| Əvvəlki mövzu :: Sonrakı mövzu |
| Müəllif |
Mesaj |
Elif Decel Şirine


Daxil ol: Feb 21, 2007 Mesajlar: 5168
93130.8 Xal
|
Göndərilib: C. May 16, 2008 3:32 am Mesaj mətni: Həsrət |
|
|
Həsrət
Göz yaşları həsrət dolu qəlblərə tökülən iztirab damlalarıdır. Həsrət hicranla yanan ruhun sızıltısıdır. Ona nə dil, nə də parlaq ifadələr tərcüman ola bilər. Onu bütün hərarəti ilə ancaq həssas könüllər hiss edə bilər.
Həsrət dalğaları hiss dolu könüllərin sahilini insafsızcasına döyər və hər dəfə ruhdan bir parça qoparıb, yeni həmləyə hazırlaşar. İradəsi güclü olanlar polad ruhları ilə müqavimət göstərsələr də, zəif iradəlilər yavaş-yavaş əriyib gedərlər.
Bir də, könül vermək üçün həqiqi “məhbub” tapa bilməyən, ağlı və ruhu ilə fani “məhbub”lara aşiq olan ruhlar var. Əgər onlar bilsəydilər ki, heç bir fani “məhbub”a könül verməyə dəyməz və hər “şəfəq”dən sonra “qürub” başlayır, o vaxt “Leyli” deyib arxasınca qaçdıqları ilğımlardan əl çəkər, “Mövla” deyib, könüllərini həqiqət mehləri ilə doldurardılar...
Göz yaşları həsrətin ən gözəl tərcümanıdır. Üfüqün arxasındakı “məhbub” üçün göz yaşı tökən həsrət dolu gözlər dərin bir kədərlə hicrana qərq olar. _________________ Adminleri çıldırtmanın yollarını öğrenin
Ya da
Forum Kurallarını Okuyun
|
|
| Əvvələ qayıt |
|
Secde V.I.P


Daxil ol: Sep 20, 2007 Mesajlar: 254
10091.5 Xal
|
Göndərilib: B. May 18, 2008 2:29 am Mesaj mətni: |
|
|
Bu gün fikirləşdim ki, həsrət çəkməyim. Həsrət sızıltıların azaldım könlümdə. Nə deyim ay Elif! dilləndirdin həsrətimi yenidən.
Həsrətindəyəm
İllər xəstəsiyəm sənin eşqindən,
Sənin hicrindən və gözlərindən.
Aylar keçsə də, vaxtım ötsə də,
Yenə də sənin həsrətindəyəm.
Həmdəm-xəyal olub uçsam göylərdə
Səhnəyə çıxıb oxusam yenə
Kimnənsə gülüb danışsam belə
Onsuz da sənin həsrətindəyəm.
Gözümün yaşı sel kimi axsa,
Ürəyimin içi gül kimi solsa
Ömrümün fəsli sona çatsa da
Bil ki sənin həsrətindəyəm.
Həsrətin
Çətindir uzaqda yaşamaq sənsiz
Həsrətin qəlbimi yandırır gülüm.
Baxıram şəklinə səssiz-səmirsiz
Sənsizlik hər zaman çəkdirir zülüm
Səni unutmağa gücüm yetmədi
Xəyalın yuxumdan çıxıb getmədi
Mən səni itirdim sevgim itmədi
Belə yaşamaqdan yaxşıdır ölüm!
Qəlbləri dindirən segahdı həsrət. Yollarda qalmış gözlərdi həsrət. Qəlbimə köklənmiş intizrdı həsrət. Məni məndən almış sevgidir həsrət. Dilə gətirə bilmədiyim duyğularımın meyvəsidir həsrət. |
|
| Əvvələ qayıt |
|
Sindy V.I.P


Daxil ol: Dec 24, 2006 Mesajlar: 623 Şəhər/ölkə: Baki 10985.0 Xal
|
Göndərilib: B. May 25, 2008 11:44 pm Mesaj mətni: |
|
|
| Hesret ne qeder uzun olsa ,vusal bir o qeder sirindir... esasi odurki hesretin sonunda qovusmaq dura.... |
|
| Əvvələ qayıt |
|
tenha_urek Yeni Forumçu


Daxil ol: May 09, 2008 Mesajlar: 29
262.9 Xal
|
Göndərilib: ç.a. May 27, 2008 2:53 pm Mesaj mətni: |
|
|
| həsrət varsa vüsalda var |
|
| Əvvələ qayıt |
|
doktorT V.I.P


Daxil ol: Jan 05, 2008 Mesajlar: 1481 Şəhər/ölkə: Türkiye/Adana 32593.0 Xal
|
Göndərilib: B. İyun 01, 2008 6:07 pm Mesaj mətni: |
|
|
| Sindy yazıb: |
| Hesret ne qeder uzun olsa ,vusal bir o qeder sirindir... esasi odurki hesretin sonunda qovusmaq dura.... |
çox haklısın _________________ Her karanlığın bir aydınlığı olur
Hasretle bekle o seni bulur |
|
| Əvvələ qayıt |
|
meet Yeni Forumçu


Daxil ol: Jun 03, 2008 Mesajlar: 1 Şəhər/ölkə: Adana 28.4 Xal
|
Göndərilib: çər. İyun 04, 2008 11:26 am Mesaj mətni: |
|
|
Hasret içimde dinmeyen bir yaradır.
Kalbe saplanmış bir bıçak gibi her ah ettiğinde biraz daha derinleşen bir sızıdır. |
|
| Əvvələ qayıt |
|
|