Downloads
AZƏRİ MP3
Forums
F O R U M
chat
C H A T
sevgi
TV
video
VİDEO
radio
RADİO
ekart
OYUN
sevgi
ZengimCELL
|
Azeri.net: Forum

:: Mövzu - Həsrət
ç.S.S.
ç.S.S.
Axtar
Axtar
İstifadəçilərin siyahısı
İstifadəçilərin siyahısı
İstifadəçi qrupları
İstifadəçi qrupları
Şəxsi mə`lumat
Şəxsi mə`lumat
Giriş
Giriş
Xüsusi mesajlarınız
Xüsusi mesajlarınız
Forumun əsas səhifəsi » Məhəbbət - Sevgi - Eşq

Yeni mövzu aç   Cavab göndər
Həsrət
Əvvəlki mövzu :: Sonrakı mövzu  
Müəllif Mesaj
Elif
Decel Şirine
Decel Şirine


Daxil ol: Feb 21, 2007
Mesajlar: 5153

92663.6 Xal

MesajGöndərilib: C. May 16, 2008 3:32 am    Mesaj mətni: Həsrət Sitatla cavab ver


Həsrət

Göz yaşları həsrət dolu qəlblərə tökülən iztirab damlalarıdır. Həsrət hicranla yanan ruhun sızıltısıdır. Ona nə dil, nə də parlaq ifadələr tərcüman ola bilər. Onu bütün hərarəti ilə ancaq həssas könüllər hiss edə bilər.
Həsrət dalğaları hiss dolu könüllərin sahilini insafsızcasına döyər və hər dəfə ruhdan bir parça qoparıb, yeni həmləyə hazırlaşar. İradəsi güclü olanlar polad ruhları ilə müqavimət göstərsələr də, zəif iradəlilər yavaş-yavaş əriyib gedərlər.
Bir də, könül vermək üçün həqiqi “məhbub” tapa bilməyən, ağlı və ruhu ilə fani “məhbub”lara aşiq olan ruhlar var. Əgər onlar bilsəydilər ki, heç bir fani “məhbub”a könül verməyə dəyməz və hər “şəfəq”dən sonra “qürub” başlayır, o vaxt “Leyli” deyib arxasınca qaçdıqları ilğımlardan əl çəkər, “Mövla” deyib, könüllərini həqiqət mehləri ilə doldurardılar...
Göz yaşları həsrətin ən gözəl tərcümanıdır. Üfüqün arxasındakı “məhbub” üçün göz yaşı tökən həsrət dolu gözlər dərin bir kədərlə hicrana qərq olar.

_________________
Adminleri çıldırtmanın yollarını öğrenin
Ya da
Forum Kurallarını Okuyun
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
Secde
V.I.P
Qızışan Üzv


Daxil ol: Sep 20, 2007
Mesajlar: 243

9799.0 Xal

MesajGöndərilib: B. May 18, 2008 2:29 am    Mesaj mətni: Sitatla cavab ver

Bu gün fikirləşdim ki, həsrət çəkməyim. Həsrət sızıltıların azaldım könlümdə. Nə deyim ay Elif! dilləndirdin həsrətimi yenidən.

Həsrətindəyəm
İllər xəstəsiyəm sənin eşqindən,
Sənin hicrindən və gözlərindən.
Aylar keçsə də, vaxtım ötsə də,
Yenə də sənin həsrətindəyəm.

Həmdəm-xəyal olub uçsam göylərdə
Səhnəyə çıxıb oxusam yenə
Kimnənsə gülüb danışsam belə
Onsuz da sənin həsrətindəyəm.

Gözümün yaşı sel kimi axsa,
Ürəyimin içi gül kimi solsa
Ömrümün fəsli sona çatsa da
Bil ki sənin həsrətindəyəm.

Həsrətin
Çətindir uzaqda yaşamaq sənsiz
Həsrətin qəlbimi yandırır gülüm.
Baxıram şəklinə səssiz-səmirsiz
Sənsizlik hər zaman çəkdirir zülüm

Səni unutmağa gücüm yetmədi
Xəyalın yuxumdan çıxıb getmədi
Mən səni itirdim sevgim itmədi
Belə yaşamaqdan yaxşıdır ölüm!

Qəlbləri dindirən segahdı həsrət. Yollarda qalmış gözlərdi həsrət. Qəlbimə köklənmiş intizrdı həsrət. Məni məndən almış sevgidir həsrət. Dilə gətirə bilmədiyim duyğularımın meyvəsidir həsrət.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
Sindy
V.I.P
Fəal İstifadəçi


Daxil ol: Dec 24, 2006
Mesajlar: 620
Şəhər/ölkə: Baki
10902.3 Xal

MesajGöndərilib: B. May 25, 2008 11:44 pm    Mesaj mətni: Sitatla cavab ver

Hesret ne qeder uzun olsa ,vusal bir o qeder sirindir... esasi odurki hesretin sonunda qovusmaq dura....
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
tenha_urek
Yeni Forumçu
Yeni Forumçu


Daxil ol: May 09, 2008
Mesajlar: 29

262.9 Xal

MesajGöndərilib: ç.a. May 27, 2008 2:53 pm    Mesaj mətni: Sitatla cavab ver

həsrət varsa vüsalda var
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
doktorT
V.I.P
Azeri.net Sevdalısı


Daxil ol: Jan 05, 2008
Mesajlar: 1467
Şəhər/ölkə: Türkiye/Adana
32305.4 Xal

MesajGöndərilib: B. İyun 01, 2008 6:07 pm    Mesaj mətni: Sitatla cavab ver

Sindy yazıb:
Hesret ne qeder uzun olsa ,vusal bir o qeder sirindir... esasi odurki hesretin sonunda qovusmaq dura....


çox haklısın Wink afərin
_________________
Adımını attığın yerde ATA kanı yoksa bastığın toprağa ''VATAN'' ; Bastığın toprakta binlerce TÜRK kanı olduğunu bilmiyorsan TÜRKÜM deme...



Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
meet
Yeni Forumçu
Yeni Forumçu


Daxil ol: Jun 03, 2008
Mesajlar: 1
Şəhər/ölkə: Adana
28.4 Xal

MesajGöndərilib: çər. İyun 04, 2008 11:26 am    Mesaj mətni: Sitatla cavab ver


Hasret içimde dinmeyen bir yaradır.
Kalbe saplanmış bir bıçak gibi her ah ettiğinde biraz daha derinleşen bir sızıdır.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
Mesajları göstər:   
Yeni mövzu aç   Cavab göndər     Forumun əsas səhifəsi » Məhəbbət - Sevgi - Eşq Bütün saatlar GMT + 5 Saat
1 səhifə (Cəmi 1 səhifə)

 
Keç:  
Bu forumda yeni mövzu aça bilməzsiniz.
Bu forumdakı mesajlara cavab verə bilməzsiniz.
Bu forumdakı mesajlarınızı düzəldə biməzsiniz.
Bu forumdakı mesajlarınızı silə bilməzsiniz.
Bu forumdakı sorğularda səs verə bilməzsiniz.

Powered by www.Azeri.net

Chat - Sevgi - Məhəbbət - MP3 - Azerbaijan - Azerbaycan - Azərbaycan - Азербайджан