 |
| Əvvəlki mövzu :: Sonrakı mövzu |
| Müəllif |
Mesaj |
Recebov Yeni Forumçu


Daxil ol: Jan 13, 2008 Mesajlar: 3 Şəhər/ölkə: canakkale 85.8 Xal
|
Göndərilib: B.e. Yan. 14, 2008 6:39 am Mesaj mətni: |
|
|
Fidan xanım serler gözelmiş..bahtiyerım... |
|
| Əvvələ qayıt |
|
Secde V.I.P


Daxil ol: Sep 20, 2007 Mesajlar: 243
9795.0 Xal
|
Göndərilib: Ş. Fev. 02, 2008 9:28 pm Mesaj mətni: |
|
|
Qara dastan
Kimsə bilməz Tanrıdağın yaşını,
Duman almış Altayların başını,
Uçurmuşdur başdan dِvlət quşunu,
Sətvətinə yüz çevirmiş zaman hey…
Qoca Türkün düşdüyü dərd yaman hey…
Dِrd bir yana dağılmış Türk soyları,
Sِnmüş ocaq, kِçüb getmiş boyları,
Dərdli-dərdli axar bozqır çayları,
Saxlar içdən gizli ümid, güman hey…
Qoca Türkün düşdüyü gün yaman hey…
Ağ alnına qara yazı yazılmış,
Yaylalarda düyün-dərnək pozulmuş,
Gəlinlərin gur saçları çِzülmüş,
Yada qalmış, dilər eldən aman hey…
Qoca Türkün düşdüyü dərd yaman hey…
Dağdan-dağa çarpıb getmiş doğanlar,
Qayalarda iz buraxmış al qanlar,
Ordulara buyruq verməz elxanlar
Nərdə qalmış Sədlər yıxan fərman hey…
Qoca Türkün düşdüyü dərd yaman hey…
Xarab olmuş Buxarası, Başkəndi,
Matəm tutmuş Səmərqəndi, Daşkəndi,
Kəndi sِylər, tِkər gِzdən yaş kəndi
Nə ozan var, nə yazan, nə şaman hey…
Qoca Türkün düşdüyü dərd yaman hey…
Qazan, Başqurd batmış, Qırım sürülmüş,
Mənim çəkik gِzlü yarım süzülmüş,
Qonum-qonşum, bütün varım sürülmüş,
Bulunurmu Sibiryada iman hey?
Qoca Türkün düşdüyü dərd yaman hey…
Türk elləri bir-birinə yadlanır,
Qazax, qırğız, türkmən, ِzbək adlanır,
Azəri Türk yanar, içdən odlanır,
Ana yurdun içdən halı duman hey…
Qoca Türkün düşdüyü dərd yaman hey…
Orqun çağlar, yatmış ellər ayılmaz,
Tarım çayı doğru yola qoyulmaz,
Hey səslənir Amu-Dərya, duyulmaz,
Sır-Dəryada qalmamışdır dərman hey…
Qoca Türkün düşdüyü dərd yaman hey…
Xəzər coşar, xəbər salar Kürünə,
Axıb gedər Kür sürünə-sürünə,
İdil ağlar, Altın Ordu yədinə,
Aral kəndi varlığında peşman hey…
Qoca Türkün düşdüyü dərd yaman hey…
Azərbaycan dərd içində doğulmuş,
Sevənləri diyar-diyar qovulmuş,
Ağla, şair, ağla, yurdun dağılmış,
Nərdə qopuz, nərdə qırıq kaman hey?..
Nərdə bِyük Vətən - nərdə Turan hey!..
Almas İldırım |
|
| Əvvələ qayıt |
|
KIMIZCI Yeni Forumçu


Daxil ol: Oct 14, 2007 Mesajlar: 7
292.9 Xal
|
Göndərilib: C. Apr. 04, 2008 8:04 pm Mesaj mətni: |
|
|
Bu güzel şiirleri bizlerle paylaştığınız için sağolun...!
Türkiye'den Azerbaycan'a selam olsun! |
|
| Əvvələ qayıt |
|
beyqud Yeni Forumçu


Daxil ol: Jul 18, 2007 Mesajlar: 12 Şəhər/ölkə: guneyazerbaycan-beyqud 614.4 Xal
|
Göndərilib: C. Apr. 18, 2008 1:13 am Mesaj mətni: Qalx ayağa azərbaycan |
|
|
Qalx ayağa azərbaycan
Qalx ayağa gostər yenə qudrətinı azərbaycan
Alqişlasin qoca tarix ğeyrətinı azərbaycan
Əlbir olub iyidlərin bağirmali bəsdir talan
Sözbir olub aydinlarin soyləməlı yetər yalan
Varliğını yox sayanlar ihanəti edir əyan
Çirma qolun,saxla özun hurmətinı azərbaycan
Qalx ayağa gostər yenə qudrətinı azərbaycan
Sən özgədən ümub kusmə,sən sən olsan sənə yetər
Oğlanlarin qoxmaz səttar,hər bir qizin qoçaq həcər
Həq sənlədı,həqqin gucu zalimləri kəsər biçər
Həq yolunda həqqə tapşir millətinı azərbaycan
Qalx ayağa gostər yenə qudrətinı azərbaycan
Satqin yubaz qulluqçular varliğinı saya salmaz
Evladinı insan bilməz bilsə dilin bağlı qalmaz
Gundən gunə yad əlinde cənnət yurdun talan olmaz
Qir zəncirı azad elə turbətinı azərbaycan
Qalx ayağa gostər yenə qudrətinı azərbaycan
Sən dözdukcə dili uzun yad üzlənir lap qudurur
Goz ünundə həqlarinı bir bir danir qarşı durur
Duz sozunu boğazinda boğur həqqı tərsə yurur
Gir meydana gerı qaytar ğeyrətinı azərbaycan
Qalx ayağa gostər yenə qudrətinı azərbaycan
Öz dərdınin çarəsin qil öz ğəminin dərdinə yan
Bəsdir özgə ocağinda yanib kul olduğun oyan
Apartaydin yəx zindanin azad ellər versin fərman
Dinlə dədə qurqudunun sohbətini azeərbaycan
Qalx ayağa gostər yenə qudrətinı azərbaycan
Dilı bağli qolu bağlı türk elimin ocağisan
Gələcəyin doğru yolu , aydinliğin çirağisan
Babəklərin döyuşduğu qurtuluşun bayrağisan
Özun qüru millətinı dovlətinı azərbaycan
Qalx ayağa gostər yenə qudrətinı azərbaycan
Ismayil cəmilı-guney azərbaycan
| Sadece qeydiyyatlı istifadeçiler görebiler. |
_________________ Otay butay fərqi yoxdu vətəndi |
|
| Əvvələ qayıt |
|
sweety_girl Qızışan Üzv


Daxil ol: Sep 14, 2007 Mesajlar: 240 Şəhər/ölkə: İstanbul/ Türkiye 6106.4 Xal
|
Göndərilib: B. Apr. 20, 2008 2:51 pm Mesaj mətni: |
|
|
Her kesin ellerine sağlıq çox gözel şeirlerdi  _________________
 |
|
| Əvvələ qayıt |
|
|
|
Bu forumda yeni mövzu aça bilməzsiniz. Bu forumdakı mesajlara cavab verə bilməzsiniz. Bu forumdakı mesajlarınızı düzəldə biməzsiniz. Bu forumdakı mesajlarınızı silə bilməzsiniz. Bu forumdakı sorğularda səs verə bilməzsiniz.
|
|