 |
| Əvvəlki mövzu :: Sonrakı mövzu |
| Müəllif |
Mesaj |
Anel Nəzarətçi


Daxil ol: Oct 26, 2007 Mesajlar: 836 Şəhər/ölkə: Sankt-Peterburq, Rusiya..Azəriyəm 27273.6 Xal
|
Göndərilib: çər. Mar. 19, 2008 6:18 pm Mesaj mətni: 20-30-cu illər ədəbiyyatşunaslığı. |
|
|
20-30-cu illərdə ədəbi prosesin ən səciyyəvi xüsusiyyətlərindən biri ədəbiyyatşunaslığın bu prosesdə mövqeyi ilə izah olunur. Bu illərdə ədəbiyyatşinaslığın qarşısında duran əsas məsələlərdən biri Azərbaycan ədəbiyyatının tarixini yaratmaq idi. Bu istiqamətdə görülən ilk iş böyük Azərbaycan ədəbiyyatşunası Firidun bəy Köçərlinin inqilabdan əvvəl yazdığı, amma nəşr edə bilmədiyi "Azərbaycan ədəbiyyatı" adlı əsərinin "Azərbaycan ədəbiyyatı tarixi materialları" adı ilə dörd kitab halında çapdan çıxması oldu (1925-1926-cı illər).
Türkiyədən Azərbaycana gələn İsmayıl Hikmətin 1928-ci ildə ikicildlik "Azərbaycan ədəbiyyatı tarixi" əsəri nəşr olunmuşdur.
Görkəmli ədəbiyatşunaslardan biri olan Bəkir Çobanzadənin türkologiyanın inkişafında böyük xidmətləri olub. O, eyni zamanda "Azərbaycan ədəbiyyatının yeni dövrü" əsərinin və Füzuli haqqında araşdırmanın da müəllifidir.
Ədəbiyyatşunas Salman Mümtaz "Azərbaycan ədəbiyyatı" seriyasından 20-dən çox kitab çap etmişdir. Bu kitablar içərisində Zakir, Vazeh, Vaqif, Xətai, Nəsimi və s. başqa klassiklərin əsərləri var. Salman Mümtazın seçilmiş əsərlərindən ibarət olan "Azərbaycan ədəbiyyatının qaynaqları" kitabı da sonralar (1985-ci ildə) çapdan çıxmışdır. _________________ Blogum: Mürəkkəb dolu qələm. |
|
| Əvvələ qayıt |
|
Anel Nəzarətçi


Daxil ol: Oct 26, 2007 Mesajlar: 836 Şəhər/ölkə: Sankt-Peterburq, Rusiya..Azəriyəm 27273.6 Xal
|
Göndərilib: çər. Mar. 19, 2008 6:36 pm Mesaj mətni: |
|
|
20-30-cu illərdə tənqid.
Bu illərdə ədəbiyyatşunaslıqda tənqidçilərin də rolu böyükdür.
Dövrün görkəmli tənqidçiləri: Məmməd Arif, Mikayıl Rəfili, Əli Nazim, Mustafa Quliyev və s.
Hənəfi Zeynallının bir sıra məqalələri Hüseyn Cavidin dram əsərləri haqqındadır. Onun H. Cavidin "Şeyda", "Maral" əsərləri haqqında, folklordan, Azərbaycan mərsiyə ədəbiyyatından bəhs edən məqalələri də var.
Mustafa Quliyevin məqalələri müasir ədəbiyyat, teatr və incəsənət mövzusundadır. "Azərbaycan teatr və sənət məsələləri", "Hazırki türk ədəbiyyatı haqqında", "Od gəlini", "Sevil" və "Tənqid", rus dilində çapdan çıxan "Oktyabr və türk ədəbiyyatı" əsərləri onun yaradıcılığına nümunədir.
Əli Nazim "Bugünkü ədəbiyyatımız haqqında", "Ədəbi cığırdaşlarımız haqqında", "Mədəni inqilab və mədəni irs məsələsi" məqalələri ilə yanaşı, M. F .Axundov, H. Cavid, M. Ə. Sabir, C. Məmmədquluzadə, C. Cabbarlının yaradıcılıqları haqqında bir sıra məqalələrin müəllifidir. _________________ Blogum: Mürəkkəb dolu qələm. |
|
| Əvvələ qayıt |
|
|
|
Bu forumda yeni mövzu aça bilməzsiniz. Bu forumdakı mesajlara cavab verə bilməzsiniz. Bu forumdakı mesajlarınızı düzəldə biməzsiniz. Bu forumdakı mesajlarınızı silə bilməzsiniz. Bu forumdakı sorğularda səs verə bilməzsiniz.
|
|