vaxtlarda “Metro” qəzetində kiçik həcimli şerləri və qəzəlləri çap olunub. 25-il müddətində həmin yerdə işləyib.

1972-ci ildə evləntb. Bir oğlan, bir qız övladı var. Hamı onu Baba çağırsa da dünyaya gələn iki nəvəsi üçün həqiqi mənada baba olub.

Baba Pünhan ilk qəzəlini 13-14 yaşında ikən yazıb. Yaradıcılığa lirik qəzəllərlə başlamış, nəzm formasında bir neçə poema, sərbəst şer məhəbbəti ruhlu qəzəllər yazıb yaratmışdır.

1990-cı illərdə lirikaya satirik ruh gətirməklə bu gün satirik şair adını almaq əzmini qazanıb. Dövründə baş vermiş haqsızlıqlara qarşı öz mübarizəkar qəzəlləriylə üsyan edir. 2 il müddətində “Zarafat” qəzetində çalışıb. Sonralar “Tək səbr”, “525”, “İmpuls”, “Oxu məni”, “Yeddi gün”, “Azadlıq”, “Şəhriyar”, “Bakı Xəbər”, “Etimad”, “Qətiyyət”, “Politika”, “Olaylar”, “Bakının səsi”, “Dünya”, “Müsavat”, “Qoroskop”, “Dəryaz”, “Arı”, “Ekspress”, “Vəhdət”, “Nəbz” və “Ədalət” qəzetində “Danabaş kəndinin Bakı filialı” rublikası başlığı altında çap olunub.

1998-ci il “21-ci gənclik dərgisi”, 1999-cu il “Azərbaycan jurnalı”, 2004-cü il aprel ayında Moskvada bir neçə qəzəli rus dilində tərcümə olunub və “İRS-наследие” Beynəlxalq Azərğaycan jurnalının 2004-ci il İranda çap olunan kitabda onun qəzəlləri də özünə məxsus yer tutaraq çap olunub.

1995-ci ildə Hacı Mailin rəhbərliyi ilə təşkil olunmuş “Füzuli məclisi”nə dəvət olunub.

1996-cı il “Təzəpir” məscidində təşkil olunmuş yığıncaqda mükafatlar təltif olunarkən, Füzuli məclisinin fəal iştirakçısı kimi “Paklıq” mükafatına layiq görülüb. 1997-ci il fevral ayında “Məşhəd” ziyarətinə gedib.

1998-ci il noyabr ayının 5-də “Vahid evi”ndə onun “50” illik yubileyi keçirilib. Həmin il Azərbaycan televiziya “ANS” kanalının “Qulp” verlişinə dəvət alıb. Bu verilişdə “Lirika” rublikasında satirik qəzəllərini oxumaqla xalqla yaxın bir ünsiyyət yaradıb.

3 noyabr 2000-ci ildə B.Pünhanın “Acı həqiqət” kitabı ilk dəfə işıq üzü görüb.

2000-ci ildə “Az. Jurnalı ” tərəfindən “Hikmət Ziya” adına mükafat alıb. 2000-ci il sentyabr ayında “Yalan çeynəyə- çeynəyə” adlı kitabı çap olunub. Həmin ildə AYİ tərəfindən satirik yazılar üzrə ilin qalibi elan olunub. Və 2000-ci il Həcc ziyarətinə gedib. Gələndən sonra “Mərkəzi Kliniki xəstəxana”sında ürəyi üzərində cərahiyyə əməliyyatı aparılıb. (1991-ci ildə ürəyində geniş əhatəli infarkt olub.)

2002-ci ilin avqust ayında şairin “Mən nə dedim ki...” kitabı oxuculara təqdim olunub. 2004-cü il “Kim nə götürdü” adlı kitabını nəşrə çapa verib, kitabın çapına nəzarət edərək demək olar ki, çapdan çıxacaq bütün formasını, yəni tam şəklini görüb.

2004 aprel ayının 5-də “Mərkəzi Kliniki xəstəxana”sında ürəyində yenidən “kiçik əməliyyat” aparılıb. 7 apreldə evə gəlib. 8 Aprel səhər tezdən halı pisləşib “koma” vəziyyətinə düşüb. 9-gün komada süni nəfəsvermə ilə saxlanılıb. Aprel ayının 17-si Baba Pünhanın ürəyi süni nəfəsdən imtina edib.

Həmin gün ömrü tamamlanıb.

Komada ikən sonuncu kitabı çapdan çıxıb. Öz səsi və nəfəsiylə dediyi 17 qəzəl və bir sərbəst şerin yazıldığı disk ölümündən sonra hazır olub.

Onun kitablarında çap olunan qəzəllər 278, müxtəlif şerlər 7, felyutonlardan 10-u, 7 bəhri-təvimindən 3-ü və kiçik lətifələri oxucuların nəzərinə çatdırılıb.

Məzarı “Kürdəxanı” kəndində, məhəbbəti onu sevənlərin qəlbindədir. Xalq ona “Azərbaycanın haqq şairi” adını verib.

Bu adı Baba Pünhan bütün vücudunun vəqhi, ruhunun həqiqətilə yazıb yaratdığı qəzəlləri və sağlamlığını itirmək bahasına qazanıb.

Ölməz, həmişəyaşar şairimiz haqqında sizi məlumatlandırmağı özümüzə borc bilirik.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
Secde
V.I.P
Qızışan Üzv


Daxil ol: Sep 20, 2007
Mesajlar: 252

10000.4 Xal

MesajGöndərilib: B. Apr. 20, 2008 11:40 am    Mesaj mətni: Sitatla cavab ver


YALAN ÇEYNİYƏ-ÇEYNİYƏ

Yalan sözü at ağzına, dolan çeyniyə-çeyniyə,
Tüpür acı həqiqətə, yalan çeyniyə-çeyniyə.

Tutub zəif damarımı, alıbdır ixtiyarımı,
Qoyub gözəl diyarımı talan çeyniyə-çeyniyə.

Silib-süpürdü düzləri, yeyib qutardı bizləri,
O yan çeyniyə-çeyniyə, bu yan çeyniyə-çeyniyə.

Bu ölkənin harınları doyunca ölmə eşşəyim,
Qoşul mənə vəkil seçək, saman çeyniyə-çeyniyə.

Baxıb ətə marıtdıyır, corabların yamatdıyır,
Az-TV-də şaqatdıyır, banan çeyniyə-çeyniyə,

Amerkanın tüpürdüyün, məqam tapıb at ağzına,
Fəxarət ilə barmağa dolan çeyniyə-çeyniyə.

Görüb bizi yeyinnəyib, ipin ucun düyünnəyib,
Bu torpağı peyinnəyib, İvan çeyniyə-çeyniyə.

Qoyun da inkişafdadı, çoban da inkişafdadı,
Qoyun göyşüyə-göyşüyə, çoban çeyniyə-çeyniyə.

Ata uzaq "kray"dadı, ana uçub Dubaydadı,
Tifillər ahu-vaydadı, güman çeyniyə-çeyniyə..

Necö deyim ki, çeynəmə, ayıbdı tulla saqqızı,
Əkər çalıbsa laylayın, anan çeyniyə-çeyniyə.

Ötən zamanla düşmanam, gələn Zamana qurbanam,
Zamanlar içrə pünhanam, yaman çeyniyə-çeyniyə.

Əgər ömür vəfa qıla, ölüncə çeynərəm səni,
Desinlər öldü Pünhana, ilan çeyniyə-çeyniyə.



NO... OLUB ALA?!

Qatmısan sən gənə də malı mala, no..olub ala?
Qazıyırsan ayağım altda çala, no.. .olub ala?

Bağı verdim, öyü verdim ki, sənə əl çəkəsən,
Qoymadın heç mənə bir metrə qala, no.. .olub ala?

Neçə ildir ki, imarətlə ticarətdir işin,
Getmisən sən qabağa, mən də dala, no.. .olub ala?

Xəzərə çəkdin hasar, ruhuma qoydun gömürük,
Özün üzdün, məni saldın kanala, no.. .olub ala?

Dövri-zastoyda sən idin demə bar-bar bağıran,
hər qoyundan azı beş-altı bala, no.. .olub ala?

Gah atı, gah nalı, kah mıxı tərifləmisən,
Vurmusan gah mıxa, gah nala, no.. .olub ala?

Qız-gəlin orda - əsirlikdə qalıb ermənidə,
Gətirirsən öyüvə kündə "xala", no...olub ala?

İçəri şəhrimizin hər daşı bir tarixdir,
Çəkmisən tarixə importnu mala, no...olub ala?

Qərbdən şərqə kimi hər yeri zəbt eyləmisən,
Keçmisən indi cənubdan şimala, no...olub ala?

Nə əcəb "Qız qalası"ndan xəbərin yoxdu sənin,
Al onu, sal adına, qoyma qala, no.. .olub ala?

Zamanın sahibi, Pünhan, bizi bir gün tutacaq,
Çəkəcək hammızı sorğu-suala, no.. .olub ala?

21 iyun, 2000

EVDƏ OĞLAN QALMIŞIQ

Biz fəna mülkün tutub təxtində sultan qalmışıq,
Şükr bu nadanlıq ilə ismi insan qalmışıq.

Bizdən övlad gözləyir illərdir ağbirçək ana,
Bizsə pulsuzluq üzündən evdə oğlan qalmışıq.

Kəndimizdən ta bizi düşmən didərgin eyləyib,
Özgələr kəndində fürsətlər tapıb xan qalmışıq.

Çox adam gördüm özüyçün sağ ikən gor tikdirib,
Bizsə iynəynən qazıb kor ömrə peşman qalmışıq.

Ta otuz min erməniynən qaynayıb dost olmuşuq,
Bax həmən gündən elə dost ilə düşman qalmışıq.

Biz atılmış bir təqaüd əhliyik, yol üstəyik,
Bir kəfən nəymiş ki, ondan ötrü yoldan qalmışıq.

Görməyincə haqqı, Pünhan, qıymasa Allah bizə,
Haqq enən günçün demək, biz haqqa qurban qalmışıq.

2 yanvar, 2000
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
Mesajları göstər:   
Yeni mövzu aç   Cavab göndər     Forumun əsas səhifəsi » Ədəbiyyat Bütün saatlar GMT + 5 Saat
1 səhifə (Cəmi 1 səhifə)

 
Keç:  
Bu forumda yeni mövzu aça bilməzsiniz.
Bu forumdakı mesajlara cavab verə bilməzsiniz.
Bu forumdakı mesajlarınızı düzəldə biməzsiniz.
Bu forumdakı mesajlarınızı silə bilməzsiniz.
Bu forumdakı sorğularda səs verə bilməzsiniz.

Powered by www.Azeri.net

Chat - Sevgi - Məhəbbət - MP3 - Azerbaijan - Azerbaycan - Azərbaycan - Азербайджан