Downloads
AZƏRİ MP3
Forums
F O R U M
chat
C H A T
sevgi
TV
video
VİDEO
radio
RADİO
ekart
OYUN
sevgi
ZengimCELL
|
Azeri.net: Forum

:: Mövzu - Muzeylərimiz barəsində.
ç.S.S.
ç.S.S.
Axtar
Axtar
İstifadəçilərin siyahısı
İstifadəçilərin siyahısı
İstifadəçi qrupları
İstifadəçi qrupları
Şəxsi mə`lumat
Şəxsi mə`lumat
Giriş
Giriş
Xüsusi mesajlarınız
Xüsusi mesajlarınız
Forumun əsas səhifəsi » İncəsənət

Yeni mövzu aç   Cavab göndər
Muzeylərimiz barəsində. Səhifə Əvvəlki  1, 2
Əvvəlki mövzu :: Sonrakı mövzu  
Müəllif Mesaj
Anel
Nəzarətçi
Nəzarətçi


Daxil ol: Oct 26, 2007
Mesajlar: 836
Şəhər/ölkə: Sankt-Peterburq, Rusiya..Azəriyəm
27289.6 Xal

MesajGöndərilib: B.e. Mar. 17, 2008 6:39 pm    Mesaj mətni: Sitatla cavab ver


Abdulla Şaiqin Mənzil-Muzeyi
Muzey 1990-cı ildə yaranmışdır. Muzey görkəmli ədib və pedaqoq Abdulla Şaiqin həyat və yaradıcılığını əks etdirir.
Muzeydə kitablar, fotoşəkillər, neqativlər, əlyazmalar, incəsənət əsərləri, proqramlar və afişalar, xatirə və məişət əşyaları toplanmışdır. Muzeyin fondunda 100-dən artıq qiymətli əlyazmalar saxlanılır ki, onların da bir hissəsi Abdulla Şaiq tərəfindən repressiya dövründə yazılmış lakin nəşr edilməmiş əsərlərdir. Muzey kolleksiyasının əhəmiyyətli hissəsini Abdulla Şaiqin özünə və ailəsinə məxsus olan şəxsi xatirə əşyaları təşkil edir. Muzeyə həmçinin Abdulla Şaiqin böyük qardaşı görkəmli ictimai-siyasi, dövlət və din xadimi Yusif Ziya Talıbzadənin həyat və yaradıcılığını əks etdirən materiallar da daxil edilmişdir.
_________________
Blogum: Mürəkkəb dolu qələm.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
Anel
Nəzarətçi
Nəzarətçi


Daxil ol: Oct 26, 2007
Mesajlar: 836
Şəhər/ölkə: Sankt-Peterburq, Rusiya..Azəriyəm
27289.6 Xal

MesajGöndərilib: Ş. Apr. 26, 2008 8:51 pm    Mesaj mətni: Sitatla cavab ver

Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyi

Muzey 1945-ci ildə yaranmışdır. Hal-hazırda muzey Azərbaycanın mənəvi mədəniyyətinin ən iri və zəngin xəzinələrindən birinə çevrilmişdir. Muzeyin ekspozisiyası qədim zamanlardan müasir dövrə kimi Azərbaycan ədəbiyyatının keçdiyi tarixi yol haqqında məlumat verir. Muzeyin zallarında qiymətli eksponatlar, Azərbaycan və Şərq şairləri, filoloq və alimlərinin nadir əlyazmaları, məşhur xəttatların yazı nümunələri, klassiklərin əsərlərinə çəkilmiş miniatürlər, illüstrasiyalar, çap kitabları, qəzet və jurnallar, müasir Azərbaycan yazıçılarmm əsərləri, təsviri sənət əsərləri və sənədli fotoşəkillər, şəxsi xatirə əşyaları, xalq yaradıcılığı nümunələri, Azərbaycan ərazisindən tapılmış və müxtəlif dövrlərə aid sikkələrin kolleksiyası, bədii xalçalar, saxsı və bürünc qablar, digər maddi mədəniyyət abidələri nümayiş etdirilir. Muzey ekspozisiyasında tarixi-xronoloji prinsip əsas götürülmüşdür.


Muzeyin filialları: S.Yeseninin xatirə ev-muzeyi (Mərdəkan, S.Yesenin küç., 89); Xurşud-banu Natəvan adına Qarabağ filialı (Şuşa şəhəri, Aslan Qaraşarov küç. 1).
Muzeyin Xurşud banu Natəvan adına Qarabağ filialı 1992-ci ildən etibarən, Şuşanın işğalından sonra öz fəaliyyətini dayandırmışdır.
_________________
Blogum: Mürəkkəb dolu qələm.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
Anel
Nəzarətçi
Nəzarətçi


Daxil ol: Oct 26, 2007
Mesajlar: 836
Şəhər/ölkə: Sankt-Peterburq, Rusiya..Azəriyəm
27289.6 Xal

MesajGöndərilib: Ş. Apr. 26, 2008 8:55 pm    Mesaj mətni: Sitatla cavab ver

Bülbülün Memorial Muzeyi

Sadece qeydiyyatlı istifadeçiler görebiler.



Muzey 1976-cı ildə yaranmşdır. Azərbaycan professional vokal sənətinin banisi, SSRİ xalq artisti, Stalin mükafatı laureatı, ictimai xadim, professor -Bülbülün Memorial Muzeyi. Muzeyin ekspozisiyası yaşayış evinin quruluşu ilə birlikdə onun həyat və fəaliyyətini əks etdirən kompleksdən ibarətdir. Muzey 4 ekspozisiya otağında yerləşdirilmişdir. 3 otaq xatirə kimi saxlanmışdır, biri isə sərgi otağıdır. Bu mənzildə Bülbül 1937-ci ildən ömrünün son günlərinədək, yəni 1961-ci ilin sentyabr ayının 26-dək yaşayıb yaratmışdır. Muzeydə Bülbülün yaradıcı, elmi-tədqiqi, pedaqoji, ictimai fəaliyyəti haqqında sənəd və materiallartoplanmışdır. Onların arasında əsli əlyazmalar, qramofon valları, fotoşəkillər, notlar, kitablar, məişətəşyaları, incəsənət əsərləri və şəxsi əşyalar vardır.
Filialları: Bülbülün Şüşada yerləşən ev muzeyi. Amma, 1992-ci ildən etibarən, Şuşanın işğalından sonra öz fəaliyyətini dayandırmışdir.
_________________
Blogum: Mürəkkəb dolu qələm.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
Elif
Decel Şirine
Decel Şirine


Daxil ol: Feb 21, 2007
Mesajlar: 5170

93193.2 Xal

MesajGöndərilib: B.e. May 19, 2008 4:03 am    Mesaj mətni: “Muzeylərimiz dünyasəviyyəli muzeylərin sırasında yer alacaq” Sitatla cavab ver

“Muzeylərimiz dünyasəviyyəli muzeylərin sırasında yer alacaq”

Muzeylər hər bir ölkənin tarixinin vacib məqamlarını yaşadan, onun mədəniyyətinə aid eksponatları özündə cəmləşdirən, qoruyan və təbliğ edən saxlanc yerləridir.

Dünyanın hər yerində bu mədəniyyət ocaqları tarixçilərin, eləcə də turistlərin daha çox diqqətini cəlb edir. Elə bu kimi səbəblərdən ötən əsrin 80-ci illərinin əvvəllərində fəaliyyətə başlayan YUNESKO-nun Beynəlxalq Muzeylər Şurası dünyanın bütün milli muzeylərini mühafizə etmək məqsədilə mayın 18-ni Beynəlxalq Muzeylər Günü elan edib.
Azərbaycan Dövlət Muzeyi 1921-ci ilin mayından fəaliyyət göstərir. Sözügedən muzeydə ilkin olaraq arxeologiya, tarix, etnoqrafiya və təbiət şöbələri açılmışdı. Sonralar muzeydə incəsənət şöbəsi də təşkil olundu. Hazırda Azərbaycanda 193 muzey var. Muzeylər Mədəniyyət və Turizm Nazirliyinin, az bir hissəsi isə Milli Elmlər Akademiyasının, digər nazirlik və idarələrin tabeliyindədir. Muzeylərin əsas fondu 1 milyon 150 min 936 eksponatdan ibarətdir. Dövlət İncəsənət Muzeyi, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi, Dövlət Tarix Muzeyi ölkəmizdə ən böyük muzeylər sayılır. İşğal olunmuş ərazilərimizdə 762 mədəniyyət abidəsi və 1431 mədəniyyət müəssisəsi qalıb. Bunlardan 5-i dünya əhəmiyyətli memarlıq, 7-si isə arxeoloji abidədir. Bununla bərabər, ermənilər 22 muzeyimizi və 4 rəsm qalereyamızı da talan ediblər. Azərbaycan dünyada yeganə ölkə idi ki, onun Çörək muzeyi var idi. Ağdam rayonunda yaradılmış analoqu olmayan muzey də, təəssüf ki, ermənilər tərəfindən dağıdılıb.

Muzeylərə diqqət və qayğı artırılıb

Mədəniyyət və Turizm Nazirliyinin mədəniyyət siyasəti şöbəsinin muzey işi sektorunun müdiri Azadə Hüseynova bizimlə söhbətində hazırda sözügedən sahədə köklü dəyişikliklərin və işlərin aparıldığını söylədi. Ölkə Prezidentinin 2007-ci ildə imzaladığı sərəncama əsasən, görülən və görüləcək işlər barədə Azadə xanım belə dedi: “Həmin sərəncamdan sonra muzey sektoruna diqqət və qayğı artırılıb. Sənədə uyğun olaraq, qısa müddətdə tədbirlər planı hazırlandı. Plana əsasən, hazırda muzeylərin müasirləşdirilməsi 3 istiqamətdə aparılır. Bunlar təmir-tikinti işlərinin genişləndirilməsi və sürətləndirilməsi, bədii tərtibatın müasirləşdirilməsi və maddi-texniki bazanın genişləndirilməsindən ibarətdir”. Sözügedən tədbirlərin ölkə miqyasında aparıldığını deyən sektor müdiri təmir-tikinti işləri aparıldığından görə ekspozisiyaların nümayiş etdirilmədiyini söylədi. A. Hüseynova muzeylərin müasirləşdirilməsi istiqamətində mərkəzləşdirilmiş kompyuter məlumat bazasının yaradılacağını qeyd etdi. O, bu istiqamətdə pilot layihənin həyata keçirildiyini də açıqladı: “Muzeylərdə mərkəzləşdirilmiş kompyuter bazasının yaradılması üçün muzeylərin elektron kataloqlaşdırılması lazımdır. Bu məqsədlə artıq işlər görülür və yaxın vaxtlarda Musiqi Mədəniyyəti Muzeyi sözügedən sistemə keçəcək. İnternet vasitəsilə muzey əşyaları və muzeylərin fəaliyyəti haqqında maksimum informasiya əldə etmək imkanının təmin edilməsi də fəaliyyət planımıza daxildir. Yaxın gələcəkdə muzeylərimiz dünyasəviyyəli muzeylər sırasında yer alacaq”. Nazirlik rəsmisi Xalça muzeyi üçün yeni binanın tikiləcəyini də söylədi.

“Muzeyimizə əsasən turistlər gəlirlər”

“Əhalinin müzeyimizə olan marağından razıyıq. Düzdür, son vaxtlar təmir işlərinə görə əvvəlki qədər ziyarətçimiz olmur. Amma, ümumilikdə muzeyimizlə maraqlananların sayını normal dəyərləndirmək olar. Sevindirici haldır ki, muzeyimizə gələnlərin əksəriyyətini turistlər təşkil edir”. Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin müdiri Röya Tağıyevanın sözlərinə görə, muzeydə aparılan təmir-tikinti və müasirləşdirmə işlərindən sonra muzeyə maraq daha da artacaq. Röya xanım əhalinin diqqətini muzeylərə çəkmək üçün müxtəlif tədbirlərin keçirildiyini də söylədi: “Dünyanın bir çox ölkələrində baharın bir istirahət günündə “Muzeylər gecəsi” adı altında aksiyalar keçirilir. Bu tədbir Azərbaycanda da qeyd olunur. Builki aksiya hər bir şəxsin, xüsusən də gənclərin muzeylərə və milli dəyərlərimizə marağını artırmaq məqsədi daşıyır. Sözügedən tədbir mayın 18-də, saat 19-dan etibarən keçiriləcək”. Ölkənin təbliğatında muzeylərin böyük rol oynadığını vurğulayan R. Tağıyeva Azərbaycan tarixini, incəsənətini və mədəniyyətini beynəlxalq arenada tanıtmaq üçün Fransa, Türkiyə, Rusiya və sair muzey sahəsinin inkişaf etdiyi ölkələrdə sərgilər təşkil etdiklərini və belə tədbirlərin gələcəkdə daha da genişləndiriləcəyini dedi.

Yeri gəlmişkən....

Yeri gəlmişkən, qeyd edək ki, srağagün Dənizkənarı Milli Parkın ərazisində Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi üçün binanın təməlatma mərasimi keçirilib. Mərasimdə Prezident İlham Əliyev, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva və YUNESKO-nun baş direktoru Koişiro Matsuura iştirak ediblər. Heydər Əliyev Fondunun təşəbbüsü və YUNESKO-nun dəstəyi ilə inşa olunacaq bina bükülmüş xalçanı xatırladacaq.


Anar Hacı
_________________
Adminleri çıldırtmanın yollarını öğrenin
Ya da
Forum Kurallarını Okuyun
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
Anel
Nəzarətçi
Nəzarətçi


Daxil ol: Oct 26, 2007
Mesajlar: 836
Şəhər/ölkə: Sankt-Peterburq, Rusiya..Azəriyəm
27289.6 Xal

MesajGöndərilib: B. May 25, 2008 6:37 pm    Mesaj mətni: Sitatla cavab ver


Müraqlı məlumatlar üçün çox sağ ol, Elif.
Muzeylərimiz nəinki turistlər, eləcə də yerli əhalinin də daimi baş çəkdiyi bir məkan olsun.
_________________
Blogum: Mürəkkəb dolu qələm.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
Mesajları göstər:   
Yeni mövzu aç   Cavab göndər     Forumun əsas səhifəsi » İncəsənət Bütün saatlar GMT + 5 Saat
Səhifə Əvvəlki  1, 2
2 səhifə (Cəmi 2 səhifə)

 
Keç:  
Bu forumda yeni mövzu aça bilməzsiniz.
Bu forumdakı mesajlara cavab verə bilməzsiniz.
Bu forumdakı mesajlarınızı düzəldə biməzsiniz.
Bu forumdakı mesajlarınızı silə bilməzsiniz.
Bu forumdakı sorğularda səs verə bilməzsiniz.

Powered by www.Azeri.net

Chat - Sevgi - Məhəbbət - MP3 - Azerbaijan - Azerbaycan - Azərbaycan - Азербайджан