 |
| Əvvəlki mövzu :: Sonrakı mövzu |
| Müəllif |
Mesaj |
Elif Decel Şirine


Daxil ol: Feb 21, 2007 Mesajlar: 5145
92421.2 Xal
|
Göndərilib: B. Apr. 20, 2008 10:21 pm Mesaj mətni: Səməd Vurğun |
|
|
| Sadece qeydiyyatlı istifadeçiler görebiler. |
Səməd Vurğun
Azərbaycanın xalq şairi (1956). Azərb.SSR EA akademiki (1945), Azərb.SSR əməkdar incəsənət xadimi (1943). SSRİ Dövlət Mükafatı Laureatı (1941,42) adlarına layiq görülən Səməd Vurğun Azərbaycan Yazıçıları İttifaqının məsul katibi (1934-37), sədri (1941-48), Azərbaycanın Xarici Ölkələrlə Mədəni əlaqə Cəmiyyətinin sədri, Azərb.SSR EA vitse-prezidenti (1954-56) olmuşdur. 1918 ildə Qazax müəllimlər seminariyasına daxil olmuşdur. Seminariyanı bitirdikdən sonra (1924) Qazax, Quba və Gəncədə müəllimik etmişdir. Öz ədəbi fəaliyyətinə 1926-cı ildən başlamışdır. İlk dəfə mətbuatda "Mavi göl" şe'ri ilə "Gənc isçi" qəzetində çıxış etmişdir. 1920-30 illərdə Vurğunun səsi ciddi surətdə ədəbi mühitin və geniş oxucu kütlələrinin nəzərini cəlb etdi. Bu illərdə yazdığı "Şairin andı", "Aprel", "Fonar" kimi şe'rlər dərin ictimai-siyasi mə'na ilə dolu idi. Sonralar yazdığı şe'rlərində, "Şikəstəyə məktub", "Azərbaycan", "Şair, nə tez qocaldın sən...", "Ana", "Bahar", "Şuşa", "Bahar və mən", "Bəstəkar", "Göygöl", "Bakı" və s. Səməd Vurğun yaradıcılığının hər sahəsində gözəl sənət nümunələri yaradır. Səməd Vurğun Azərbaycan şe'rində poema janrının böyük yaradıcısıdır.O, "26-lar", "Bəsti", "Talıstan", "Muğan", "Zəncinin arzuları", "Zamanın bayraqdarı", "Aygün", "Komsomol poeması" kimi poemalarını canlı və zəngin bədii boyalarla işləmişdir. Səməd Vurğunun yaratdığı dramlar bizim milli dramaturgiya və teatrlarımızın qarşısında yeni yüksəliş yollari açdı. O, "Vaqif" (1927), "Fərhad və Şirin" (1941), "Xanlar" (1939), "İnsan" (1945), "Şairin Həyatı", "İki Sevgi" kimi dramlar yazmışdır. 1938-ci ilin oktyabr aylarında Bakıda Azərbaycan Dövlət Dram Teatrında "Vaqif" poeması tamaşaya qoyulmuşdur. "Vaqif" pyesi Azərbaycan teatrının Moskvada qastrol səfərləri zamanı (1948) Moskvada göstərilmişdir. "Sovet Azerbaycanının 15 illiyi münasibəti ilə mən Azərbaycan nümayəndələrinin tərkibində Kreml qəbulunda öz şerlərimi oxuyurdum. Bu mənim həyatımda unudulmaz dəqiqələr idi. (Səməd Vurğun yazırdı.)" Səməd Vurğun "Yevgeni Onegin" Puşkin, "Qız və Ölüm" Qorki, "Pələng gönündə vityaz" Şota Rustaveli ,"Leyli və Məcnun" Nizami əsərlərini Azərbaycan dilinə tərcümə etmişdir. Səməd Vurğunun yaradıcılığı bütün Azərbaycan xalqı üçün qiymətli və əzizdir. _________________ Adminleri çıldırtmanın yollarını öğrenin
Ya da
Forum Kurallarını Okuyun
|
|
| Əvvələ qayıt |
|
Elif Decel Şirine


Daxil ol: Feb 21, 2007 Mesajlar: 5145
92421.2 Xal
|
Göndərilib: B. Apr. 20, 2008 10:22 pm Mesaj mətni: Azərbaycan - Səməd Vurğun |
|
|
Azərbaycan
Çox keçmişəm bu dağlardan,
Durna gözlü bulaqlardan!;
Eşitmişəm uzaqlardan
Sakit axan arazları;
Sınamışam dostu, yarı...
El bilir ki, sən mənimsən,
Yurdum, yuvam, məskənimsən,
Anam, doğma vətənimsən!
Ayrılarmı könül candan?
Azərbaycan, Azərbaycan!
Mən bir uşaq, sən bir ana,
Odur ki, bağlıyam sana:
Hankı səmta, hankı yana
Hey uçsam da yuvam sənsən,
Elim, günüm, obam sənsən!
Fəqət səndən gen düşəndə,
Ayrılıq məndən düşəndə,
Saçlarıma dən düşəndə
Boğar aylar, illər məni,
Qınamısan ellər məni.
Dağlarının başı qardır,
Ağ örpəyin buludlardır.
Böyük bir keçmişin vardır,
Bilinməyir yaşın sənin,
Nələr çəkmiş başın sənin.
Düşdün uğursuz dillərə,
Nəs aylara, nəs illərə.
Nəsillərdən nəsillərə
Keçən bir şöhrətin vardır;
Oğlun, qızın bəxtiyardır...
Hey baxıram bu düzlərə,
Ala gözlü gündüzlərə;
Qara xallı ağ üzlərə
Könül istər şe'r yaza;
Gəncləşirəm yaza-yaza...
Ölməz könül, ölməz əsər,
Nizamilər, Füzulilər
Əlin qələm, sinəm dəftər,
De gəlsin hər nəyin vardır,
Deyilən söz yadigardır. _________________ Adminleri çıldırtmanın yollarını öğrenin
Ya da
Forum Kurallarını Okuyun
|
|
| Əvvələ qayıt |
|
Elif Decel Şirine


Daxil ol: Feb 21, 2007 Mesajlar: 5145
92421.2 Xal
|
Göndərilib: B. Apr. 20, 2008 10:25 pm Mesaj mətni: Şair, nə tez qocaldın sən...! |
|
|
Şair, nə tez qocaldın sən...!
Nemətsə də gözəl şer,
Şair olan qəm də yeyir.
Ömrü keçir bu adətlə,
Uğurlu bir səadətlə.
Görən məni nədir deyir:
Saçlarına düşən bu dən?
Şair, nə tez qocaldın sən!
Dünən mənə öz əlində
Gül gətirən bir gəlin də
Gözlərində min bir sual
Heykəl kimi dayandı lal…
O bəxtəvər gözəlin də
Mən oxudum gözlərindən:
Şair, nə tez qocaldın sən!
Ovçuluğa meyil saldım,
Gecə – gündüz çöldə qaldım,
Dağ başından enib düzə
Bir ox kimi süzə – süzə
Neçə ceyran nişan aldım;
Cavab gəldi güllələrdən:
Şair, nə tez qocaldın sən?
Bəzən uca, bəzən asta,
Ötür sazım min sim üstə.
Andı yalan, eşqi yalan,
Dostluğu da rüşvət olan,
Ürək yıxan bir iblis də
Üzəvari deyir hərdən:
Şair, nə tez qocaldın sən!
Saç ağardı, ancaq ürək
Alovludur əvvəlki tək.
Saç ağardı, ancaq nə qəm!
Əlimdədir hələ qələm…
Bilirəm ki, deməyəcək
Bir sevgilim , bir də Vətən:
-Şair, nə tez qocaldın sən!
(1953) _________________ Adminleri çıldırtmanın yollarını öğrenin
Ya da
Forum Kurallarını Okuyun
|
|
| Əvvələ qayıt |
|
Elif Decel Şirine


Daxil ol: Feb 21, 2007 Mesajlar: 5145
92421.2 Xal
|
Göndərilib: B. Apr. 20, 2008 10:25 pm Mesaj mətni: Ala Gözlər |
|
|
Ala Gözlər
Yenə qılıncını çəkdi üstümə,
Qurbanı olduğum o ala gözlər.
Yenə cəllad olub durdu qəsdimə;
Qələm qaş altında piyalə gözlər!
Başımdan getmişdi sevdanın qəmi,
Xəyalım gəzirdi, bütün aləmi.
Bu dustaq könlümü deyin yenəmi
Çəkdiniz sorğuya, suala gözlər?
Sevda yolçusuyam əzəl yaşımdan,
Könlüm ayrı gəzir, can sirdaşımdan.
Dağıdır huşumu, alır başımdan
Süzülüb gedəndə xəyala gözlər!
Gərdənin minadır, boyun tamaşa,
Ay da həsəd çəkir o qələm qaşa!
Bir cüt ulduz kimi verib baş-başa
Yanıb şölə salır, camala gözlər! _________________ Adminleri çıldırtmanın yollarını öğrenin
Ya da
Forum Kurallarını Okuyun
|
|
| Əvvələ qayıt |
|
Elif Decel Şirine


Daxil ol: Feb 21, 2007 Mesajlar: 5145
92421.2 Xal
|
|
| Əvvələ qayıt |
|
Elif Decel Şirine


Daxil ol: Feb 21, 2007 Mesajlar: 5145
92421.2 Xal
|
Göndərilib: B.e. Apr. 21, 2008 9:15 am Mesaj mətni: |
|
|
Azərbaycanda şairin adını daşıyan
70 küçə , 7 kitabxana, 20 məktəb, 5 mədəniyyət evi, 5 park, 4 kinoteatr və s. vardır. (SSRİ dövründə 28 kolxoz və 10 sovxoz da mövcud idi). Bunlardan əlavə Moskvada küçə, Kiyevdə kitabxana, Düşənbədə məktəb və Bolqarıstanın Plovdiv şəhərində texnikum şairin adını daşıyır
| Sadece qeydiyyatlı istifadeçiler görebiler. |
Mezarı
| Sadece qeydiyyatlı istifadeçiler görebiler. |
Şairin İlk Abidesi - Ağstafa,1959
| Sadece qeydiyyatlı istifadeçiler görebiler. |
Bakıda kinoteatr.
| Sadece qeydiyyatlı istifadeçiler görebiler. |
Bakıda adını daşıyan meydanda heykəli. _________________ Adminleri çıldırtmanın yollarını öğrenin
Ya da
Forum Kurallarını Okuyun
|
|
| Əvvələ qayıt |
|
Elif Decel Şirine


Daxil ol: Feb 21, 2007 Mesajlar: 5145
92421.2 Xal
|
Göndərilib: B.e. Apr. 21, 2008 9:18 am Mesaj mətni: |
|
|
ANA
Pək cocuğdum, yerə gömdülər səni,
Həyata qanadsız atdılar məni.
Bax, necə pozulub ömür gülşəni,
Həyat sənsiz mənə zindandır, ana!
Qoynunda bəslənir gözəl diləklər,
Layiqdir səcdəyə sənə mələklər,
Nerdəsən, gözlərim həp səni bəklər,
Bax evladın nasıl giryandır, ana!
Sən bir günəş idin, doğdum da, batdın,
Yazıq evladını qəmlərə atdın.
Bir cavab ver, hanki murada çatdın
Torpaqlarda neçə zamandır, ana!
Bir ah çəksəm sənsiz, qopmazmı tufan?
Əzizim anacan, gözüm anacan!
Yumuq gözlərini aç da bir oyan,
Şimdi zaman başqa zamandır, ana!
Yıxılıb payinə öpmək istərəm,
Analıq mehrini görmək istərəm,
Səni görmək üçün ölmək istərəm,
Təsəlim ah ilə fəğandır, ana!
1927 _________________ Adminleri çıldırtmanın yollarını öğrenin
Ya da
Forum Kurallarını Okuyun
|
|
| Əvvələ qayıt |
|
Elif Decel Şirine


Daxil ol: Feb 21, 2007 Mesajlar: 5145
92421.2 Xal
|
Göndərilib: B.e. Apr. 21, 2008 9:20 am Mesaj mətni: |
|
|
BİR SƏS
Qərib bir səs gəldi bu gün qəlbimdən:
Ömrün baharında öləcəyəm mən…
Didib parçaladı bağrımı bu qəm,
Üzümə boylandı əlimdə qələm!
Of…Bu səs! Nə qədər ömrümə yaddır.
Mənim ki, gəncliyim qəmdən azaddır!
Qayadanmı qopdu bu daşqəlbli səs?
Həyat öz oğlunu vaxtsız itirməz!
Dağılın başımdan qara xəyallar.
Hələ arzularım, əməllərim var.
Qapımdan getməmiş ömrün ayağı,
Dövran mənzilimə dost gələcəkdir,
Azəri yurdunun şer bayrağı
Mənim sənətimlə yüksələcəkdir.
1940 _________________ Adminleri çıldırtmanın yollarını öğrenin
Ya da
Forum Kurallarını Okuyun
|
|
| Əvvələ qayıt |
|
Elif Decel Şirine


Daxil ol: Feb 21, 2007 Mesajlar: 5145
92421.2 Xal
|
Göndərilib: B.e. Apr. 21, 2008 9:21 am Mesaj mətni: |
|
|
HƏYAT FƏLSƏFƏSİ
Quşlar qatar-qatar ellərdən keçər,
Bəşər nəsil-nəsil dünyadan köçər;
İnsanlıq gah zəhər, gah şərbət içər…
Əzəldən belədir hökmü zamanın -
Düyümlü bir sirri var asimanın!
Çarxını qurduqça dövranın əli
Bəzən ağlar olur, bəzən gülməli…
İnsanın ən böyük eşqi, əməli
Bəzən aslan kimi çırpınır darda,
Bəzən də qərq olur fırtınalarda…
Dəyişir səmtini daima sular,
Dəyişir fikirlər, dönür duyğular.
Kainat tutmayır bir yerdə qərar:
- Çarpır sinəsini qayalıqlara-
O gah qışa çıxır, gah da bahara!
Dünya binasını qurandan bəri
Səadət adlanan o gözəl pəri
Gəl! - deyə səsləmiş qərinələri;
Yazıqlar olsun ki, hələ insanlıq
Gəlib qovuşmamış ona bir anlıq.
Ey dünya gözəli, qaçma bəşərdən!
İnsandır ayıran xeyiri bəşərdən!
Gəl onun eşqini ücüz tutma sən, -
Qəlbi var, hissi var hər məhəbbətin,
Qaralmaz ulduzu əbədiyyatın!…
Ölüm bir iblisdir, həyat bir mələk!
Varlığı izləyir heçlik kölgə tək…
İşıq qaranlıqla pəncələşərək
Yaşatmaq istəyir cahanda bizi,
Günəş salamlayır iradəmizi!
Yamanlıq, yaxşılıq durmuş üz-üzə,
Dilsiz əsrlərdən mirasdır bizə.
Əsir bahar yeli qəlblərimizə,
Lakin arxasınca kəfən geyir qış,
Təbiət varlığa belə qarğamış.
Bir bayram sözü var, bir də ki, matəm,
Nəşə bir aləmdir, qüssə bir aləm.
Həyat öz atını sürür dəmadəm;
Odlar içində də hər bir mənzərə
Yenə qanad verir düşüncələrə!
Yenə də insanın xəyal şəhpəri
Gəzir fəzaları, göy dənizləri.
Sən ey səadətin gözəl pak əməlini,
Uzat yer üzünə hünər əlini!
Zamandır, bəşərin imdadına gəl!
Xəstə bir gözəldir hünərsiz əməl…
Hünər söylədiyim o qüdrətli əl
Bütün kainata qoy qanad gərsin,
Bəşər karvanına o yol göstərsin.
Hünər qanad versin torpağa, daşa,
Dənizlər çatılıb gəlsin baş-başa…
Azadlıq ordusu varsın birbaşa,
Hər zəfər dastanı yadigar olsun,
Ölüm təslim olsun, həyat var olsun!
Dünyaya bir şöhrət yaranmışıq biz,
Günəş çökməmişdir qaranlığa diz.
Qoy ölsün yamanlıq, o xain iblis!…
Yaxşılıq çağırsın hər qəlbin neyi,
Qurtaraq zəncirdən Prometeyi…
Fəlakət qocalmış…qartdır o köpək.
Onun sümükləri tez çürüyəcək…
Səadət - gənclikdir, adı - gələcək!
Onun gözlərində həyat eşqi var-
Var olsun gələcək! Var olsun bahar!
1942 _________________ Adminleri çıldırtmanın yollarını öğrenin
Ya da
Forum Kurallarını Okuyun
|
|
| Əvvələ qayıt |
|
Elif Decel Şirine


Daxil ol: Feb 21, 2007 Mesajlar: 5145
92421.2 Xal
|
Göndərilib: B.e. Apr. 21, 2008 9:22 am Mesaj mətni: |
|
|
DAĞLAR
Binələri çadır- çadır
Çox gəzmişəm özüm, dağlar!
Qüdrətini sizdən aldı
Mənim sazım, sözüm, dağlar!
Maral gəzər asta – asta,
Enib gələr çeşmə üstə.
Gözüm yolda, könlüm səsdə,
Deyin, necə dözüm, dağlar?
Hər obanın bir yaylağı,
Hər tərlanın öz oylağı;
Dolaylarda bahar çağı:
Bir doyunca gəzim, dağlar!
Qayaları baş – başadır,
Güneyləri tamaşadır.
Gödək ömrü çox yaşadır,
Canım dağlar, gözüm dağlar!
Bir qonağam bu dünyada,
Bir gün ömrüm gedər bada;
Vurğunu da salar yada
Düz ilqarlı bizim dağlar
1943 _________________ Adminleri çıldırtmanın yollarını öğrenin
Ya da
Forum Kurallarını Okuyun
|
|
| Əvvələ qayıt |
|
Elif Decel Şirine


Daxil ol: Feb 21, 2007 Mesajlar: 5145
92421.2 Xal
|
Göndərilib: B.e. Apr. 21, 2008 9:23 am Mesaj mətni: |
|
|
MƏN TƏLƏSMİRƏM
Dostlar, badələri qaldırın içək!
Gecə, ulduzludur, hava da sərin.
Demirəm məst olub dünyadan keçək…
Deyirəm mehriban düşüncələrin
İsti qücağında qızınaq bir az…
Qoy uzansın gecə, geciksin səhər,
Yuxuya getməsin məclisdəkilər –
Mənim söhbətimdən yorulmaq olmaz.
Hələ yer üstündə, insan yanında
Deyib danışmaqdan doymamışam mən…
Uzadaq ömrünü hər bir anın da,
Yel kimi keçməsin vaxt üstümüzdən…
Bu aylı gecədə, bu dağ döşündə,
Bu sazlı, söhbətli bulaq başında
Bu saat, bu dəm
Heç yana, heç yerə mən tələsmirəm!
Sevgilim, qolunu boynuma dola!
Demə ki, yorğunam, ya qocalmışam.
Mən hələ dünyadan nə zövq almışam?
Dur, bütün aləmi gəzək qol-qola!
Yenə də fikrimin səyyar yelkəni
Dənizdən – dənizə atsa da məni,
Qorxma! Ürəkdə de:: «Uğurlar ola!»
Dur, bütün aləmi gəzək qol – qola,
Sellərdən, sulardan yeyin axsam da,
Şimşəklə yanaşı göydə çaxsam da,
Nə şadlıq səyirtsin atını, nə qəm,
Heç yana, heç yerə mən tələsmirəm!
***
Sən də, ovçu dostum, tələsmə sən də,
Bu qəlbi dağları qoy asta aşaq.
O çay yanındakı yaşıl çəməndə
Asta addımlayıb ağır dolaşaq.
Hər güllə, çiçəyə salam verməsəm,
Xoş üz göstərməsəm, xoş üz görməsəm;
Nanələr, reyhanlar inciyər məndən.
Güllərin yarpağı tökülər dən – dən…
Odur ki, yel olub çöldə əsmirəm,
Heç yana, heç yerə mən tələsmirəm!
***
Bulud tez keçməsin başımın üstdən,
Çay da yavaş axsın…sular boyunca.
Baxım hər zərrəyə, baxım doyunca…
Ürək tərpənməyir ötərgi səsdən,
Nə çıxar bir anlıq yanan həvəsdən?
Elə zənn etmə ki, ağırlaşmışam,
Ayağı sarıqlı şikəst bir quşam…
Qoy dünya böyüsün, zaman uzansın,
Bir günün ərzində aylarla yansın
Al günəş üzündən nur yağa – yağa..
Ömrün kitabını tamamlamağa
Çox da can atmasın əlimdə qələm,
Mən tələsmirəm,
Mən tələsmirəm!
1954 _________________ Adminleri çıldırtmanın yollarını öğrenin
Ya da
Forum Kurallarını Okuyun
|
|
| Əvvələ qayıt |
|
Elif Decel Şirine


Daxil ol: Feb 21, 2007 Mesajlar: 5145
92421.2 Xal
|
Göndərilib: B.e. Apr. 21, 2008 9:23 am Mesaj mətni: |
|
|
QƏZƏL
Meysiz, məzəsiz can ilə canan ola bilməz!
Sevda dediyin hər kəsə meydan ola bilməz!
Arifləri dindir ki, nədir şer ilə sənət?
Şair yaranan ömrə peşiman ola bilməz!
Könlüm evi bir gülşənə bənzər ki, əzizim,
Min badi – xəzan əssə də viran ola bilməz!
Qəlbin, ürəyin odlarına yanmasa bir söz
Dillərdə, ağızlarda o dastan ola bilməz!
Girdim günəşin qoynuna, minbir səhərim var,
Bülbül də mənim, gül də , zimistan ola bilməz.
Yüksəl, fəqət insanlığa pis gözlə baxanlar
Dünyada bir ad qoysa da, insan ola bilməz!
Xoşbəxt elimin, yurdumun öz Vurğunuyam mən,
Bundan da gözəl bir daha dövran ola bilməz! _________________ Adminleri çıldırtmanın yollarını öğrenin
Ya da
Forum Kurallarını Okuyun
|
|
| Əvvələ qayıt |
|
Anel Nəzarətçi


Daxil ol: Oct 26, 2007 Mesajlar: 836 Şəhər/ölkə: Sankt-Peterburq, Rusiya..Azəriyəm 27273.6 Xal
|
Göndərilib: B.e. Apr. 21, 2008 4:03 pm Mesaj mətni: |
|
|
Sevdiyim şairlərdən biridir. Çox sağ ol Elif.. _________________ Blogum: Mürəkkəb dolu qələm. |
|
| Əvvələ qayıt |
|
Elif Decel Şirine


Daxil ol: Feb 21, 2007 Mesajlar: 5145
92421.2 Xal
|
|
| Əvvələ qayıt |
|
|
|
Bu forumda yeni mövzu aça bilməzsiniz. Bu forumdakı mesajlara cavab verə bilməzsiniz. Bu forumdakı mesajlarınızı düzəldə biməzsiniz. Bu forumdakı mesajlarınızı silə bilməzsiniz. Bu forumdakı sorğularda səs verə bilməzsiniz.
|
|