 |
| Əvvəlki mövzu :: Sonrakı mövzu |
| Müəllif |
Mesaj |
Psixoloq_BDU Nəzarətçi


Daxil ol: Feb 03, 2008 Mesajlar: 17 Şəhər/ölkə: Bakı 757.6 Xal
|
Göndərilib: B.e. Fev. 11, 2008 10:33 pm Mesaj mətni: BOŞANMANIN SƏBƏBLƏRİ |
|
|
BOŞANMANIN SƏBƏBLƏRİ
Evlilik hər birlik kimi arabir axsayan tərəfləri olan bir qurumdur.Bu axsamalar aradan qaldırılmadıqda isə nəticə təəssüf ki,boşanma ilə nöqtələnir.Evlilik müddətində ailəyə yeni bir üzv gəlibsə,boşanma daha ağrılı olur.Evliliyin son qoyulmasına yol açan səbəblər çox müxtəlif ola bilər.Ən çox rast gəlinən səbəbləri aşağıdakı kimi sıralaya bilərik:
1.İqtisadi problemlər
2.Tərəflərin sosio-mədəni səviyyə fərqliliyi
3.Cinsi problemlər
4.Ünsiyyət problemi
5.Tərəflərdən birinin xəyanəti
6.Ailədaxili şiddət
7.Qısqanclıq
Yuxarıdakı səbəblərdən evlilik problemləri yaşayan ər-arvadın ata-ana olaraq da uşaqlarıyla sağlam ünsiyyət qura bilmələrini gözləyə bilmərik;ana ya da ata ayrı-ayrılıqda uşaqlarıyla sağlam əlaqələr qursalar belə,birlikdə övladlarına qarşı düzgün davranmaqda çətinlik çəkəcəklər.Bir evliliyi həlli olmayan,bacara bilinməyən,qurtarmaq bilməyən problemlərlə davam etdirməyin uşaqda yaradacağı mənfi təsirlər,bəzən boşanmanın özünün yaradacağı təsirlərdən daha çox və yıxıcı ola bilər.
Boşanmanın səbəb və necəliyi uşaqların boşanmadan nə qədər təsirlənəcəyini müəyyən edir.
Məsələn;Tərəflərin bir-birini başa düşməməsi(ünsiyyət problemi) səbəbiylə qurtaran evliliklə tərəflərdən birinin xəyanəti nəticəsində bitən evliliyi müqayisə edək.Birincisində,tərəflər daha uzlaşan və uşaqla bağlı problemlərin öhdəsindən gəlmək barədə daha düşüncəli davrana bilirlər.İkinci vəziyyətdə isə tərəflər bir-birilərinə qarşı daha qəzəbli və düşməncə davranışlar göstərirlər.Vəziyyət belə olduqda istəsələr də uzlaşan ola bilməzlər.İkinci tip boşanmalarda uşaqlara təbii olaraq daha çox zərər dəyir.
Ona görə də boşanmanızdan uşağınızın ən az səviyyədə zərər almasına diqqət yetirin…
[hide]http://p s i x o l o g i y a . t r . g g/[/hide] |
|
| Əvvələ qayıt |
|
Anel Nəzarətçi


Daxil ol: Oct 26, 2007 Mesajlar: 845 Şəhər/ölkə: Sankt-Peterburq, Rusiya..Azəriyəm 27553.8 Xal
|
Göndərilib: ç.a. Fev. 12, 2008 2:57 pm Mesaj mətni: |
|
|
İlk öncə bu yeni mövzuya görə əməyi keçənlərə təşəkkürlüyümü bildirirəm (həm müraciət edənə, yəni sizə, həm də bunu reallaşdırana). Çox maraqlı bir bölümdür.
Məncə də insan həyatında mühüm, vacib və təbii ki, arzulanmaz olan bir mərhələdir ki, bu mərhələni yaşayan şəxslərə və daha çox övladlara acı verir. Mütləq həmən tərəflər bu işi boş buraxmamalı, ciddiliyinin nə dərəcədə olduğuna diqqət etməlidirlər ki, övladlarına toxunmasın, həm bir həyat tərzi olaraq, həm də psixioloji cəhətdən. Həyat tərzi dedim, çünki bəzən elə olur ki, övladlar valideynlərinin ailəiçi çətin davranışlarından dərs alırlar, kimisi yaxşı, kimisi pis. Bu dərs isə onların gələcəkdə necə bir ailə sürdürəcəklərinə güzgü olur. Mən bu özlərimlə sırf boşanmanı yox, ailədə baş verən çaxnaşmaları nəzərdə tuturam. _________________ Blogum: Mürəkkəb dolu qələm. |
|
| Əvvələ qayıt |
|
ciciqiz Yeni Forumçu


Daxil ol: Feb 20, 2008 Mesajlar: 87 Şəhər/ölkə: Baki 2441.8 Xal
|
Göndərilib: B.e. Fev. 25, 2008 4:35 pm Mesaj mətni: |
|
|
Er-arvad bosansa bele usaqlarla elaqeli butun meselelerde birlesmeli, aqilli qerar vermelidiler. Usaqlarinin yaninda kusulu olduqlarini, bir-birlerine nifret etdiklerini biruze vermemelidirler. Usaqlarinin xatirine dost olmalidirlar. Bosanarken sivil qaydada, kamil insanlar kimi ayrilmalidirlar.  _________________ Qəlbində sevgi varsa, orda nifrətə yer yox. Sev ki seviləsən. |
|
| Əvvələ qayıt |
|
|
|
Bu forumda yeni mövzu aça bilməzsiniz. Bu forumdakı mesajlara cavab verə bilməzsiniz. Bu forumdakı mesajlarınızı düzəldə biməzsiniz. Bu forumdakı mesajlarınızı silə bilməzsiniz. Bu forumdakı sorğularda səs verə bilməzsiniz.
|
|